19
vilayətində, sonradan Qazaxıstanda neft-qaz yataqları aşkar edildi. Beləliklə,
neft-qaz
sənayesinin coğrafiyası əsaslı dəyişikliklərə uğradı və neft əhəmiyyətini daha geniş strateji
planda göstərdi.
1940-cı illərdə dünya neft hasilatının mərkəzi Karib hövzəsindən Fars körfəzinə
keçmişdir. Müharibə ərəfəsində 1940-cı ildə İran-İraq və Ərəb yarımadası dünya
neftinin 9, ABŞ isə 63%-i verirdi. Bu zaman neft dünya siyasətində başlıca strateji
hərbi məhsul, siyasi-iqtisadi strategiyanın formalaşmasının əsas mənbəyi, milli gücün
əsas faktoru hesab olmaqda idi.
Dağ mədən sənayesinin heç bir sahəsində neftə olduğu kimi yüksək inkişaf
templəri müşahidə edilməmişdir. 1859-cu ildə dünyanın neftə olan tələbi XX əsrin
əvvəllərində 20 milyon, XX əsrin əvvəllərində isə 2,5 milyard ton olmuşdur. 1900-
1970-ci illər kəsiyində hər 10 il ərzində hasilat iki dəfə artmışdır. 1900-cü ildə neft
hsilatı 13 ölkədə reallaşırdısa da indi hasilatçı ölkələrin sayı 100-ü ötmüşdür.
1936-cı ildən başlayaraq hər il Azərbaycanda 20 milyon tondan çox neft hasil edilməyə
başlandı. 1941-ci ildə SSRİ-nin II Dünya müharibəsində iştirakı neftçilər qarşısında sərt tələblər
qoydu. Həmin il hələ ki, milli neft tarixində təkrarlanmayan nailiyyət 23,5 milyon ton neft hasil
edildi. Bu tarixi dövr 1949-cu ildə dəniz yataqlarının geniş istismarı ilə yeni mərhələyə qədəm
qoydu.
1949-cu ildə Xəzərdə Qara Daşlarda qazılan ilk quyunun fontan vurması Azərbaycanın,
həm də dünya neft tarixində dəniz şelfindən hasilatın başlanğıcı kimi yadda qaldı. Həmin il
dənizdə neft-qaz hasilatını təmin edəcək əlahiddə qurum «Azərdənizneft» tresti təsis edildi.
Planetin dəniz neft erasının Azərbaycanın Xəzər sahillərindən
start götürməsi dünya neft
tarixində mübahisə edilməz fakt oldu. SSRİ məkanından hasilatın kulminasiyaya çatması, dünya
bazarında yeni qiymət tendensiyaları, neft sənayesinə sərmayə qoyuluşlarını kəskin azalması,
Azərbaycanın quru sahələrində hasilatın təhlükəli iqtisadi zonaya yaxınlaşması, yataqların
enerjisinin, ehtiyat potensialının tükənməsi, iqtisadi münasibətlərdə yeniləşmənin azalan
templəri, vəsait çatmamazlığı, digər çoxsaylı faktorlar-kommulyativ məzmunda hasilata öz
təsirini göstərdi.
1960-cı illərdən başlayaraq davamlı ekstensiv hasilat nəticəsində respublikada istismar
edilən yataqlarda neft ehtiyatları tükənmə mərhələsinə qədəm qoydu. 1970-ci illərin əvvəllərində
ittifaq neftinin 5%-dən bir qədər çox hissəsini təmin edən respublikada dəniz və quru sahələrində
hasilat nisbəti ciddi dəyişikliklərdə uğradı. 1964-1965-ci illərdə bərabərləşən dəniz və qurudakı
hasilat müstəqillik ili ərəfəsində-991-ci ildə artıq dənizin fiziki üstünlüyündə-3,3 dəfədən artıq
idi.
Ehtiyatlar faktoru, istismar çətinlikləri, digər tərəfdən isə Sibirdə aşkarlanan nəhəng neft-qaz
yataqları, buradakı hasilatın fontan üsüllu və yüksək debitliliyi respublikada neftqazçıxarma
sənayesinin perspektivlərinə olan marağı səngitdi. İttifaq dövlətin yeni neft strategiyası
investisiyon və texnoloji məhdudluq amillərini istinadən Azərbaycan neft sənayesinin tərəqqi
proqramını arxa plana çəkdi. Bir faktı da qeyd etmək lazımdır ki, Sovetlər İttifaqının
mövcudluğu zamanı ümumi neft-qaz sənayesini, o cümlədən, regional istehsalat birlikləri nə
qədər tənqidi baxılsa da mərkəzi hökumətin diqqət və qayğısı altında olmuşlar. Təkcə «Azneft»
İB-nin idarə edilməsində 10-dan çox əsaslı struktur
dəyişikliyi, təkmilləşdirmə işləri aparılmış,
onun çevikliyinin artırılması üçün müxtəlif qanun və qərarlar qəbul edilmişdir. İttifaqın
dağılması ərəfəsində isə bu təşkilata tam təsərrüfat özünümaliyyələşdirmə sisteminə keçidinə
qədər qərar verilmişdir.
Respublikamız ilkin istismar mərhələləri istisna olunmaqla təbii qaz istehsalında xüsusi
aparıcı mövqedə dayanmamışdır. Bununla belə, təbii qazdan istifadədə onun emalı və nəqli
prosesində dəyərli iqtisadi nəticələr çox olmuşdur. Azərbaycan neft-qaz sənayesinin tarixi inkişaf
mərhələləri daha geniş rakusda müəllifin elmi əsərlərində, tədqiq edilmişdir. Bu uzunmüddətli
tədqiqat prosesində Azərbaycanın neft-qaz sənayesinin tarixi inkişaf mərhələsində hasilata təsir
edən amillər, baş verən meyllər mümkün təhlildə unifikasiyaya məruz qalmışdır.
Dinamik-
20
statistik qanunauyğunluqlara, aparılan təhlilin nəticələrinə istinadən demək olar ki, Azərbaycanın
neft-qaz sənayesində mütərəqqi meyllər daha çox təzahür etmişdir.
Neft hasilatının qərarlaşan göstəricilərinə istinadən XIX əsrdə dünyada 400 milyon ton
neftin hasil edildiyi bildirilir. Bu mənbədən çıxış edərək apardığımız hesablamalara əsasən qeyd
etməliyik ki, sənayeləşən neft hasilatı dövrünə qədər Azərbaycanda təqribən 60-65 milyon neft
çıxarılmışdır. Ümumilikdə XIX əsrdə Azərbaycanda neft hasilatı 140-150 milyon ton təşkil edir.
1872-1920-ci illər əhatəsində 238
milyon ton, 1921-1940-cı illərdə 243 milyon ton, 1941-1948-
cü illərdə 114 milyon ton, 1950-1980-ci illərdə 543 milyon ton, 1981-1991-ci illərdə 128 milyon
ton, 1991-2001-ci illərdə 109 milyon ton neft hasil edilmişdir. 1971-ci ildə Azərbaycan
Respublikasında dənizlə birlikdə 1 milyard ton neftin çıxarılmasına nail olunmuşdur. Quru
sahələrində isə bu zirvə əlahiddə olaraq hələ ki, fəth edilməmişdir.
Milli neft tarixində ən yeni dövr Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindən
başlanğıc alır, Ötən on il ərzində köhnə istismar sahələrində hasilat tempi ağır ritmdə olmuşdur.
Dəniz yataqlarında enmənin qarşısı qismən alınsa da, quruda buna nail olunmamışdır. Köhnə
yataqlarda, xüsusən quru sahələrində genişlənən islahat işləri uğurlu perspektivli nəticələrə
gətirməmişdir. Müştərək müəssisələr tendensiyasının trendi,
vizual müşahidələr, statistik əsaslar
burada köklü dəyişikliklərin baş verməməsini göstərir.
Azərbaycan neft tarixinin 1991-ci ildən başlayan ən yeni mərhələsi yeni geosiyasi və
geostrateji durum, planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid prosesləri ilə müşayiət
olunur. Məhz bu transformasiya mərhələsinin strateji aspektlərinin və ondan irəli gələn spesifik
cəhətlərin araşdırılması bizim tədqiqat mövzusunun predmetinin prioriteti olduğundan onun daha
keniş təhlili növbəti bölmələrdə geniş əksini tapmışdır.
1.4. Neft-qaz hasilatının tarixi inkişaf mərhələsində əsas meyllər və başlıca
amillər
Azərbaycanda neftin tarixinin tədqiqi XX əsrdən daha sistemli xarakter almış, geniş
müfəssəl elmi interpretasiyada öncə 1950-60-cı illərdə Azərbaycan tarixi çoxcildliyində,
akademiklər İ.A.Hüseynovun A.S.Sumbatzadənin rəhbərliyi ilə aparılan tədqiqatlarda əksini
tapmışdır. Azərbaycan sovet ideologiyasından qurtularaq dövlət müstəqilliyini
bərpa etdikdən
sonra bu tarix yeni rakusda AMEA-nın Tarix İnstitutu və ayrı-ayrı tarixçi alimlər tərəfindən
işlənilmişdir. Azərbaycanın iqtisadi tarixi, o cümlədən, neft sənayesinin tarix baxımından tədqiqi
professorlar B.Y.Axundovun, S.Aşurbəyli, M.Ə.İsmayılov, T.S.Vəliyev, S.S.Əliyarovun,
Y.Əbdülsəlimzadə, S.Haqverdiyeva, Q.Ə.Mədətov və digərlərinin əsərlərində geniş təsvir
olunur. Müasir mərhələdə İ.H.Əliyev və A.Muradverdiyevin hazırladığı «Azərbaycan nefti
dünya siyasətində» çoxcildliyi neft tarixinə yeni ştrixlər gətirən əsərlərdən olmuşdur. N.Nəsibli,
prof. N.Nəbiyev, M.Süleymanov əsərlərində Azərbaycan neft tarixinin dönüş məqamlarını təhlil
və tədqiq etmişlər. Azərbaycan neft sənayesinin bir çox elmi-statistik nəşrlərdə coğrafi
kontekstdə 1963-cü ildə nəşr edilmiş Azərbaycan atlasında, SSRİ və rus neft tarixini tədqiq edən
Rusiya alimlərinin tədqiqatlarında və habelə Qafqaz regionunda
geoloji kəşfiyyat və neftin
axtarışı işlərində P.S.Pallas, D.İ.Mendeleyev, Q.V.Abix, F.B.Koşkul, İ.M.Qubkin və digərlərinin
elmi əsərlərində qeyd edildiyi kimi, görkəmli neft mütəxəssisi D.Yerginin məşhur «Hasilat»
əsərində də şərhini tapmışdır. Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin cənablarının
neft sənayesinə bəslədiyi bənzərsiz münasibət, uğurla həyata keçirdiyi milli neft strategiyası
ölkənin müasir neft tarixinin öyrənilməsində əvəzsiz yeni elmi kapitala çevrilmişdir.
Azərbaycanda neftin iqtisadi tarixinin alimlər tərəfindən müxtəlif mərhələlik təsnifatda
baxılmışdır. Bu təsnifatlar özü-özlüyündə şərti xarakter daşıyır və elmi dairələrdə dərin
aprobasiyasını almadan qalır. Apardığımız təhlil Azərbaycan neft tarixinin aşağıdakı mərhələlər
üzrə qruplaşdırması təqdim olunur. Bu tarix əsasən 4 mühüm mərhələni əhatə edir.