7
GİRİŞ
Qədəm qoyduğumuz yeni yüzilliyə Azərbaycan bazar iqtisadiyyatında,
demokratik
prinsiplərdə qərarlaşan, dünya təsərrüfatına dərin inteqrasiya olunan mühüm geopolitik məkan,
beynəlxaq hüqüqun subyekti müstəqil dövlət kimi daxil olmuşdur. Yeni mahiyyət kəsb edən
böyük quruculuq prosesi iqtisadiyyatın, cəmiyyətin inkişafının bütün sferalarına nüfuz edərək
ictimai əmək bölgüsünün keyfiyyət dəyişikliyində, sosial ovqatda, qlobal meyllərdə əks olunur.
İnnovasiyon-texniki nailiyyətlər, yeni yaranışlar, texnoloji-tərəqqi iqtisadiyyatın strukturunun
mobilliyini, məhsuldar qüvvələrin inkişaf perspektivini artırır
. Tarixən müəyyən sosial
keyfiyyətə, ictimai hadisələrə, bütünlükdə cəmiyyətə aparıcı təsir aspektilə seçilən
istehsal
münasibətləri indiki keçici məzmunda, geniş çalarda yeni təsərrüfat çoxukladlığının vəhdətində
uzlaşma tapır. Bununla belə, Sovetlər İttifaqından miras qalmış neqativ istehsal və idarəetmə
vərdişləri, inzibatçılıq meylləri öz mövqelərini hələ ki, hamılıqla yeni təsisatlara təslim etməmiş,
bütünlükdə sistemin institusional mühafizəkarlığı mütərəqqi iqtisadi standartların tətbiqində
başlıca maneəyə çevrilmişdir. Bu da öz növbəsində iqtisadiyyatın müxtəlif sahələrində bazar
strukturlarının yeni istehsal münasibətlərinin formalaşmasında ləngimələrə səbəb olmuşdur.
İstehsalın səmərəliliyinin, iqtisadi artımın kəskin itməsinin qarşısının alınması yüksək
investisiya
tələblərinə sığınmışdır
.
Respublika yeni-bazar müstəvisinə keçid üçün yetərli maddi və mənəvi imkanlara, təbii,
iqtisadi, elmi və insani resurslara malikdir. Mövcud potensialı isə daha əsaslı qiymətləndirməklə
onun səmərəli bölgüsünü, yerləşməsini və məqsədyönlü istifadəsinin ümumi formulasının
müəyyənləşdirilməsi mühüm və aktual milli, dövləti məsələdir. Bütün bunların gerçəkləşməsi
iqtisadiyyatın tam dövriyyədə hərəkətə gətirilməsi və tənzimlənməsi, bazar prinsiplərinə müvafiq
makroiqtisadi tarazlığın əldə edilməsi, başlanan iqtisadi islahatların dərinləşməsi və
təkmilləşməsi, proseslərin permanent xarakterliliyi ilə müşayiət olunmasını, daim yeniləşməsini
şərtləndirir. Konyukturanın diktəsinə müvafiq iqtisadiyyatda radikal islahatların aparılması, tələb
artdıqca yeni bazar mexanizmlərinin, mütərəqqi iqtisadi texnologiyaların
tətbiqinin
formalaşdırılması, əmək potensialından rasional istifadə məkan və zaman baxımından səfərbər
edilməyə, ciddi nəzarət götürməyə məhkumdur. İqtisadiyyat bütünlüklə investisiya ehtiyacında
bulunduğu kimi onun daha çox mənfəətli olan ayrı-ayrı strukturları da kəskin kapital kasadlığı
keçirməkdədir.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid dövrünün tələblərinə ən
davamlı sahə kimi neft-qaz sektoru fərqlənmişdir. Maddi nemətlər istehsalının özəyini təşkil
edən, təbii sərvətlərə əsaslanan neft-qaz sənayesi milli iqtisadiyyatın prioritet sahəsi kimi xarici
kapitalın ən geniş biznes maraqlarında ifadə tapdı. Planetin ən qədim neft rayonlarından primitiv
çıxarma ilə yanaşı, ilkin sənaye üsullu
coğrafi ərazi kimi Azərbaycanın uzunmüddətli hasilat
tarixinə, zəngin təcrübə əsaslı sənaye infrastrukturuna malik olması və nəhayət, burada yeni
nəhəng karbohidrogen ehtiyatlarının aşkarlanması xarici investorların diqqətindən yayına
bilməzdi. «Əsrin müqaviləsi»ndən başlanan Azərbaycan neftinin müştərək mənimsənilməsi üzrə
21 irimiqyaslı konsorsium formalı beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-
siyasi, iqtisadi həyatında son dərəcə əlamətdar hadisə kimi iqtisadiyyatın
bütün strukturuna
nüfuz etdi. Yaxın 20-30 il üçün nəzərdə tutulan 50-60 milyard ABŞ dolları həcmində sərmayə
qoyuluşlarının artıq 10-15%-i təyinat obyektinə cəlb edilmiş, «Çıraq» platformasından hasil
edilən neftin miqdarı köhnə yataqlardakı müvafiq istehsal həcmə yüksəlmiş, «Şahdəniz»
yatağından qazın sahilə gətirilməsi təmin olunmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-
Ərzurum qaz kəmərlərinin inşası hüququ çərçivədən çıxaraq kommersiya reallığına çevrilmiş,
yeni regional infrastrukturun modernizasiyasının davamlı layihələndirilməsinə başlanmışdır.
Neft-qaz resurslarının işlənməsinə yönələn güclü kapital axını indi sahili aşaraq quru sahələrinə
də sirayət etmişdir. Bütün bu hadisələr respublika prezidenti Heydər Əliyev cənablarının adı ilə
bağlı olaraq onun uğurla həyata keçirdiyi neft strategiyasının mühüm tərkib komponentlərini
təşkil edir.
8
Azərbaycanın iqtisadi dirçəlişi, qlobal strukturlara inteqrasiyasının genişlənməsi, dünyəvi
dəyərlərə əsaslanan möhkəm, sivil bir dövlətə inikasında vətənsevər insanları ilə yanaşı, güclü
amillərdən biri kimi neft-qaz resurslarının mövcudluğu da az əhəmiyyət daşımır. İndi bu
sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının ən mühüm
prioritetlərindən birini təşkil edir. Sahənin inkişafı ilə bağlı başlanan irimiqyaslı işlərin dövlətin
daim nəzarət və tənzimlənməsində olması öncül səciyyə daşıyan bir məsələ olaraq qalır.
Xəzərdə birgə fəaliyyət sahəsində işlərin aram gedişi bizi sadəlöhv ovqata kökləməməlidir.
Nə qədər
dünyəvi təcrübəyə, elmi-texniki tərəqqiyə əsaslansa da, bu mühüm, çətin, gərgin səylər
tələb edən işi başlı-başına buraxmaq olmaz. Çətinliklərə, kataklizmlərə baxmayaraq dövlət
orqanları sahəyə yardım və nəzarət funksiyasını daim təkmilləşdirmədə hazırlıqlarını nümayiş
etdirməlidir. Bununla yanaşı, yeni yataqların işlənməsində müəyyən asudəlik əldə etdiyimiz
məqamda köhnə yataqların azalan potensialına da qayğı və diqqətimizi əsirgəməməliyik. Belə ki,
yeni iqtisadi sistemə keçiddə köhnə istismar sahələrində çeşidli problemlər artmaqda davam edir.
Hazırda köhnə istismar obyektlərindən olan quru sahələrində rentabelli işləyən neftqazçıxarma
təşkilatı demək olar ki, qalmamışdır. Dəniz sektorunda da, yalnız «Günəşli» yatağı istisna
olmaqla analoji vəziyyət mövcuddur. Sahəyə adekvat olmayan münasibət vəziyyətin ağırlığında
ciddi əks olunmaqdadır. Maliyyə dayanaqlığının pozulması, təchizatın pisləşməsi, quyuların
sulaşması, lay enerjisinin tükənməsi dağ-mədən-geoloji şəraitinin ağırlaşması ümumi ahəngdə
vəziyyəti xeyli gərginləşdirmişdir. Sosial məsuliyyətin, maliyyə möhkəmliliyinin sarsılması,
«ödəmələr»
sindromu, «etibar biznesi»nə əsaslanan mərkəzləşdirilmiş satış sistemi sahənin
iqtisadi manevrliliyini xeyli məhdudlaşdırılmış, istehsalın
«zərərsizlik nöqtəsinə» enməsinə
rəvac vermişdir.
Yüzlərlə quyunun reanimasiya gözləməsi, işləklərinin azdebitliliyi, qazma
prosesinin səngiməsi, istehsal xərclərinin istehsal həcminə qeyri-proporsional təyinatı, hasilat
meyarını rəhbər tutan sərt plan öhdəlikli direktiv üsullu idarəetmə sistemi, izafi işçi kütləsi,
vəsait çatışmazlığı, renovasiya prosesinin pozulması, elmi əsaslandırılmış uzunmüddətli strateji
plan və proqramların hazırlanmaması sahənin inkişafında disbalansı artıraraq
onu mənfəətsiz
təsərrüfat subyektlərinin birliyinə çevirmişdir. Qanunlardakı oyuqlar, normativ-hüquqi aktların
qeyri-mükəmməlliyi bütün təsərrüfat tsiklini əhatə edən qeyri-konstruktivlik, digər tərəfdən yeni
fiskal tələblər, solçu meyllərin təjrid olunmaması, yeni sistemə adaptasiyaya məhdudiyyətlər
gətirən səbəblər sırasındadır
. Bütün bunlar isə köhnə istismar sahələrini əhatə edən kompleksin
qeyri-bazar sektoru kimi fəaliyyət aspektini önə gətirir. Quruda neftqazçıxarma kompleksində
aparılan iqtisadi islahatların yeni sistemə adaptasiyada daha zəif və təkamüllü model seçimində
təşəkkülü, onun konyuktur, qeyri-liberial xarakterliliyi öz növbəsində köklü dəyişikliklərlə
müşayiət olunmanı xeyli dərəcədə məhdudlaşdırmışdır. Bununla belə, qeyd olunmalıdır ki, II
özəlləşdirmə proqramına əsasən quruda neftqazçıxarma kompleksində respublika
prezidentinin
29 mart 2001-ci il tarixli fərmanı ilə əksər xidmət sahələri özəlləşdirməyə çıxarılmışdır və
növbəti mərhələdə də özəlləşəcək strukturlar yetərincədir.
Sahənin dəyişkənlik və yeniləşməsi imkanları diapozonunun, mövcud problemlərin həllinin
iqtisadi diaqnostikasının müəyyənləşdirilməməsi, onun mənfəətli, rəqabətqabiliyyətli iş
sisteminə keçidin təyinatı elmimizin qarşısında duran vacib məsələlərdəndi. Tənəzzüllü
meyllərin kəskinləşdiyi, dəyişkənlilik imkanlarının sıxlaşdığı məqamda vəziyyətdən çıxış
yollarının aranması, onun elmi məntiqi, iqtisadi həllinin tapılması mühümdür. Bununla belə,
sahəyə nəzarət edən neft generalları, sahə kapitanları, təsərrüfat rəhbərləri, mütəxəssislər
vəziyyətdən çıxış yolunu
daim tədqiqetmədə, iqtisadi və istehsal artımına nailolmada,
səmərəliliyi artırmada səylərini yüksəltməlidirlər.
Sahədə istehsal artımının təminatında əvvəllər nəzərdə tutulan xarici müştərək fəaliyyət
prosesi nəzərə çarpacaq inadlı dəstəyini almışdır. Bu taktikaya istinad edən və əsasən də quru
sahələrində təşəkkül tapan birgə müəsisələrin səmərəli fəaliyyəti haqqında nikbin mülahizələr
yürütmək çətin bir işdi. Qonşu Rusiyada müvafiq müştərək müəssisələr təkmilləşmə prosesinin
bir neçə qatından keçərək indiki müvəffəq dayanaqlı ritmik səhmləşmə mərhələsinə daxil
olmuşlar. Məlumdur ki, koalisiyon idarəetmə tarixinin məhsuldar nəticələri yeni yaranışların