E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________66___________________________ 
 
ELEKTRON HƏRRACLARA NÜMUNƏLƏR 
 
ABŞ  poladəritmə  sənayesinə  aid  3  iri  şirkət 
–  Weirton 
Steel, LTV Steel Co.  və Steel Dynamics metallurgiya şirkətləri 
polad  və  digər  metallurgiya  məhsullarının  şaquli  bazarında 
elektron  hərracların  keçirilməsinə  yönəlik 
MetalSite  adlı 
informasiya serverinin ilk investorları olmuşlar.  
İlk  mərhələdə  satıcılar  hər  ay  bu  elektron  hərraca  50 
milyon  dollar  dəyərində  mal  çıxarırdılar.  Hərraclar  qapalı 
keçirilirdi,  sifarişlərdə  göstərilən  qiymətlər  barədə  informasiya 
gizli  saxlanırdı.  Elektron  hərrac  mal  ehtiyatları  artıqlığını  ləğv 
etmək funksiyasını icra edirdi. Bu hərraclara, bir qayda olaraq, 
ən  yüksək  kateqoriyalara  aid  olmayan  polad  və  digər 
metallurgiya məhsulu çıxarılırdı.  
İki  illik  uğurlu  fəaliyyətdən  sonra  hərracın 
MetalSite  adlı 
informasiya  serveri  öz  iştirakçılarına  sorğu  kitablarının  köməyi 
ilə  bütün  metal  sortlarının  onlayn  alqı-satqısını  gerçəkləşdirdi. 
Onlayn  preyskurantında  böyük  mal  partiyaları  üzrə  təcili  saziş 
bağlayanlara  satıcılar  tərəfindən  güzəştli  qiymətlər  təklif 
edilirdi. Bu hərrac serveri əlavə olaraq, potensial partnyorlarla 
saziş  bağlamaq  üçün  onlayn  danışıqları  (sövdələşmələri) 
aparmaq üzrə xidmət də göstərirdi.  
Az  ixtisaslaşdırılmış  bazara  yönəlik  elektron  hərraca 
nümunə  olaraq 
TradeOut.com  göstərilə  bilər.  Bu  hərraca 
artıqlıq edən avadanlıqlar çıxarılır.  
Rusiyada 
Ставка.ру (
www.stavka.ru
) adlı elektron hərrac 
fəaliyyət  göstərir.  Bu  hərraca  qeydiyyata  düşmək  sadə, 
interfeys  cəlbedicidir.  Burada  əsas  mübarizə  ilk  növbədə 
İnternet  və  telekommunikasiya  xidmətlərinin  qiymətləri 
ətrafında baş verir. Digər nümunə kimi, 
www.dostavka.ru
 adlı 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________67___________________________ 
 
internet-mağazadakı  hərrac  göstərilə  bilər.  Bu  hərracda  arzu 
edən ixtiyari satıcı iştirak edə bilsə də, əsasən, mağazanın öz 
malları hərraca çıxarılır. Bu hərracda ilkin qiymət 1 dollar olsa 
da,  satış  qiyməti  mağaza  qiymətindən  demək  olar  ki, 
fərqlənmir. 
 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________68___________________________ 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________69___________________________ 
 
ELEKTRON BİRJALAR 
 
Elektron birja informasion vasitəçiliyin daha mürəkkəb və 
mükəmməl 
formasıdır. 
Çünki 
birjalarda informasiya 
mübadiləsinin  və  sazişlərin  dəstəklənməsi  ilə  yanaşı, 
iştirakçılara sazişin gerçəkləşməsi üçün zəmanət də verilir. Hal-
hazırda  həm  sahəvi,  həm  də  sahələrarası  elektron  birjalar 
fəaliyyət göstərir. Elektron birjanın bütün iştirakçıları, bir qayda 
olaraq,  ilkin  seçimdən  keçir.  Elektron  birjadakı  alver  adətən 
anonim  olur.  Lakin  treyderlər  kiminlə  iş  qurmağı  istəyib-
istəmədiklərini 
göstərə 
bilirlər. 
Elektron 
birjanın 
imkanlarından  istifadə  satıcılar  üçün  ona  görə  cəlbedicidir  ki, 
ayrı-ayrı treyderlər və brokerlərlə əlaqə yaratmaq zərurətindən 
azad edir. 
 
QEYD: Birjanın yaranması XIII-XV əsrlərə təsadüf edir. 
Birja  ilk  dəfə  Venesiyada, Qenyuda, Florensiyada, 
Şampanidə, Bryuqqedə veksel yarmarkalarında yaranmışdır.
 
Bryuqqedə  veksel  sövdələşmələri  meydançada  həyata 
keçirilirdi.  Sövdələşməyə  əsil-nəcabəti  olan  bir  ailə  başçılıq 
edirdi.  Meydançada birja  keçirilən  ev  “van  der  Burse” 
adlanırdı  və  onun  qerbi  üzərinə  “üç  dəri  pul  kisəsi”  həkk 
edilmişdi.  Tacirlərin  toplaşdığı  meydança  “Borsa” (birja) 
adlanırdı,  bu  da  “pul  kisəsi”  anlamını  verir.  Həmin  yerdə, 
indiki  zamanda  müasir  Belçikanın  ərazisində  XV  əsrdə 
(1406-cı ildə) ilk birjanın əsası qoyulur. 
Birja (niderland  dilində 
Beurs,  alman  dilində  Börse, 
fransız  dilində 
Bourse,  italyan  dilində  Borsa,  ispan  dilində 
Bolsa, ingilis dilində Exchange anlamını verir) dedikdə birja 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________70___________________________ 
 
mallarının,  valyutanın,  qiymətli  kağızların  və  maliyyə 
alətlərinin  alış/verişinin  müntəzəm  təşkil  edilməsinin  həyata 
keçirilməsini təmin edən hüququ şəxs başa düşülür. Ticarət 
standart  partiyalarla  (lotlar  ilə)  yerinə  yetiriılir.  Lotların 
ölçüsü  birja  sənədlərinə  uyğun  olaraq  tənzimlənir.  Əvvəllər 
birja  müəyyən  adamların  (maklerlərin)  müəyyən  saatlarda 
toplaşdığı yer və ya bina adlanırdı. 
Kompüter  əsrinə  kimi  alver  şifahi  aparılırdı.  İndiki 
zamanda  alver  xüsusi  hazırlanmış  proqramdan  istifadə 
etməklə  elektron  formada  aparılır.  Birjada  iştirak  edən 
brokerlər  öz  marağına  və  ya  müştərinin  marağına  uyğun 
olaraq  qiymətli  kağızların,  valyutanın  alış/verişini  həyata 
keçirir.  Adətən  birja  həyata  keçirilmiş  sövdələşmədən 
komission  para  alır.  Bu  da  birjanın  “yaşamasına”  köməklik 
edir.  Birjanın  digər  gəlir  mənbəyi  üzvlük  haqqı,  birja 
məlumatlarının satışıdır.          
  
Elektron  biznes  sahəsində  analitik  tədqiqatlar  aparılması 
üzrə  ixtisaslaşmış 
eMarketer  şirkəti  bildirmişdir  ki,  2000-ci ilin 
ortalarında  1000-ə  yaxın  virtual  ticarət  müydançaları  aktiv 
fəaliyyət  göstərir.  Malgöndərmə  zəncirindən  səmərəsiz 
həlqələrin  çıxarılması  hesabına  öz  rəqabət  qabiliyyətlərini 
artırmağa  çalışan  elektron  birja  iştirakçılarının  sayı  daim  artır. 
GartnerGroup-a daxil olan Dataquest  şirkəti  göstərir  ki, 
elektron birjalar və onların dövrüyyəsi yüksək sürətlə artmaq-
dadır. Belə ki, 1998-ci ildə dövrüyyə 12 milyard dollar, 2003-cü 
ildə isə 1,25 trillion dollar təşkil etmişdir. 
Elektron  birjanın  fəaliyyətinin  iqtisadi  əsası  hər  bir 
bağlanmış  sazişə  görə  müəyyən  haqq  ödəmələrinin 
yığılmasından  ibarətdir.  Sazişin  məbləğindən  və  birjanın 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə