E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________90___________________________ 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________91___________________________ 
 
ELEKTRON TİCARƏT 
 
1998-ci  ildə  İnternet  şəbəkəsinə  qoşulan  65  milyon 
amerikalı  İnternet  vasitəsi  ilə  satın  alınan  məhsula  8  milyard 
dollar  xərcləmişdi.  Həmin  ildə  Rusiyada  İnternetdən  istifadə 
edənlərin sayı 1,2 milyon nəfər, kommersiya xidmətləri satışı-
nın ümumi həcmi isə 11,5 milyon dollar təşkil etmişdi. Bununla 
yanaşı,  İnternetin  Rusiya  seqmentində  ən  populyar  biznes 
növü İnternet-mağazaların təşkili olmuşdur. Biznesin bu modeli 
Rusiyalı  sahibkarların  əksəriyyəti  üçün  daha  yaxşı  başa 
düşüləndir.  Mahiyyətcə,  bu,  informasiya  texnologiyaları  tətbiq 
edən  adi  ticarət  müəssisəsidir.  İnternet  texnologiyalarının 
cəlbedici cəhəti odur ki, şirkətin saytına eyni zamanda olduqca 
çoxsaylı potensial alıcı müraciətlərı mümkündür.  
Məsələn, 
Amazon.com  mağazasının  informasiya 
serverinə  gün  ərzində  bir-neçə  milyon  potensial  müştəri 
müraciət edir. Binaların icarə xərclərinin ixtisar edilməsi və 30 
milyon  adda  məhsul  təqdim  edən  nəşrlərin  reallaşdırılması 
imkanları cəlbedici görünür. 
 
 
ELEKTRON MAĞAZA  
 
Elektron  mağazanın  ümumi  iş  sxemi  aşağıdakı  kimidir. 
Potensial  alıcı  brauzerin  köməyi  ilə  mağazanın  informasiya 
serverinə  müraciət  edir.  Serverdə  elektron  vitrin  mövcuddur. 
Vitrində  malların  təsvir  edildiyi  kataloqlar,  sorğu  üzrə  axtarış 
vasitələri, qeydiyyata düşmək, sifarişin rəsmiləşdirilməsi, malın 
haqqının  ödənilməsi  və  alıcının  ünvanına  gətirilməsinin 
sənədləşdirilməsi üçün imkanlar vardır. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________92___________________________ 
 
Alıcının  qeydiyyata  götürülməsi  adətən  sifarişin 
sənədləşdirilməsi zamanı həyata keçirilir. Mal seçildikdən sonra 
alıcı  xüsusi  forma  doldurmalıdır  ki,  burada  da  ödəmə  və 
çatdırılmanın  necə  reallaşdırılacağını  göstərməlidir.  Sifarişin 
formalaşdırılması  başa  çatan  kimi,  alıcı  barədə  bütün 
informasiya  qeyd  edildikdən  sonra,  bu  informasiya  elektron 
vitrindən mağazanın ticarət sisteminə daxil olur. Burada  tələb 
olunan  malın  anbarda  olub-olmaması  yoxlanır  və  ödəmə 
sisteminə  təşəbbüs  göstərmək  siqnalı  ötürülür.  Tələb  olunan 
mal  anbarda  yoxdursa,  sorğu  malgöndərənə  yönəldilir  və 
alıcıya  məlumat  verilir  ki,  sifarişin  reallaşdırılması  nə  vaxt 
mümkündür. 
Əgər  ödəmə  malın  alıcıya  çatdırılması  halında  həyata 
keçirilirsə,  sifariş  faktı  təsdiq  edilməlidir.  Bu,  adətən  elektron 
poçt  və  ya  telefon  vasitəsilə  baş  verir.  İnternet  vasitəsilə 
ödəmə  imkanı  vardırsa,  istifadə  edilən  ödəmə  sistemi  işə 
qoşulur.  
Elektron  bazarlığın  ənənəvi  sxemində  aşağıdakılar  iştirak 
edir: 

 
Fərdi kompüterdən istifadə etməklə sifariş formalaşdıran 
alıcı; 

 
Bank  kartı  buraxan  və  bundan  istifadə  etməklə 
hesablaşma aparan bank; 

 
Elektron  ticarət  meydançasında  yerləşən  elektron 
mağaza; 

 
Mağazanın bankı; 

 
Emitentlə  mağazanın  bankı  arasında  hesablaşmaların 
aparıldığı hesablaşma mərkəzi; 

 
Malın  (Yalnız  bəzi  malların)  anbardan  alıcıya 
çatdırılmasını təmin edən təşkilat. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________93___________________________ 
 
QEYD: Emitent (ingiliscə issuer sözündən yaranmadır) 
öz  fəaliyyətini  və 
maliyyə  işlərini  inkişaf  etdirmək  üçün 
təşkilat  tərəfindən  buraxılan  (emitirlənən)  qiymətli 
kağızlardır. 
Emitent kimi hüquqi şəxs, icra hakimiyyəti orqanı və ya 
özünü idarə edən yerli orqan və ya (idarə) hesab olunur. Bu 
orqanlar qiymətli kağıza malik olan şəxslər qarşısında onların 
hüquqlarının  həyata  keçirilməsində  və  müdafiə  edilməsində 
çavabdehlik daşıyırlar.  
Emitent  kimi  hakimiyyətin  icra  orqanı,  yerli  idarəetmə
 
orqanı və ya hüquqi şəxs çıxış edə bilər. Bu idarələr (və ya 
şəxs) müəyyən edilmiş qanuna uyğun olaraq təyin olunmuş 
şərtlər  daxilində  dövriyyəyə  buraxılan  pulun,  istiqraz 
vərəqəsinin,  aksiyanın  və  digər  qiymətli  kağızların  və 
sənədlərin  (həmçinin  kredit  kartlarının,  nəqliyyat  çeklərinin) 
buraxılmasında  yaxından  köməklik  etməlidirlər.  Emitent  öz 
adından qiymətli kağız sahibi qarşısında öhdəçilik daşımaqla 
yanaşı  onların  (bu  işlərə  cavabdeh  şəxslərin)  hüquqlarının 
qorunmasında da böyük rol oynayır. 
Emitent iki funksiyanı yerinə yetirməlidir: 
1.Qiymətli kağızın buraxılmasına haqqının (hüququnun) 
olması; 
2.Qiymətli  kağızların  buraxılması  ilə  bağlı  işə  təhkim 
edilməsi  və  bu  işin  həyata  keçirilməsində  götürdüyü 
öhdəçiliyə əməl etməsi. 
Bəzi  hallarda  emitent  bu  əməliyyatı  üçüncü  şəxsə  də 
tapşıra  bilər,  amma  bütün  hallarda  qiymətli  kağızların 
buraxılmasına götürülmüş öhdəçilik onun öhdəsindədir. Belə 
olan  halda  üçüncü  şəxs  buraxılmış  qiymətli  kağızlardan 
ancaq mükafat kimi ala bilər.
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə