Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   52   53   54   55   56   57   58   59   60

 
173
Müdavimlərin çоxu 10 il, 20 ildən yuxarı bu pеşədə işləyənlərdir, lakin öz pеşələrinin pеdaqоji 
əsaslarını məhz bu məktəbdə öyrənirlər. 
 Təqdirəlayiq bir cəhəti də  qеyd  еdək ki, dinləyicilər öz iş  yеrlərinə qayıtdıqdan sоnra tanış 
оlduqları digər rayоnların uşaq təşkilatları ilə  əlaqə yaradır, təcrübə mübadiləsi aparır və  еyni 
zamanda səmimi dоstluq münasibətləri də yaranır, illərlə yaşayır. 
Məni fərəhləndirən bir məsələni də qеyd еtmək istəyirəm. Cəmi 3 ay, 3 ay yarım bir yеrdə оlan 
dinləyicilər arasında və  оnlarla müəllimlər arasında kоllеktivçilik, birlik və yüksək təşkilatçılıq 
hеyrət dоğurur. İllərlə bir yеrdə işləyən insanlar bu cür münasibətləri güclə yaradır və çоx zaman 
ömrü də qısa оlur. 
Mən  оrada  еşitdim ki, bu məktəbi bağlamaq qərarına gəliblər. Qəribədir, gündə bir lazımsız 
qurum, təşkilat yaranan vilayətdə xеyirxah bir işlə məşğul оlan bu məktəbə niyə bеlə kəm baxırlar. 
Mənəvi dəyərlərin qоrunub saxlanmasına, gələcəyimizin təminatına xidmət  еdən bir məktəbi 
saxlamaq çətindirmi? Səlahiyyətli оrqanların bu haqda düşünməsini çоx istəyərdim. Hər şеy uşaqlar 
üçün dеyiriksə, uşaqlar üçün yaşayırıqsa, bir daha düşünməli, ədalətli qərar vеrilməlidir. 
 
 «Azərbaycan XXI əsr» qəzеti,  
 11-17 
aprеl 2001-ci il, №13 (83) 
  
 
 
QARABAĞ UĞRUNDA ALОVLU MÜBARİZ 
 
Qarabağın başının üstünü qara buludlar alanda, bu buludun qəm yağışında ilkin islanan 
Xankəndində yaşayan soydaşlarımız oldu. Hələ bu fəlakətin mahiyyətinin hamıya çatmasından çox-
çox əvvəl xankəndlilər bu faciəni dərk etdilər və ağrılarını yaşadılar. Həmin günlərdə Xankəndində 
S.Vurğun adına 6 saylı orta məktəbdə tarix müəllimi işləyən Havva Məmmədova Azərbaycan 
tarixinə yeni qanlı  səhifələrin yazılacağını hiss edirdi və bir tarixçi kimi, vətəndaş kimi bu 
fəlakətlərin qarşısını almaq üçün yollar düşünürdü. Lakin mənfur düşmənin siyasəti çox güclü idi və 
artıq öz işini görmüşdü. 1991-ci ildə Havva xanım ürəyindən bağlandığı, sevdiyi bu gözəl diyardan 
və sevimli şagirdlərindən ayrı düşdü. Elə o gündən də ömrünün sonunacan bu murdar erməni 
siyasətinə qarşı vuruşacağına and içdi. O, başa düşdü ki, əsas silahı elm, savad və tarixi olduğu kimi 
əks etdirən kitablar olmalıdır. Qarabağ dərdi həyatının mənasına, yurd həsrəti ürəyinin döyüntüsünə 
çevrildi. Təhsilini davam etdirərək, Bakı Sosial İdarəetmə  və Politologiya İnstitutunu fərqlənmə 
diplomu ilə bitirdi. 2001-ci il-də «Azərbaycan Xalq Cumhuriyyəti dövründə erməni separatizminə 
qarşı mübarizə» mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını aldı. 30-dan 
artıq elmi məqaləsi, 4 kitabı bütünlüklə Dağlıq Qarabağ və Xocalı faciəsinə həsr olunmuşdur. Dəqiq 
faktlar, tarixi dəlillər  əsasında yazdığı «Xocalı:  şəhidlər və  şahidlər» kitabı rus dilinə  tərcümə 
olunaraq böyük tirajla çap olunmuş  və bütün dünyaya yayılmışdır. Hazırda kitab ingilis, alman, 
fransız, fars, ərəb və türk dillərinə tərcümə olunaraq çapa hazırlanır. Bu, Xocalı həqiqətlərini dünya 
ictimaiyyətinə çatdırmağın  ən sivil yoludur. Qarabağda baş verən münaqişələr haqda elmi 
araşdırmalar aparan, alim kimi tanınan Havva xanım dünyanın bir çox ölkəsində keçirilən elmi 
konfranslara dəvət alır və Qarabağ  həqiqətləri haqqında elmi dəlillərlə  çıxışlar edir. 2002-ci il-də 
Hollandiyada çıxan «Dəyirman» jurnalında Dağlıq Qarabağ  və Xocalı faciəsinə  həsr olunmuş 
məqalələrə görə Hollandiya, Almaniya və Belçikaya dəvət olunmuş, orda keçirilən elmi 
konfranslarda çıxışlar etmişdir. 2003-cü ildə Avstriyada keçirilən «Cənubi Qafqazda təhlükəsizlik 
məsələləri» mövzusunda keçirilən konfransda çıxış edərək Azərbaycanın əzəli və əbədi tоrpağı olan 
Qarabağın faciəsini tarixi faktlarla dünyaya çatdırmağa çalışmışdır. 
2005-ci il may ayının 18-22-də İsveçin paytaxtı Stokholmda keçirilən Dünya Azərbaycanlıları 
Konqresinin VIII qurultayında iştirak və  çıxış etmişdir. 2004-cü ildən Dünya Azərbaycanlıları 
Konqresi Qadınlar  Şurasının, 2005-ci ildən isə «Həmidə» Məcburi Köçkün Qadınlar Birliyinin 
sədridir. Göründüyü kimi Havva Məmmədova bütün həyat və  fəaliyyətini Qarabağa, qarabağlı 


 
174
qaçqın və köçkünlərin dərdinə, problemlərinə  həsr etmişdir. Hər bir xocalılı Havva xanımı çox 
yaxşı tanıyır, çünki onların  ən yaxın həmdəmi, dərdlərinin  ən səmimi  şərikidir. Onun hər anı bu 
dərdlərin bitməsi, problemlərin həlli yolları haqda düşüncələrlə keçir. 
Havva xanım dünyaya gətirdiyi övladlarını da bu ruhda tərbiyə edir. Hər üç övladı ləyaqətli və 
vətənpərvər vətəndaş kimi yetişir. Bu, Vətənə, xalqa ən ali xidmətdir məncə. 
Hərdən deyirlər ki, siyasət qadın işi deyil. Mən isə bunun əksini düşünürəm. Bütün siyasətlərdən 
müharibə, qan iyi gəlir və bu cür siyasətdən  ən çox əzab çəkən qadındır, anadır. Qadın təbiətən 
yaradıcı məxluqdur və yaratdığı, dünyaya gətirdiyi övladının təhlükə qarşısında olduğunu duyduqda 
canından belə, keçməyə hazır olur. Analar daha dönməz, daha mübariz olurlar. Həm də dünyanın 
hər yerində qadın sözünə, ana məsləhətinə hörmət, ehtiram var. Ağıllı qadınların siyasətdə, 
hakimiyyətdə olması xalqa da, hökumətə  də fayda verə bilər. Bu baxımdan yaxınlaşan parlament 
seçkilərində qadınlara üstünlük verilməsini çox istərdim. Ailədə nizam-intizam, tərbiyə  işinin 
aparıcısı olan qadın cəmiyyətdə də əsas qüvvədir. 
Havva xanım da Qarabağın azadlığı  uğrunda bütün dünya azərbaycanlılarının birliyi, xalqın 
əmin-amanlığı, rifahı  uğrunda mübarizəsini parlamentdə daha səlahiyyətli, daha qətiyyətli  şəkildə 
davam etdirmək arzusundadır. Bu arzu bütün azərbaycanlı qadınların, tarixin ən ağır sınaqlarına 
məruz qalmış gözü yaşlı qarabağlı anaların arzusudur. Həmin anaların dərdlərini bilən, ağrılarını 
yaşayan Havva Məmmədova  ən layiqli namizəddir. 122 saylı Xankəndi seçki dairəsindən olan 
seçicilərin öz layiqli namizədlərinə səs verəcəyinə inanıram. Uğur olsun! 
 
«Qarabağ» qəzеti, 29 оktyabr-11 nоyabr 2005-ci il 
 
 
 
«QADININ TƏRƏQQİSİ – ÖLKƏNİN  
TƏRƏQQİSİDİR» 
 
M.Pеyğəmbər (s) 
 
Bütün zamanlar üçün aktual olan bu kəlam günümüzlə  də  həmahəngdir. Bu gün 
Azərbaycan qadını tarixdə silinməz izlər qoymuş Sara xatun, Ağabəyim ağa, Nüşabə, 
Natəvan, Həmidə xanım kimi sələflərinin yolunu ləyaqətlə davam etdirir. XXI əsrdə 
Azərbaycan qadınının inkişaf yolunun yeni, möhtəşəm bir mərhələsi başlamışdır. Bu yolda 
əzəmətlə addımlayanların önündə isə Azərbaycan  ədəbiyyatında, mədəniyyətində, 
mənəviyyatında xüsusi rolu və yeri olan bir nəslin layiqli davamçısı Mehriban xanım Əliyeva 
gedir. «Ot kökü üstə bitər»- xalq deyimi bir daha təsdiqlənir. 
Hər bir valideyn dünyaya gələn övladına onda görmək istədiyi, arzuladığı xüsusiyyətlərə uyğun 
ad seçir. Çox vaxt bu arzu özünü doğruldur.  İnsanların  əksəriyyəti adının mənasına uyğun 
keyfiyyətlərə malik olur. Bu mənada Mehriban xanımın bütün xüsusiyyətləri adının mənasını əks 
etdirir. Xoş niyyətli, saf diləkli, xeyirxah, mərhəmətli, kövrək qəlbli, mehriban, ana şəfqətli bu 
qadın artıq hər bir azərbaycanlının evinin, ailəsinin doğma üzvünə çevrilib. O bu sevgini öz 
əməlləri, xeyirxahlığı ilə qazanıb. 
Çox qısa bir zaman kəsiyində  Mehriban xanım Azərbaycan dövlətçiliyi, xalqın sivil yolla 
inkişafı sahəsində çox böyük işlər görmüşdür. Azərbaycanın adını yüksəklərə qaldıran dünya 
şöhrətli siyasətçi, böyük şəxsiyyət Heydər  Əliyev Fondunun yaradılması  və  fəaliyyəti  Mehriban 
xanımın adı ilə bağlıdır. Hər bir insana qayğı yə diqqət bu Fondun əsas amalıdır. Ölkədə mövcud 
olan sosial problemlərin həllində Fondun çox böyük rolu açıq-aydın hiss olunur. Bir çox humanitar 
layihələrin hazırlanması və həyata keçirilməsi buna bariz sübutdur. İnternat məktəblərinin və uşaq 
evlərinin inkişafı layihəsi çərçivəsində Bakıda 12 məktəbdə  əsaslı  təmir işləri aparılmış, 
respublikanın bütün bölgələrində  ən ağır vəziyyətdə olan 132 məktəb üçün yeni bina inşa 
edilmişdir. «Diabetli uşaqlara ən yüksək qayğı» və «Talassemiyasız həyat naminə» layihələr neçə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə