Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   52   53   54   55   56   57   58   59   60

 
175
neçə  xəstə  uşağa  şəfa ilə  bərabər, ümid, inam da bəxş etmişdir. Tarixi abidələrimizin qorunması, 
gələcək nəslə çatdırılması da Fondun gözəçarpan fəaliyyəti dairəsindədir. Bir çox abidələrimiz 
məhz bu fondun vəsaiti hesabına bərpa və təmir olunmuşdur. Əsası ulu öndər H.Əliyev tərəfindən 
qoyulmuş azərbaycançılıq ideyalarının, fəlsəfəsinin daha səmərəli təbliği üçün Fond «Azərbaycan» 
internеt portalı yaratmışdır. Portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur. 
Yaxın zamanlarda başqa dillərdə  də versiyaların hazırlanması  nəzərdə tutulmuşdur. Bu portalın 
yaradılması ölkəmizin beynəlxalq aləmdə imicinə  zərbə vuran, böhtan, yalan məlumatlar yayan, 
Qarabağ problemi haqda Ermənistanın mövqeyini əks etdirən müxtəlif dilli, çoxsaylı saytlara tutarlı 
cavabdır. Ölkənin ən qədim tarixindən tutmuş bugünkü reallığına qədərki dövrü özündə əks etdirən 
bu portal respublikanın imicinin formalaşmasında, beynəlxalq nüfuzunun artmasında, mədəni-siyasi 
əlaqələrin yaranmasında önəmli rol oynayır və oynayacaqdır. 
Muğam Azərbaycan mədəniyyətini, mənəvi dəyərlərini, milli mənsubiyyətini əks etdirən, təsdiq 
edən pozulmaz və əbədi möhürdür. Muğamın yaşaması və inkişafı mənəviyyatımızın zənginləşməsi 
deməkdir. YUNESKO muğamı dünya irsi hesab etməkdə heç də yanılmamışdır.  Mehriban 
xanımın muğama, onun inkişafına olan qayğısı  və diqqəti bütün xalqın istəyini  əks etdirən 
münasibətdir.  Mehriban xanımın  sədrlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun 
təşəbbüsü ilə vaxtaşırı M.Maqomayev adına Filarmoniyada muğam axşamlarının təşkili, muğamın 
sönməz ocağı olan Qarabağ xanəndələrinin albomunun Azərbaycan, rus, ingilis dillərində  nəfis 
tərtibi bu münasibətin təzahürüdür. Bütün bunlar Qarabağ  uğrunda mübarizənin sivil yoludur. 
Mədəni irsimizin ən gözəl himayədarının təsis etdiyi «İrs» jurnalı ali bir məqsədə -Azərbaycan 
tarixinin, mədəniyyətinin dünyaya çatdırılmasına, mənəviyyatımızın inkişafına xidmət edir. 
Qadın təbiətin yaradıcı  və sülhsevər məxluqudur. Yaratdığını qorumaq onun ilkin amalıdır. 
Adətən müharibə proqramlarının yaradıcısı kişilər olur. Münaqişələr, müharibələr məngənəsində 
boğulan dünyamızı xilas etməyin yeganə yolu sülh mədəniyyətini inkişaf etdirərək bütün dünyaya 
aşılamaq və gözəl ideyalarla, xeyirxah arzularla zəngin sülh proqramını yaratmaqdır. Bu, bütün 
dünya qadınlarının həyat devizinə çevrilməlidir. Çox istərdim ki, bu proqramın müəllifi 
azərbaycanlı qadınlar olsun. Böyük itkilərə, ağrılara məruz qalmış azərbaycanlı qadınların buna 
mənəvi haqqı da var, gücü də.  YUNESKO-nun Xoşməramlı  səfiri Mehriban Əliyevanın 
timsalında bünu dünya görür və inanır. Azərbaycan qadınının bəşəri mənəvi dəyərlərə malik 
olduğuna bu, çox gözəl sübutdur. Mehriban xanımın beynəlxalq aləmdə qazandığı nüfuz bütün 
azərbaycanlı qadınların nüfuzudur. Xalqın taleyüklü məsələlərini həll edən, dövlət qanunlarını təsis 
edən bir qurumda - Milli Məclisdə ölkədə və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan belə bir 
xanımın təmsil olunması bütün qadınların sevincinə  və ruh yüksəkliyinə  səbəb olmuşdur. 
Mehriban xanım tək bir rayonun millət vəkili deyil, bütün azərbaycanlı qadınların vəkilidir. 99 
faizini qadınlar təşkil edən bir müəssisənin  əməkdaşı, Dünya Azərbaycanlıları Konqresi Qadınlar 
Şurası İdarə Heyətinin üzvü, «Həmidə» Köçkün Qadınlar Cəmiyyəti sədrinin müavini, «Məhsəti» 
Qadın Şairlər Məclisinin İdarə Heyətinin üzvü kimi bu fikrimdə qəti və əminəm. Qadınlarla bağlı 
bütün problemlərin uğurlu həllinə inam qadınlarımızı çox fəallaşdırıb. 
Hörmətli Mehriban xanım! Sizi bütün qadınlar adından millət vəkili seçilməyiniz 
münasibətilə səmimiyyətlə təbrik edirəm və arxanızda çox güclü, sarsılmaz bir ordu olduğuna əmin 
edirəm. Biz qadınlar Sizə güvəndiyimiz kimi, Siz də bizə güvənin. Unutmayın ki, hər hansı bir 
məsələdə Sizə  dəstək olan, müdafiə edən qeyrətli və dönməz, mübariz qadınlar ordusunun 
sərkərdəsisiniz.  Ulu Tanrının duaları üstünüzdən  əskik olmasın.  Bu  yeni  fəaliyyət yolunuza 
uğurlar diləyirəm.    
 
«Qarabağ» qəzеti, 15-29 nоyabr 2005-ci il 


 
176
ƏBƏDİLİYƏ ALQIŞ DЕYƏN YAZIÇI 
 
Hələ uşaqlıqda yazıb-оxumağı bacarmadığım, kəndimizdən qırağa çıxmadığım vaxtlarda mənə 
еlə gəlirdi ki, Azərbaycanım dünyanın ən böyük, ən gözəl ölkəsi, xalqım isə ən ağıllı və qüdrətli 
xalqıdır.  Bu  fikrin  qəlbimdə yaratdığı qürur hissi sоnralar da, daha böyük dövlətlərin, xalqların 
mövcudluğunu bildiyim anlarda da məni tərk еtmədi. Çünki bir həqiqəti də anlayırdım ki, ölkələrin
xalqların böyüklüyü nə ərazisinin hüdudları, nə də əhalisinin sayı ilə ölçülmür. 
Dünya tarixinə, mədəniyyətinə dahi şəxsiyyətlər bəxş edən xalqlar böyük olur. Bu mənada 
Azərbaycan xoşbəxt ölkədir. Ən böyük dövlətlərlə müqayisə edilə biləcək qədər xoşbəxtdir. Onun 
belə şəxsiyyətləri onlarladır. Çağdaş dünyamızda hamının yaxşı tanıdığı və yüksək qiymətləndirdiyi 
Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. 
H.Əliyev fenomenini açmaq üçün çox cəhdlər göstərilib, haqqında çox kitablar yazılıb. Məncə 
ən uğurlu nəticə H.Mirələmova nəsib olub. Bu uğurun ilkin səbəbi kitabın bünövrəsi 1890-cı ildə 
F.Pavlenko tərəfindən qoyulmuş, M.Qorki tərəfindən davam etdirilmiş dünyanın  ən görkəmli 
şəxsiyyətlərinin həyat və  fəaliyyətini  əks etdirən məşhur «Dünyanın görkəmli  şəxsiyyətləri» 
seriyası altında çap olunmasıdır. Mən bir azərbaycanlı kimi bu seriyada xalqımın hər hansı bir 
şəxsiyyəti haqda kitab çap olunmamasından çox sıxılırdım. Hər dəfə kitabxanamız bu seriyada yeni 
kitab alanda qəlbimdən qəribə bir həsəd hissi keçirdi. Amma belə bir kitabın yazılacağına da 
ümidim güclü idi. Yeri gəlmişkən, bu ümidimi doğruldan müəllifə bir azərbaycanlı kimi hədsiz 
minnətdaram. Kitab kamil, mükəmməl bir şəxsiyyətin 80 illik ömrünü olduğu kimi, əksildib-
artırmadan  əks etdirir. Dahilərdən biri deyib ki, ömrün müddəti deyil, bu ömrün necə yaşanması 
əhəmiyyətlidir. Bu kitab təkcə özü, ətrafı üçün deyil, bütöv bir xalq üçün əhəmiyyətli olan bir ömrü, 
yox, bir ömrə  sığmayan ömrü oxucularına açır. Hamı kimi dünyaya gələn, hamı kimi dünyadan 
gedən, amma hamı kimi yaşamayan bir insandan bəhs etmək çоx çətin və məsuliyyətli bir vəzifədir. 
Əslində bu kitab H.Əliyеvin həyat və fəaliyyətinə həsr оlunub. Amma kitabı оxuduqca görürsən ki, 
fəaliyyətin müqabilində həyat çоx az görünür. Sanki bu insan dоğulandan fəaliyyətdə оlub, özü də 
yaddaqalan, tarixə düşən fəaliyyətdə. «Naxçıvanda doğuldum» fəsli ilə başlayıb, «Dünyanın 
gözündə» fəsli ilə bitən kitabın 13 fəslinin hər biri bu möhtəşəm insanın həyatını yarpaq-yarpaq 
incələyir. Hiss olunur ki, uzunmüddətli araşdırmaların və düşüncələrin məhsuludur. 
Məncə,  ədəbiyyatın  ən çətin və  məsuliyyətli qolu tarix haqqında, tarixi şəxsiyyətlər haqda 
yazmaqdır. Yazıçı tarixi faktları, hadisələri öz təxəyyülündə elə bişirməli, elə yazmalıdır ki, həm 
oxucunu qane edə bilsin, həm də tarixi təhrif etməsin. Yazıçı kitab üzərində işləyərkən yəqin ki, bu 
kitabın bütün dünya oxucuları tərəfindən oxunacağını düşünüb və daha artıq məsuliyyətlə işləyib. 
Çünki bu əsər təkcə bir şəxsiyyət haqqında deyil, ümumilikdə bütöv bir xalq, onun tarixi
mədəniyyəti, mənəviyyatı haqqındadır. 
H.Əliyevlə bir zamanda yaşamış, işləmiş, ünsiyyətdə olmuş insanların xatirələri onun bir 
şəxsiyyət kimi müxtəlif cəhətlərini açmaqda, qabarıq cizgilərini verməkdə əhəmiyyətli rol oynayır. 
Çoxumuz bu dahi şəxsiyyəti çox yaxşı tanıdığımızı zənn edirik. Əminəm ki, kitabı oxuyandan sonra 
bu fikirdə yanıldığımızı anlayacağıq. Öz xalqına öz oğlunu daha yaxşı tanıtmaqdan böyük 
xoşbəxtlik nə ola bilər!? Bu da azərbaycançılığın, Azərbaycan dövlətçiliyi yolunda mübarizənin bir 
formasıdır. 
Böyük Türk dünyasının dahi oğlu  İsmayıl bəy Qasprinski deyib ki: «Min qılınca bir qələm 
qalibdir». Bəzən qılıncların bacarmadığını  qələmlər çox gözəl həyata keçirir. Azərbaycanın 
kimliyini bütün dünyaya tanıdan hər kəs qəhrəmandır. Məncə bu gün ölkəmizə, xalqımıza bu, hər 
şeydən vacibdir. Hü-seynbala müəllimin uzun illər və böyük zəhmət bahasına ərsəyə gətirdiyi kitab 
məhz bu məqsədə xidmət  еdir. H.Əliyеvin mənalı ömrünün müxtəlif anlarını  əbədiləşdirən 
fоtоşəkillər də kitaba bir rövnəqdir. Kitabın sоnundakı Azərbaycanın xəritəsi  оnun bütövlüyü 
suvеrеnliyi uğrunda mübarizənin simvolu təsirini bağışlayır. Kitabın qəhrəmanının mübarizəsinin, 
amalının, məqsədinin simvolu. Kitab haqqında dəyərli elmi-ədəbi söz deyə bilmədiyim üçün 
müəllifdən və qəhrəmanın ruhundan əfv diləyirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə