Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
165
dövlətlər tərəfindən 1974-cü ildə göstərilmiş, 1994-cü ildə Sülh, İnsan Haqları  və Demokratiya 
təhsili üzrə  Bəyannaməsi və Vahid Fəaliyyət Proqramında təsdiqlənmiş, 1999-cu ilin mayında 
vətəndaş  cəmiyyəti tərəfindən keçirilən Haaqa Sülhə Çağırış Konfransı  tərəfindən bütün təhsil 
ocaqlarında tədris olunması üzrə kompaniyaya başlanması  təklif olunmuşdu. Bu sahədə bircə an 
gecikmək, bircə addım geriləmək böyük fəlakətlərin artması deməkdir. Bütün dünya bir ağızdan 
sülh deməsə, insan haqları tapdalanacaq, dövlət hüquqları pozulacaq, təbiət təhqir olunub dağılacaq, 
bir sözlə anamız Yer ayağımızın altından qaçacaq, göylər də pənah durmayacaq. 
Göylər bezib anaların ahından,  
Nigaranam dünyanın sabahından,  
Diləyim var, tanrının dərgahından,  
İnsanlığı hürriyyətə səsləsin,  
Bütün dünya bir ağızdan sülh desin. 
 
«Yaddaş» qəzеti, 10 nоyabr 2004-cü il №19-20 (23) 
 
 


 
166
TARİX YAZANLAR TARİXDƏ QALACAQ 
 
Yazıçı-publisist Mustafa Çəmənlinin yaradıcılığı barədə оxucu sözü. 
Hər bir insanın mütaliə  mədəniyyəti formalaşdıqca onun maraq dairəsi, obyekti də 
müəyyənləşir. Kimisi macəra  ədəbiyyatına, kimisi məhəbbətdən, qəhrəmanlıqdan bəhs edən 
ədəbiyyata daha çox maraq göstərir. Özümü dərk edib, mütaliə  vərdişlərinə yiyələnən gündən 
poeziyaya və tarixi əsərlərə xüsusi meylim olub. Oxuduğum tarixi əsərlər içərisində  məni  ən çox 
özünə  çəkən, həyəcanlandıran  əsərlər Qarabağ, onun keçmişinə aid yazılanlardır. Bəlkə  də bu, 
ömrümün ən gözəl illərinin o dilbər guşədə, gözəl yurdun qoynunda keçməsilə bağlıdır. Qarabağın 
hər daşı, bulağı, gülü, çiçəyi mənə ulu tarix kimi möcüzəli və cazibəli gəlib. Oxuduğum əsərlər də 
hərəsi mənə bir cür təsir edib. Elə  əsərlər olub ki, onu oxumamışam, su kimi içmişəm. Onu da 
deyim ki, bu təkcə mövzunun ürəyimcə olması ilə bağlı olmayıb. Bəzən xoşladığın bir mövzuda 
olan kitabı  çətinliklə oxuyub başa çatdırırsan. Çünki dili qüsurlu olur, adamı  çəkib apara bilmir. 
Müəllifın xoşbəxtliyi, əsərin uğuru ondadır ki, dili bulaq suyu kimi şəffaf, sadə, rəvan və axıcı olur. 
Oxucunu öz cazibəsinə salıb, axıracan şirin və həzin bir yolla apara bilir. 
Belə xoşbəxt müəlliflərdən biri də Mustafa Çəmənlidir. Mən «Xallı gürzə» tarixi romanını 
oxuyanda Mustafa müəllimi şəxsən tanımırdım. Amma elə bu əsərindən onun portretinin cizgilərini 
görə bilmişdim. Azərbaycanı sevən, Qarabağa bağlı, onun hər daşı üstündə əsən, tarixini yaşatmağa 
can atan bir vətəndaş kimi təsəvvür etdiyim Mustafa müəllimi tanıyanda zənnimdə yanılmadığıma 
sevindim. Bəzən şəxsiyyətlə sənət üst-üstə düşmür və illərlə sevib rəğbət bəslədiyin sənətkar bircə 
anda gözündən düşür. Nə yaxşı ki, bu dəfə belə olmadı. Mustafa müəllimin söhbətlərini dinlədikcə 
xəyalımdan başı qarlı uca dağlar, sinəsi sözlə-söhbətlə dolu ağsaqallarımız, ulu yurdun ulu tarixi 
vərəq-vərəq, sətir-sətir gəlib keçir. 
Tarixi  əsər yazmaq təkcə ictimai-siyasi hadisələri ardıcıllıqla köçürmək deyil. Tarix yazmaq 
daha çətin, daha məsuliyyətli bir işdir. Bütün sənətkarlar öz dövrünün tarixini yazır. Rəssam 
rəsmlərində, yazıçı  bədii  əsərlərində, musiqiçi öz musiqilərində dövrünün həqiqətlərini, hiss və 
həyəcanlarını əks etdirir. Son illər yaranan əsərlərin əksəriyyətinin mövzusu Qarabağdan götürülüb. 
Qarabağ həmişə söz-söhbət mövzusu olub. Vaxt olub ki, yetirdiyi sənətkarları ilə, vaxt da olub, (elə 
indiki kimi) bəlaları, dərd-sərilə. Qarabağın bugünkü tarixini yazan müəlliflərdən biri də  məhz 
Mustafa Çəmənlidir. Mən onun «Muğam dünyasının Xanı» adlı kitabını oxuyandan sonra bir 
müddət başqa aləmdə oldum. Təmiz, saf, isti-ilıq,  şirin, həzin bir dünyadan, əsrarəngiz səslə, 
qəlbləri ehtizaza gətirən sözlə dolu bir dünyadan qopmaq çox çətin idi. Bu kitab indi də 
təsəvvürümdə möhtəşəm, əzəmətli, bünövrəsi büllur kimi saf sənətdən tökülmüş, divarları əsrlərin 
sınağından çıxmış bir muğam sarayı kimi qalıb. Bu sarayın salonlarını Azərbaycan musiqisi, 
Azərbaycan muğam sənətinin ən parlaq incilərinin solmaz boyalarla işlənmiş portretləri bəzəyir. Bu 
kitab təkcə Xan Şuşinski haqqında deyil, bütövlükdə Azərbaycan musiqisi, Azərbaycan muğamı 
haqqında tarixi bir əsərdir. Bu kitab korifey sənətkarların obrazlar qalereyası ilə  zəngin olan 
möhtəşəm bir sərgi salonudur. Muğam sənətinin dünənini, bu gününü, sabahını əks etdirən salon! 
Bu kitab həm də Qarabağ tarixidir, çünki Xan Şuşinski də elə müəyyən mənada Qarabağ deməkdir. 
Mustafa Çəmənli bu kitabla Xan əminin  ən böyük vəsiyyətini və arzusunu yaşadır. «Muğamatı 
ölməyə qoymayın» deyən Xan Şuşinski bilirdi ki, muğamat ölsə, millət də öləcək, Qarabağ da əldən 
gedəcək. «Mənsuriyyə»yə qulaq asmayan millət necə mübariz ola bilər, necə torpaq qoruya bilər? 
İndi muğamatı yad, bayağı diringilərə  dəyişirlər. Belə bir zamanda bu kitabın dəyəri ölçüyə 
gəlməzdir. 
Mustafa Çəmənlinin növbəti kitabı «Burdan bir atlı keçdi...» adlanır. Bu kitabda da müəllif öz 
ideyasına sadiq qalıb.  Əziz Qarabağının, doğma Ağdamınıın dünənini, bu gününü və  həm də 
gələcəyini şirin, yaddaqalan boyalarla əbədiləşdirib. Adi bir el ağsaqqalının yaddaşının xatirələrlə 
zəngin səhifələrini vərəqləyərək  şirin bir dillə oxucusuna danışır. Yadımıza uşaqlığımız, nənə-
babalarımızın nağıllı dünyası düşür. Nağıl kimi dinlədiklərimiz isə onların yaddaşında ağrılı-acılı 
izlər salan tarixi həqiqətlərdir. Ağsaqqallarımız, ağbirçəklərimiz azaldıqca bu tarixi həqiqətlərin izi 
də get-gedə pozulur. Bu xatirələri qələmə almaq, xalqın malına çevirmək ən böyük savabdır. Bizə 


 
167
bu gün tarix yazmaq daha çox vacibdir. Çünki uzun müddət tariximiz təhrif olunub, həqiqətlər qara 
pərdələrə bürüdülərək gizlədilib. Bu həqiqətləri qara pərdələrdən azad edib, tarixin səhvlərini bərpa 
etmək ən müqəddəs bir işdir. İnanıram ki, hər kənddə, hər obada yaddaşında ulu tarix uyuyan İsa 
kişilər var. Sadəcə, bu yaddaşı oyatmaq, qaynar bulağın gözünü açmaq lazımdır. Ona da inanıram 
ki, bu işi ləyaqətlə görə biləcək Mustafa Çəmənlilər də var. 
Mustafa müəllimə xeyirxah və  dəyərli yaradıcılıq yolunda uğurlar, yeni gözəl  əsərlər 
arzulayıram. Vaxt gələcək bu əsərlərin dəyəri və qiyməti lazımi səviyyədə bilinəcək. Sadəcə olaraq, 
zaman öz qəhrəmanını sevib qiymətləndirə bilmir. Bunun üçün müəyyən vaxt keçməlidir. 
Qəhrəman özü bunu görməsə  də, gələcək nəsillər görəcək. Qəhrəmanlığın bir şərti də  bəlkə elə 
budur. Bircə onu bilirəm ki, tarix yazanların adı mütləq tarixdə qalacaq. Belə xoşbəxtlik isə hər kəsə 
nəsib olmur. Belə xoşbəxtliyinizə mübarək deyirik, Mustafa müəllim! Qarabağ haqqında uğurlu 
yazılar, uğurlu döyüşlər qədər vacibdir. Qarabağ yоlunda uğurlu döyüşlər! 
 
«525-ci qəzеt», 8 aprеl 2003-cü il, çərşənbə axşamı 
 
 
 
KÜRDƏMİRDƏ MƏDƏNİYYƏT ŞƏHƏRCİYİ 
 
Artıq üç ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Treninq 
Mərkəzinin  əməkdaşları Açıq Cəmiyyət Institutu Yardım Fondunun maliyyə  dəstəyi ilə 
«Müasir kitabxanalar və onların vəzifələri» proqramı ilə respublikanın müxtəlif bölgələrində 
seminarlar keçirir. Növbəti səfərimiz Kürdəmir rayonuna idi. 
Təbiəti kasıb  оlan bu rayondan çox şey ummaq da ədalətsizlikdir. Ancaq əksər 
marşrutların nəqliyyat xətti olan Kürdəmir camaatının sadəliyi, qonaqpərvərliyi, 
mehribanlığı ötənin, keçənin qəlbində həmişə xoş təəssürat oyadıb. 
Biz bu köhnə rayonun mərkəzində  təzə, müasir standartlara uyğun, kiçik də olsa, böyük 
təəssürat oyadan mədəniyyət  şəhərciyini görəndə heyrətli bir sevinclə köks dolusu nəfəs aldıq. 
«Uşaq yaradıcılıq evi», «Şəkil qalereyası», «Uşaq kitabxanası», «Mərkəzi kitabxana» binaları bu 
şəhərciyin yaraşıqlı övladlarıdır.  Şəhərcikdə yeni salınmış gözəl, kiçik xiyaban indi rayon 
camaatının ən çox can atdığı istirahət yeridir. «Şəkil qalereyası»nda nümayiş olunan sənət əsərləri 
gələni-gedəni valeh edir. Bunu «Rəy və təkliflər» kitabına yazılmış xoş sözlər də təsdiq edir. 
Rayon mədəniyyət şöbəsinin müdiri Vaqif Alıyevin dediyinə görə, bu kompleks cəmi 204 günə 
tikilib istifadəyə verilib. Bu işə şəxsən rayon icra hakimiyyətinin başçısı Nazim Babayev rəhbərlik 
və nəzarət edib. Kürdəmir mədəniyyət işçilərinin bəxti onda gətirib ki, rayona təzə təyin olunmuş 
Nazim müəllim mədəniyyətsevər, onun inkişafına xüsusi fikir verən insandır. Bu çox böyük şərtdir. 
İkinci  şərt rayonda mədəniyyət, kitabxana fədailərinin olmasıdır. Mədəniyyət  şöbə müdirinin 
işgüzar, mütaliəli və dünyagörüşlü insan olduğu ilk dəqiqədən bilinir. MKS-in direktoru Şahalı 
Şıxəliyev bütün ömrünü kitabxana işinə sərf etmiş, kitabxananı doğma evi bilən, həyatı sayan bir 
insandır.  Ən fərəhlisi odur ki, Şahalı müəllim tək deyil, onun bu işə  məhəbbətindən bəhrələnən 
onlarla Dürriyə, Aidə, Növrəstə kimi işçiləri var». Bölgələrdə belə  həmkarlarımızın olmasından 
duyduğumuz fərəh hələ  də bizi tərk etməyib. Müasir dövrün maliyyə  qıtlığına,  əli işdən soyudan 
sosial çətinliklərə baxmayaraq, Kürdəmir kitabxanaçıları sabaha ümidlə baxırlar. Kitabxananın 
binası da qənaətbəxşdir, oxucusu da kifayət qədərdir. Ancaq kitabxanaya yeni ədəbiyyatın 
alınmasındakı  çətinlik görülən işlərin lazımi bəhrə verməsinə mane olur. Əgər kitabxana öz 
fondunu yeni ədəbiyyatla komplektləşdirə bilmirsə, öz funksiyasını itirərək köhnə kitab anbarına 
çevrilir. Yeri gəlmişkən, deyim ki, bu təkcə kürdəmirlilərin problemi deyil. Bütün bölgələrin 
kitabxanaları bu dərdi yaşayır, bu ağrını  çəkir. Hər bir sahə öz dərdini özü yaxşı bilir və öz 
prolemini özü həll etsə yaxşı olar. Kitabxana işinə barmaqarası baxan insanlardan nə ummaq olar 
axı? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə