Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

 
168
Yeniliklər, yaxşı  işlər fərəh hissi yaratdığı kimi, nöqsanlar da, kədər, təəssüf hissi doğurur. 
Şəhərin mərkəzindəki köhnə «mədəniyyət və istirahət parkı»nın indiki vəziyyəti söhbət açdığımız 
yeniliklə heç uyuşmur. Bu parkın vaxtilə çox gözəl bir park olduğu hiss olunur. Baxımsızlıqdan 
bərbad hala düşən park öz xilaskarını intizarla gözləyir. Ümid edirik ki, bu park əvvəlkindən də 
gözəl, yaraşıqlı bir guşə kimi kürdəmirliləri və qonaqları öz qoynuna səsləyəcək,  əsas odur ki, 
insanlarda gələcəyə ümid, işə, torpağa məhəbbət olsun. 
 
«Dialоq» qəzеti, 12 оktyabr 2003-cü il, №12 (114) 
 
 
 
HƏYATI KİTABSIZ TƏSƏVVÜR ЕTMİRƏM 
 
Hər bir zamanın, dövrün özünəməxsus problemləri olur. Cəmiyyət nə qədər dəyişsə, yeniləşsə, 
inkişaf etsə  də problemsiz, nöqsansız ötüşmür. Müasir dövrün də irili-xırdalı bir çox problemləri 
var. Elə problemlər var ki, onları vaxtında həll etməsək təkcə bu gün, bu günkü nəsil deyil, gələcək 
də, gələcək nəsil də itirər və bu itkilərin əvəz olunması isə heç nə ilə mümkün olmaz. Bu gün elmi, 
ədəbi ictimaiyyəti narahat edən belə  məsələlərdən biri də  gənclərin, uşaqların kitaba, mütaliəyə 
marağının azalmasıdır. 
Bir həqiqəti heç vaxt unutmaq olmaz ki, heç bir kompüter, texniki vasitə kitabı əvəz edə bilməz. 
Kitab bütün zamanların ən dəqiq və ilkin məlumat mənbəyidir. Elə bir kitab yoxdur ki, ondan kiçik 
də olsa, az da olsa yaxşı nəsə götürmək mümkün olmasın. Ədəbiyyat ən gözəl tərbiyə vasitəsidir. 
Kitabsız insan həyatını təsəvvür etmək mümkün deyildir. 
Mütaliəyə maraq təkcə uşaqlar və gənclər arasında deyil, elə yaşlı nəsildə də azalıb. Bunun bir 
çox səbəbləri var. Bir mütəxəssis kimi bununla maraqlanaraq təxminən 10 nəfərdən səbəbini 
soruşmuşam. Cavablar müxtəlifdir: 
- Maraqlı kitab yoxdur; 
- Hər işimiz düzəlib, bircə kitabımız çatmır; 
- Kiril əlifbasında oxuya bilmirəm, latınca da ədəbiyyat yoxdur; 
- Kitab almağa pul, oxumağa həvəs olmalıdır və s. 
Əksəriyyəti maraqlı kitabın olmadığını deyir. Bəlkə, bu doğrudan da belədir? Bəs onda 
nəşryyatların külli miqdarda çap etdikləri kitablar oxunaqlı, lazımlı deyilsə, bu qədər vəsaiti boş 
yerə sərf edərlərmi? 15-20 il öncə hər il respublikada 500-600 adda kitab çap olunurdusa, indi bu 
rəqəm 10 dəfələrlə artıb. Yüzlərin içindən maraqlı kitab tapıb oxuyan oxucu, minlərin içindən tapa 
bilmirmi? 
Amma burada bir həqiqəti etiraf etməliyik ki, pulu olan müəlliflərin kitabı çap olunur, yaxşı 
yazan müəlliflərin kitabları isə imkansızlıq ucbatından sandıqlarda yatıb qalır. Nəşriyyatlar bir 
meyar  əsasında işlərini qurmalıdırlar. Çap etdikləri məhsul təkcə formaca deyil, məzmunca da 
keyfiyyətli оlmalıdır. 
Mən kitabxanaçıyam və kitabxanamız bütün çap məhsullarından aldığı üçün onlarla tanış olmaq 
imkanım var.  
Bəzən elə kitablara rast gəlirik ki, naşirin də, müəllifin də yerinə xəcalət çəkirik. Hər çap olunan 
məhsul kitab deyil. Kitab o vaxt kitab olur ki, oxunur, öz oxucusunu tapır. Rəflərdə yatıb qalan, toz 
yığan kitabları çap etmək nəşriyyatlara mənfəət verir, Azərbaycan kitab mədəniyyətinə isə heç nə 
vermir. 
Latın əlifbasında kitab yoxdur səbəbi bir qədər mübahisəlidir. Artıq 2001-ci ildən respublikada 
bütün çap məhsulları latın qrafikasında çap olunur. Demək olmaz ki, latın əlifbasında kitab yoxdur. 
Bəs problem nədədir, bu sual haradan meydana çıxır? Mən bir çox rayonların kitabxanalarında 
olmuşam və bu problemin də bir çox yerlərdə  kəskin  şəkil aldığının  şahidiyəm. Bölgələrdə 
oxucuların 90 faizini məktəblilər təşkil edir və  məlumdur ki, kiril əlifbasında oxuya bilmirlər. 
Dərsliklərdə keçdikləri müəlliflərin (klassiklərin)  əsərlərini oxumaq üçün kitabxanaya üz tuturlar, 


 
169
təbii ki, tapmırlar. Çünki klassiklər indi-indi çap olunmağa başlayır və  hələ  də bu iş  qənaətbəxş 
səviyyədə aparılmır. Çox vaxt az tirajla çap olunur, çox kitabxanalara çatmır. Məsələn, 
C.Məmmədquluzadə kimi klassikin seçilmiş əsərləri cəmi-cümlətanı 700 nüsxə tirajla çap olunub. 
Ölkədə kitabxanaların sayının 10 minə yaxın olduğunu nəzərə alsaq, rəqəmlər arasındakı  tərs 
mütənasiblik özü çox şey deyir. İkinci tərəfdən rayonlarda olan kitabların da alınması müşkülə 
dönüb. 
Bölgələrdə kitabxanaların maliyyələşməsi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır. Onlar da 
kitabxanalara ayrılan maliyyə  xərcləri siyahısında yeni kitabların alınmasını sonuncu «və sair» 
adlanan qrafada qeyd edirlər. Yəni bu mühüm məsələni o qədər də  əhəmiyyətli xərc saymırlar. 
Məncə, kitabxanaların maliyyə problemlərini tabe olduğu nazirlik həll etsə daha yaxşı olar. Hər bir 
sahənin əyər-əskiyini o sahənin mütəxəssislərindən başqa kim bilə bilər? Mədəniyyət Nazirliyi çap 
olunmuş klassiklərin  əsərlərini imkanı daxilində M.F.Axundov adına Azərbaycan Dövlət 
Kitabxanasının mübadilə şöbəsi vasitəsilə yerlərə göndərir. 
 Məncə, klassiklərin nəşri üçün xüsusi dövlət proqramı olmalıdır. Nəşriyyatlar arasında 
müəlliflər bölünməli və əsərləri böyuk tirajla, yüksək keyfiyyətlə çap olunmalıdır. İmkanlı şəxslər 
də bu işdə dövlətə kömək edə bilərlər. İndi sponsorluq dövrün başlıca məziyyətlərindən biridir və 
əhəmiyyətsiz yerlərə pul xərcləyənlər az deyil. Vətən, xalq naminə də bir az xərc çəksələr dünya 
dağılmaz. 
Eşitmişəm «Çaşıoğlu» nəşriyyatı klassiklərin  əsərlərini abunə yolu ilə çap etmək istəyir. Çox 
gözəl fikirdir və bütün kitabxanaların abunə yazılışını  təmin etmək vacib məsələdir. Vaxtilə 
Azərbaycanda belə gözəl  ənənə olub. 50 cilddən ibarət «Dünya Uşaq  Ədəbiyyatı Kitabxanası» 
(«Gənclik»), 100 cilddən ibarət «Dünya Ədəbiyyatı Kitabxanası» («Yazıçı»), 20 cilddən ibarət 
«Azərbaycan  ədəbiyyatı inciləri» («Yazıçı»), 12 cilddən ibarət «Azərbaycan klassik ədəbiyyatı 
kitabxanası» («Elm») seriyalı nəşrlərin çox təəssüf ki, «Dünya Uşaq Ədəbiyyatı Kitabxanası»ndan 
başqa qalanları yarımçıq qalıb. 80-ci illərdə başlanmış bu iş məlum hadisələrdən sonra dayandırıldı. 
Yenidən başlansa çox gözəl olar. 
Bir məsələ barəsində  də öz fikrimi bildirmək istəyirəm. Hamı bilir ki, insanı alışdığı, vərdiş 
etdiyi adətlərdən çəkindirmək çox çətindir.  Əgər uşaqlıqdan mütaliə  vərdişi yaratmadığımız 
gənclərdən indi nəsə gözləməyə haqqımız varmı? Bu işin məsuliyyəti müəllimlərin, valideynlərin, 
kitabxanaçıların, yəni hamımızın çiynindədir. Uşaqlarda mütaliə  vərdişini yaratmağın çox yolları 
var. Ucadan qiraət, səhnəciklər təşkil etmək (uşaq nağılları  əsasında), sinifdənxaric oxular, 
disputlar, oxucu konfransları, gecələr, kitab sərgiləri, plakatlar, görüşlər və s. keçirməklə  uşaq və 
gənclərdə mütaliə vərdişləri və maraq yaratmaq olar. 
Məlumdur ki, bu günlərdə Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin orqanı olan 
«Yaddaş» qəzeti bizim M.F.Axundov adına Respublika Dövlət Kitabxanası ilə birlikdə «Kitab-
Kitabxanaçı-Oxucu» üçlüyü mövzusunda müsabiqə elan etmişdir. Bu çox gözəl təşəbbüsdür. 
İnanırıq ki, bu tədbir kitaba marağın artmasına, kitabxanaçı əməyinə qiymət verilməsinə, bir sözlə, 
oxucu-kitabxana əlaqəsinin daha da möhkəmləndirilməsinə kömək edəcəkdir. 
Mən üzümü öz həmkarlarıma, kitabxanaçılara tutmaq istəyirəm. 
Müasir kitabxanaçı öz işini müasir tələblərə uyğun qurmalıdır. Unutmaq olmaz ki, yeni əsrin 
övladları olan tələbkar bir nəslin xidmətindəyik.  İlk növbədə öz oxucumuzun maraq dairəsini
tələbini öyrənməliyik. Həmin təlabata uyğun  ədəbiyyat seçməli, fondumuzu təmin etməliyik. 
Kitabxanaçının vəzifəsi bununla məhdudlaşmır. 
Fondumuzda olan ədəbiyyatı təbliğ etməyi, oxucunu cəlb etməyi bacarmalıyıq. Həyatımızın bir 
parçasına çevrilmiş radio, televiziya da bu işdə əsas yardımçı olmalıdır. Bilirik ki, gənclər reklam 
olunan şeylərə daha çox meyl edirlər. 
Çox təəssüf ki, radioda, televiziyada kitabdan, kitabxanadan başqa nəyin istəsən reklamını görə 
bilərsən. 
Adi bir misal çəkim, ANS televiziyası öz nəşri olan «El» jurnalını daimi və çox gözəl reklam 
etdiyinə görə oxucusu günü-gündən artır. İndi mətbuatda və nəşriyyat sahəsində o qədər bolluqdur 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə