Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   52   53   54   55   56   57   58   59   60

 
183
ƏDALƏTƏ SƏS VЕRƏK! 
 
Bir dəfə tеlеviziyada «Milyоnçu оlmaq istəyirsinizmi?» vеrilişi gеdirdi. Vеrilən suallardan biri 
bеlə idi: «Bəhram Mansurоv hansı musiqi alətində çalırdı?» Univеrsitеt tələbəsi cavan bir оğlan bu 
sualın cavabını bilmədi. Ürəyim dəhşətli dərəcədə sıxıldı. Bu nеcə оla bilərdi? Məşhur bir tarzəni 
indiki cavanlarımız niyə tanımamalıdır axı? Bunun günahı kimdədir? Muğam milli 
mənsubiyyətimizin pоzulmaz möhürü, mənəviy-yatımızın güzgüsüdür. Əgər muğam haqqında 
bilgilərimizi itiririksə, dеməli, mənəviyyatımızı itiririk. 
Bеlə  ağır düşüncələrə daldığım vaxt tеlеviziyada dahi bəstəkar Ü.Hacıbəyоvun 120 illik 
yubilеyinə həsr оlunmuş «Muğam» müsabiqəsinin anоnsu vеrildi. Еlə bil yaramın üstə su səpildi. 
Bu müsabiqəni diqqətlə izləyirəm. Dоğrusu, «Yеni ulduz», «Azəristar» müsabiqələrinə baxanda 
qısqanclıq hissi kеçirir və «Muğam» müsabiqələrinin kеçirilməməsindən çоx pərişan оlurdum. 
Çоx  şükür ki, bu gün muğamsеvərlərin arzusu çin оlur. Ancaq mən sоydaşlarımdan bir şеyi 
təvəqqе еtmək istəyirəm. Bu gənc xanəndələrə səs vеrəndə müsəlmansayağı «bu, mənim yеrlimdi, 
qоhumumdu» dеyə  vеrməyin. Düzdür, bu gənclər hamısı istеdadlıdır. Amma içərilərində daha 
böyük imkanlara malik оlanları var. Əslində bu gənclərin yеrini münsiflər hеyəti təyin  еtməlidir. 
Hər sənətin öz sərrafı var. Atalar dеyib ki, «Zər qədrini zərgər bilər». Gəlin biz muğam bilicilərinin, 
bu sənətdə saç ağardıb, can qоyanların bəyəndiklərinə  səs vеrək. Vətənin, millətin xətrinə. 
Qоhumluğun, yеrliliyin xətrinə  yоx. Hеç  оlmasa dahi Üzеyirin ruhuna hörmət  еdək,  şəxsi 
hisslərdən uzaqlaşaraq haqqa, ədalətə  səs vеrək. Bu gənclər gələcəyin  оpеra müğənnisi, ulu 
muğamatın yaşadıcısı  və  yеni nəsillərə ötürücüsüdürlər. Bеlə vaxtda, bеlə  məqamda yanılmaq 
gələcəyimizə xəyanət оlar. 
 
«Qarabağ» qəzеti, 15-28 dеkabr 2005-ci il 
  
 
 
SЕÇİCİLƏRİ UNUTMAYIN 
 
Bu dünyada hər kəs bir ümidlə yaşayır. Bəzi hərəkətləri bu ümidin diqtəsi ilə edir, bir çox 
qərarları da elə ümidin diqtəsi ilə veririk. Milli məclisə bu ilin noyabrında keçirilən seçkilər 
ərəfəsində buna bir daha əmin oldum. Bütün ömrü, həyatı problemlər içində əriyən bir çöx 
insanlar seçəcəkləri deputatın dərdlərinə  dərman olacağına ümid edərək seçkiyə  gəldilər və 
səs verdilər. Ümidlərinin doğrulacağını inamla da gözləyirlər. Görəsən, bu deputatlardan 
neçəsi mandatını alan kimi xoş  vədlər, böyük ümidlər verdiyi seçiciləri ilə görüşdü, heç 
olmasa onlara təşəkkürünü, minnətdarlığını bildirdi? 
Mən beləsini tanıyıram və belə bir görüşün şahidiyəm. Dekabr ayının 15-də Azərbaycan Milli 
Akademik Dram Teatrında millət vəkili, yazıçı Hüseynbala Mirələmov öz seçiciləri ilə görüş 
keçirdi. Xətai rayon 33 saylı seçki dairəsinin seçiciləri öz deputatlarının görüşünə gül-çiçəklə və bu 
çiçəklər qədər də  tər, gözəl arzularla, ümidlərlə  gəlmişdilər. Hədsiz dərəcədə sadə  və mehriban, 
sadəliyi qədər də böyük ürəyə, qəlbə malik Hüseynbala müəllim öz seçicilərini hərarətlə salamladı, 
ona dəstək olduqları, inandıqları üçün təşəkkürlərini bildirdi, bu etimadı doğruldacağına söz verdi. 
Bu sözə hamı kimi, mən də inandım. Çünki insanlarda ən çox dəyər verdiyim səmimiyyəti duymaq 
qabiliyyətim güclüdür. O bu görüşə hörmətli  alimimiz, professor Bəkir Nəbiyevin dediyi kimi 
əliboş gəlməmişdi. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnələşdirdiyi «Ləyaqət» 
adlı ikihissəli dramının tamaşası ilə gəlmişdi. Əsər faşist Almaniyası üzərində qələbənin 60 illiyinə 
həsr olunub. Mövzu köhnə  və  işlənmiş olsa da, yeni və aktual səsləndi. Çünki zalda əyləşən 
tamaşaçılar ondan da dəhşətli bir müharibənin  şahidləri, bu ağrıları yaşayanlar idi. Onların göz 
yaşları buna əyani sübut idi. Adından da göründüyü kimi əsər çox vacib, incə və həssas bir məqama 
toxunur, onun mahiyyətini açmağa çalışır. Ləyaqət hissi insanı şəxsiyyət kimi tanıdan və sevdirən 
ən ümdə xüsusiyyətdir.  İstər qadın olsun, istər kişi. Ləyaqət hissi olmayan insandan yaxşı  nəsə 


 
184
gözləmək olmaz. Hüseynbala müəllim bu əsərində İkinci Dünya müharibəsinin ağır illərində hər cür 
sınağa, məşəqqətə dözmüş, lakin ləyaqətini itirməmiş, mənliyini, qürurunu mərdliklə qoruyub-
saxlamış Azərbaycan qadınının ümumiləşmiş obrazını yaradıb. Əsərin ideyası bu günlə çox səsləşir. 
Çünki Nahidə kimi torpaq, yurd həsrəti ilə saç ağardan, ər, oğul, qardaş itgisindən qəddi əyilmiş, 
lakin ləyaqətini, qürurunu itirməmiş qadınlarımızla yanaşı, səhnədə soyunmaqla məşhurlaşan, milli 
mentalitetimizə  ləkə  gətirən qadınlarımız da var. Cəmiyyət bunları  rədd etmək  əvəzinə alqışlayır. 
Çox qəribədir ki, belə  mənəviyyatsızlığı reklam edən televiziya da özümüzündür. Hər  şeyi itirib 
tapmaq olar, təkcə  mənəviyyatdan başqa. Mənəviyyatını itirmiş xalqa nə torpaq lazımdır, nə  də 
vətən. 
Əsərin ideyasının, məzmununun lazımi səviyyədə açılmasında, tamaşaçıya təlqin olunmasında 
yaradıcı heyətin -aktyor truppasının da böyük rolu oldu. Bu mənada Lənkəran Dövlət Dram 
Teatrının kollektivinə aldıqları alqışlar ana südü kimi halal idi. Çox təbii, canlı və səmimi oynadılar. 
Əslində bu oynamaqdan çox o öbrazın həyatını yaşamaq idi. Hər bir aktyor ifa etdiyi obrazın 
taleyini, həyatını yaşayırdı. Yaşamasaydı, belə  təsir bağışlamazdı.  Əyalət teatrı olsa da, məncə 
lənkəranlılar hər hansı bir teatrla yarışa girə biləcək səviyyədədirlər. 
Bəlkə də Azərbaycan Milli Akademik Dram Teatrının tamaşa zalı son illərdə bu qədər tamaşaçı 
görməmişdi. Bu möhtəşəm sənət məbədi də iştirakçılar qədər xoşbəxt idi. Teatr insan xarakterini, 
dünyagörüşünü, intellektini formalaşdıran bir məktəbdir. Onun inkişafı  cəmiyyətin inkişafına 
bilavasitə təsir edir. Bunu heç vaxt unutmaq olmaz. 
Mən  yazıçı-publisist, millət vəkili və  hər  şeydən öncə xeyirxah, nəcib insan Hüseynbala 
Mirələmovu yaradıcı-lığında və həyatında qazandığı bütün uğurlarına görə səmimi qəlbdən təbrik 
edir, ömür yolunda yeni-yeni nailiyyətlər arzulayıram. Lənkəran Dövlət Dram Teatrının 
kollektivinə  də müqəddəs sənət yolunda yaşıl işıq və bol-bol tamaşaçı alqışı diləyirəm. Deputat 
mandatı almış  hər bir millət vəkilindən də  hərdənbir öz seçicilərini yada salmağı, dərman ola 
bilməsələr də, dərdlərindən halı olmağı  təvəqqe edirəm. Axı, hər kəsin heç olmasa dərdini 
danışmağa, bölüşməyə ehtiyacı var. Bu ehtiyacı ödəmək də insanlıqdandır. 
 
«Qarabağ» qəzеti, 28 dеkabr 2005-ci il 
 
 
 
BU KİTAB AZƏRBAYCAN XALQININ  
VİZİT KARTİDİR 
 
Bəzən günlərin adiliyi, yeknəsəqliyi insanı bezdirir, usandırır. Bu boşluğu doldurmaq, 
mənasızlığı itirmək üçün daim yeniliyə, dəyişikliyə can atırıq. İnsan ağlı kəsib, dünyanı dərk 
edəndən ta ölənəcən nəsə öyrənməyə, yeni-yeni məlumatlar almağa can atır. Belə 
məlumatların ilkin və  dəqiq mənbəyi isə kitabxanalardır. Kitabxana hər bir millətin 
intellektinin bünövrəsi, özülüdür. İnsanların illərlə yaratdıqları, qazandıqları  təcrübə  və 
biliklər məhz kitabxanalarda toplanır, qorunur və gələcək nəsillərə çatdırılır. 
Kitabxanaların dəyərini,  əhəmiyyətini dərk edən hər bir müəllif kitablarının oxucuya 
çatdırılmasında maraqlıdır və  əksər halda özləri öz əlləri ilə  təqdim edirlər. Bu gözəl  ənənənin 
əsasını  mərhum prezidentimiz H.Əliyev cənabları qoymuşdur.  İlk dəfə kitabxanamıza gələrək öz 
şəxsi kitabxanasından kitablar və yeni kitabların alınması üçün maddi vəsait hədiyyə etmişdir. 
Prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanada olmuş H.Əliyevin bu təşəbbüsünə qoşulanların 
sayı get-gedə artır. 
Yazıçının birinci müəllimi oxuçu, yaxın dostu isə kitabxanaçıdır. Çünki onun əsərinin taleyi 
müəyyən mənada kitabxanaçıdan asılıdır. Kitabın çapına qədərki taleyi müəllifdən asılıdirsa, 
sonrakı taleyi kitabxanaçının  əlindədir. Oxucuya təbliği, çatdırılması, hətta sevdirilməsində  də 
kitabxanaçının rolu böyükdür. Ona görə də hər bir müəllif işıq üzü görən kitablarının ilkin olaraq 
kitabxanada oxucular arasında təqdimatını görmək arzusuyla M.F.Axundov adına Azərbaycan Milli 


 
185
Kitabxanasına üz tuturlar. Kitabxana rəhbərliyi və kollektivi hər bir müəllifin arzusuna diqqətlə 
yanaşır, onun reallaşması üçün əlindən gələni edir. Kitabxanamızın həyatında belə tədbirlər saysız-
hesabsızdır. Bu günlərdə, dekabr ayının 22-də oxuculara daha bir kitabın təqdimetmə  mərasimi 
keçirildi. Bu tədbirin özəlliyi onda idi ki, təqdim olunan kitab Azərbaycan xalqının yetişdirdiyi dahi 
şəxsiyyət, kitaba, kitabxanalara yüksək qiymət verən, millətin atası Heydər Əliyev haqqında idi. 
Məşhur Nitşe deyib: «Bəşəriyyətin mövcudluğunun hər hansı bir mənası və dəyəri varsa, o da 
dahilər yetişdirməkdir». Bu mənada Azərbaycan xalqının həyatı  bəşər tarixində önəmli yer tutur. 
Hər birimiz bununla fəxr etməli, dahilərimizi özümüz də qiymətləndirməyi bacarmalıyıq. Bu işin 
məsuliyyəti ilk növbədə yaradıcı ziyalılarımızın üzərinə düşür. Böyük şəxsiyyətlərimizi həm 
özümüzə, həm də dünyaya tanıtmaq vəzifəsi nə qədər şərəflidirsə, o qədər də çətindir. Belə şərəfli 
və  çətin işin öhdəsindən ləyaqətlə  gəlmiş ziyalılarımızdan biri yazıçı-publisist Hüseynbala 
Mirələmovun rusiyalı  həmkarı  Viktor Andriyanovla birgə yazdıqları «Görkəmli adamların 
həyatı» seriyasından «Molodaya qvardiya» nəşriyyatında çap olunmuş «Heydər Əliyev» kitabının 
təqdimetmə  mərasimində  Milli Məclis sədrinin birinci müavini Ziyafət  Əsgərov, Mədəniyyət 
Nazirinin müavini Sevda Məmmədəliyeva  və başqa millət vəkilləri, Rusiyanın Azərbaycandakı 
səfiri ilə bərabər yaradıcı ziyalılar, oxucular da iştirak edirdilər. 
Mərasimi giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bütün qonaqları 
salamladı, belə bir kitabın bu kitabxanada təqdimatından  şərəf və  məmnunluq duyduğunu dedi. 
Kitabın məzmunu, mahiyyəti,  əhəmiyyəti haqda «Azərbaycan» jurnalının  şöbə müdiri Əsəd 
Cahangirov məlumat verdi. Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva millət 
vəkillərini və qonaqları bu elm, sənət məbədində gördüyündən məmnun olduğunu və müəlliflərə 
böyük  şəxsiyyətin həyatını  işıqlandırdıqları üçün təşəkkürünü bildirdi. Milli Məclis sədrinin 
birinci müavini Ziyafət Əsgərov bu dünya əhəmiyyətli kitabın belə bir möhtəşəm elm məbədində 
keçirilməsinin  əhəmiyyətini vurğuladı.  Millət vəkili Nizami Cəfərovun bir sözünü bütün xalqa 
dəyərli bir mesaj kimi qəbul etdim. O dedi ki, xalqın yetişdirdiyi bir dahi haqqında müəlliflər gözəl 
bir  əsər  ərsəyə  gətiriblər və onu hamı oxumalıdır.  Əgər xalq oxumasa, bu, xalqın öz günahıdır, 
müəlliflərin deyil. Yəqin ki, bu sözdən hər kəs dəyərli nəticə  çıxaracaq.  Millət vəkillərindən 
Xanhüseyn Kazımlı, Elmira Axundova, Eldar İbrahimov kitab haqqında fikirlərini söylədilər, 
müəlliflərə  uğurlar dilədilər.  Millət vəkili Həvva Məmmədova bütün qarabağlılar adından bu 
dəyərli kitab və Hüseynbala müəllimin Qarabağ  ağrılarına yaradıcılığında ayırdığı  əsas yer üçün 
təşəkkürünü bildirdi. «Gənclik» nəşriyyatının direktoru Əlican  Əliyev, Xətai rayon rus 
icmasınm sədri Qalina Yakovlevna, K.Yarməmmədova da dəyərli fikirlər söylədilər. Uzun 
müddət H.Əliyevin rəhbərliyi dövründə  işləmiş, onunla dəfələrlə  təmasda olmuş  müharibə 
veteranı  İ.Tretyakovun  çıxışı da təsirli idi, iştirakçıları kövrəltdi də. O böyük insan haqqında 
söylənən hər xatirə, hər söz müəlliflərdə diqqət yaradırdı və məlum oldu ki, yaxın müddətdə kitabın 
yenidən işlənmiş və təkmilləşmiş variantı işıq üzü görəcəkdir. 
Hüseynbala müəllim oxuculara bu kitabın əcnəbi dillərə tərcümə olunacağını və ingilis dilində 
variantının artıq hazır olduğunu elan etdi. Bütün iştirakçılar və  çıxışçılar ölkəmizin qonağı, 
xalqımızın yaxın dostu Viktor Andriyanovu əsil azərbaycanlılara məxsus qonaqpərvərliklə 
salamladılar və iltifat göstərdilər. V.Andriyanov bu münasibətdən və ünsiyyətdən həyəcanlandığını, 
xoş hisslər yaşadığını bildirərək təşəkkür etdi. Bundan sonra da Azərbaycan, azərbaycanlılar 
haqqında həqiqəti yazacağına, bu həqiqətin qələbəsi uğrunda mübarizə aparacağına söz verdi. Onun 
qəlbindəki bu Azərbaycan sevgisini yaradan isə sözsüz ki, həmyerlimiz, gözəl ürək, ipək xasiyyət 
yiyəsi Hüseynbala müəllimdir. V.Andriyanov Azərbaycan xalqını məhz yaxşı tanıdığı Hüseynbala 
müəllimin  şəxsində sevib. Hər bir azərbaycanlı bilməlidir ki, Azərbaycandan kənarda, qeyri-
millətlər arasında o, Azərbaycandır, bütün millətin təmsilçisidir. Bu obrazı elə yaratmalıdır ki, 
sevilsin və millətə dost qazandırsın. Vətən, xalq uğrunda mübarizənin  əsas silahı sevgi olmalıdır. 
İnsan sevdiyinə  bəd gözlə baxa bilməz,  əl qaldıra bilməz. Özümüzü sevdirməyi bacarmalıyıq. 
H.Mirələmov özünəməxsus sadəlik və  təvazökarlıqla bu tədbirin hazırlanmasında  əməyi olan hər 
kəsə  və qonaqlara təşəkkürünü bildirdi. Özünə  və yaradıcılığına olan bu məhəbbət və etimadı 
doğruldacağına, daha məhsuldar və ürəklə yazıb-yaradacağına söz verdi. Bütün çıxışçıların 


 
186
vurğuladığı - «Bu kitab Azərbaycan xalqınm vizit kartıdır» - fikrinin məsuliyyətini daşımaq 
şərəfini duyduğunu qeyd etdi, xalqının, vətəninin qarşısında bundan sonra da müsəlləh  əsgər 
olacağına söz verdi. 
Bu günün, indi yarananların əsil mahiyyətini, əhəmiyyətini olduğu kimi dərk edib anlamaq bu 
gün yaşayanların işi deyil. Zaman öz qəhrəmanını sevmir, qiymətləndirə bilmir. Bu vəzifə başqa 
zamanın, yəni gələcək zamanındır. Dəyərli qiymət alanların siyahısında Hüseynbala müəllimin adı 
mütləq olacaq. Əsil qəhrəmanlıq isə budur. Və bir də heç olmasa bir gün heç kəsin qəlbinə 
dəymədən yaşamaqdır. 
Tədbirdə «Müdrik insan, dahi şəxsiyyət» adlı kitab sərgisi də nümayiş olundu. Burda H.Əliyev 
haqqında Azərbaycan, rus, ingilis dillərində Bakıda, Moskvada, Donetskdə, Novosibirskdə çap 
olunmuş kitablarla yanaşı, V.Andriyanov və H.Mirələ-movun da kitabları nümayiş olundu. 
Mərasimlə sərginin ideyası, məzmunu bir-birini tamamlayırdı. 
Mən bütün kitabxanaçılar və oxucular adından gözəl ürək, iti ağıl, məhsuldar qələm 
sahibi oian Hüseynbala müəllimə  və rus mədəniyyətinin, ziyalılığının  ən yaxşı 
tərənnümçülərindən olan V.Andriyanova bu müqəddəs və  şərəfli vəzifənin öhdəsindən 
layiqincə  gəldiklərinə görə minnətdarlığımı bildirir, yeni-yeni yaradıcılıq uğurları 
arzulayıram. 
 
«Qarabağ» qəzеti, 28 dеkabr 2005-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Document Outline

  •  
  •  
  •  
  • TƏNHA ULDUZ 
  • TANRIM QALDIR GÖYƏ MƏNİ 
  •  
  • KÜSÜB GЕDƏRDİM 
  • MƏNİMÇÜN YAŞAYIN 
  •  
  • DÜNYA, MƏNİM ОL! 
  • YADDAŞIM ÇƏÇƏKLƏYƏCƏK 
  •  
  • SЕVƏCƏYƏM BU DÜNYANI 
  •  BU NЕCƏ HİKMƏTDİR 
  •  
  •  
  • ŞЕRİN YAŞADACAQ 
  •  
  •  
  • DЕMƏ 
  • SЕVƏNLƏRƏ DƏYMƏYƏK 
  •  
  •  
  • PЕŞİMANAM 
  •  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə