Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə230/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   226   227   228   229   230   231   232   233   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

606 


 

                                                                                                                                                                                           

subyektdə ona uyğun idrak növünü, bu zəncirin həlqələrinin durmadan keçməsini nəzərdə tutur. 

Amma  bu,  Kantın  dəfələrlə  “Dünyanın  böyüklüyünün  sonsuzluğu  yalnız  reqres  vasitəsilə 

mövcuddur,  ona  qədər yox”  fikrini  təkrarlayaraq  ziddiyyətin  həlli  kimi  verdiyi  şeydir.  Beləliklə, 

ziddiyyətin  onun  tərəfindən  həlli  antitezisin  xeyrinə  olan  həlldir,  o  antitezisin  ki,  onun  iddia 

edilməsində tezisin  iddiası  ilə  əsla  bir araya  gəlməz  dərəcədə həqiqət  var.  Əgər  antitezis  iddia 

etsəydi ki, dünya əsaslar və nəticələrin sonsuz sırasından ibarətdir, amma bu zaman o reqressiv 

sıralı təsəvvürdən asılı olmayaraq, yəni öz-özünə mövcuddur və beləliklə verilmiş bir bütövdür, 

–  onda,  bu  halda,  o  təkcə  tezisə  deyil,  özünə  də  zidd  olmuş  olardı;  çünki  sonsuz  bir  tam  kimi 

verilə bilməz, göz qarşısından sonsuz keçmirsə, sonsuz sıra, bir tamı təşkil edən hüdudsuzluq ola 

bilməz. 


Artıq  Aristotel  öyrədirdi  ki,  sonsuzluq    actu,  yəni  gerçəklikdə  verilə  bilməz,  yalnız  

potentia, imkanda verilə bilər: “sonsuz həqiqətdə mövcud ola bilməz...mümkün deyil ki, sonsuz 

həqiqi  kimi  mövcud  olsun”  (Metaph.  K.,  10);  daha  sonra:  “Gerçəklikdə  sonsuz  mövcud  deyil, 

yalnız imkanda və məhz bölünmədə mövcuddur” (“De generat. et corrupt.”, I, 3). Bu fikri o, Phys

III. 5, 6-da, müəyyən dərəcədə bütün antinomik ziddiyyətlərin tam düzgün həllini verdiyi yerdə 

ətraflı inkişaf etdirir. Ona xas lakonikliklə o antinomiyaları şərh edir və sonra deyir: “Bu vasitəçi 

(ςιαιτητου)” tələb edir, sonra o, o mənada həll təklif edir ki, dünyanın həm məkandakı, həm də 

zamandakı  və  bölünənlikdəki  sonsuzluğu  reqresə  və  ya  proqresədək  deyil,  onun  özündə 

mövcuddur.  Beləliklə,  bu  həqiqət  artıq  sonsuzun  düzgün  dərk  edilmiş  anlayışında  var  və  biz 

hansı qəbildən olursa-olsun, sonsuzu reqresdən asılı olmayan nəsə obyektiv verilmiş və hazır bir 

şey kimi düşünməyi mümkün sayanda öz-özümüzü anlamırıq. 

Əgər,  əksinə,  çıxış  nöqtəsi  kimi  Kantın  ziddiyyətin  həllini  onda  gördüyü  şeyi  götürsək, 

məhz elə antitezisin təsdiqinə gəlib çıxarıq. Yəni məhz: əgər dünya şərtsiz bütöv deyilsə və öz-

özünə  görə  deyil,  təsəvvürdə  mövcuddursa  və  ondakı  əsas  və  nəticə  sıraları  müvafiq 

təsəvvürlərin  reqresinədək  deyil,  yalnız  elə  bu  reqres  vasitəsilə  mövcuddursa,  onda  o,  dünya 

müəyyən  və  sonlu  sıralardan  ibarət  ola  bilməz,  çünki  belə  olan  halda  onların  bəlliliyi  və 

məhdudluğu yalnız sonradan bu məsələyə qatılmış olan təsəvvürdən asılı olmuş olmazdılar: yox, 

onun  bütün  sıraları  sonsuz  olmalıdır,  yəni  heç  bir  təsəvvür  tərəfindən  sonuna  çatıla  bilən 

olmamalıdır. 

506;  V,  534-cü  səh.  Kant  hər  iki  tərəfin  əsassızlığından  təzahürlərin  transsendental 

ideallığını çıxarır və deyir: “Dünya öz-özlüyündə mövcud bir tamdırsa, o ya sonlu, ya da sonsuz 

olmalıdır”.  Amma bu  düz  deyil:  öz-özlüyündə  mövcud  olan tam heç  cür sonsuz  ola  bilməz.  Bu 

ideallığı daha düzü dünya sıralarının sonsuzluğundan gələrək isbat etmək lazımdır – bu surətlə: 

dünyadakı əsas və nəticələr sırasının sonu yoxdursa, dünya tam ola, təsəvvürdən bağımsız verilə 

bilməz:  çünki  sonsuz  sıralar  sonsuz  reqresi  nəzərdə  tutduğu  kimi,  bu  cür  tam  da  həmişə  bəlli 

sərhədləri  nəzərdə  tutur;  buna  görə  sıraların  sonsuzluğu  əsas  və  nəticənin  forması  ilə, 

sonuncusa – subyektin dərk edilmə üsulu ilə təyin edilməlidir; deməli, dərk edildiyi kimi dünya 

yalnız subyektin təsəvvüründə mövcuddur. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

607 


 

                                                                                                                                                                                           

Ziddiyyətin  onun  tərəfindən  tənqidi  həllinin  əslində  antitezisin  xeyrinə  bir  hökm 

olduğunu  Kantın  dərk  edib-etmədiyini  qəti  deyə  bilmərəm.  Zira  bu  Şellinqin  çox  sərrastcasına 

haradasa “Kantın uyğunlaşma sistemi” adlandırdığı şeyin bu qədər uzağa gedib-getmədiyindən 

asılıdır,  –  yaxud  da  Kantın  ruhu  artıq  şüursuzcasına  burada  öz  vaxtı  və  mühitinin  təsirinə 

uyğunlaşmışdır. 

*   *   * 

Predmeti  azadlıq  ideyası  olan  üçüncü  antinomiyanın  həlli  xüsusi  araşdırma  tələb  edir, 

çünki bizimçün xeyli vacibdir ki, məhz burada, azadlıq ideyasına dair Kant, indiyədək yalnız arxa 

planda gözə dəyən özündə şey barədə daha ətraflı danışmağa məcburdur. Özündə şeydə iradəni 

tanıdıqdan,  qəbul  etdikdən  sonra  bizimçün  bu  tam  aydındır.  Ümumiyyətlə  Kantın  fəlsəfəsinin 

mənim  fəlsəfəmə  gəlib  çıxdığı  və  ya  mənim  fəlsəfəmin  Kantınkından  şaxələndiyi  yer,  məqam 

buradadır. “Xalis zəkanın tənqidi”nin 536 və 537; V, 564, 565 səh-də deyilənlər diqqətlə oxunsa 

və bu yer “Mühakimə qabiliyyətinin tənqidi”nə, 3-cü nəşrin 18 və 19-cu və Rozenkrans nəşrinin 

13-cü  səh.,  birbaşa  “Azadlıq  anlayışı  öz  obyektini  fikri  baxışda  deyil,  öz  obyektində  (axı  bu  elə 

iradədir!) təsəvvür oluna bilən edə bilər; əksinə, təbiət anlayışı öz predmetini  özündə şey kimi 

yox, usbaxışında (fikri baxışda) önə gələn edə bilər” deyildiyi girişlə müqayisə edilsə, buna tam 

əmin olmaq olar. Xüsusilə də “Proleqomenlər”in 53-cü §-da antinomiyanın həlli barədə oxumaq 

və özündən soruşmaq lazımdır ki, bütün bu deyilənlər orada açarını mənim təlimim verdiyi bir 

müəmma,  tapmaca  kimi  səslənmirmi.  Kant  fikirlərini  sona  yetirməmişdir:  mənsə  yalnız  onun 

işini sona çatdırmışam. Ona görə mən Kantın yalnızca insan təzahürü barədə dediklərini – ondan 

bircə  dərəcələrinə  görə  fərqlənən  olaraq  ümumiyyətlə  bütün  təzahürlərə  aid  etmişəm:  mən 

onların məğzinin nəsə mütləq bir şey, yəni iradə olması barədə həqiqəti onlara şamil etmişəm. 

Bu baxışın Kantın məkan, zaman və nədənliyin ideallığı barədə təlimilə birləşmədə nə qədər bar 

verən olduğusa əsərimdən aşkar olur. 

Kant  bir  dəfə  də  olsun  özündə  şeyi  xüsusi  bir  izahın  və  ya  səlis  bir  deduksiyasının 

predmeti etməmişdir. Bu anlayışı işlətdiyi hər dəfə o, ona belə bir ussonucu etmə yolu gəlir ki, 

təzahür, yəni görünən dünya hansısa təzahür olmayan və buna görə də mümkün təcrübəyə aid 

olmayan  bir  ağılseyri,  ağılla  dərk  olunan  səbəbə  malik  olmalıdır.  Və  o  bunu  o  şeyi  durmadan 

iddia  etdikdən  sonra  edir  ki,  kateqoriyalardan,  deməli,  həm  də  nədənlik  kateqoriyasından 

istifadə  büsbütün  mümkün  təcrübəyə  tətbiqlə  məhduddur,  kateqoriyalar  –  hüdudlarından 

kənarda  heç  bir  önəm  kəsb  etmədikləri  hissi  dünyanın  hadisələrini  heca-heca,  hissə-hissə 

oxumağa xidmət edən xalis dərrakə formalarıdır, – bunun da ardımında o, onların təcrübədən 

ötədə, o tayda olan şeylərə tətbiqini ən ciddi şəkildə yasaq edirdi və bütün əvvəlki ehkamçılığı 

haqlı  olaraq  bu  qanunun  pozulması  ilə  izah  və  bununla  yanaşı  da  darmadağın  edirdi.  Kantın 

burada yol verdiyi ağlasığmaz qeyri-ardıcıllıq artıq onun ilk əleyhdarlarının nəzərinə çarpmış və 

fəlsəfəsinin cavab verə bilmədiyi hücumların hədəfinə çevrilmişdi. Zira düzdür, biz a priori bizə 

məlum  olan  və  hər  cür  təcrübəyədək  nədənlik  qanununu  hiss  orqanlarımızda  duyulan 

dəyişikliklərə  tətbiq  edirik:  amma  elə  buna  görə  də  o  –  elə  bu  duyğular  kimi  də  subyektiv 

mənşəlidir  və deməli,  özündə  şeyə  gətirib  çıxara bilməz.  Həqiqət  ondadır  ki,  təsəvvür  yolunda 

onun hüdudlarından kənara çıxmaq olmaz: o – qapalı bir tamdır və sərəncamında elə bir ip, sap 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə