«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə203/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   199   200   201   202   203   204   205   206   ...   212

MƏĞLUBİYYƏT ZƏNGİ

621


Dayanacaqdan evə otuz metrə yaxın piyada yol da var idi. 

Onsuz da, yağışda islanmalı olacaqdı. Evə yorğun, əz gin, 

ya raşıqsız qayıtmaq gözünə durmuşdu. Çatan ki 

mi An-


tuan filmlə bağlı onu sorğu-suala tutacaq, o isə ba sa bas, 

av tobus, işləməyə  məcbur olan insanların hə ya tı nın cə-

hən nəm əzabı olduğu haqda, bir də bu cür hə yat rit mi nin 

onu necə məhv elədiyi barədə danışmaq is tə yir di. Amma 

bun ları demək olmazdı: Antuanın qanı qarala bi lər di…

Növbəti avtobus sürətini belə azaltmadan daya na caq-

dan ötüb-keçdi. Lüsil piyada getmək qərarına gəldi. Elə 

bu vaxt yaşlı bir qadın növbəyə yaxınlaşdı  və onun ya-

nında dayandı. Ruhunu bürüyən gözlənilməz həvəsə tabe 

ola raq Lüsil öz talonunu bu qadına uzatdı:

– Götürün, mən gəzə-gəzə getmək istəyirəm.

Qadın, elə bil, ona sual dolu baxışlarla, demək olar ki, 

düşməncəsinə baxdı. Bəlkə də, fikirləşdi ki, yazığı gəldiyi 

üçün belə edib. Amma yox, bu qadının nə fikirləşdiyini 

bir cə Allah bilirdi. İnsanlar indi o qədər hər şeydən şüb hə-

lənən olublar ki… Səbəb isə… Bütünlüklə qayğılara və pis-

pis işlərə qapılmalarıdır. Beyinləri axmaq televiziya ve ri-

liş ləri, səfeh qəzet məqalələri ilə doludur. Ona görə  də 

ki minsə  təmənnasız bir hərəkət edə biləcəyini heç ağıl la-

rı na da gətirmirlər.

– Yaxınlıqda yaşayıram. Gözləməyəsə vaxtım yoxdur. 

Yağış da, deyəsən, yavaşıyır… – Lüsil üzrxahlıq və az qala, 

yal varış dolu səslə əlavə etdi. 

Əslində, yağış güclənmişdi. Lüsil: «Onun cavabının nə 

fərqi var ki? Talonu götürmək istəmirsə, tullayaram, ge-

dər. Yağışın altında yarım saat da çox islanmaq istəyirsə, 

özü bilər, ona pis olacaq», – fikirləşdi.

Qız özünə heyrət edirdi: «Mənə  nə olub belə? Nə 

üçün hamı kimi hərəkət edib talonu tullamıram? Hamının 

xo şu na gəlmək iddiasına düşmüşəm? Alma meydanında 

han sı ürəyiyumşaqlıqdan söhbət gedə bilər axı? Özü də 

be lə bir vaxtda? Niyə axı hamı  məni sevməlidir? Bu nə 

ax maq fikirdir beynimə girib? Dostcasına münasibətlər, 

ali cə nab istəklər… Bütün bunlar varlı insanlara yaraşır, ra hat 

bir barda, viski içə-içə, ya da inqilab zamanı qoy bu ba rə-

də nə qədər istəyirlərsə, çənə döysünlər».

Amma ürəyinin dərinliyində Lüsil bunun əksinə dü-

şün mək və düşündüklərinə inanmaq istəyirdi.




FRANSUAZA SAQAN

622


…Qadın əlini uzadıb talonu aldı.

– Çox  nəzakətlisiniz, – deyərək gülümsündü. Lüsilin 

çöh rəsində qətiyyətsiz bir təbəssüm göründü və o, da ya-

na caqdan uzaqlaşdı. Həmrəylik meydanından keçərək sa-

hil lə – de Lill küçəsi ilə gedirdi. Yol boyu Antuanla ta nış 

ol duqları gün, onunla birlikdə bu küçə boyunca ad dım la-

ma la rı yadına düşürdü.

Onda bahar təzəcə  gəlmişdi. Hava çox isti idi. Onlar 

elə-belə, həvəsləri vardı deyə piyada gedirdilər.  İndi isə 

o, böyük məmnuniyyətlə taksiyə minərdi.

«Bəsdir deyindin, – Lüsil özünü danladı, – bu gün ax-

şam neyləyəcəyik?»

Ah, hə, xatırladı, onlar jurnalist Lyuk Solderin evi 

nə 


dəvət olunmuşdular. O, Antuanın dostu idi. Çox əsə bi 

adam idi. Özü də çoxdanışanın biriydi, mücərrəd möv zu-

lar haqqında saatlarla söhbət edə bilərdi. Onunla ün 

siy-


yət də olmaq Antuanın xoşuna gəlirdi. Bəlkə də, söh bət lə-

ri Lü sili də əyləndirə bilərdi. Amma… Lyukun arvadı Ni kol 

ol ma saydı… Ev işləri içində itib-batan bu qadın hər də fə 

Lü si li görəndə pulsuzluq və qadın xəstəlikləri haq 

qın da 

da nış mağa, belə axmaq söhbətlərlə onun başını qat ma ğa 



ça lı şırdı. Bir də… Nikol qənaətcillik maniyasına tu tul muş-

du, elə buna görə də hazırladığı yeməklər dadsız alınırdı. 

«Rele-Plassa»da  şam etmək daha yaxşı olardı, – Lüsil 

ge də-gedə dodaqaltı  mızıldandı, – piştaxtanın yanında 

bar menlə birlikdə soyuq daykiri içər, sonra isə hamburger 

və salat sifariş edə bilərdim. Suyu çox olan supun, iyrənc 

raqunun

1

, qurumuş pendirin və solmuş meyvələrin yerinə 



bun lar daha yaxşı olardı. Doğrudanmı, ancaq varlılar öz lə-

rinə gözəl sadəliyi rəva bilirlər?»

O, belə bir səhnəni təsəvvür etməklə özünə  təskinlik 

ver məyə çalışırdı: «Plassa»nın yarımboş barı… Hər zaman 

ol duğu kimi piştaxtanın üstündə güldanda qladioluslar 

qo yu lub, restoranın baş ofisiantı xoş üzlə onlara qulluq 

edir. O, stolun arxasında təkcə oturub, norka mantolu 

ame ri kalı qadınları dalğın halda gözdən keçirərək qəzet 

və rəq ləyir. Lüsilin birdən ağlına gəldi bu xəyallarında An-

tua na yer yoxdur. Bu fikirdən ürəyi sıxıldı. Artıq çoxdan 

idi ki, Antuansız şam etmirdi. Amma xəyalına gətirdikləri 

1

  Raqu – xırda doğranmış ət və ya balıq qovurması.




MƏĞLUBİYYƏT ZƏNGİ

623


hə qi qət də olubmuş kimi, nədənsə, özünü günahkar hiss 

et di. Bu barədə düşünə-düşünə addımlarını yeyinlətdi və 

de mək olar, qaça-qaça pilləkənlərlə yuxarı qalxdı. Antuan 

əlin də «Mond» çarpayıda uzanmışdı. Görünür, «Mond» 

oxu yan kişilər onun taleyinə yazılmışdı. Lüsili görcək ye-

rin dən qalxdı, qız ona sığındı. Antuan böyük və isti idi, 

on dan tütün qoxusu gəlirdi.

Heç vaxt, heç vaxt onun uzun, arıq bədəni, açıqrəngli 

göz lə ri, hər zaman saçlarını sığallayan iri əlləri Lüsili bez-

dir mə yə cəkdi.

Antuan onu süzə-süzə yağışın altında veyllənən ağıl-

sız qadınlar haqqında danışmağa başladı.

– Film xoşuna gəldi? – nəhayət, o maraqlandı.

– Çox gözəl idi.

– Səni ora göndərməkdə haqlı idim?

– Haqlı idin.

Bu suala cavab verdiyi an Lüsil vanna otağında idi. 

«Haq lıy dın» sözünü söyləyəndə isə güzgüdə öz əksinə 

ta ma şa edirdi. Sifətində  əvvəllər görmədiyi bir təbəssüm 

gə zi şir di. Lüsil bu gülüşü öyrənirmiş kimi bir neçə saniyə 

mü şa hidə etdi, sonra dəsmalı güzgüdə  gəzdirdi… Sanki, 

ora da əks olunmuş arzuolunmaz müttəfiqinin simasını sil-

mə yə çalışırdı.

XIX fəsil

Axşamlar – yeddinin yarısına yaxın onlar de Lill kü çə-

sindəki balaca barda görüşürdülər. Lüsil Antuanı gözləyə-

göz ləyə Etyen adlı qarsonla çənə vururdu. O həm yara-

şıq lı, həm də çox söhbətcil idi. Antuan onun Lüsilə qar şı 

heç də qardaşcasına münasibət bəsləmədiyindən  şüb hə-

lə nir di. Bundan əlavə, Etyen özünü at bilicisi kimi təqdim 

edir di. Lüsil də onun məsləhətlərinə əməl edərək bir ne çə 

dəfə at yarışlarına qatılmışdı. Nəticə isə acınacaqlı ol muş-

du. Beləliklə, Antuanın onları süzərkən gözlərində yaranan 

şüb hə təkcə qısqanclıqla deyil, həm də maddi iflasa uğ ra-

maq təhlükəsi ilə izah oluna bilərdi.

Bu gün Lüsilin əhvali-ruhiyyəsi əla idi. Dünən çox gec 

yatmış, bütün gecəni gələcəklə bağlı planlar qur muş du-

lar. Bu planlar dumanlı da olsa, çox uzaqlara gedib çı xır-

dı. İndi isə Lüsil nə qədər çalışsa da, hansı qərara gəl dik-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə