461
Sofi:
- Bjerklini necə tapacağıq? - soruşdu.
- Axtarmalıyıq. Mayorun evindəki rəsm yadındadı?
- Hə, tələsək. O gəlməmiş çatmaq istəyirəm.
Maşınla gah dar ara küçələrdən, gah da geniş asfalt yollardan
keçdilər. Onu yaxşı bilirdilər ki, Bjerkli dəniz qırağındadı. Birdən Sofi
qışqırdı:
-
Tapdıq! Tapdıq!
-
Məncə də. Amma nə olursa olsun, belə qışqırmamalısan.
-
Yaxşı, amma onsuz da bizi heç kəs eşitmir.
- Əziz Sofi. Belə uzun bir fəlsəfə kursundan sonra hələ də belə tez
nəticə çıxarmağın açığı, məni təəccübləndirir.
-
Amma...
- Ətrafımızda heç bir ədəbi qəhrəman, pəri, meşə nimfaları və s.
olmadığına əminsən?
-
Hə, haqlısan. Bağışla.
Maşınla bağın qapısından ötüb evin qarşısındakı yoxuşu ötdülər.
Alberto maşını bağdakı yelləncəyin yanında saxladı. Yaxınlıqdakı
masanın üzərində üç adamlıq süfrə açılmışdı.
Onu görürəm! Yuxumdakı kimi sahildə oturub, - Sofi pıçıldadı.
- Bu bağın sizin Böyük Mülklər küçəsindəki evinizin bağına necə
oxşadığını görürsən?
-
Hə. Yelləncək-filan. Olar yanına gedim?
-
Olar. Mən burada otururam...
Sofi qaça-qaça Hildenin yanına getdi. Hildeni qucaqlamaq istədi,
amma sadəcə yanında oturdu. Hilde bir qayığın ipiylə oynayırdı. Sol
əlində bir kağız vardı. Tez-tez saatına baxmağından adam gözlədiyi
bilinirdi.
Sofi onun çox gözəl olduğunu düşündü. Saçları qıvrım, gözləri yaşıl
idi. Sarı sarafan geyinmişdi. Sofi onu bir az Coannaya bənzətdi. Xeyri
olmayacağını bilsə də, dedi:
Hilde! Mənəm - Sofi!
Hilde heç bir reaksiya vermədi. Qulaqlarının içinə çığırdı:
downloaded from KitabYurdu.org
462
Məni eşidirsən? Korsan, karsan?
Hilde gözlərini bir az geniş açdı, ya açmadı?! Bəlkə yavaş da olsa,
səs eşitmişdi?
Hilde dönüb ətrafa baxdı, sonra başını sağa çevirib Sofinin
gözlərinin içinə baxdı. Baxışları Sofini görmür, sanki onu dəlib keçirdi.
O qədər ucadan çığırma, Sofi! - deyə Alberto qırmızı maşının
içindən səsləndi. - İstəmirəm pərilər bağa dolsun.
Bir azdan kişi səsi gəldi:
Hilde!
Bu, uniformalı, mavi beretli mayor idi. Bağın yuxarı başında idi.
Hilde ayağa qalxıb onun yanına yüyürdü.
Yelləncəklə qırmızı maşının arasında görüşüb qucaqlaşdılar.
***
Bayaqdan Hilde qayıqların yanında oturub atasını gözləyirdi.
Kastrupa enəndən bəri hər beş dəqiqədənbir onu düşünmüş, harada
olduğunu, başına gələnləri necə qarşıladığını fikirləşmişdi. Bütün
saatları əlindəki kağıza qeyd etmişdi.
Bəlkə atası hirslənib? Amma ola bilməz ki, qızına əsrarəngiz bir
kitab yazsın, sonra da hər şey əvvəlki kimi olsun. Yenidən saatına
baxdı. İndi 11-ə on beş dəqiqə işləyirdi. Hər an çata bilərdi.
Bu nə idi? Eynilə Sofini gördüyü yuxudakı kimi, kiminsə xəfif
nəfəsini duydu. Orada nə isə var idi. Amma nə?
Bəlkə yay axşamının təsiridi? Bir neçə saniyəlik qulağına səslər
gəlməsindən qorxdu.
Hilde!
Dönüb səs gələn tərəfə baxdı. Atası idi! Bağın yuxarı başında
dayanmışdı. Qalxıb atasının yanına yüyürdü. Yelləncəyin yanında
görüşdülər. Atası onu qucağına götürüb yuxarı qaldırdı, dəfələrcə
havada fırlatdı.
Hilde ağlamağa başlamış, atasının da gözləri dolmuşdu.
- Əməlli-başlı yetkinləşibsən, Hilde!
- Sən də əsl yazıçı olubsan!
Hilde gözlərinin yaşını sildi:
downloaded from KitabYurdu.org
463
- Əvəz-əvəz olduq deyə bilərik?
- Olduq.
Masanın arxasına keçdilər. Əvvəlcə Hilde Kastrupdan bu yana
atasının başına gələnləri dəqiqləşdirdi. Atası danışdıqca şaqqanaq
çəkdilər.
- Kafedəki məktubumu görmədin?
- Oturub yeməyə imkan olmadı ki. Ay səni! Ona görə də indi acından
ölürəm.
-
Yazıq ata!
-
Hinduşqa da uydurma idi?
-
Yox-yox! Hər şey hazırdı. İndi anam gətirir.
Sonra qovluğun üstünə gəldilər, Albertodan, Sofidən
danışdılar. Çox keçməmiş anası hinduşqa, Valdorf salatı, bir şüşə ağ
şərab və Hildenin bişirdiyi çörəyi gətirdilər. Atası Platon haqqında nə
isə danışmağa başlayanda Hilde qəfildən onun sözünü kəsdi:
Sss...
Nə oldu?
Eşitmədin? Nəsə ciyilti gəldi.
Yoox.
Amma mən aydın eşitdim. Yəqin siçan idi.
Anası o biri şərabı gətirməyə gedəndə atası dedi:
Amma fəlsəfə kursu hələ tam bitməyib.
Bitməyib?
Bu gecə sənə kainat haqqında danışacağam.
Yeməyə başlamamış Albert arvadına dedi: “Hildenin daha dizimin
üstündə oturmaq yaşı keçdi, böyüdü. Sənsə yox!”
Mariti qolundan tutub dizinin üstündə oturtdu. Bir az belə keçdi.
Qəribədi, tezliklə qırx yaşın olacaq... - Albert dedi.
***
Hilde atasının yanına qaçanda Sofi gözlərinin dolduğunu hiss etdi.
Əli Hildeyə heç vaxt çatmayacaqdı! Hildeyə qibtə elədi, çünki o, ətdən,
qandan, sümükdən olan əsl insan idi. Hildeylə mayor masanın arxasına
keçəndə Alberto maşının siqnalını basdı.
downloaded from KitabYurdu.org
464
Sofi yuxarı baxdı. Hilde də baxmadımı?!
Sofi Albertonun yanına yüyürüb maşındakı yerinə tullandı.
-
Bir az burada oturub baxaq görək nə olur, - Alberto dedi.
Sofi başını tərpətdi.
-
Ağlayırdın?
Sofi yenə başını tərpətdi.
Niyə, nə oldu ki?
Hildenin bəxti gətirib, əsl insandı. Böyüyüb əsl qadın olacaq.
Uşaqları da olacaq, əlbəttə...
Nəvələri də, Sofi. Amma hər şeyin iki tərəfi var. Kursumuz
başlayanda sənə bunu öyrətməyə çalışmışdım.
Nəyi?
Onun bəxti gətirib, razıyam. Amma həyatın yarısı ölüm olduğundan
həyatı yaşayan ölümü də yaşayacaq.
Əsil həyat yaşayıb ölmək əməlli-başlı yaşamayıb heç vaxt
ölməməkdən daha yaxşı deyilmi?
Biz Hilde kimi, mayor kimi yaşaya bilmərik. Amma o biri tərəfdən,
biz heç vaxt ölməyəcəyik. Meşədəki qadının dedikləri yadında deyil?
Biz gözəgörünməzlərik. Qadın iki yüz yaşı olduğunu demişdi. Orada
mindən çox yaşı olan surətlər də vardı.
Bəlkə də daha çox Hildenin sahib olduğu bu şeyə... bu ailə həyatına
qibtə edirəm.
Sənin də öz ailən var. Pişiyin, iki quşun, tısbağan var.
Amma biz o gerçəkliyi tərk etməmişik?
Yox! Bu gerçəkliyi tərk edən yalnız mayordu. O, nöqtəsini qoydu və
bizi bir də tapa bilməyəcək.
- Yəni geri dönə bilərik?
- İstədiyimiz vaxt. Amma əvvəlcə “Sinderella” kafesinin
arxasındakı yeni dostlarımızın yanına gedəcəyik.
Moller Knaq ailəsi yeməyə başlamışdı. Sofi bir anlıq bu yemək
məclisinin də Böyük Mülklər küçəsindəki fəlsəfi şənlik kimi
olacağından qorxdu. Bir anlıq mayor Mariti qucağından salmaq kimi
hərəkət etdi, amma yox, onu yenidən qucağında oturtdu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |