Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə150/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

452 

 

- Buyurun! - dedi və Sofi maşına mindi. Özü sükan arxasına keçdi. 



Açarı burdu və motor işə düşdü. 

Cənuba  tərəf  sürdü,  əvvəlcə  Laysaker,  Sandvika,  Drammendən 

keçdilər,  Lillesanda  tərəf  buruldular.  Yollardan  keçdikcə  çatılmış 

ocaqlar gördülər. 

Yayın tən ortasıdı, Sofi. Nə gözəldi! 

Açıq  maşında  əsən  meh  də  gözəldi.  Doğrudan  indi  bizi  heç  kəs 

görmür? 

Yalnız  bizim  kimi  olanlar  görür.  Onlardan  kimlərəsə  rast  gələ 

bilərik. Saat neçədi indi? 

Doqquzun yarısı. 

Elə isə tələsək. Bu böyük yük maşınının arxasından çıxmalıyıq. 

Belə  deyib  bir  qarğıdalı  tarlasına  girdilər.  Sofi  arxaya  dönəndə 

üzərlərindən  keçdikləri  qarğıdalıların  yanı  üstə  düşdüklərini  gördü. 

Alberto dedi: 

Sabah bunları görəndə “dünən güclü külək əsib” deyəcəklər. 

*** 


Mayor Albert Knaq iyunun 23-də saat beşin yarısında Kopenhagen 

kənarında Kastrup hava limanında endi. Gün çox uzun olmuşdu. Yolun 

son hissəsini Romadan təyyarə ilə gəlmişdi. 

Pasport yoxlama məntəqəsindən əynində olmasından həmişə qürur 

duyduğu  BMT  uniformasında  keçdi.  Bu  geyimlə  təkcə  özünü,  öz 

ölkəsini  deyil,  beynəlxalq  qanun  sistemini,  bütün  planeti  əhatə  edən 

yüz illik ənənəni təmsil edirdi. 

Kürəyində  yalnız  kiçik  uçuş  çantası  vardı.  Baqajını  Romada 

təyyarəyə  təhvil  vermişdi.  Qırmızı  pasportunu  göstərməsi  kifayət 

etmişdi ki, onu sorğu-sual etməsinlər. 

Kristiansanddan  təyyarənin  qalxmasına  təxminən  üç  saat  var  idi. 

Ailəsi  üçün  bir  neçə  hədiyyə  ala  bilərdi.  İki  həftə  əvvəl  həyatının  ən 

böyük hədiyyəsini Hildeyə göndərmişdi. Arvadı Marit bu hədiyyəni ad 

günündə  səhər  oyanarkən  görməsi  üçün  Hildenin  çarpayısının 

yanındakı  masaya  qoyacaqdı.  Ad  günü  gecəsi  etdiyi  zəngdən  sonra 

Hilde ilə danışmamışdı. 

downloaded from KitabYurdu.org



453 

 

Albert  bir  neçə  Norveç  qəzeti  alıb  kafedə  oturdu  və  qəhvə  sifariş 



etdi. Qəzetin başlıqlarına baxmışdı ki, 

səsgücləndiricidən yayılan elanı eşitdi: 

“Diqqət,  diqqət!  Hörmətli  Albert  Knaq,  hörmətli  Albert  Knaq, 

çılpaqfən SAS informasiya mərkəzinə yaxınlaşın”. 

Bu  nədi?  Kürəyini  soyuq  tər  basdı.  Yenidən  Livanamı  çağırılır? 

Bəlkə evdə kiməsə nə isə olub? 

Tez informasiya masasına yaxınlaşdı. 

Mən Albert Knaqam. 

Buyurun, sizə xəbər var. Təcilidi. 

O, tez zərfi açdı. Zərfin içində daha bir, kiçik zərf var idi. Üzərindəki 

ünvan  belə  idi:  «Mayor  Albert  Knaq,  Kopenhagen,  Kastrup  hava 

limanı,  SAS  İnformasiya  mərkəzi  vasitəsilə”.  Həyəcanla  kiçik  zərfi 

açdı. İçindən bu yazı çıxdı: 

“Əziz ata, 

Livana xoş gəlmisən. Gördüyün kimi, evə gəlib çatmağına da səbrim 

çatmır.  Səni  səsgücləndiricidən  çağırtdırdığıma  görə,  bağışla.  Bu,  ən 

asan yol idi. 

Qeyd:  Təəssüf  ki,  iqtisadiyyat  müvəkkili  xanım  İngebriqtsen 

oğurlanmış, korlanmış “Mercedes” üçün ziyanının ödənməsi məqsədilə 

iddia qaldırıb. 

Qeyd:  Evə  çatanda  yəqin  mən  bağda  olacağam.  Amma  deyəsən, 

ondan əvvəl də məndən xəbər alacaqsan. 

Qeyd: Bağda çox uzun müddət oturmaq məni qorxudur. Çünki belə 

yerlərdə torpağın aralanıb səni içinə alması çox asandır. 

Gəlişini planlaşdırmaq üçün çoxlu vaxtı olmuş, səni sevən Hilde”. 

Mayor  Albert  Knaq  əvvəlcə  gülümsədi.  Amma  sonra  belə  idarə 

olunmaqdan  narahatlıq  duydu.  O,  həmişə  öz  həyatına  özü  nəzarət 

etmişdi.  İndi  isə  Lillesanddakı  kiçik  qızı  onun  Kastrup  hava 

limanındakı hərəkətlərini idarə edir! Bunu necə edə bilərdi? 

Zərfi döş cibinə qoyub hər iki tərəfi dükanlar olan dəhlizlə getməyə 

başladı.  Danimarka  yeməkləri  satılan  bir  dükana  girmək  istəyirdi  ki, 

dükanın  pəncəsərinə  keçirilmiş  bir  zərf  gördü.  Zərfin  üzərində  iri 

downloaded from KitabYurdu.org



454 

 

hərflərlə “Mayor Knaq” yazılmışdı. 



Zərfi  götürdü,  üzərində  “Kastrup  hava  limanındakı  Danimarka 

Yeməkləri  dükanı  vasitəsilə  mayor  Albert  Knaqa  şəxsi  məktub” 

yazılmışdı. Açdı. 

“Əziz ata, 

Çılpaqfən mənim üçün böyük Danimarka kolbasası al. Yaxşı olar ki, 

iki kiloluq olsun. Anamınsa konyak sosiskasından xoşu gəlir, deyəsən. 

Qeyd. Danimarka kürüsü də pis olmaz. 

Səni sevən Hilde”. 

Albert ətrafına göz gəzdirdi. Bəlkə Hilde buralardadı? Bəlkə Marit 

onu  qarşılamaq  üçün  Hildeni  bura  göndərib?  Çünki  bu,  Hildenin 

xəttidi... 

BMT  müşahidəçisi  özünü  müşahidə  olunan  hiss  etməyə  başladı. 

Sanki  kimsə  uzaqdan  onun  bütün  etdiklərinə  göz  qoyurdu.  Özünü 

balaca bir uşağın əlindəki kukla kimi hiss edirdi. 

Dükana girib iki kiloluq kolbasa, konyak sosiskası və üç qutu kürü 

aldı.  Sonra  dükanların  sırasıyla  getməyə  başladı.  Ağlına  Hilde  üçün 

xüsusi bir hədiyyə almaq gəldi. 

Bəlkə  kalkulyator  alsın,  bəlkə  radio?  Hə,  radio  yaxşıdı!  Elektrikli 

mallar satılan mağazaya girəndə də pəncərədə bir zərf gördü. Üzərində 

“Kastrup hava limanındakı ən maraqlı dükan vasitəsilə mayor Albert 

Knaqa” yazılmışdı. Zərfin içindəki kağızda isə bu cümlələr vardı: 

“Əziz ata, 

Sofi salam göndərir və ad günündə aldığı FM radiolu kiçik televizor 

üçün sənə - ən ümumi atasına təşəkkür etməyimi istəyir. Əla idi, amma 

o biri tərəfdən, xırda şey idi, xırdaca detal idi. Etiraf etməliyəm ki, Sofi 

kimi mən də belə xırdalıqları xoşlayıram. 

Qeyd. Hələ getməmisənsə, bil ki, Danimarka Yeməkləri dükanında 

və içkilər, tütün satılan mağazada da təlimatlar var. 

Qeyd:  Ad  günümdə  mənə  verilən  pullar  yığılıb,  odur  ki,  indi  350 

kronluq kiçik televizorun pulunun bir hissəsini mən verə bilərəm. 

Səni sevən, hinduşqanın içini doldurub, Valdorf salatını hazırlamış 

Hilde”. 


downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə