Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə152/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

458 

 



Bağışlayın, üzr istəyirəm. 

Dedin ki, qəhvə istəyirsən. 



Hə, amma... 

Burada bizim də balaca bir yerimiz var. 



Qadın işarə verdi ki, arxasınca gəlsinlər. Gedib kafenin arxasındakı 

cığıra girdilər. Yolda qadın soruşdu: 

Buralarda deyəsən, təzəsiniz. 



Açığı, hə. 

Elə isə əbədiyyətə xoş gəlmisiniz, uşaqlar. 



Bəs siz? 

- Mən Qrim qardaşları nağıllarındanam. Bu, iki yüz il bundan qabaq 

olub. Siz haradan gəlirsiniz? 

- Biz  bir  fəlsəfə  kitabındanıq.  Mən  fəlsəfə  müəllimiyəm.  Sofi 

tələbəmdi. 

He-heee! Bax, bu maraqlı yenilik oldu. 



Çox keçməmiş ağacların arasından bir meydana çıxdılar. Ətrafda bir 

neçə xoş, xudmani qəhvəyi köşklər vardı. Köşklərin arasındakı həyətdə 

ocaq  qalanmışdı.  Ocağın  ətrafında  rəngbərəng  paltarlı  adamlar  rəqs 

edirdilər.  Sofi  bunların  çoxunu  o  dəqiqə  tanıdı:  Qar  kraliça,  Yeddi 

cırtdandan biri, Meri Popins, Şerlok Holms, Piter Pan, Qırmızıpapaq, 

Çəkməli pişik, Sinderella... Ocağın ətrafında adı olmayan çoxlu tanış 

qəhrəmanlarda  vardı:  damdabacalar,  cinlər,  divlər,  cadügərlər, 

cırtdanlar, mələklər və balaca şeytanlar... Sofinin gözünə insanabənzər 

varlıq da dəydi. 

Nə çox səs-küy var burda, - Alberto dedi. 



- Bu gün 24 iyun - yay bayramıdı, ona görə. Valborq gecəsindən bu 

yana  belə  toplanmamışdıq.  Onda  Almaniyada  idik.  Bura  qısa  səfərə 

gəlmişəm. Qəhvə demişdiniz? - yaşlı qadın dedi. 

Bəli, zəhmət olmasa. 



Sofi yalnız onda buradakı evlərin zəncəfilli çörəklər və şirniyyatdan 

düzəldildiyini  gördü.  Ətrafdakılar  evlərə  yanaşıb  istədikləri  parçaları 

qoparıb  yeyirdilər. Bir çörəkçi qadın isə  onların  ardınca gəzib evləri 

yenidən təmir edirdi. Sofi də bir evdən bir parça qopardı. Bu, indiyədək 

downloaded from KitabYurdu.org



459 

 

yediyi ən dadlı, ən gözəl şirniyyat idi. 



Yaşlı qadın qəhvə gətirdi. 

Çox təşəkkür edirəm, sağ olun, - Alberto dedi. 

Qonaqlarımız nə ödəyəcəklər, görək. 

Ödəmək? 


Adətən  biz  burada  pul  borcumuzun  yerinə  bir  hekayət  danışırıq. 

Qəhvə üçün qısa bir nağıl kifayət elər məncə. 

- Sizə insanlığın ən inanılmaz hekayəsini danışmaq istərdik, amma 

heyif ki, tələsirik. Borcumuzu başqa bir gün qayıdıb ödəyə bilərik? 

- Əlbəttə. Bəs niyə tələsirsiniz? 

Alberto qısaca hara getdiklərini izah etdi. Qadın qulaq asıb dedi: 

- Hə, doğrudan da naşı olduğunuz bilinir. Sizə məsləhət görürəm ki

fani dünyayla tezliklə vidalaşasınız. Bizim artıq o dünyaya ehtiyacımız 

yoxdu. Boş yerə bizə gözəgörünməzlər demirlər. 

Alberto  və  Sofi  “Sinderella”  kafesinə,  maşınlarının  yanına 

qayıtdılar. Maşının yanında bir ana uşağını işətməyə çalışırdı. Ona fikir 

verməyib  sürət  götürdülər.  Çox  keçməmiş  Lillesanda  çatdılar. 

Kopenhagendən qalxan SK 876 nömrəli təyyarə 21.35-də Kjevik hava 

limanında endi. Təyyarə Kopenhagendən 

qalxanda  mayor  giriş  məntəqəsində  tapdığı  zərfi  açmış,  içindəkiləri 

oxumağa başlamışdı: 

24 iyun, 1990, Kastrupda minik kartını təhvil verməkdə olan mayor 

Knaqa. 


“Əziz ata, 

Gözün məni Kopenhagendə axtarır. Halbuki, sənə nəzarətim bundan 

daha dərindir. Harada olursansa ol, səni görə bilirəm. Çünki mən çox 

illər bundan əvvəl nənəmə sehrli güzgü satmış qaraçı ailəsini tapmışam. 

Onlardan büllur kürə almışam. Məsələn, bu dəqiqə təyyarənin içində, 

öz  yerində  oturduğunu  görə  bilirəm.  Unutma  ki,  kəmərin  bağlı, 

oturacağının  arxası  dik  olmalıdır.  Təyyarə  qalxandan  sonra 

söykənəcəyini  arxaya  verib  yaxşıca  dincəlməlisən.  Evə  dincəlmiş 

çatsan, yaxşıdır. Lillesandda hava çox gözəldir, istilik Livandakından 

xeyli aşağıdır. Yaxşı yol! 

downloaded from KitabYurdu.org



460 

 

Səni sevən, 



Güzgülər Kraliçası və İroniya mələyi qızın Hilde”. 

Albert özünü hirsli, yorğun, ya çarəsiz hiss etdiyini bilmirdi. Amma 

birdən-birə gülməyə başladı. Elə ucadan gülürdü ki, sərnişinlər dönüb 

ona baxırdılar. Sonra təyyarə havaya qalxdı. 

Öz əməllərinin cavabını alırdı. Bircə fərq var idi. O, bunları Alberto 

və Sofiyə etmişdi. Amma onlar - onlar ki vur-tut xəyal məhsuluydular. 

Hildenin  dediyi  kimi  etdi.  Oturacağının  arxasını  əyib  yerini 

rahatladı...  Özünə  bir  də  yenidən  pasport  nəzarətindən  keçib  Kjevik 

hava limanının sərnişin salonuna girəndə  gəldi. Burada  onu bir qrup 

nümayişçi  qarşıladı.  Bunların  çoxu  Hildenin  yaşında  idi.  8-10  nəfər 

olardılar.  Əllərindəki  plakatlarda  “Xoş  gəlmisən,  atal”,  “Hilde  səni 

bağda gözləyir” və “İroniya davam edir!” yazılmışdı. 

Pisi  o  idi  ki,  çemodanlarnı  gözləməli  olduğundan  dərhal  bir  taksi 

tutub evə gedə bilmirdi. Gözləyəndə Hildenin məktəb yoldaşları onun 

ətrafında  fırlanır,  plakatları  yenidən  və  yenidən  oxumaq 

məcburiyyətində  qalırdı.  Qızlardan  biri  ona  yanaşıb  gül  buketi 

uzadanda qırışığı açıldı. Əlini torbasına salıb nümayişçilərin hərəsinə 

bir badamlı şokolad verdi. Hildeyə ikisi 

qaldı. Nəhayət, çemodanları göründü. Bu vaxt bir nəfər ona yaxınlaşıb 

Güzgülər  Kraliçasının  əmrini  yerinə  yetirdiyini,  onu  Bjerkliyə 

aparacağını dedi. Nümayişçilər artıq gözdən itmişdilər. 

E18 yoluna çıxdılar. Bütün körpülərin, tunel girişlərinin üzərindən 

plakatlar asılmışdı: “Evə xoş gəlmisən!”, “Hindquşu hazırdır”, “Səni 

görə bilirəm, ata!” 

Taksi evlərinin qapısında saxlayanda Albert Knaq dərin nəfəs aldı, 

sürücüyə yüz kronla yanaşı üç qutu “Carlsberg Elephant” pivəsi verdi. 

Evin qarşısında onu arvadı Marit qarşıladı. Uzun qucaqlaşmadan sonra 

Albert soruşdu: “O hardadı?” 

Qayıqların yanında oturub, - Marit cavab verdi. 

*** 


Alberto və Sofi qırmızı maşınlarıyla Lillesanddakı Norveç Otelinin 

qarşısındakı  meydanda  dayandılar.  Saat  10-a  on  beş  dəqiqə  qalırdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə