Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə149/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

449 

 

dünyası”nı oxudu. Bir dəfə oxumaqla bitəcək əhvalat deyildi. Qəfildən 



onda Sofiylə Albertonun başına şənliyi tərk edəndən sonra nə gəldiyi 

haqda yeni fikirlər yarandı. 

Şənbə  günü,  iyunun  23-də  səhər  doqquz  ərəfəsində  oyandı.  Atası 

Livandakı  düşərgələrindən  çıxmış  olmalıydı.  İndi  sadəcə  gözləmək 

lazım  idi.  Onun  gününün  son  hissəsi  xırdalıqlarına  qədər 

planlaşdırılmışdı. 

Günortaya  qədər  anasıyla  birlikdə  hazırlıq  gördülər.  Hilde  Sofiylə 

anasının şənliyə necə hazırlıq görə bildiklərini düşünürdü. Amma onlar 

artıq bu işi görüblər. Bitib. Elə deyilmi? 

Yoxsa onlar da indi bağı bəzəməklə məşğuldurlar? 

*** 

Sofi  və  Alberto  eybəcər  havalandırma  boruları  görünən  iki  böyük 



binanın  qarşısındakı  çəmənlikdə  oturmuşdular.  Binaların  birindən 

əlində qəhvəyi çanta tutan bir oğlanla çiynindən qırmızı çanta asılmış 

bir qız çıxdı. Arxadakı dar yoldan kiçik bir maşın keçdi. 

Nə oldu? - Sofi dedi. 



Biz bunu bacardıq! 

Bəs indi haradayıq? 



Osloda. 


Əminsən? 

- Əminəm. Bu binalardan biri “Chateau Neuf adlanır,  mənası yeni 

saraydı.  Camaat  burada  musiqi  öyrənir.  O  birisi  bina  “İlahiyyat 

Fakültəsi”  binasıdı.  Orada  dini  təhsil  verilir.  Arxadakı  uca  binalarda 

elm, lap yuxarısında isə ədəbiyyat və fəlsəfə öyrənirlər. 

- İndi biz Hildenin kitabından və mayorun nəzarətindən kənardayıq? 

Hə. Burada bizi heç vaxt tapa bilməz. 



Bəs meşədə qaçanda harada idik? 

- Mayorun  başı  iqtisadiyyat  müvəkkilinin  alma  ağacına  çırpılan 

maşınına  qarışanda  biz  çatdırıb  keçidə  sivişdik.  Onda  biz  rüşeym 

mərhələsində idik. Həm köhnə, həm də yeni 

dünyaya məxsusduq. Mayor onda bizim özümüzü gizlətməyimizi heç 

cür bilə bilməzdi. 

downloaded from KitabYurdu.org




450 

 

- Niyə bilməzdi? 



- Bilsəydi, bizi belə asanlıqla buraxmazdı. Hər şey yuxu kimi oldu. 

Əlbəttə, ola da bilsin ki, o özü də yuxunun içində idi. 

- Nəyi nəzərdə tutursan? 

- Ağ “Mercedes”i işə salan o idi. Bəlkə də bütün bu olanlardan elə 

yorulmuşdu ki, gücdən düşmüşdü, bizi itirmək üçün əslində özü güc 

vurdu. 


Oğlanla qız onlara çox yaxınlaşmışdılar. Sofi özündən çox yaşlı bir 

adamla  otluqda  oturmasından  utanırdı.  Bundan  başqa,  istəyirdi  ki, 

kimsə Albertonun dediklərini təsdiqləsin. 

Ayağa qalxıb onların yanına getdi: 

Bağışlayın, bu küçənin adını deməzsiniz. 

Amma onlar özlərini görməzliyə qoydular. 

Sofi hislənib bir də soruşdu: 

- Bir suala cavab vermək belə çətindi? 

Oğlan qıza nə isə izah edirdi: 

- Kontr-xal  forması  iki  ölçüdə  işləyir:  üfüqi  və  ya  melodik,  bir  də 

şaquli və ya harmonik. Orada həmişə iki və daha çox musiqi səslənir... 

Sözünüzü kəsdiyimə görə, bağışlayın, amma... 

Bu  musiqilər  bir-birlərindən  ayrı  necə  səslənmələrindən  asılı 

olmayaraq, bir-birlərini tamamlayacaq şəkildə birləşirlər. Lakin onlar 

uyumlu olmalıdırlar. Əslində bu, nöqtəyə qarşı nöqtədir. Ona kontr-xal 

deyilir. 

Əcəbdi! Nə kar, nə də kordurlar. Sofi üçüncü dəfə cəhd etdi, onların 

yolunu kəsib düz qarşılarında dayandı. 

Amma onu kənara itələdilər. 

Külək qalxdı, - qız dedi. 



Sofi Albertoya tərəf çevrildi: 

- Məni  eşitmirlər!-  bunu  deyən  kimi  Hilde  və  qızıl  xaç  haqda 

yuxusunu xatırladı. 

- Bu, bizim ödəməli olduğumuz cəzadı. Kitabdan qurtulsaq da, onun 

müəllifi ilə eyni statusda olmağı gözləyə bilmərik. Amma biz həqiqətən 

də  buradayıq...  Bundan  sonra  şənlikdə  olduğumuz  yaşdan  o  yana 

downloaded from KitabYurdu.org



451 

 

adlamayacaq, yaşlanmayacağıq. 



- Yəni  ətrafımızdakı  adamlarla  heç  vaxt  real  ünsiyyət  saxlaya 

bilməyəcəyik? 

Əsl filosof heç vaxt “heç vaxt” deməz. Saat neçədi? 



Səkkiz. 


Kapitan körpüsünü tərk etdiyimiz an da saat səkkiz idi. 

Hildenin atası bu gün Livandan qayıdır. 



Ona görə də tələsməliyik. 

Niyə, nə üçün? 



- Mayor Bjerkliyə qayıdanda nə olduğunu bilmək istəmirsən? 

Təbii ki, amma... 



Elə isə gəl! 

Onlar  şəhərə  tərəf  getməyə  başladılar.  Yollarda  adamlar  var  idi, 

yanlarından keçirdilər, amma Sofi və Albertoyla elə davranırdılar ki, 

sanki onlar gözəgörünməzdirlər. 

Küçə boyu  yolun  kənarında  maşınlar park etmişdi. Alberto birdən 

üstüaçıq qırmızı bir maşının yanında dayanıb dedi: 

- Bundan  istifadə  edək,  bu  yaxşıdı.  Sadəcə  əmin  olmalıyıq  ki,  o 

bizimdi. 

Heç nə başa düşmürəm. 



- Onda qoy izah edim. Şəhərdə kiməsə məxsus olan  maşını götürə 

bilmərik,  deyilmi?  Üstəlik,  sürücüsü  olmadan  gedən  maşın  görəndə 

insanlar nə düşünəcəklər? Hər halda adi maşını sürə bilmərik. 

Bəs niyə bu idman maşını? 



Mən bilən, bu maşını köhnə bir filmdə görmüşəm. 

- Bura bax, üzr istəyirəm, amma bu qəribə sözlərdən yoruldum. 

- Bu, fantastik maşındı, Sofi. Özümüz kimi. İnsanlar bunun yerində 

yalnız  boşluq  görürlər.  Bax,  indi  elə  bunun  belə  olub-  olmadığını 

dəqiqləşdirməliyik. 

Bir qədər gözlədilər. Bir azdan səkidən velosipedlə bir oğlan gəlib 

bu maşının olduğu yerdən yola endi və getdi. 

Gördün? Bu, bizim maşındı! 

Alberto maşının sərnişin qapısını açdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə