Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

443 

 

- Gördüyünüz kimi, bu adam fişəng alışdırqmaqdan başqa şeylər də 



bacarır, möcüzələr göstərə bilir, - xanım Amundsen dedi. 

- Təşəkkür  edirəm,  xırda  şeydi,  -  Alberto  dedi,  -  Sofi  ilə  mən  son 

həftələrdə  bir  fəlsəfi  araşdırma  aparmışıq.  İndi  sizə  bu  araşdırmanın 

nəticəsini  deyəcəyəm.  Sizə  mövcudluğumuzun  ən  dərin  sirrini 

açacağam. 

Hamı  sakitləşmişdi,  yalnız  quşların  səsi  və  bir  də  böyürtkən 

kolluğundan bəzi səslər gəlirdi. Sofi dedi: 

Davam elə. 



- İlk yunan filosoflarından bugünədək gələn bir dərin araşdırmanın 

sonunda  bizim  Livanda  iş  başında  olan  bir  mayorun  fikrində 

yaşadığımızı anladıq. Bu adam indi Livanda BMT müşahidəçisi işləyir 

və  eyni  zamanda  Lillesanddakı  qızına  bizim  haqqımızda  bir  kitab 

yazıb. Qızının adı Hilde Möller Knaqdı və ad günü Sofinin ad günüylə 

eyni günə düşür. 

Əslində  bu,  kitab  deyil,  qovluqdu.  İndi  də  əlilə  yoxlayıb  qovluğun 

sonuna yaxınlaşmaqda olduğunu anlayır. 

Masanın ətrafında əsəbi hərəkətlilik başlamışdı. 

- Yəni  bizlər  Hilde  Möller  Knaqa  əyləncə  olsun  deyə  varıq.  Atası 

bizdən  qızına  verdiyi  fəlsəfə  dərsləri  üçün  bir  növ  arxa  plan  kimi 

istifadə edir. Yəni məsələn, bu qapıda duran “Mercedesln əslində beş 

qəpiklik dəyəri yoxdu. Bu, xırda bir detaldı. Bu ağ “Mercedes” əslində 

bu an gündən qorunmaq üçün ağacın altında oturmuş mayorun başında 

mövcuddu. Yeri gəlmişkən, Livanda havalar bu aralar çox istidi. 

- Cəfəngiyyata bax! - iqtisadiyyat müvəkkili dedi. - Həyatımda belə 

cəfəngiyyat eşitməmişdim. 

- Təbii ki, hərə istədiyini deyə bilər, - Alberto dedi və sözünə davam 

etdi: 

- Amma  əsas  cəfəngiyyat  bu  şənliyin  özüdü.  Bu  şənlikdə  yeganə 



məntiqli şey bu çıxışdı. 

Bu vaxt iqtisadiyyat müvəkkili ayağa qalxıb dedi: 

Burada bir nəfər işlərini mümkün qədər uğurlu etməyə, gələcəyini 

də sığortalamağa çalışır. Sonra çoxbilmiş bir adam ortaya çıxıb bütün 

downloaded from KitabYurdu.org



444 

 

bunları “fəlsəfi” iddialarla yox etməyə çalışır”. 



Alberto başını “hə” mənasında tərpədərək: 

Belə  fəlsəfi  məsələlərdə  heç  bir  sığorta  işləmir.  Biz  təbii 

fəlakətlərdən  də  betər  şeylər  haqda  danışırıq,  cənab  iqtisadiyyat 

müvəkkili!  Bildiyiniz  kimi,  sığorta  təbii  fəlakətlərin  zərərlərini  də 

ödəmir. 

Amma bunun təbii fəlakət olduğunu haradan çıxardınız? 

Haqlısınız. Bu təbii deyil, ekzistensial fəlakətdi. Sadəcə, kolluğa bax 

və  nə  dediyimi  anlayacaqsan.  İnsan  özünü  bütün  həyatının  bir  anda 

ortadan yox olmayacağından tam sığortalaya bilməz. Günəşin bir anda 

yox olmayacağına da heç bir zəmanət yoxdu. 

Biz bu söhbətə dözməliyik? - Coannanın atası anasından soruşdu. 

Coannanın anası və Sofinin anası başlarını tərpətdilər. 

- Biabırçılıq!  -  Sofinin  anası  dedi,  -  Üstəlik,  heç  bir  xərcdən 

qaçmamışdıq. 

Gənc  qonaqlar  isə  Albertoya  qulaq  asırdılar.  Eynəkli  qıvrımsaç 

oğlan dedi: “Danışın, danışın, maraqlıdır”. 

- Çox sağ olun, amma deyəcək elə də çox söz qalmadı. İnsan başqa 

bir  adamın  ağlında  yaşadığını,  vur-tut  xəyal  məhsulu  olduğunu 

anlayıbsa,  məncə,  susmaqdan  başqa  yol  yoxdu.  Amma  yenə  də  siz 

gənclərə  fəlsəfə  tarixi  üzrə  qısa  kurs  almağınızı  ürəkdən  tövsiyə 

edirəm. Yaşlı nəslin dəyərlərinə qarşı tənqidi yanaşmaq vacibdi. Sofiyə 

də  elə  bunu  öyrətməyə  çalışırdım;  tənqidi  düşünməyi.  Hegel  buna 

inkarlı düşüncə deyirdi. 

İqtisadiyyat müvəkkili hələ ayaq üstə durmuş, barmaqlarını masanın 

üzərində oynadırdı. 

Bu  təbliğatçı  məktəbin,  kilsənin  və  bizim  uşaqlarımıza  aşılamağa 

çalışdığımız sağlam dəyərləri yox etməyə çalışır. Halbuki, onlar bizim 

gələcəyimizdi və bir gün bizim 

qurduğumuz hər şey onların əlində olacaq. Əgər bu adam bu şənlikdən 

dərhal getməsə, vəkilimizi çağıracağam. O, bu vəziyyətdə nə edəcəyini 

yaxşı bilir. 

Neynirsiniz  eləyin,  siz  özünüz  də  xəyal  məhsulusunuz.  Onsuz  da 

downloaded from KitabYurdu.org



445 

 

Sofi  və  mən  bir  azdan  buradan  gedəcəyik.  Çünki  bu  fəlsəfə  kursu 



sadəcə  nəzəriyyə  deyildi.  Bunun  həm  də  praktik  tərəfi  var.  Vaxtı 

çatanda  ortadan  yox  olma  hissəsini  yerinə  yetirəcəyik.  Bununla 

mayorun ağlından da yox olacağıq. 

Elen Amundsen Sofinin qolundan tutub: 

Sən məndən ayrılmırsan, elə deyilmi, Sofi? 



Sofi anasını qucaqlayıb Albertoya baxdı: 

Anam elə kədərlidi ki... 



- Yox, bu gülməlidi. Öyrəndiklərini yadına sal. Bu, bizim tərk etməli 

olduğumuz  cəfəngiyyatdı.  Anan  nənəsinə  yemək  aparan,  qapımıza 

gələn Qırmızıpapaq kimi şirin və  mehriban qadındı. Anan olsa, olsa, 

bir  qədər  əvvəl  təbrik  manevrləri  etmək  üçün  benzinə  ehtiyacı  olan 

təyyarə qədər kədərli ola bilər. 

- Nə dediyini başa düşürəm, - Sofi deyib anasına tərəf çevrildi: 

- Buna  görə  də  Albertonun  dediyini  etməliyəm,  ana.  Onsuz  da  bir 

gün səni tərk edəcəkdim. 

- Sənin üçün darıxacağam, - anası dedi, - bu səmadan yuxarıdakı bir 

asiman  varsa,  uç!  Qovindaya  yaxşı  baxacağam.  Günə  bir,  yoxsa  iki 

yarpaq yeyir? 

Alberto əlini onun çiyninə qoydu. 

- Bizim  üçün  nə  siz,  nə  də  bir  başqası  darıxacaq.  Səbəbi  sadədir: 

əslində siz yoxsunuz. Sadəcə kölgəsiniz. 

- Hələ məni belə təhqir edən olmamışdı! - deyə xanım İngebriqtsen 

əsəbləşdi. 

İqtisadiyyat müvəkkili başını tərpətdi: 

- Ən  azı  təhqir  maddəsilə  bunu  tutdura  bilərik.  Məncə,  o,  həm  də 

kommunistdi. Əlimizdə nə varsa, almaq istəyir. Alçaq! Dələduz! 

Alberto  da,  iqtisadiyyat  müvəkkili  də  yerlərinə  oturdular. 

İqtisadiyyat müvəkkilinin sifəti hirsdən qıpqırmızı olmuşdu. Bu 

vaxt Coanna ilə Jurgen də gəlib oturdular. Üst-başları qırışmış və toz-

torpaq olmuşdu. Coannanın sarı saçları çirk içindəydi. 

Ana, uşağım olacaq! - Coanna dedi. 



Ola bilər, amma evə gedənə qədər gözləsən, yaxşı olar. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə