Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə151/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

455 

 

Kiçik  televizorun  qiyməti  985  Danimarka  kronu  idi.  Qızının 



göstərişlərilə, sehrli nömrələrilə oradan ora yönəldilən Albert Knaqın 

duyğularıyla müqayisədə bu, doğrudan da xırdalıq idi. Qızı buradadı, 

yoxsa yox?! 

O andan başlayaraq getdiyi hər yerə diqqətlə göz qoymağa başladı. 

Özünü həm casus, həm də kukla kimi hiss edirdi. Ona elə gəlirdi ki, adi 

insani hüquqlarından, azadlığından məhrum olunub. 

İçki və tütün satılan “duty-free” dükanına da getməliydi. Burada da 

üstündə adı yazılmış bir zərf vardı. Hava limanı sanki onun üçün bir 

kompüter oyununda kursor idi. Zərfdə yazılmışdı: “Kastrupdakı böyük 

“duty-free” dükanı vasitəsilə mayor Knaq. 

“Buradan saqqız-konfet, bir neçə  qutu badamlı şokolad istəyirəm. 

Unutma  ki,  bunlar  Norveçdə  daha  bahadır.  Anam  isə,  deyəsən, 

“Campari” xoşlayır. 

Qeyd. Evə gələnə qədər bütün antenaların açıq olmalıdır. Bu vacib 

məktublardan hansınısa gözdən qaçırmaq istəməzsən, elə deyilmi? 

Səni sevən, səndən çox şey öyrənmiş qızın Hilde”. 

Albert  çarəsizliklə  ah  çəkdi  və  dükandan  ondan  istənilənləri  aldı. 

Əlində  üç  dolu  plastik  torba  və  çiynində  çantasıyla  təyyarənin 

qalxacağı  28  nömrəli  çıxış  qapısına  tərəf  getdi.  Əgər  yenə  məktub 

varsa, eybi yox, qoy qalsın. 

Amma 28 nömrəli qapının yanındakı sütunda da ağ zərf asılmışdı. 

“Mayor Albert Knaq, Kastrup hava limanı, 28-ci qapı”. Bu da Hildenin 

xətti idi. Amma sanki qapı nömrəsini başqa adam yazmışdı. Yenə də 

bunu  dəqiq  demək  olmazdı,  çünki  rəqəmlərdən  adamların  xəttini 

bilmək olmur. 

Söykənəcəyi  divara  dayalı  bir  stulda  oturdu.  Torbalar  əlində  idi. 

Şübhəylə  sağa-sola  baxanda  məğrur  bir  mayordan  çox  ilk  dəfə 

təkbaşına yola çıxmış uşağa oxşayırdı. Hilde buradadırsa, birinci özü 

onu görmək istəyirdi. 

Sərnişinləri şübhəylə  müşahidə  etməyə başladı. Bir  müddət özünü 

vətən xaini kimi hiss etdi. Nəhayət, minik başlananda dərindən nəfəs 

aldı. Təyyarəyə son minən o oldu. 

downloaded from KitabYurdu.org



456 

 

Minik kartını verəndə giriş məntəqəsinə yapışdırılmış daha bir zərf 



gördü. 

*** 


Sofi  və  Alberto  Breviki  və  bir  az  sonra  Kraqeroya  çıxışı  ötüb 

keçdilər. 

Çox sürətli gedirsən, - Sofi dedi. 

Saat doqquza az qalıb. Mayorun Kjevik hava limanında enməsinə 

bir şey qalmadı. Narahat olma, onsuz da bizi sürət həddini aşmağa görə 

saxlaya bilməzlər. 

Birdən başqa maşınla toqquşsaq? 

Adi  bir  maşına  çırpılsaq,  heç  nə  olmaz.  Amma  bizim  kimi  bir 

maşınla toqquşsaq... 

Onda? 


- Onda  ehtiyatlı  olmalıyıq.  Bir  az  bundan  qabaq  uçan  maşını 

keçdiyimizi gördün? 

-Yox. 



Vestfold tərəfdə saxlamışdı. 



- Bu turist maşınını keçməksə asan olmayacaq. Yolun hər iki yanı da 

sıx meşəlikdi. 

- Problem yoxdu, Sofi. Bunu bir dəfəlik başa düş. 

Belə  deyib  maşınla  meşəliyə  girdi,  sıx  ağacların  arasıyla  sürüb 

keçdi. Sofi dərindən nəfəs aldı. 

Məni qorxutdun. 

Qorxma, biz kəpic divardan da keçə bilərik. 

Yəni biz ətrafımızdakı şeylərdən fərqli olaraq, hava kimi ruhuq? 

Yox,  belə  deməklə  atın  qabağına  ot  qoymuş  olursan.  Əslində 

ətrafımızdakı şeylər, bu reallıq bizim üçün boş, hava kimi macəradı. 

Başa düşmədim. 

Onda yaxşı qulaq as. Ruhun su buxarından da “boş” bir şey olduğuna 

inanılır. Yanılırlar. Əslində ruh buzdan daha “sıxdır”. 

Heç belə fikirləşmirdim. 

Onda sənə bir hekayət danışım. Bir vaxtlar mələklərə inanmayan bir 

adam var imiş. Bir gün meşədə ağac kəsəndə yanına mələk gəlir. 

downloaded from KitabYurdu.org



457 

 

-Aha? 



- Bir  müddət birlikdə gəzirlər. Axırda  adam  mələyə deyir: “Yaxşı, 

indi mən mələklərin mövcudluğunu qəbul edirəm. 

Amma siz bizim kimi gerçək deyilsiniz”. Mələk cavab verib: “Bununla 

nə  demək  istəyirsən?”  Adam  deyib:  “Bir  az  əvvəl  böyük  qaya  çıxdı 

qarşımıza,  mən  onun  yanından  keçdim,  sən  isə  qayanın  içinə  girib 

keçdin. Yolda kötüklər var idi. Mən kötüklərin üstünə dırmaşıb aşmalı 

oldum,  sənsə  kötük  yığınının  içinə  girib  keçdin”.  Mələk  çox 

təəccüblənir:  “Bayaq  ikimiz  də  duman  içində  yeriyib  keçdik.  Çünki 

ikimiz də dumandan daha sıxıq”. 

Elədi. 



- Biz də beləyik, Sofi. Ruhlar dəmir qapıdan keçə bilirlər. Ruhu nə 

tank, nə bombardman dağıda bilər. 

Komfortdu da. 



- Biz Risördən keçəcəyik. Mayorun evindən yola çıxalı bir saat da 

olmayıb! Məmnuniyyətlə bir fincan qəhvə içərdim. 

Söndeleddən  əvvəl  Fianeyə  çatanda  yolun  sol  tərəfində  bir  kafe 

gördülər.  Adı  “Sinderella”  idi.  Alberto  maşını  kafenin  qarşısındakı 

otluqda saxladı. 

Kafeyə  girən  kimi  Sofi  soyuducudan  Cola  götürmək  istədi, 

soyuducunun  qapısını  çəkdi,  amma  sanki  qapı  yerinə  mıxlanmışdı, 

açılmırdı. Alberto maşından tapdığı bir kağız stəkana qəhvə süzməyə 

çalışdı.  Qəhvə  makinasının  düyməsinə  var  gücüylə  basırdı,  amma 

makina işə düşmürdü. Hirslənib üzünü müştərilərə tutdu, kömək istədi. 

Heç kəs onu vecinə almayanda elə qışqırdı ki, Sofi qulaqlarını tutmalı 

oldu. 


Qəhvə istəyirəm! 

Birdən məsələnin nə yerdə olduğunu başa düşdü və gülməyə başladı. 

Dönüb  getmək  istəyəndə  bir  yaşlı  bir  qadın  yerindən  qalxıb  onlara 

yanaşdı.  Qadın  qırmızı  ətək,  açıq  mavi  jilet  geyinmişdi,  başında  ağ 

örtük vardı.O, kafedəki adamlardan daha aydın, parlaq görünürdü. 

Albertoya üz tutub dedi: 

Niyə elə qışqırdın, oğlum? 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə