Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə148/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   144   145   146   147   148   149   150   151   ...   154

446 

 

İqtisadiyyat müvəkkili arvadına qahmar çıxdı: 



- Səbrini  basmalıdı!  Bu  axşam  xaç  suyuna  salınma  mərasimi 

istəyirsə, bunu özü etməlidi. 

Alberto ciddi baxışlarla Sofiyə baxdı və: 

Vaxtdı, - dedi. 



- Getməzdən  əvvəl  heç olmasa, qəhvələri paylaya bilərsən? - deyə 

Sofinin anası soruşdu. 

Təbii ki, ana. Bu dəqiqə. - Sofi dedi. 



Sofi masadakı termosu götürüb mətbəxə getdi. Qəhvə makinasında 

qəhvənin  süzülməsini  gözləyəndə  quşlara  və  balıqlara  yem  verdi. 

Hamama  gedib  Qovindanın  qarşısına  bir  yarpaq  qoydu.  Pişiyi  gözə 

dəymirdi.  Yenə  də  böyük  bir  konserv  qutusunu  açıb  pişik  yeməyini 

dərin bir qaba tökdü. Hiss edirdi ki, gözləri dolmağa başlayır. 

Bağa  qayıdanda  ətrafın  15  yaş  şənliyindən  çox  uşaq  bağçasını 

andırdığını  gördü.  Limonad  şüşələrinin  çoxu  masanın  ətrafında 

düşmüş, süfrənin üstünə şokoladlı pirojna bulaşmış, kişmişli çörəklərin 

olduğu qab yerə yuvarlanmışdı. Sofi gələn vaxt uşaqlardan birinin ad 

günü tortunun içinə qoyduğu fişəng gurultuyla partladı və tort parçaları 

uçub  masanın  və  qonaqların  üstünə  yapışdı.  Ən  çox  xanım 

İngebriqtsenin qırmızı şalvarı bulaşdı. Ən maraqlısı o idi ki, heç kəs 

bütün bunları vecinə almırdı. Coanna əvvəlcə əlindəki böyük şokoladlı 

pirojnanı Jurgenin sifətinə sürtmüş, ardınca onu yalamağa başlamışdı. 

Sofinin  anası  ilə  Alberto  başqalarından  bir  az  aralıda  oturmuşdular, 

Sofiyə əl elədilər. 

Deməli, axır ki, Alberto ilə baş-başa qalıb danışa bildiniz, ana - Sofi 

dedi. 


Çox haqlı imişsən, - anası dedi, - Alberto əla insandı. Səni bu güclü 

qollara etibar edirəm. 

Sofi onların arasında oturdu. Uşaqların ikisi dama çıxa bilmişdilər. 

Qızlardan biri gəzib əlindəki saç sancağı ilə şarları partladırdı. Bu vaxt 

motosikllə dəvətsiz bir qonaq da gəlmişdi. 

Motosiklinin arxasında böyük bir pivə çəlləyi və viski şüşəsi vardı. Bir 

neçə  könüllü  onu  içəri  gətirdi.  Bu  vaxt  iqtisadiyyat  müvəkkili  ayağa 

downloaded from KitabYurdu.org




447 

 

qalxıb əl çaldı və soruşdu: 



Oyun oynamaq istəyirsinizmi, uşaqlar? 

Pivə  şüşələrindən  birini  götürdü,  içindəkini  boşaltdı  və  boş  şüşəni 

yerə  -  çəmənliyin  ortasına  qoydu.  Sonra  masaya  yaxınlaşıb  tortun 

altındakı beş halqanı götürdü və uşaqlara halqaları şüşənin başına necə 

atmağı başa saldı. 

- Son çırpıntılar, - Alberto dedi, - Mayor son nöqtəni qoymamış və 

Hilde qovluğu bağlamamış bu dəqiqə buradan qaçmalıyıq. 

- Bütün bunları tək yığışdırmalı olacaqsan, ana, - Sofi dedi. 

- Eybi yox, mənim  balam. Bu, sənə görə bir həyat deyil onsuz da. 

Alberto sənə daha yaxşı bir həyat verə bilərsə, bu məni xoşbəxt edəcək. 

Doğrudan, demişdin ki, onun ağ atı var? 

Sofi bağa baxdı. Bağ tanınmaz olmuşdu. Otluğun üstündə şüşələr, 

toyuq sümükləri, şarlar... 

Bir vaxtlar bura mənim kiçik cənnətim idi, - Sofi dedi. 

İndi isə cənnətdən çıxmaq vaxtı gəlib, - Alberto dedi. 

Oğlanlardan  biri  ağ  “Mercedes”ə  oturmuşdu.  Bir  anda  qaza 

basmasıyla maşının bağın qapısını yerə aşırıb sürətlə bağa girməsi bir 

oldu. 


Sofi kiminsə onu qolundan tutaraq xəlvəti guşəsinin olduğu keçidə 

tərəf çəkdiyini duydu. Albertonun səsini eşitdi: 

Elə indi! 

Bu vaxt ağ “Mercedes” bir alma ağacına çırpılıb dayandı. Ağacdakı 

bütün almalar tappatarapla yerə töküldülər. 

Bu, lap ağ oldu! Dərhal kompensasiya tələb edirəm! - iqtisadiyyat 

müvəkkili qışqırdı. 

Yenə də arvadı onu dəstəkləyirdi: 

Hamısının səbəbkarı bu şərəfsiz adamdı! Hardadı o? 

Sanki yer yarıldı, içinə girdilər, - deyən Elen Amundsenin səsində 

qürur yox deyildi. 

Ayağa  qaıxdı,  uzun  masaya  yaxınlaşıb  fəlsəfi  şənlikdən  qalanları 

yığışdırmağa başladı və “Yenə qəhvə istəyən var?” - soruşdu. 

Kontr-xal 

downloaded from KitabYurdu.org



448 

 

...eyni vaxtda səslənən iki və daha çox musiqi... 



Hilde  yatağında  dikəlib  oturdu.  Sofi  ilə  Albertonun  əhvalatı  sona 

çatırdı. Bəs əslində? Atası bu son fəsli niyə yazmışdı? Sofinin dünyası 

üzərindəki gücünü göstərmək üçünmü? 

Fikirli-fikirli hamama gedib geyindi. Yeməyini tez yeyib bağa çıxdı, 

yelləncəkdə oturdu. 

Şənlikdəki  yeganə  məntiqli  şeyin  Albertonun  çıxışı  olması 

məsələsində  Alberto  ilə  razı  idi.  Bəlkə  atası  Hildenin  dünyasının  da 

Sofinin şənliyi qədər xaotik olduğunu demək istəyir? Yoxsa onun da 

dünyası bir gün darmadağın olacaq? 

Sonra da Sofi ilə Albertonun bu məsələsi. Onların gizli planı necə 

olmuşdu? 

Əhvalatı  Hilde  özümü  davam  etdirməliydi?  Onlar  təhkiyədən  çıxa 

bilmişdilərmi? Bəs indi haradadırlar? 

Birdən  bir  şeyi  başa  düşdü:  Sofi  ilə  Alberto  təhkiyədən  çıxa 

biliblərsə, onlar haqqında bu qovluqda daha heç nə ola bilməz. Çünki 

burada yazılanlar, təəssüf ki, atasına məlum olanlar idi. 

Bəlkə  sətirlərin  aralarında  nə  isə  var?  Bu,  adi  ehtimal  deyildi. 

Hildenin yadına düşdü ki, kitabda buna eyham oxumuşdu. Hilde kitabı 

bir neçə dəfə də oxumalı olduğunu anladı. 

Ağ “Mercedes” bağa girəndə Alberto Sofini qolundan tutub keçidə 

çəkmişdi. Buradan meşəyə keçib mayorun evinə qaçdılar. 

-  Cəld!  -  Alberto  qışqırdı,  -  mayor  bizi  axtarmağa  başlamamış 

çatdırmalıyıq. 

Artıq mayorun bizə çata bilməyəcəyi yerdəyik? Sərhəddəyik. 

Gölü  qayıqla  keçib  mayorun  evinə  gəldilər.  Alberto  yerdəki, 

zirzəmiyə düşən qapını açdı. Sofini ora itələdi və hər 

şey qaranlığa qərq oldu. 

*** 


Bunlar  olan  günlərdə  Hilde  öz  planı  üzərində  işləyirdi. 

Kopenhagendəki Anna Kvamsdala bir neçə məktub yollamış 

və bir neçə dəfə zəng etmişdi. Hilde başqa dost, tanışlarından da kömək 

istədi. Az qala siniflərinin yarısı bu işə qoşulmuşdu. Ara-sıra “Sofinin 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə