Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə145/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   141   142   143   144   145   146   147   148   ...   154

437 

 

“Mayor gəlir! 



“Gözəl 24 iyun yeməklərinə HƏ!” 

“BMT-yə daha çox güc!”” 

Sofinin anasına az qala yazığı gəldi. 

Çox qəribə nümayiş idi, Sofi. Absurd idi doğrudan da. 

Xırda şeydi. 

Dünya getdikcə sürətlə dəyişilir. Əslində çox da təəccüblənmirəm. 

Təəccüblənmədiyinə təəccüblənməlisən əslində. 

Qətiyyən  yox.  Zorakılıq  nümayişi  deyildi  ki!  Ümid  edirəm,  gül 

kollarımızı  tapdayıb  tökməyiblər.  Bağda  nümayiş  olmaz  ki.  Gəl  tez 

gedək, baxaq. 

Bu, fəlsəfi nümayiş idi, ana. Əsl filosoflar gül kollarını tapdamazlar. 

Gör,  nə  deyirəm,  Sofi.  Mən  bu  gün  əsl  filosofların  olmasına 

inanmıram. Bizim dövrümüzdə hər şey sintetikdi, sünidi. 

Günortadan  axşama  qədər  hazırlıq  gördülər.  Ertəsi  gün  süfrəni 

bəzədilər. Coanna onlara baş çəkməyə gəldi. 

Pis xəbər! - dedi. - Anamla atam da gəlirlər. Sənin təqsirindi, Sofi! 

Qonaqların gəlməsinə yarım saat qalmış hər şey hazır idi. Ağaclar 

bəzəkli  kağızlar  və  yapon  fanarlarıyla  bəzədilmişdi.  Bağın 

darvazasından,  giriş  cığırındakı  ağaclardan,  evin  önündən  şarlar 

asmışdılar. Axşam neçə saat Sofiylə Coanna 

onları  üfürmüşdülər.  Masada  toyuq,  salat,  cürbəcür  ev  çörəkləri 

düzülmüşdü.  Kişmişli  peçenyelər  və  kremli  pirojnalar,  Danimarka 

tortu,  şokoladlı  keks  mətbəxdə  idi.  Masanın  tən  ortasına  badamlı, 

piramidaşəkilli  ad  günü  tortunu  yerləşdirmişdilər.  Tortun  başında 

kilsəyə qəbul mərasimi əlbisəsində bir qız fiquru vardı. Anası onu əmin 

etmişdi ki, bu, sadəcə on beş yaşlı bir qızın rəmzi kimi də başa düşülə 

bilər, amma Sofi əmin idi ki, anası bunu onun kilsəyə girib-girməmək 

məsələsində  hələ  qərarlı  olmadığını  dediyinə  görə,  qəsdən  qoyub. 

Anası bu torta baxanda sanki Sofinin kilsəyə qəbul mərasimini görürdü. 

Şənlik başlamazdan əvvəlki yarım saatda anası bir neçə dəfə “Heç 

bir xərcdən qaçmadıq” demişdi. 

Qonaqlar gəlməyə başladı. Əvvəl Sofinin sinif yoldaşları olan qızlar 

downloaded from KitabYurdu.org



438 

 

gəldilər,  yay  köynəkləri,  nazik  jaketlər,  uzun  ətəklər  geyinmiş, 



gözlərinə  yüngülvari  sürmə  çəkmişdilər.  Bir  azdan  utancaqlıq  və 

özündənrazılıq  hissləri  bir-birinə  qarışmış  Ceremi  və  David 

göründülər... 

- Ad günün mübarək! 

- Deməli, sən də böyüdün! 

Sofi  Coanna  və  Cereminin  indidən  mənalı-mənalı  bir-  birlərinə 

baxdıqlarını gördü. Hava belə şeylərin havası idi. İyunun 24-ü idi. 

Hərə  bir  hədiyyə  ilə  gəlmişdi.  Bunun  fəlsəfi  şənlik  olduğunu 

bildiklərindən,  çoxu  gəlməzdən  əvvəl  fəlsəfənin  nə  olduğu  ilə 

maraqlanmışdı.  Heç  də  hamısı  fəlsəfi  hədiyyə  tapa  bilmədiyindən, 

açıqcalara fəlsəfi bir şey yazmağa çalışmışdılar. Hədiyyələrin arasında 

üstünə  “Mənim  şəxsi  fəlsəfi  fikirlərim”  yazılmış  kilidli  bir  gündəlik 

qeyd dəftəri də vardı. 

Qonaqlar gəldikcə onlara uzun ayaqlı şərab badələrində alma suyu 

verilirdi. Qulluğu Sofinin anası edirdi. 

“Xoş  gəlmisiniz...  Bəs  bu  cavan  oğlanın  adı  nədi?  Deyəsən,  səni 

əvvəllər görməmişəm. Sesil, gəldiyinə görə, sevindim...” 

Hamı bağda yerini tutmuş, əllərində alma şirəsi ilə ağacların altında 

gəzişirdi  ki,  darvazanın  qarşısında  ağ  “Mercedes”  dayandı,  içindən 

Coannanın ata-anası düşdü. Cənab iqtisadiyyat müvəkili lap qutu kimi 

düzgün boz kostyum 

geyinmişdi. Xanım isə tünd qırmızı qaşlarla bəzədilmiş qırmızı köynək 

və şalvarda idi. Sofi bu qadının əynində bu geyim olan barbi gəlinciyi 

aldığına,  sonra  da  gəlinciyi  dərzisinə  apararaq  bu  geyimin  eynisini 

onun  üçün  tikməsini  istədiyinə  əmin  idi.  Ya  da  gəlinciyi  cənab 

iqtisadiyyat  müvəkkili  almış,  onu  bir  cadugərə  verərək  gəlincikdən 

canlı qadın düzəltməsini istəmişdi. Realist olmadığından, Sofi dərhal 

bu ehtimalı rədd etdi. 

Cütlük gənclərin heyran baxışları arasında “Mercedeslərindən enib 

bağa girdi. İngebriqtsen ailəsinin nazik, uzun bir paketdəki hədiyyəsini 

Sofiyə  təqdim  edən  isə  iqtisadiyyat  müvəkkili  oldu.  Sofi  hədiyyəni 

görəndə  özünü  güclə  saxladı;  bəli,  bu,  Barbi  gəlinciyi  idi.  Coanna 

downloaded from KitabYurdu.org



439 

 

hirsləndi: 



Dəli olmusunuz? Sofi gəlinciklə oynayan deyil! 

Paltarındakı  qaşlarla  işıl-işıl  parıldayan  xanım  İngebritsen 

yaxınlaşaraq: 

- Ola bilər, amma  əzizim, bu, sadəcə bəzək kimi də istifadə oluna 

bilər, - deyə cavab verdi. 

Sofi vəziyyəti yumşaltmağa çalışaraq dedi: 

- Çox sağ olun! Artıq mən də Barbi gəlinciyi kolleksiyası yığaram. 

Qonaqlar artıq masanın ətrafına yığışmağa başlamışdılar. Səsindəki 

təlaşı gizlətməyə çalışan Sofinin anası dedi: 

Təkcə Alberto qaldı. 



Bu xüsusi qonağın şöhrəti qonaqlar arasında çoxdan yayılmışdı. 

Gələcəyəm deyibsə, gələcək, - Sofi dilləndi. 



O gəlməmiş əyləşə bilmərik?.. 

Təbii ki, bilərsiniz. Buyurun! 



Elen  Amundsen  qonaqları  bir-bir  masadakı  yerlərinə  ötürməyə 

başladı. Sofiylə özünün arasında bir boş stul saxladı. Yemək haqqında, 

gözəl  hava  haqqında  və  Sofinin  artıq  gənc  xanım  olması  haqqında 

sözlər dedi. 

Masada  yarım  saata  yaxın  oturmuşdular  ki,  Böyük  Mülklər 

küçəsindən çıxıb bağın darvazasından içəri qara top saqqallı, başında 

beret olan, orta yaşlı bir adam girdi. Əlində on beş qızılgüldən ibarət 

buket vardı. 

Alberto! 

Sofi masadan qalxıb Albertonun qabağına yüyürdü. Boynuna sarıldı 

və buketi aldı. O da bu qarşılanma mərasiminə cavab olaraq, ciblərini 

axtarırdı; axırda cibindən bir neçə fişəng çıxarıb ətrafına atdı. Masaya 

yaxınlaşanda 24 laylı ad günü tortunun üstünə ulduz kimi qığılcımlar 

saçan bir fişəng yerləşdirdi və Sofiylə anasının arasındakı boş stulda 

oturdu. 

Burada olduğuma görə, çox xoşbəxtəm, - dedi. 

Qonaqlar  çaşıb  qalmışdılar.  Xanım  İngebriqtsen  mənalı-  mənalı 

ərinə baxdı. Sofinin anası isə Albertonun ortalığa çıxmasına elə şad idi 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə