Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə141/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   137   138   139   140   141   142   143   144   ...   154

425 

 

sahib  olmalı,  öz  şəxsiyyətini  kişi  asılılığından  qurtarmalıydı.  Çünki 



qadını  əzən  təkcə  kişi  deyildi.  Qadın  öz  həyatına  görə  məsuliyyət 

daşımaqdan imtina edərək özü- özünü də əzirdi. 

Yalnız istədiyimiz qədər azad və sərbəst ola bilərik. 



- Bəli, belə də demək olar. Ekzistensializm qırxıncı illərdən bu günə 

qədər ədəbiyyata da təsir göstərib. Bu təsir teatra da aiddi. Sartrın özü 

də romanlar və pyeslər yazıb. Digər görkəmli müəlliflər fransalı Albert 

Kamyu,  irlandiyalı  Semuel  Bekket,  rumıniyalı  Eugen  İonesko  və 

polşalı Vitold Qombroviçdir. Onların və onlardan başqa bir sıra modern 

yazçıların  səciyyəvi  cəhəti  absurdizmdi.  Bu  termin  xüsusən  “absurd 

teatrı” mənasında işlənir. 

Maraqlıdı. 



“Absurd” sözünün mənasını bilirsən, elə deyilmi? 

Mənasız, yaxud irrasional bir şey deyil? 



- Elədi.  Absurd  teatrı  realist  teatrın  əksi  kimi  meydana  gəlmişdi. 

Məqsəd həyatın mənasızlığını səhnədə göstərərək 

tamaşaçının  bundan  narazı  olmasını  təmin  etmək  idi.  Yəni  məqsəd 

mənasızı  yüksəltmək  deyil,  əksinə,  gündəlik  həyat  hadisələrindəki 

cəfəngiyyatı göstərməklə tamaşaçıların öz həyatları üçün daha mənalı 

həyat axtarmalarına nail olmaq idi. 

Çox maraqlıdı. 



- Absurd teatr adətən çox adi situasiyaları nümayiş etdirir. Ona görə 

də  bu  növə  “hiperrealizm”  də  demək  olar.  Burada  insanlar  olduqları 

kimi göstərilir. Adi bir səhər evin vanna otağında nə olduğunu olduğu 

kimi  göstərsən,  tamaşaçı  güləcək.  Bu  qəhqəhə  əslində  səhnədə 

göstərilənin özü olması təhlükəsinə qarşı müdafiədi. 

Aydındı. 



- Absurd  teatrda  sürrealist  xüsusiyyətlər  də  ola  bilər.  Bu  teatrın 

obrazları ən ağlasığmaz, ən xəyali vəziyyətlərdə olurlar. Onlar səhnədə 

bunu  təəccüblənmədən  qəbul  etdiklərindən,  tamaşaçılar  onların  bu 

təəccüblənməməklərinə  reaksiya  verirlər.  Bu,  Çarli  Çaplinin  səssiz 

filmlərinə  də  aiddi.  Bu  filmlərdə  əksər  hallarda  gülməli  olan  cəhət 

Çaplinin  başına  gələn  bu  cəfəng  şeyləri  adi  qəbul  etməsidi.  Bu, 

downloaded from KitabYurdu.org



426 

 

auditoriyanı öz 



içlərinə boylanıb daha doğru, daha həqiqi şeyləri axtarmağa vadar edir. 

- Doğrudan  da,  insanlar  heç  etiraz  etmədən,  reaksiya  vermədən 

nələr, nələr yaşayırlar! 

- Bəzən insanın bir şeydən qaçmaq istəməsi də haqlı ola bilər, hara 

gedəcəyini tam bilməsə də. 

- Adamın  evi  yanırsa,  o,  yaşamağa  başqa  yer  tapacağını 

fikirləşmədən evdən qaçmağa çalışır. 

Doğrudu. Yenə çay istəyirsən? Bəlkə Cola? 



- İstəyirəm. Amma gecikməyinə görə, hələ də sənə hirsliyəm. 

Eybi yox. 



Bir azdan Alberto əlində bir fincan espresso və Cola ilə qayıtdı. Sofi 

isə  kafe  həyatını  sevməyə  başladığını  düşünürdü.  O  biri  masalarda 

gedən söhbətlər artıq ona bayaqkı kimi boş, əhəmiyyətsiz görünmürdü. 

Alberto Cola şüşəsini masanın üstünə qoyanda möhkəm səs saldı. 

Kafedəkilərdən bu səsə dönüb baxanlar oldu. 

Beləliklə, yolun sonuna gəlib çatdıq, - Alberto dedi. 



- Demək istəyirsən ki, fəlsəfə tarixi Sartr və ekzistensializmlə sona 

çatır? 


- Xeyr,  belə  demək  çox  şişirtmək  olardı.  Ekzistensializm  fəlsəfəsi 

dünyada  çoxlu  insan  üçün  böyük  əhəmiyyət  kəsb  etdi.  Gördüyümüz 

kimi, ekzistensializmin kökləri Kyerkeqordan Sokrata qədər uzanırdı. 

XX  əsrdə  bir  sıra  yeni  cərəyanlar  da  əvvəlki  fəlsəfi  cərəyanların 

yenilənməsi kimi ortalığa çıxdı. 

Məsələn? 



- Məsələn,  bunlardan  biri  Foma  Akvinalı  ənənəsi  ideyalarına 

əsaslanan Neotomizmdi. Digər bir cərəyanın kökləri Yum və Britaniya 

empirizminə, hətta Aristotel məntiqinə əsaslanan analitik fəlsəfə və ya 

məntiqi empirizmdi. Bundan başqa, XX əsrdə Neomarksizm və çoxlu 

qolları inkişaf edib. Neodarvinizm  haqqında, həmçinin Psixoanalizin 

əhəmiyyəti barədə artıq danışmışıq. 

Bəli. 


- Haqqında danışmalı olduğumuz bir cərəyan da var, o, kökləri hələ 

downloaded from KitabYurdu.org




427 

 

Sokrataqədərki  filosoflara  gedib  çıxan  Materializmdi.  Müasir  elmin 



məşğul olduğu problemlərlə 

Sokrataqədərki  filosofların  problemləri  arasında  bənzərliklər  var. 

Məsələn, bu gün elm hər şeyin ondan yarandığı bölünməz elementar 

hissəciyi axtarır. Bu “maddə”nin nə olmasına dair hələlik qənaətbəxş 

cavab  yoxdu.  Nüvə  fizikası,  biokimya  kimi  yeni  təbiət  elmləri  bu 

mövzuyla  elə  maraqlanır  ki,  bu,  bir  çox  insanın  dünyagörüşündə 

mühüm yer tutur. 

Yəni yeni və köhnə iç-içədi... 



- Bəli.  Çünki  bu  kursa  başlayarkən  verdiyimiz  suallar  hələ  də 

cavabsızdı.  Sartr  ekzistensial  sualların  bir  dəfə  və  hamı  üçün 

cavablandırıla bilməyəcəyini deyərkən vacib bir müşahidə etmiş olub. 

Fəlsəfi  sual  hər  nəslin,  əslində  hər  bir  fərdin,  yenidən  və  yenidən 

qaldırması, soruşması gərək olan sualdı. 

Bu fikir adamı bədbinləşdirir. 



- Deyəsən, səninlə razı deyiləm. Belə sualları verərkən yaşadığımızı 

hiss  edirik.  Bundan  başqa,  insanlar  bir  sıra  ucqar  suallara  cavab 

axtararkən başqa bir sıra suallara aydın, nəhayi cavablar tapırlar. Elmd, 

tədqiqat və texnologiya fəlsəfi düşüncənin məhsullarıdı. Məgər insanın 

həyata,  varlığa  duyduğu  maraq  deyildirmi  ki,  axırda  insanları  Aya 

aparıb?! 

Bəli, doğrudu. 



- Neil  Armstronq  Aya  qədəm  qoyanda  “Bu,  bir  insan  üçün  kiçik, 

bəşəriyyət  üçün  çox  böyük  addımdı”  demişdi.  Bu  sözlərlə  o,  özünə 

qədər yaşamış insanları da Aya qədəm qoyan ilk insanın duyğularına 

qarışdırmışdı.  Çünki  təbii  ki,  bu,  təkcə  onun  etdiyi,  bacardığı  iş 

deyildi... 

Hə. 



- Bizim dövrümüzün öz problemləri də var. Onların ən ciddisi ətraf 

mühit problemidi. Buna görə də XX əsrin əsas istiqaməti Ekofəlsəfə və 

ya banilərindən biri olan Arne Naessin adlandırdığı kimi, Ekosofiyadı. 

Qərb  eko-filosoflarının  çoxu  Qərb  sivilizasiyasının  tamamilə  yanlış 

yolda olduğunu, planetimizin buna dözə bilməyəcəyini bəyan ediblər. 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə