Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə142/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   138   139   140   141   142   143   144   145   ...   154

428 

 

Onlar  yanız  çirklənmə  və  digər  ətraf  mühit  problemlərilə 



maraqlanmayıb, Qərb düşüncə tərzində böyük bir xəta olduğunu irəli 

sürüblər. 

Haqlıdırlar. 



- Məsələn, eko-filosoflar insanı hər şeyin üzərində, təbiətin hakimi 

sayan təkamül ideyasının özünə qarşı çıxıblar. Bu 

düşüncə canlı planet üçün təhlükəlidi. 

Razıyam, o fikrin özü belə, məni dəli edir. 



- Bir 

çox 


eko-filosoflar 

bu 


fikri 

təhlil 


edərkən 

başqa 


mədəniyyətlərdəki, məsələn, hind mədəniyyətindəki ideyaları nəzərdən 

keçirirlər.  Onlar  “ibtidai  xalqlar”,  yaxud  təbiət  xalqları  adlandırılan, 

məsələn,  Şimali  Amerikanın  yerli  xalqlarının  düşüncələrini  və 

adətlərini araşdıraraq, itirdiyimiz şeyləri yenidən tapmağa çalışırlar. 

Son  illərdə  elmi  çevrələrdə  paradiqma  dəyişikliyindən  söhbət  gedir. 

Bu,  alimlərin  düşüncə  tərzində  köklü  bir  dəyişiklik  deməkdi.  Bəzi 

sahələrdə bu, bəhər verir. “Alternativ hərəkatlar” bir sıra hərəkatların 

bütövlük fikrinə və yeni həyat tərzinə vəkillik etdiklərini görürük. 

Əla. 


- Amma hər şeyin yaxşısı və pisi var. Bəzilərinə görə, yeni bir dövrə 

daxil olmaqdayıq. Amma yeni olan hər şey yaxşı demək, köhnələrinsə 

heç  də  hamısı  atılmalı  deyil.  Bu  fəlsəfə  kursunun  da  məqsədi  budur. 

İndi sənin həyatda öz istiqamətini tapman üçün tarixi zəminin var. 

Çox sağ ol! 



- “Yeni dövr” adı altında ortalığa çıxan bir çox şeyin  yalan- palan 

olduğunu  görəcəksən.  Son  onilliklərdə  “Yeni  dinçilik”,  “Yeni 

Okkultizm”  və  cürbəcür  modern  batil  inanclar  Qərb  dünyasına  təsir 

edib. Bu, sənayeyə çevrilib. Xristianlıq öz mövqelərini itirdikcə, fəlsəfə 

bazarını bu alternativ təkliflər tutur. 

Necə təkliflər? 



- Siyahı  elə  uzundu  ki,  haradan  başlayacağımı  bilmirəm.  Üstəlik, 

insanın öz dövrünü təsvir etməsi asan deyil. Bura bax, niyə də şəhərdə 

bir az gəzib-dolaşmayaq? Çünki sənə bir şey göstərmək istəyirəm. 

Vaxtım çox deyil. Sabahkı şənliyi unutmamısan ki? 



downloaded from KitabYurdu.org


429 

 

- Heç unudaram? Orada möcüzələr olacaq! Sadəcə əvvəlcə Hildenin 



fəlsəfə  kursunu  yekunlaşdırmalıyıq.  Mayor  ondan  sonrası  haqqında 

fikirləşməyib. Ona görə də üzərimizdəki hakimiyyətini itirəcək. 

Alberto  bunu  deyəndən  sonra  boş  Cola  şüşəsini  qaldırıb  yenidən 

masaya çırpdı. Adamların işgüzar qarışqalar kimi 

qaynaşdığı, tələsik o tərəf-bu tərəfə getdiyi bir küçəylə gedirdilər. Sofi 

Albertonun ona nə göstərəcəyini bilmək üçün səbrsizlənirdi. 

Bir  azdan  televizor,  video,  peyk  antena,  mobil  telefon,  kompüter, 

faks aparatı satılan böyük bir mağazanın qarşısından keçəndə Alberto 

vitrini göstərib dedi: 

- Bu  da  XX  əsr,  Sofi.  Renessansdan  bu  yana  dünyanın  böyük  bir 

partlayış  yaşadığını  desəm,  yalan  olmaz.  Kəşfiyyat  səfərlərindən 

başlayaraq avropalılar bütün dünyaya yayıldılar. Bugünsə əks proses 

gedir. Buna əksinə partlayış demək mümkündü. 

Nə mənada? 



- O  mənada  ki,  dünya  böyük  bir  ünsiyyət  şəbəkəsinə  sığınır. 

Filosofların ətraf aləmi görmək, başqa filosoflarla tanış olmaq üçün at 

belində günlərlə səfər etməli olduqları vaxtdan çox keçməyib. Bu gün 

planetin harasında oluruqsa olaq, kompüter ekranından bütün biliklərə 

giriş əldə edə bilirik. 

Çox əladı, amma adam bir az qorxur... 



- İndi sual budur. Tarix sona çatır, ya yoxsa tamamilə yeni dövrün 

astanasındayıq? Daha bir şəhərin və ya xüsusi bir ölkənin vətəndaşları 

deyilik. Biz planet sivilizasiyasında yaşayırıq. 

Doğrudu. 



- Xüsusən ünsiyyət sahəsini əhatə edən texnoloji inkişaf son 30-40 

ildə bütün tarix boyu olduğundan daha sürətli, dramatik hal alıb. Hələ 

yalnız işin başlanğıcını görürük. 

Mənə göstərəcəyin şey bu idi? 



Yox,  göstərmək  istədiyim  şey  kilsənin  o  biri  tərəfindədi. 

Addımlamağa başlayanda televizor ekranlarının birində bir 

neçə BMT əsgəri göründü. 

Ora bax! - Sofi dedi. 

downloaded from KitabYurdu.org




430 

 

Kamera BMT əsgərlərindən birinin sifətinə yaxınlaşdı. Onun eynilə 



Albertonunku kimi qara saqqalı vardı. Qəfildən əsgər əlində tutduğu 

bir açıqcanı qaldırdı, orada yazılmışdı: “Tezliklə qayıdıram, Hilde!” Əl 

elədi və ekrandan itdi. 

Şarlatan! - Alberto hirslə dedi. 

Mayor idi? 



Heç cavab vermək istəmirəm. 

Kilsənin  qarşısındakı  parkdan  keçib  başqa  bir  küçəyə  çıxdılar. 

Alberto  bir  az  əsəbi  görünürdü.  Onlarşəhərin  ən  böyük  kitab  dükanı 

olan “Libris”in qarşısında dayandılar. 

Gəl içəri girək, - Alberto dedi. 



Dükanın içində Alberto əlini ən uzun divara tərəf uzatdı. Orada üç 

bölmə  var  idi:  “Yeni  dövr”,  “Alternativ  həyat  tərzi”  və  “Mistisizm”. 

Kitabların  adamı  cəlb  edən  maraqlı  adları  var  idi:  “Ölümdən  sonra 

həyat varmı?”, “Spiritizmin sirləri”, “Tarot”, “Uçan Naməlum Boşqab 

fenomeni”,  “Şəfa”,  “Tanrıların  dönüşü”,  “Sən  əvvəl  də  burada 

olmusan”,  “Astrologiya  nədir?”  Orada  yüzlərcə  kitab  vardı.  Rəflərin 

altında hətta daha çox kitab var idi. 

Bu da XX əsrdi, Sofi. Bu, bizim dövrümüzün məbədidi. 

Amma sən belə şeylərə inanmırsan, hə? 

Bunların  əksəriyyəti  yalan-palandı.  Amma  pornoqrafiya  kimi  çox 

satılır.  Bunların  çoxu  elə  bir  növ  pornoqrafiyadı.  Gənclər  bura  gəlib 

onları ən çox həyəcanlandıran ideyaları 

alırlar. Lakin əsl fəlsəfə ilə bu kitablar arasında sevgi və pornoqrafiya 

arasındakı qədər fərq var. 

Səncə, indi onlara qarşı kobudluq etmirsən? 

Gəl, gedib parkda oturaq. 

Onlar dükandan çıxdılar və kilsənin qarşısında boş skamya tapdılar. 

Ağacların  altında  göyərçinlər  gəzişirdilər,  aralarında  bir  sərçə 

tullanırdı. 

Buna  ESP  və  ya  parapsixologiya  deyilir.  Bir  adı  da  telepatiya, 

aydıngörmə,  psixokinetikadı.  Spiritirzm,  astrologiya,  ufologiya  da 

deyirlər, - Alberto dedi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə