Diaqnostika və texniki xiDMƏT



Yüklə 4,01 Mb.
səhifə43/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Alitirləmə

 

Detalın səth qatı metalını alüminiumla zənginləşdiril­məsi prosesi alitirləmə adlanır. Alitirlənmiş səth qəlpə əmələ­gəlməyə, yüksək davamlılığa (11000C- yə qədər), atmosfer korroziyasına yaxşı müqavimət göstərmək qabiliyyətinə malik olur.

Əksər hallarda azkarbonlu poladlar, bəzi hallarda isə ortakarbonlu, odadavamlı poladlar və çuqunlar alitirlənir. Diffuzion alitirləmə 850–9000C temperatur intervalında qəlpəyə dözümlülüyü yüksəltmək üçün istifadə edilə bilər. Bərk mühitdə alitirləmə prosesi 950–10000C temperaturda ferroərinti (alüminium), alüminium oksidi Al2O3 ovuntu qarışıqları və yaxud digər qarışıqlarla (gil-torpaq, kaolin və b.) birlikdə qutulara (konteynerə) yığılır. Proses ammonium xlorid NH4Cl qazı (1–2% miqdarında) mühitində aparılır.

Sianlama (nitrosementitləmə) 

Sianlama (nitrosementitləmə) 

Sianlarma poladın səth qatının eyni zamanda azot və karbonla zənginləşdirilməsi prosesindən ibarətdir. Udulmuş karbon və azot atomlarının miqdarca nisbətləri əsasən temperatur prosesi ilə müəyyənləşir. Aşağı temperaturda poladın səth qatı əsasən azotla, yüksək temperaturda isə karbonla zənginləşir. Əvvəllər kəskin zəhərləyici təsirə malik sian CN duzları NaCN, KCN və s. mühitlərdə aparılan proseslər əvəzinə, hazırda sementitləyicı və dissosasiyaya uğramış ammonyak qazının qarışığı mühitində nitrosementitləmə prosesi daha geniş istifadə edilir.

Aşağıtemperaturlu sianlama

Ortatemperaturlu sianlama

Yüksəktemperaturlu sianlama

Borlama

Borlama

Borlama polad səthinin bor elementi ilə zənginləşdirmə prosesinə deyilir. Borlamada məqsəd səth qatı metalının bərkliyini yüksəltmək, abraziv yeyilməyə və aqressiv mühitlərdə korroziyaya müqaviməti artırmaqdır.

Kontaktlı yeyilmədə borlanmış detalların səth qatının kövrək olması, hissələrin əzilməsi və sürtünən səthlərin arasına bərk əzici cisimlərin düşməsi halında səthin dağılması ilə nəticələnir. Borlama prosesi bərk, maye və qaz mühitlərində aparılır. Adətən proses müxtəlif müddətlərdə (emal üsulundan asılı olaraq) 800–10000C-də aparılır və dərinliyi 0,1 mm- dən 0,5 mm-ə qədər olan qat formalaşır. Maye borlama üçün detallar 11000C- də 40–60% bor karbidi ilə bura qarışığı mühitində 10 saat müddətində emal edilir.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə