Diaqnostika və texniki xiDMƏT


Mövzu 13.Avadanlıqların hissə və düyünlərinin sıradan çıxma səbəbləri



Yüklə 4,01 Mb.
səhifə44/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Mövzu 13.Avadanlıqların hissə və düyünlərinin sıradan çıxma səbəbləri

Avadanlığın istismarı zamanı onun hissələri fasiləsiz olaraq yeyildiyindən, onların ölçüləri dəyişir və oturma zamanı qüsurlar yaranır. Qazıma avadanlığı hissələrinin köhnəlməsinin əsas növləri – sürtünmədən yaranan yeyilmə, abraziv köhnəlmə, yorğunluqdan dağılma, hissələrin korroziyasıdır. Avadanlığın istismarı zamanı yeyilmənin 2, 3 və ya bütün növləri baş verir. Məsələn,qazıma nasosunun ştoku abraziv, köhnəlmə və korroziya yeyilməsinə uğrayır.

Belə ki, qazıma nasosu iş prosesində abraziv, köhnəlmə, yorulma yeyilmələrinə ugrayır. Nasosun hissələrinə işi vaxtı yuyucu mayedən abraziv hissəciklər düşür ki, onlar rezin kipləndiricini deformasiyaya uğradıb, orada qalırlar və hərəkət zamanı onların səthini cızırlar. Nəticədə ştokun səthində köndələn risqlər, yeyintilər əmələ gəlir.

Ştok iş prosesində həm də müxtəlif dəyişən güclərə rast gəlir(sıxılma, dartılma). Nəticədə, bu dəyişiklikdən yorulma yeyilməsi baş verir.Yorulma yeyilməsindən ştokun gövdəsində əmələ gələn xırda çatlar getdikcə dərinləşərək ştokun qırılmasına gıtirib çıxarır.

Ştok iş prosesində həm də müxtəlif dəyişən güclərə rast gəlir(sıxılma, dartılma). Nəticədə, bu dəyişiklikdən yorulma yeyilməsi baş verir.Yorulma yeyilməsindən ştokun gövdəsində əmələ gələn xırda çatlar getdikcə dərinləşərək ştokun qırılmasına gıtirib çıxarır.

Ştokun köhnəlmədən yeyilməsi korroziya ilə güclənir. Yuyucu mayenin kimyəvi tərkibi (turşular, duzlar) xırda çatlara daxil olaraq metal ilə kimyəvi reaksiyaya girir, onun mexaniki xassələrini aşagı salır, çatların yayılmasını sürətləndirir. Yuyucu mayenin kimyəvi tərkibinin təsirindən ştokun səthində incə turşu klyonkası əmələ gəlir ki, bu da sürtünmə vaxtı soyularaq, metalın yeni səthinə təsir edir. Sürtünmə güclərinin təsirilə yeyilmə, bir-biri ilə əlaqədə olan səthlərin mexaniki sürtünməsindən baş verir.

Güc təsiri ilə sürtünən hissələrin səthində cızıq və qopmalar əmələ gəldiyindən detalın yeyilmısi artır. Metalın materialının düzgün seçilməsi, sürtünən hissələrin yaxşı yağlanması, təmizlənməsi ilə yeyilməni minimuma endirmək olar.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə