Diaqnostika və texniki xiDMƏT


Detalların yeyilməsi maşının iş qabiliyyətliliyinə təsir edir



Yüklə 4,01 Mb.
səhifə46/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
diaqnostika və texniki xidmət (1) (1)

Detalların yeyilməsi maşının iş qabiliyyətliliyinə təsir edir.

Bütün yeni maşınlar və kapital təmirdən çıxan maşınların hissələri iş prosesində kiçik yüklə sınaqdan keçirilir. Sınaq dövründə maşının səthindəki əyriliklər mexaniki işlənmədən sonra tez aradan qalxır. Hissələr sınaqdan cıxdıqdan sonra kələ-kötürlüklər aradan qalxdığından detalların uzlaşdığı sahə böyüyür və xüsusi çəki azaldığından detalların yeyilməsi ləngiyir.Buna görə sınaq zamanı maşını çox yükləməyə məruz qoymurlar. Həmçinin işinə ciddi nəzarət edilir, tez-tez yağlama aparılır.Maşının keyfiyyətli sınağı onun etibarlıgını və uzunömürlülüyünü artırır

Rasional və profilaktik tədbirlərə baxmayaraq,maşının iş prosesində hissələrinin yeyilməsi artır və elə an çatır ki, maşının təmir olunması lazım gəlir. Təmirdən sonra maşının iş qabiliyyətliliyi yenidən artır. Hissələrin abraziv yeyilməsi onların kəsici, sıyırıcı alətlərlə əlaqəsindən baş verir. Bərk hissəciklərin ölçülərinin böyüməsi, sürət və təzyiqlərinin artması ilə hissələrin yeyilməsi də artır.

Rasional və profilaktik tədbirlərə baxmayaraq,maşının iş prosesində hissələrinin yeyilməsi artır və elə an çatır ki, maşının təmir olunması lazım gəlir. Təmirdən sonra maşının iş qabiliyyətliliyi yenidən artır. Hissələrin abraziv yeyilməsi onların kəsici, sıyırıcı alətlərlə əlaqəsindən baş verir. Bərk hissəciklərin ölçülərinin böyüməsi, sürət və təzyiqlərinin artması ilə hissələrin yeyilməsi də artır.

Abraziv yeyilmənin növləri aşağıdakılardır:

- Kələ-kötürlük (və ya bir hissənin digərindən fərqliliyi) –bu zaman materialın kobud hissəsi digər detalı kəsir, cızır və.s

- Çirklənmiş yağlanma- bu zaman yad hissəciklər bir detalı korlayır, digərini kəsir.

- Mühitdə bərk hissəciklərin olması- iki səth arasında hərəkət edərək onları kəsir,

Yorğunluq dağılması möhkəmlik həddindən aşağı dəyişən güclərdə baş verir. Yorgunluq dağılması hiss olunmadan baş verir. Buna səbəb kiçik çatlar olur.

Korroziya yeyilməsində hissələrin səthi mühitin təsirindən dağılır.


Mühitin kimyəvi birləşməsi hissənin metalı ilə reaksiyaya girərək, onun mexaniki xassələrini aşağı salır. Korroziya hissənin səthində başlayaraq getdikcə dərinləşir.
Ən çox yayılmış korroziya – paslanmadır ki, o da metalın oksigenlə birləşməsindən alınır. Qazıma avadanlığının hissələri yuyucu duzların, şor suların təsirindən də korroziyaya uğrayır. Korroziya nəticəsində metal hissələr öz xarici görünüşlərini itirməklə bərabər həm də,mexaniki xassə və ölçülərini itirirlər ki, bu da onların iş qabiliyyətliliyini aşağı salır. Korroziyadan qorunma üçün xüsusi rənglərdən, korroziyaya davamlı metal qatlardan, legirlənmiş poladdan istifadə edilir.
Bütün yeyilmə növləri intensivliklərindən asılı olaraq 2 əsas qrupa bölünürlər:- təbii və vaxtından əvvəl;
Təbii yeyilmə-maşının normal iş şəraitində sürtünmədən əmələ gələn güclərin təsirilə, yorgunluq dağılmasından, korroziyadan və başqa faktorlardan asılı olaraq yavaş sürətlə gedən prosesdir.
Təbii yeyilmənin vaxtında dayandırılması (yeyilmiş hissələrin yenisilə əvəz edilməsi), maşının etibarlığını artırır,keyfiyyətini qaldırır, material və ehtiyat hissələrinin işlənməsini azaldır, maşının təmir vaxtını azaldır.Deməli, bu iqtisadi cəhətdən əlverişlidir.
Qazıma avadanlıqlarının aşağıdakı hissələri daha çox yeyilməyə uğrayır:
Porşenlər, silindir köynəkləri, ştoklar, klapanlar, qazıma nasoslarının rezin kipləndiriciləri, əyləc lentinin kolegakları, zəncir təkərləri, pnevmatik muftalar, qazıma bucurğadının işlək çarxları, şin-pnevm
atik reduktorun muftaları, dəyişən ötürülər qutusu, dayaqlar, yaylar, qarmaqların kilid və barmaqcıqları, həm də qazıma borularının hissələri..
Qəza yeyilməsi maşının texniki xidmət qaydalarının pozulması, normal iş şəraitinin pozulması nəticəsində baş verir.
Maşının normal işi aşağıdakı şərtlərdə pozulur:
1. Maşının texniki göstəricilərinə əsasən iş rejminə qazıma nasosunun silindir köynəkləri üçün buraxılabilən təzyiqin qaldırılması.
2. Əsas hissələrin və düyünlərin yeyilməsinin kritik həddə çatması.Məs: şatun boltları vaxtında dəyişdirilməzsə kompressorların silindirləri sıradan çıxar.
3. Keyfiyyətsiz montaj olunan qurğuda ayrı – ayrı hissələrin və düyünlərin vaxtından tez yeyilməsi baş verir.
Qəza yeyilməsi çox tez yayılır və maşının tez sıradan çıxması baş verir. Qəza yeyilməsi baş verməsin deyə maşını saz vəziyyətdə saxlamaq lazımdır.

Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə