Н. Грегори Менкйу
672
Monopolist rəqabət. Bir çox firmanın oxşar, lakin eyni olmayan
məhsulu göndərdiyi bazar strukturu
Monopoliya. Yaxın əmtəə-əvəzedicisi olmayan məhsulun yeganə
istehsalçısı, firma
Məcmu tələb və məcmu təklif modeli. Uzunmüddətli inkişaf ten-
densiyasına uyğun iqtisadi fəallığın qısamüddətli dəyişmələrini izah etmək
üçün iqtisadçıların çoxunun istifadə etdiyi model
Mənfi ekstermaliları tənzimləmək məqsədiylə qoyulan vergi
Mütləq rezervlərin noması. Bankların qoyuluşlardan formalaşdırılmalı
olduqları rezervlərin minimal ölçüsünün müəyyənləşdirilməsi
Mənfəət gəlirə görə vergi. Yüksək gəlirli ev təsərrüfatlarından
ödənişlərin daxil olunmasına və aztəminatlı ailələrə transfer ödəmələrə
əsaslanan vergi sistemi
Mübadilə kursu (nominal valyuta kursu). İki ölkənin milli valyutasının
mübadilə edildiyi nisbət
Məhdudluq (kəsirlilik). cəmiyyətin resurslarının məhdud təbiətli
Miqyasdan gələn sabit verilmə. Uzunmüddətli dövrdə orta məcmu
xərclərin istehsal həcmindən asılı olmayaraq dəyişməz qaldığı situasiya
Mənfəət. Ümumi gəlirlə məcmu xərclərin fərqi
MütəĢəkkil vergiqoyma. Daha yüksək gəlir alan fərdlərin vergi
formasında aztəminatlı vergi ödəyicilərlə müqayisədə daha çox hissəsini
verməsi sistemi
Məhsuldarlıq. İş saatının hər saatında istehsal olunmuş əmtəə və
xidmətlərin məbləği
Mütənasib vergiqoyma. məh yüksək, həm aşağı gəliri olan fərdin gəlirin
eyni hissəsini verməli olduğu sistem
Məcmu qazanc. Əmtəənin qiymətinin satılmış əmtəənin miqdarına
vurulması kimi hesablanan alıcılarla ödənilmiş və əmtəə satıcıları ilə alınmış
pul məbləği
Məcmu məsrfələr. İstehsal resurslarının əldə edilməsinə firmanın
göndərdiyi pul məbləği
Müqayisə olunan sərvət. Müqayisə olunan sayılan işin eyni ilə
qiymətləndirilməsi doktrinası
Məcmu xərclərin buraxılış həcminə nisbəti
Multiplikator effekti. Ekspansiv büdcə siyasətinin iqtsiadiyyat sub-
yektlərinin gəlirlərinin artmasına və deməli istehlak xərclərinin artmasına
gətirib çıxaran hallarda baş verən məcmu tələb əyrisinin əlavə yerdəyişməsi
Miqyasla ĢərtləndirilmiĢ qənaət. İstehsal həcminin artması şəraitində
uzunmüddətdən orta məcmu xərclərin azalması
Maliyyə sistemi. Əmanət investisiya üçün tədiyyə vəsaitlərinə ehtiyacı
olanlara göndərməyə kömək edən iqtsiadi institutlar toplusu
Економиксин принсипляри
673
Mərkəzi bank. Ölkənin bank sisteminin işinə nəzarət edən və döv-
riyyədəki pulun miqdarını nizamlayan institut
Maliyyə vasitəçiləri. Əmanətə göndərilmiş vəsaitlərin konkret tədiyyə-
siləri gəlib çıxmasına vasitəçilik edən maliyyə institutları
Maliyyə bazarları. Əmanət etmək istəyən şəxsə öz resurslarını bilavasitə
tədiyyəçiyə verməyə imkan verən maliyyə idarələri toplusu
N
NeĢ tarazlığı. Digərlərinin müəyyən strategiyaya riayət şərti ilə
iqtsiadiyyatın hər subyektinin qalan iştirakçılarla qarşılıqlı əlaqədə
strategiyanın optimal variantını seçməsi situasiyası
Nominal dəyiĢikliklər. Pul vahidlərində ölçülən kəmiyyətlər
Nominal ÜDM. cari qiymətlərdə ifadə olunmuş əmtəə və xidmətlərin
istehsal həcmi
Nominal faiz stavkası. İnflyasiyaya görə düzəlişsiz bank faizinin
stavkası
Normal əmtəə. Digər barəbər şəraitdə gəlirin artması zamanı tələbat
həcmi çox olan əmtəə
Normativ iddia. Mövcud dünya quruluşunun dəyişməsini yönəldilmiş
müddəalar
Nəqd pul. Əhalinin əlində olan banknot və sikkələr
O
Obliqasiya. İstiqrazçının onu saxlayanın qarşısındakı öhdəçiliyini
müəyyən edən qiymətli kağız
Oliqopoliya. Mal göndərənin oxşar, yaxud eyni məhsulu təklif etdiyi
bazar strukturu
Orta dəyiĢkən xərclər. Dəyişkən xərclərin buraxılış həcminə nisbəti
Orta daimi xərclər. Daimi xərclərin buraxılış həcminə nisbəti
Orta gəlir. Dövri gəlirin realizə olunmuş məhsulun həcminə nisbəti
Oyunlar teoremi. İnsanların strateci davranışını öyrənən nəzəriyyə
Ö
Ödəməyə hazırlıq. Əmtəəni alarkən alıcının ayrılmağa hazır olduğu
maksimal pul məbləği
Н. Грегори Менкйу
674
P
Pozitiv fikirlər. Dünyanın olduğu kimi təsvir edilməsinə yönəldilmiş
müddəalar
Pul-kredit (monetar) siyasəti. Mərkəzi bankın pul təklifinə dair qərarları
toplusu
Pul multiplikatoru. Ehtiyatların hər pul vahidindən bank sisteminin
yaratdığı pul məbləği
Pul. İnsanların digər fərdlərdən əmtəə və xidmətləri əldə etmək üçün
mütəmadi istifadə etdikləri aktivlər toplusu
Pulun
kəmiyyət
nəzəriyyəsi.
Əmtəənin
qiymət
səviyyəsini
iqtsiadiyyatda olan pul kütləsinin müəyyən etməsini, pul kütləsinin artım
tempinin qiymətin ümumi səviyyəsinin artım sürətini müəyyən etməsini iddia
edən nəzəriyyə
Pulların neytrallığı. Təklifinin dəyişilməsinin real kəmiyyətinə təsir
göstərməməkdə ifadə olunan pul xüsusiyyəti
Pul dövriyyəsinin sürəti. Pulun bir əldən o birinə keçməsi sürəti
Pul təklifi (pul kütləsi). İqtsiadiyyatdakı pulun məbləği
Pulun kəmiyyət nəzəriyyəsinin bərabərliyi. Pulun miqdarını və onların
dövriyyə sürətinin istehsal olunmuş əmtəə və xidmətlərin nominal dəyəri ilə
birləşdirən MxV=PxY bərabərliyi
Q
QarĢılıqlı fond. Öz aksiyalarını əhaliyə təklif edən və alınan vəsaitləri
müxtəlif qiymətli kağızlara portfel investisiyalaşmaya istifadə edən maliyyə
institutu
Qapalı iqtisadiyyatı (qapalı iqtsiadi sistem). Digər ölkələrin iqtisa-
diyyatı ilə qarşılıqlı münasibətdə olmayan iqtisadiyyatı
Qiymətin «cinsi» (aĢağı həddi). Əmtəənin satıla biləcəyi rəsmi
minimum
«Qiymətin tavanı» (yuxarı hədi). Əmtəənin satıla biləcəyi qiymətin
rəsmi maksimumu
Qiymətə görə təklifin elastikliyi. Qiymətin dəyişməsi zamanı təklif
həcminin dəyişməsini əks etdirən göstərici. Təklif həcminin qiymətin
dəyişməsinə olan faizlə nisbəti kimi hesablanır.