DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə275/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   281

Економиксин принсипляри 

 

663 



qalır.  Öz  mahiyyətinə  görə,  istehlaka  görə  vergi  avtomatik  olaraq  güzəştli 

hesablara  bütün  əmanətləri  «köçürür»  və  bu  hesablar  çoxusu  fərdi  təqaüd 

hesabına  oxşadır.  Gəlirlərə  vergiqoymadan  istehlaka  vergiqoymaya  keçid 

əmanəti  çox həvəsləndirə bilərdi.  



 

«Əleyhinə»: vergi qanunvericiliyiin dəyiĢikliklərə ehtiyacı 

yoxdur 

Əmanətlərin  artması  arzuedilən  ola  bilər,  lakin  bu  vergi  siyasətinin  yeganə 

məqsədi  deyil.  cəmiyyət  vergi  yükünün  ədalətli  hesablanmasına  can  atır. 

Əmanətlərin stimullaşdırılması problemi ondadır ki, bu zaman əsas vergi yükü 

zəiflərin çiyninə düşür.  

O faktı da inkar eləmək olmaz ki, ev təsərrüfatları daha yüksək gəlir əldə 

edərək  onun  böyük  hissəsini  yığıma  göndərirlər.  Deməli  əmanət  edən 

insanların  xeyrinə  verginin  istənilən  dəyişiklikləri  yüksək  gəlir  əldə  edən  

fərdlərin  uduşudur.  Güzəştli  təqaüd  hesabları  siyasəti  cəlbedici  görünsə  də  

cəmiyyət  üzvlərinin  hüquqlarına  mənfi  təsir  göstərir.  Bu  hesabların 

üstünlüklərindən  istifadə    edən  çoxtəminatlı  vətəndaşların  vergi  yükünü  azal-

daraq hökumət onun ağırlığını cəmiyyətin ən kasıb üzvlərinin üzərinə yıxır.  

 Bundan  başqa  əmanəti  stimullaşdıran  vergi  siyasəti  səmərəliliyi  sualına  

cavab birmənalı deyil. Tədqiqatın nəticələri göstərir ki, əmanətlərin ölçüsü  pul 

qoyuluşuna  hesablanan  faizlərin  səviyyəsinə  həssas  deyil.  Əgər  iş  bu 

yerdədirsə,  kapitaldan  gəlirlərin  vergi  qoyuluşunun  azaldılması  təminatlı 

vətəndaşların  dövlətinin  artırılmasına  gətirib  çıxarır  və  onların  əmanətlərinə  

heç bir təsir göstərmir.  

 İqtisadi  nəzəriyyə  gəlirin  əmanətin  səviyyəsinə  təsiri  haqqında  suala  

birmənalı  cavab  vermir.  Nəticə  iki  əks  effektin-əvəzetmə  effekti  ilə  gəlir 

effektinin  bir-birinə  təsirindən  asılıdır.  Bir  tərəfdən  qazancın  daha  yüksək 

səviyyəsi  əmanətlərin  üstünlüklərini  artırır:  bu  gün  qənaət  edilmiş  hər  dollar 

gələcəkdə    istehlakın  artmasına  təmin  edəcək  yəni  əvəzetmə  effekti  yığımı 

artırır.  Digər  tərəfdən,  qazancın  daha  yüksək  səviyyəsi  əmanətə  olan  tələbatı 

azaldır:  gələcəkdə  istənilən  istehlak  səviyyəsinə  çatmaq  üçün  ev  təsərürfatına 

daha  az    pul  vəsaiti  lazım  olacaq.  Əgər  əvəzetmə  və  gəlir  effektləri  təqribən 

bərabərdirlərsə,  onda  kapitaldan  gəlirə  olan  verginin  azalmasına  əmanətlər 

laqeyddirlər.  

Təminatlı  vətəndaşlara  vergi  güzəştləri  verilməsindən  savayı  milli  

əmanətlərin  artırılmasının  başqa  üsulları  da  məlumdur.  Milli  əmanətlər  şəxsi  

və  ictimai  əmanətlərin  cəmidir.  Vergi  məcəlləsini  dəyişdirmək  əvəzinə 

siyasətçilər büdcə defisitini azaldaraq ictimai əmanətin həcmini artıra bilərlər. 

Dövlətlilərə    vergini  artırmaqdan  dövlət  büdcəsinin  defisitinin  azaldılması 

gələcəkdə  nəsillərin xeyrinə milli əmanətlərin artırılmasının birbaşa üsuludur.  




Н. Грегори Менкйу 

 

 



664 

 Həqiqətən  də,  əgər  biz  təkcə  şəxsi  yox,  həm  də  ictimai  əmanətləri 

nəzərdən    keçiririksə,  görürük  ki,  əmanətləri  stimullaşdıran  vergi    qanunveri-

ciliyi  gözlənilməz  nəticələr  verə  bilər.  Vergilərin  dəyişilməsi  və  kapitaldan 

olan    gəlirlərə  vergilərin  azaldılması  büdcə  daxilolmalarını  azaldır  və  deməli 

büdcə    defisitini  çoxaldır,  milli  əmanətlərin  həqiqətən  çoxalması  üçün  vergi 

məcəlləsindəki dəyişikliklər şəxsi əmanətləri elə stimullaşdırmalıdır ki, büdcə  

defisiti  heç  olmazsa  dəyişməsin.  Əks  təqdirdə  stimullaşdırma  vəziyyəti  

pisləşdirər.  

 

Nəticə  

Bu  fəsildə  biz  makroiqtisadi  siyasətin  beş  əsas  sualını  nəzərdən  keçirdik.  

Bunların  hər  birinin  müzakirəsi  sualın  qoyuluşundan  başlayır.  Sonra  da  

«leyhinə» və «əleyhinə» arqumentlər təklif edilirdi. Əgər sizdə tərəflərin birini  

qəbul  etmək  çətindirsə,  ola  bilər  ki,  sizi  o  sakitləşdirir  ki,  təkcə  siz  tərəddüd  

etmirsiz.  İqtisadiyyatı  öyrənmək  heç  də  seçim  etməyi  asanlaşdırmır.  Bundan  

əlavə,  siyasətçilərin  qarşısına  çıxan  problemləri  dərk  etmək  onu  yalnız  

çətinləşdirə bilər.  

Çətin  seçim  heç  də  asan  görünməməlidir.  Şirin  dilli  siyasətçilər  və  

şərhçilərə  etibar  eləməyin,  həqiqət  acıdır.  Əgər  siz  «pulsuz  nahara»  dəvət 

alırsınızsa, hər halda  «qiymət kağızını» tapmağa çalışın. Siyasətçilər heç vaxt 

məsrəfsiz  xeyir  təklif  eləmirlər.  İqtisadi  nəzəriyyəni  bilmək  sizə  siyasi 

diskussiyalar dumanında üfiq xəttini görməyə imkan verir.  

 

 

 



 

 

 



L Ü Ğ Ə T 

Aydın olmayan sözlər və ifadələr toplusu 

 

 



 

Avtomatik  sabitləĢdiricilər.  Heç  bir  siyasi  qərar  olmadan  baş  verən 

resessiyalar  zamanı  məcmu  tələbin  həvəsləndirilməsinə  yönəldilmiş  maliyyə-

büdcə (fiskal) siyasətindəki dəyişikliklər. 



Akord  vergisi.  Hər  vergi  ödəyicisi  üçün  fiziki  şəxs  üçün  eyni  vergi 

məbləğinin müəyyənləşdirilməsi.  




Економиксин принсипляри 

 

665 



Alternativ məsrəflər (əldən verilmiĢ imkanların xərcləri).  İstədiyimiz 

şeyi əldə etmək üçün imtina etməli olduğumuz bir şey  



Axınların dövriyyə diaqrammı. Ev təsərrüfatları və firmalar arasındakı 

əmtəə,  xidmət  və  pul  axınlarının  bazarla  mənimsənilməsini  nümayiş  etdirən 

iqtisadiyyatın modeli 

Artıq təklif. Əmtəənin təklif həcminin ona tələb həcmindən çox olduğu 

vəziyyət 



Açıq  bazarda  əməliyyatlar.  Dövlət  istiqrazlarının  mərkəzi  bank 

tərəfindən alışı və satışı 



Açıq iqtsiadiyyat. Başqa ölkələrin iqtsiadi ilə azad qarşılıqlı əlaqədə olan 

iqtisadiyyat 



Alınan  xeyirlər  prinsipi.  İnsanların  hökumət  tərəfindən  verilən 

sərvətlərdən  istifadədən  aldıqları  xeyirə  uyğun  vergi  ödəməli  olduqlarından 

ibarət ideya 

Alıcı  qabiliyyətinin  pariteti  nəzəriyyəsi.  İstənilən  verilən  valyuta 

vahidinin  bütün  ölkələrdə  eyni  miqdarda  əmtəə  əldə  etməyə  yol  verilməsini 

təmin etsək haqda valyuta kursları konsepsiyası 

 



Biletsiz  adam.  Sərvətlərdən  istifadə  edərək  qazancı  pulsuz  əldə  etməyə 

çalışan insan 



Büdcə xətti (büdcə məhdudiyəti xətti). İstehlakçının əldə etmək imkanı 

olan məhdud əmtəə yığımı 



Büdcə  defisiti  (büdcənin  passiv  salddosu).  Hökumət  xərclərinin  pul 

daxilolmalarını üstələməsi 



Büdcə  profisiti  (büdcə  profisiti,  büdcə  aktiv  saldosu)-hökumət 

daxilolmalarının onun xərclərini üstələməsi  



Biri-birini  əvəz  edən  əmtəələr  (subsidiyalar).  Birinin  qiyməti 

qalxdıqda, digərinə tələb qalxan iki əmtəə 



Bazar  üzərində  hakimiyyət.  İqtisadi  subyektin  (yaxud,  çox  da  böyük 

olmayan  subyektlər  qrupunun)  bazar  qiymətlərinə  xeylli  təsir  göstərmək 

bacarığı 

BərabərləĢdirici 

fərqliliklər 

(kompensəedici 

fərqliliklər, 

kompensəedici diferensial). Müxtəlif növ işin qeyri.   Pul xarakteristikalarını 

bərabərləşdirici əmək haqqının ölçüsündəki fərq 



Büdcə  məhdudiyyəti  xətti  (büdcə  xətti,  büdcə  məhdudiyyəti). 

İstehlakçının ala bilmək imkanı olduğu məhdud əmtəə yığımı 



BaĢ  tutmayan  bazar  (bazarın  qeyri-kamilliyi,  bazarın  fiaskosu. 

Resursların  səmərəli  paylandırılması  ilə  bazarın  sərbəst  öhdəsindən  gələ 

bilməyən situasiya 

Balans. İxracla idxalın bərabərliyi situasiyası 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə