vate intemational law) buraya daxil edilir. Beynolxalq ümumi hüquq
dedikdo, yuxarıda anlayışını vo tobiətini şorh etdiyimiz döv- lətlərarası
hüquq başa düşülür. Əslində bu terminə
beynəlxalq praktikada,
demək olar
ki, rast gəlinmir və o, əsasən elmi tədqiqatlarda və tədris prosesində
beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur; onun
əvəzinə hamı üçün anlaşıqlı olan «bcy- nəlxalq hüquq» termini işlədilir.
Beynəlxalq xüsusi hüquqa gəldikdə isə, o,
qeyri-dövlət xarakterli
beynəlxalq münasibətləri,
yəni hər şeydən əvvəl
əcnəbi fiziki və ya
hüquqi şəxsin
iştirak etdiyi mülki- hüquqi və
ona yaxm olan münasibətləri
nizama salan normalar sistemi İdmi başa düşülür. Beynəlxalq hüquqla
(beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə
möveuddur. Belə İd: a) onlar hər ikisi beynəlxalq münasibətləri nizama
salır; b) hər ikisi digər dövlətin hüquq subyelrtliyini tanıyır; e)
mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq
hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda
dövlət- lərarası razılaşmalann həyata keçirilməsi istiqamətində bağlanır.
Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı
fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus
publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır. Bu fərqlər
aşağıdakılardır:
1)
subyektlərinə görə:
Beynəlxalq ümumi hüquqda (BÜII) - dövlətlər, beynəlxalq təşkilatlar,
dövlətəbənzər qurumlar və s.;
Beynəlxalq xüsusi hüquqda (BXIi) - fiziki və
hüquqi şəxslər;
2)
predmetinə görə:
BUH-də - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;
BXH-də - beynəlxalq xüsusi hüquq xarakterli (mülki, ailə, əmək və s.)
münasibətlər;
3)
mənbələrinə görə:
BÜH-də - beynəlxalq
müqavilə, beynəlxalq adət və s.;
BXH-də - milli qanunverieilik, beynəlxalq müqavilələr, tiearət
adətləri və s.;
4)
nizamasalma metoduna görə:
BÜH-də - müstəqil dövlətlərin razılığa gəlməsi;
BXH-do - ayrı-ayrı dövlətlorin qanunvcriciliyindəki kolliziyaların
aradan qaldırılması (bu sobobdən hor bir dövlətin özünün beynəlxalq xüsusi
hüququ vardır);
5)
ortaya çıxan məsuliyyətin xarakterinə görə:
BÜH-də - bcynəlxalq-hüquqi məsuliyyət;
BXH-də - mülki-hüquqi məsuliyyət.
4.
Müasir beynəlxalq hüququn əsas cəhətləri
Nəhayət, bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək
istəyirik. Beynəlxalq hüquq elmində və habelə praktikada
«müasir
beynəlxalq hüquq»
ifadəsinə tez-tez rast gəlmək olar. Bu ifadə təkcə zaman
mənasında deyil, daha çox keyfiyyət baxımından işlədilir. Bu gün qüvvədə
olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin
surətdə fərqlənir. Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri
aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xristian
dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və
beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi
mexanizmi olan normativ sistemə çevrilmişdir; b) müharibə və istənilən güc
tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və
azadlıqlanmn təmin edilməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və
bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə
yiyələnmişdir; ç) beynəlxalq normativ sistemdə
jus cogens normalannm və
erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə qarşı olan
öhdəliklərin) olması hamılıqla qəbul edilmişdir; d) beynəlxalq cinayətlərə
(təcavüz, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər,
beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və b.) görə
fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.
10