Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 99,05 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü99,05 Kb.
#27668


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

VƏRƏSƏLİK HÜQUQU MÜLKİ HÜQUQUN BİR SAHƏSİ KİMİ 

 

R.S.DÜNYAMALIYEVA 

Bakı Dövlət Universiteti 

Raisa Dünyamalıyeva@gmail.com. 

 

 

Vərəsəlik hüququ vərəsəliklə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının 

məcmusu olaraq müstəqil hüquq sahələrindən biri olan mülki hüququn tərkib hissəsi kimi 

cıxış edir.Hər bir ölkənin öz vərəsəlik hüququ olduğu kimi, Azərbaycan Respublikası da öz 

vərəsəlik hüququna malikdir. Məqalə göstərilən vərəsəlik hüququnun xüsusisiyyətlərinə həsr 

olunmuşdur. 

 

Vərəsəlik hüququ barədə danışanda mülki hüquq kimi o da iki mənada başa 

düşülməlidir: obyektiv və subyektiv mənalardada. Məhz bu cür yanaşma məzmun və 

mənaça çoxcəhətli anlayış olan vərəsəlik hüququnun mahiyyətinə aydınlıq gətiril-

məsinə imkan verir və kömək edir. 

Obyektiv mənada vərəsəlik hüququ dedikdə  vərəsəliklə bağlı olan münasi-

bətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür ki, bu münasibətlər 

ölmüş  şəxsin  əmlak (mülki) hüquqlarının və  vəzifələrin başqa  şəxslərə (vərəsələrə) 

keçməsi prosesində yaranır. Məhz bu mənada, vərəsəlik hüquq normalarının məc-

musu baxımından vərəsəlik hüququ müstəqil hüquq sahələrindən biri olan mülki 

hüququn struktur elementi - tərkib hissəsi kimi çıxış edir. Mahiyyətcə eyni sosial-

iqtisadi təmələ malik olan, bilavasitə  cəmiyyətin çoxəsrlik ailə, milli və əxlaqi ənə-

nələri  əsasında formalaşan həmin normalar özlərinin konkret hüquqi və texniki-

hüquqi məzmunu cəhətdən üst-üstə düşməyərək bir-birlərindən fərqləndiyinə görə hər 

bir ölkənin öz vərəsəlik hüququ (obyektiv mənada) vardır ki, onların biri digərindən 

mühüm xüsusiyyətləri ilə seçilir və ayrılır. Bu səbəbdən Azərbaycan Respublikasının 

vərəsəlik hüququnun, Rusiya Federasiyasının vərəsəlik hüququnun, ABŞ-ın vərəsəlik 

hüququnun və s. mövcud olmasından, ümumiyyətlə, hər bir dövlətin öz vərəsəlik hü-

ququna malik olmasından danışmaq olar. Ümumi vərəsəlik hüququndan, yəni ölkə-

lərin hamısı üçün ümumi və vahid olan vərəsəlik hüququnun mövcud olmasından 

danışmaq isə  məntiqsizdir. Hər bir dövlətdə obyektiv mənada vərəsəlik hüquq nor-

malarını həmin dövlətin özü yaradır və buna görə də olkələrdə tətbiq edilən ümumi 

vərəsəlik hüququ mövcud deyildir. 

Obyektiv mənada vərəsəlik hüququ struktur element kimi mülki hüququn 

tərkibinə hansı «statusla» daxil olur? Başqa sözlə, obyektiv mənada vərəsəlik hüqu-

qunun ibarət olduğu vərəsəlik hüquq normalarının nıəcmusu mülki hüququn tərkib 

hissəsi kimi institutu, yoxsa yarımsahəni yaradır? Qeyd etmək lazımdır ki, hüquq 

ədəbiyyatında bu suallara birmənalı cavab olmadığına görə xeyli müddətdir ki, mü-

bahisə predmetinə, diskussiya obyektinə çevrilmişdir. Həmin məsələ, yəni vərəsəlik 

 

23




hüququnun mülki hüququn institutu və ya yarımsahəsi olması Mülki hüquq elmində 

(doktrinasında) ən çox müzakirə olunan məsələlərdən biri sayılır. 

Elə müəlliflər vardır ki, onlar vərəsəlik hüququnun mülki hüquq sistemində 

yerini müəyyənləşdirərkən ona mülki hüquq institutlarından biri kimi baxırlar. Və-

rəsəlik hüququ mülki hüququn bir hissəsi kimi, onun institutlarından hesab edilməsi 

barədə fıkir söyləyən Serebrovski V.İ. yazır ki, vərəsəlik hüququ üzrə əmlak hüquq-

larının (şəxsi mülkiyyət hüququnun və s.) keçmə qayda və şərtlərini tənzimləyən qa-

nunvericilik normalarının məcmusu mülki hüququn hissəsi (institutu) olan vərəsəlik 

hüququnu yaradır (18, 14). 

 

Analoji mövqedə B.S.Antimonov və K.A.Qrave  də dururlar. Onlar vərəsəlik 



hüququnu mülki hüququn institutlarından biri kimi tanıyırlar (2, 6). 

O.S.İoffe də vərəsəlik hüququnu mülki hüququn institutlarından biri hesab edir 

(15, 6). P.S.Nikityuk da məsələyə eyni cür yanaşaraq vərəsəlik hüququnu mülki hü-

ququn institutu hesab edir. O yazır ki, vərəsəlik zamanı hüquq və  vəzifələrin miras 

qoyanın vərəsələrinə keçməsi qaydası hüquq normaları ilə müəyyən olunur ki, həmin 

normaların məcmusu mülki hüququn vərəsəlik hüququ adlı institutunu yaradır. Başqa 

bir fikir vərəsəlik hüququnun mülki hüquq sistemində tutduğu yeri institut kimi 

müəyyənləşdirir (14, 3). 

Qeyd etmək olar ki, sovet dövrünün elmi və  tədris hüquq ədəbiyyatı  səhi-

fələrində (monoqrafıyalarda, mühazirə kurslarında və s.) vərəsəlik hüququ mülki hü-

quq sistemində tutduğu yer baxımından institut kimi xarakterizə olunur. Vərəsəlik 

hüququnu mülki hüququn institutlarından biri kimi tanımaq tendensiyası hətta müasir 

dövrün  ədəbiyyat səhifələrində müşahidə olunur. Məsələn, T.İ.İllarionova yazır ki, 

mülki hüququn strukturunda vərəsəlik hüququ institut kimi xüsusi yer tutur (10, 15). 

Vərəsəlik hüququna mülki hüququn institutlarından biri kimi baxmaq tenden-

siyası həm də xarici ölkələrdə hiss olunur. Xarici ölkələrin mülki və ticarət hüququ 

barədə  ədəbiyyatda göstərilir ki, ölmüş  şəxsin hüquq və  vəzifələrin başqa  şəxslərə 

keçməsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi 

vərəsəlik hüququ xarici ölkələrin mülki hüququnun institutu sayılır (9, 278). 

Vərəsəlik hüququnun mülki hüququn sistemində tutduğu yeri müəyyən-

ləşdirmək barədə söylənilən ikinci fıkrin mahiyyəti isə bundan ibarətdir ki, vərəsəlik 

hüququ ölmüş  şəxsin hüquq və  vəzifələrinin başqa  şəxslərə keçməsi prosesini 

tənzimləyən hüquq normalarıın sistemi kimi mülki hüququn yarımsahəsi hesab edilir. 

Vərəsəlik hüququnun mülki hüququn strukturuna onun yarımsahəsi kimi daxil olması 

barədə  fıkir xüsusən Rusiya Federasiyasında daha geniş  səslənir. M.D.Yeqorov və-

rəsəlik hüququnu mülki hüququn yarımsahəsindən biri hesab edərək yazır ki, 

vərəsəlik hüququnun əsas işi ölmüş  şəxsin əmlakının onun vərəsələrinə keçməsi ilə 

bağlı münasibətləri tənzimləməkdən ibarətdir (8, 24). 

E.A.Suxanov da məsələyə eyni cür yanaşaraq göstərir ki, vətəndaş öldüyü 

halda əmlakın başqa şəxslərə keçməsini tənzimləyən vərəsəlik hüququ mülki hüqu-

qun yarımsahəsidir. Müəllifin fıkrincə, mülki hüquqa münasibətdə adətən xüsusi 

hissə anlayışı  işlədilmədiyinə görə o, beş yarımsahə ilə  əhatə olunur ki, vərəsəlik 

hüququ da onlardan biri hesab edilir. 

Müəlliflərdən A.N.Qusev də mülki hüquq sistemində  vərəsəlik hüququnun 

«statusunu» eyni cür müəyyənləşdirir. O, qeyd edir ki, mülki hüququn yarımsahəsi 

qismində həm də eyni zamanda vərəsəlik hüququnun adını çəkmək olar (12, 16). 

Mülki hüququn yarımsahəsi olması barədə tezis V.V.Dolinskaya tərəfındən də 

 

24




dəstəklənir və qeyd edilir ki,  mülki  hüququn  məzmunu ayrı-ayrı  struktur hissələr-

dən ibarətdir və  həmin hissələrdən bunu tədricən yarımsahə statusu əldə edən 

vərəsəlik hüququ hesab edilir (5, 23). 

M.M.Rassolov mülki hüququn daxilində altı yarımsahə  fərqləndirir və  vərə-

səlik hüququ onlardan biri kimi nəzərdən keçirilir. Müəllif belə hesab edir ki, öz 

spesifik xüsusiyyətinə görə mülki hüququn predmetinə bir neçə növ ictimai mü-

nasibət, o cümlədən vərəsəlik münasibətləri daxildir ki, həmin münasibətlər vərəsəlik 

hüququ ilə tənzimlənir (6, 25). 

E.V.Protas da mülki hüququn sistemində  vərəsəlik hüququnun yerini yarım-

sahə kimi müəyyənləşdirir. Belə ki, mülki hüququn altı yanmsahədən ibarət olması 

fıkrini söyləyən müəllif vərəsəlik hüququnu onlardan biri kimi tanıyır (17, 11). 

Göstərilən ideyanı  dəstəkləyən  İ.L.Korneyeva qeyd edir ki, obyektiv mənada 

vərəsəlik hüququ dedikdə vərəsəliyi tənzimləyən hüquq normalarının məcmusu başa 

düşülür. Məhz bu normalar mülki hüququn dördüncü yarımsahəsini - vərəsəlik 

hüququnu yaradır. 

Başqa fikrə görə, ölümündən sonra xüsusi mülkiyyət hüququ əsasında vətən-

daşa məxsus olan əşyaların, əmlakın, habelə əmlak hüququ və vəzifələrinin bir və ya 

bir neçə  şəxsə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətləri mülki 

hüququn yarımsahəsi kimi vərəsəlik hüququnun predmetini təşkil edir. Göründüyü 

kimi, bu fıkir də vərəsəlik hüququnu mülki hüququn yarımsahəsi kimi tanıyır (4, 13). 

V.V.Quşinin verdiyi elmi tərifə görə mülki hüququn yarımsahəsi kimi vərə-

səlik hüququ dedikdə ölmüş  şəxsin  əmlakının universal hüquq varisliyi qaydasında 

başqa  şəxslərə keşməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq 

normalarının məcmusu başa düşülür (13, 141). Müəllifın verdiyi bu tərifdən belə bir 

nəticə çıxarmaq mümkün olur ki, o, vərəsəlik hüququna mülki hüququn yarımsahəsi 

kimi baxmaq istəmişdir. 

Zənn etmək olar ki, göstərilən müəlliflər tərəfındən vərəsəlik hüququnun 

yarımsahə kimi tanınması barədə söylənilən hər bir elmi fıkir dəyərli və qiymətli 

olub, onun mülki hüquq sistemində tutduğu yeri müəyyənləşdirmək, eləcə də obyek-

tiv mənada vərəsəlik hüququnun mahiyyətini dərindən və  hərtərəfli anlamaq baxı-

mından  əhəmiyyətlidir.  Əsaslı, inandırıcı  və  həqiqətə uyğun olduğuna görə qeyd 

etmək olar ki, vərəsəlik hüququnun mülki hüququn strukturuna yarımsahə kimi daxil 

olması barədə fikrini dəstəkləmək və qəbul etmək vacibdir. 

Ancaq bu fıkri irəli sürən müəlliflər nədənsə əsaslandırmırlar ki, nəyə və hansı 

səbəbə görə vərəsəlik hüququ mülki hüquq tərkibində yarımsahə statusu əldə edir. Bu 

baxımdan S.Allahverdiyevin nə üçün vərəsəlik hüququnun mülki hüququn yarımsa-

həsi olmasını əsaslandırmağa təşəbbüs göstərməsini, bundan ötrü onun kifatyət dərə-

cədə tutarlı dəlillər gətirməsini təqdirəlayiq hal hesab etmək olar. Onun fıkrincə, və-

rəsəlik hüququ, birincisi, ayrıca olaraq nizamasalma predmetinə, ikincisi, nizamasal-

ma metoduna, üçüncüsü özünə xas prinsiplərə, dördüncüsü, bir neçə hüquq institutu-

na malik olmasına görə mülki hüququn tərkibində yarımsahə statusu əldə edir (1, 

630). 


Doğrudan da, etiraf olunmalıdır ki, hər bir müstəqil hüquq sahəsinin tərkibində 

yarımsahənin fərqləndirilməsi üçün həmin yarımsahənin özünün ayrıca nizamasalma 

predmetinə malik olması  tələb edilir. Vərəsəlik hüququ üçün ayrıca olaraq öz niza-

masalma predmetinin mövcudluğu  şərtsiz olub, hər hansı mübahisə predmeti ola 

bilməz. Belə ki, şəxs öldüyü halda onun sağlığında malik olduğu  əmlakın başqa 

 

25




şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı olaraq müəyyən növ ictimai münasibətlər - 

vərəsəlik münasibətləri yaranır ki, həmin münasibətlər mülki hüququn hər hansı 

struktur bölməsinin vasitə  və köməyi ilə  tənzimlənmir.  Şəxsin ölümü ilə  əlaqədar 

olaraq yaranan vərəsəlik münasibətləri məhz mülki hüququn struktur bölməsi olan 

yarımsahə statuslu vərəsəlik hüququnun nizamasalma predmetinə - hüquqi tənzim-

etmə obyektinə daxildir. 

Inkar etmək olmaz ki, yarımsahənin fərqləndirilməsi üçün onun öz hüquqi 

nizamasalma metoduna malik olması tələb edilir. Sözsüz, vərəsəlik hüququnun özü-

nəxas tənzimetmə metodu vardır və bu, hər hansı müzakirə obyekti ola bilməz. 

Mövcud olan fıkirlə razılaşmaq olar ki, vərəsəlik hüququnda universal (ümu-

mi) hüquq varisliyi metodundan istifadə edilir (6, 15). 

Bu məsələ barədə deyilənlərə əlavə olaraq göstərilməlidir ki, vərəsəlik hüqu-

qunda həm də eyni zamanda xüsusi hüquq varisliyi kimi metodun tətbiq edilməsi 

mümkündür. 

Qeyd olunmalıdır ki, istənilən yarımsahənin hər hansı müstəqil hüquq sahəsi 

tərkibində yarımsahə statusu əldə etməsi üçün onun özünəxas sahədaxili prinsiplərə 

malik olması  tələb edilir. Vərəsəlik hüququ üçün belə prinsiplər mövcud olub, heç 

kəsdə  zərrə  qədər  şübhə doğura bilməz. Deyilənləri təsdiqləmək üçün təkcə bunu 

demək kifayətdir ki, vərəsəliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi ailə 

mənafeyinin qorunması kimi iki vacib prinsipin uyğunlaşdırılması, onların əlaqələn-

dirilməsi əsasında həyata keçirilir. 

Şübhə yoxdur ki, prinsiplər istənilən müstəqil hüquq sahəsinin, o cümlədən 

onun yarımsahələrinin mühüm nəzəri məsələsidir. Bu sözləri olduğu kimi eyni ilə 

vərəsəlik hüququnun prinsipləri barəsində də demək olar. Çünki həmin prinsiplərdə 

vərəsəliyin sosial, iqtisadi mahiyyəti, hüquqi məzmunu, onun hüquqi tənzimlən-

məsinin xarakteri və təşkili məsələsi təzahür edir. 

Vərəsəlik hüququnun prinsipləri dedikdə  şəxsin ölümü nəticəsində onun 

əmlakının başqa  şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı olaraq yaranan vərəsəlik 

münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunan əsas ideyalar və rəhbər 

başlanğıclar başa düşülür ki, bu ideya və başlanğıclar vərəsəlik hüququnun əsasını 

təşkil edir. Çünki vərəsəliyin hüquqi nizamlanması  və qaydaya salınması onların 

köməyi ilə həyata keçirilir. 

Ancaq təəssüflə qeyd olunmalıdır ki, subyektiv şüurumuzdan asılı olmayaraq 

obyektiv surətdə mövcud olan və ayrı-ayrı hüquq normalarında ifadə edilən prinsiplər  

(söhbət  vərəsəlik  hüququnun  prinsiplərindən  gedir) qanunverici tərəfındən rəsmən, 

birbaşa, normativ göstəriş və direktiv şəklində formulə edilmir. Bu da ki, öz növbə-

sində ayrı-ayrı hüquq normalarında  əks olunduğuna görə ümumməcburi qüvvəyə 

malik olan prinsiplərin təsir imkanlarını azaldır. Vərəsəliyə aid hüquqi məsələlərin 

həllində  və normativ tənzimetmənin həyata keçirilməsində onların effektiv rol 

oynamasına mane olur. Odur ki, vərəsəlik hüququnun prinsiplərinin mühüm element 

kimi xüsusi olaraq normativ formada rəsmiləşdirilməsini, qanunvericilik qaydasında 

bilavasitə təsbit olunmasını, Mülki Məcəllə səviyyəsində birbaşa formulə edilməsini 

vacib sayır və  məqsədəuyğun hesab olunur. Bundan ötrü, hər  şeydən  əvvəl, Azər-

baycan Respublikası Mülki Məcəlləsinin «Vərəsəlik hüququ» adlı bölməsində (10-cu 

bölmə) qanunverici tərəfındən «vərəsəlik hüququnun prinsipləri» kimi ayrıca bir 

maddə daxil olunmasını və bu maddədə vərəsəlik hüququnun prinsiplərini sadayalan 

siyahı verilməsini təklif etmək olardı. 

 

26




Tam dəqiqliklə güman etmək olar ki, belə maddənin nəzərdə tutulması  və 

müəyyənləşdirilməsi vərəsəlik münasibətlərini mülki hüquqi tənzimetmə mexa-

nizminin effektivliyini artırar, ona müsbət mənada böyük təsir göstərərdi. 

Lakin qanunvericilikdə  vərəsəlik hüququnun prinsiplərinin birbaşa normativ 

göstəriş və direktiv şəklində formulə edilməsi şəraitində təqdirəlayiq haldır ki, çox az 

sayda bəzi müəlliflər hüquq ədəbiyyatı  səhifələrində  vərəsəlik hüququnun prinsip-

lərinin geniş surətdə işıqlandırmasına, həmin prinsiplərin mahiyyətinə aydınlıq gəti-

rilməsinə, eləcə  də onun sivilistika elmində, o cümlədən vərəsəlik doktrinasında  ən 

«sevimli» mövzulardan birinə çevrilməsinə təşəbbüs göstərirlər (16, 34). 

Vərəsəliyin sosial təyinatını  və mahiyyətini dərindən anlamaq, bu hadisə ilə 

bağlı münasibətləri tənzimləyən normativ qanunvericilikdə hüquqi boşluq olduqda 

müvafıq məsələni analogiya institutunun köməyi ilə düzgün həll etmək, yəni konkret 

hüquq norması mövcud olmadığı hallarda vərəsəli hüququnun prinsiplərini tətbiq et-

mək, həmin qanunvericiliyi təfsir etmək, eləcə də vərəsəlik hüququnun nizamasalma  

predmetinə daxil olan ictimai münasibətlərin normativ hüquqi tənzimlənməsini  hə-

yata  keçirmək baxımından həmin fikirlərin vacib rol oynamasına şübhəmiz yoxdur. 

Göstərilən müəlliflərin hüquq ədəbiyyatı  səhifələrində ayırdıqları  və elmi ba-

xımdan  əsaslandırdıqları  vərəsəlik hüququnun prinsiplərinin hamısının vərəsəlik 

münasibətlərinin tənzimlənməsində tətbiq edilməsi, bu prinsiplərin özündə vərəsəlik 

hüququnun  ən xarakterik cəhətlərini və daha başlıca xüsusiyyətlərini  əks etdirməsi 

heç bir etiraz doğurmur. Bu səbəbdən onları  qəbul etmək olar. Bununla bağlı  vərə-

səlik hüququnun prinsiplərini sadalayan belə bir siyahı təklif olunur: 

1. Vərəsəlik varisliyinin universallığı prinsipi. Bu prinsipə görə miras qoyan 

şəxsin mülki hüquq və  vəzifələri vərəsələrə kompleks halında, hər hansı  şəxsin 

vasitəçiliyi olmadan keçir, bir aktla qəbul edilir. 

2. Vəsiyyət azadlığı prinsipi. Bu prinsipə görə miras qoyan vəsiyyətnamə tərtib 

etməklə əmlakını və ya onun bir hissəsini istənilən fıziki və ya hüquqi şəxsə, dövlətə 

və yaxud bələdiyyəyə vəsiyyət edə bilir. 

3. Vərəsəliyin mühafızəsi prinsipi. Bu prinsipə görə  vərəsəlik hüququ dövlət 

tərəfındən qanunla qorunur, bu hüquq pozulduqda isə məhkəmə qaydasında və digər 

yolla müdafıə olunur, vərəsəliyə Konstitusiya səviyyəsində təminat verilir. 

4. Növbəlik prinsipi. Bu prinsipə görə qanun üzrə vərəsələr beş qrupa bölünür 

və onlar buna uyğun olaraq vərəsiliyə növbə ilə çağırılırlar. 

5. Ailə mənafeyinin qorunması prinsipi. Bu prinsipə görə miras qoyan öldükdə, 

ilk növbədə vərəsəliyə onun ailə üzvləri, yəni həyat yoldaşı, uşaqları və valideynləri 

çağırılırlar. 

6. Miras paylarının bərabər olması prinsipi. Bu prinsipə görə qanun üzrə 

vərəsəlik zamanı miras əmlak öz növbəsində  vərəsəliyə çağırılan vərəsələr arasında 

bərabər surətdə bölünür. 

7. Miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi prinsipi. Bu prinsipə 

görə  əmlak dövlətə  vəsiyyət edilibsə, miras qoyanın nə qanun üzrə, nə  də  vəsiyyət 

üzrə  vərəsələri  yoxdursa,  bütün  vərəsələr  vərəsəlik  hüququndan  məhrum edilib-

lərsə və ya vərəsələrdən heç biri miras əmlakı qəbul etməzsə, miras əmlak vərəsəlik 

qaydasında dövlət mülkiyyəti olur. 

8. Vərəsəlikdə  məcburi pay almaq prinsipi. Bu prinsipə görə miras  qoyanın 

uşaqları, həyat yoldaşı və valideynləri vəsiyyətnamənin məzmunundan asılı olmaya-

raq, onlardan hər birinə qanun üzrə  vərəsəlik zamanı çatası  məcburi payın yarısını, 

 

27




yəni ikidə bir hissəsini alırlar. 

Vərəsəlik hüququnun əsaslandığı  və onun oynadığı başlıca rolu şərtləndirən 

prinsipləri, vərəsəlik hüququnun tənzimetmə metodu ilə  sıx surətdə bağlıdır. Prin-

siplər kimi vərəsəlik hüququ nəzəriyyəsinin vacib məsələsi sayılan tənzimetmə 

metodu nə qanunvericilikdə, nə də mülki hüquq elmində, o cümlədən vərəsəlik hüquq 

doktrinasında işıqlandırılmır və xüsusi olaraq ayrılmır. Buna görə də, zənn etmək olar 

ki, mülki hüququ tənzimetmə metodu ilə müqayisədə spesifık cəhətlərə malik olan 

həmin məsələnin mahiyyətinə vərəsəlik hüququ fıkirlərində müfəssəl şəkildə aydınlıq 

gətiriləcəkdir. Başqa sözlə, tənzimetmə metodu vərəsəlik hüququnun əsas nəzəri 

məsələlərindən biri kimi hüquq ədəbiyyatında öz həllini gözləyir. 

Belə bir nəzəri fıkri mübahisə predmetinə çevirmək olmaz ki, istənilən yarım-

sahə eyni ictimai münasibətlərin ayrı-ayrı növlərini tənzimləyən müxtəlif hüquq 

institutlarından ibarət olmalıdır. Vərəsəlik hüququ məhz özündə vərəsəlik münasibə-

tinin müxtəlif növlərini nizama salan bir neçə hüquq institutunu birləşdirir. Həmin 

hüquq institutları imkan verir, vərəsəlik mülki hüququn tərkibində yarımsahə statusu 

əldə etsin. Məsələn, vərəsəlik hüququnun tərkibinə qanun üzrə  vərəsəlik, vəsiyyət 

üzrə vərəsəlik, məcburi vərəsəlik, vərəsəsiz əmlak üzrə  vərəsəlik daxil edilir. Vərə-

səliyin rəsmiləşdirilməsi, vərəsəliyin (mirasın) açılması, vərəsəlik hüquq subyektliyi, 

mirasın qorunması və digər hüquq institutlarıda daxildir ki, onlar cəmləşərək birlikdə 

mülki hüququn yarımsahəsi kimi vərəsəlik hüququnu yaradır. Aydın məsələdir ki

vərəsəlik hüququnun tərkibinə daxil olan hər bir hüquq institutunun öz nizamasalma 

predmeti vardır. Məsələn, vərəsəsiz əmlak üzrə vərəsəlik hüquq institutunun nizama-

salma predmetini mirasın vərəsəlik qaydasında dövlətə keçməsi ilə bağlı yaranan 

ictimai münasibətlər təşkil edir; məcburi vərəsəlik hüquq institutunun nizamasalma 

predmetinə  məcburi vərəsələrə qanun üzrə  vərəsəlik zamanı çatası payın müəyyən 

hissəsini onların alması ilə əlaqədar yaranan ictimai münasibətlər daxildir. 

Təbii ki, vərəsəlik hüququnun ibarət olduğu hər bir hüquq institutu da, öz 

növbəsində, yarıminstitutlara, subinstitutlara və daha kiçik struktur hissələrə bölünür 

ki, onlar daxilən bir-biri ilə xaotik yox, qarşılıqlı əlaqəli şəkildə bağlı olub, müəyyən 

sistem üzrə yerləşir və düzlənirlər. Məsələn, vəsiyyət üzrə vərəsəlik hüquq institutu 

vəsiyyətnamənin icrası, vəsiyyət tapşırığı (leqal), vəsiyyət həvalə etməsi və digər 

subinstitutlardan ibarətdir. 

Deyilənlər belə  fıkir söyləməyə imkan verir ki, mülki hüququn yarımsahəsi 

kimi vərəsəlik hüququnun nizamasalma predmetinə daxil olan ictimai münasibətlərin 

ayrı-ayrı növlərinin müəyyən xüsusiyyətlərə malik olması, öz növbəsində  vərəsəlik 

hüququnun daxili struktur sistemləşdirilməsini, onun çərçivəsində müvafiq hüquq 

institutlarının mövcud olmasını  və bu institutların subinstitutlara bölünməsini  şərt-

ləndirir. 

Vərəsəlik hüququnun institutları dedikdə hüquq normalarının elə  məcmusu 

başa düşülür ki, həmin normalar daxilən qarşılıqlı surətdə bir-biri ilə bağlı olan eyni 

növlü vərəsəlik münasibətlərini tənzim edir; bu institutların vasitəsilə vərəsəlik hüqu-

qunun nizamasalma predmetinə daxil olan vərəsəlik münasibətlərinin ayn-ayrı növ-

ləri tənzimlənir, həmin növ münasibətlər vərəsəlik hüququ institutlarının tənzimetmə 

predmetini təşkil edir. Yarımsahə kimi vərəsəlik hüququ dedikdə  də  məhz bir neçə 

eyni növlü və predmet baxımından qarşılıqlı surətdə bağlı olan hüquq institutlarının 

məcmusu başa düşülür, həmin institutların daxilən uyğunlaşdırılmış şəkildə vəhdət və 

birliyi ilə  vərəsəlik hüququnun sistemi adlanır. Lakin təəssüf hissi ilə qeyd olun-

 

28




malıdır ki, vərəsəlik hüququnun sistemi kimi vacib nəzəri məsələyə nə mülki hüquq 

nəzəriyyəsində, nə də vərəsəlik hüququ doktrinasında toxunulur. Təəcüblü haldır ki, 

indiyə kimi vərəsəlik hüququ barədə yazan müəlliflərdən heç kim həmin məsələnin 

elmi cəhətdən işıqlandırılmasına diqqət yetirməmişdir. Buna görə də vərəsəlik hüqu-

qunun sistemi məsələsini sivilistika elmi (o cümlədən, vərəsəlik hüquq doktrinası) 

qarşısında duran və onun üstünə düşən vəzifələrdən biri sayılır. 

Hüquq ədəbiyyatında belə bir nəzəri fıkir geniş yayılmışdır ki, mülki hüququn 

hər hansı yarımsahəsinin tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin 

ümumiliyi həmin yarımsahə üçün ümumi olan hüquq normalarının ayrılmasına imkan 

verir və bu normalar da birləşərək onun ümumi hissəsini yaradır (6, 15). Söylənilən 

bu kimi nəzəri fıkri eyni ilə, olduğu kimi vərəsəlik hüququna da şamil etmək olar. 

Doğrudan da, vərəsəlik hüququ ilə nizamlanan ictimai münasibətlər nə qədər müxtəlif 

olsa və ayrı-ayrı münasibətlər üçün ümumi olan, onları birləşdirən və xarakterizə 

edən ümumi xüsusiyyətlər müəyyənləşdirmək mümkündür. Bu xüsusiyyətlər də, öz 

növbəsində, vərəsəlik hüququ üçün ümumi hüquq normalarının ayrılmasına səbəb 

olur. Belə normalar qanunvericinin subyektiv istək və mülahizəsindən asılı olmayaraq 

obyektiv surətdə mövcuddur ki, onların məcmusuna vərəsəlik hüququnun ümumi 

hissəsi deyilir. Məhz ümumi hissəyə malik olması vərəsəlik hüququnun mülki hüquq 

tərkibində yarımsahə statusu əldə etməsinə imkan verən  əsaslardan biri kimi çıxış 

edir (7, 11). 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüququn yarımsahələ-

rindən olan əşya hüququ (3-cü bölmə, 5-cü fəsil), öhdəlik hüququ (6-cı bölmə, 19-cu 

fəsil) və nəhayət vərəsəlik hüququ üçün (10-cu bölmə, 62-ci fəsil) ümumi müddəalar 

yarımsahələrin ümumi hissəsinin özü demək deyildir və bütövlükdə, tam halında onu 

əhatə etmir, ümumi müddəalar mülki hüququn yarımsahələrinin ümumi hissəsinin 

yalnız bir qismini təşkil edir. Buna görə də, ümumi hissə ümumi müddəalardan daha 

geniş  və  əhatəli anlayışdır. Odur ki, hər hansı struktur bölmənin mülki hüququn 

yarımsahəsi kimi tanınmasını  şərtləndirən  əsas tələb həmin bölmənin ümumi müd-

dəalar müəyyənləşdirilməsindən yox, ümumi hissəyə malik olmasından ibarətdir. Hər 

hansı struktur bölmə istər hüquq institutu, istərsə  də yarımsahə olsun, fərqi yoxdur, 

ümumi müddəalar formulə edir. 

Vərəsəlik hüququ tərkibində obyektiv surətdə qanunvericinin subyektiv istə-

yindən asılı olmayaraq ümumi hüquq normalarının və bu səbəbdən həmin normaların 

məcmusu kimi ümumi hissənin mövcud olmasına baxmayaraq, vərəsəlik hüququnun 

ümumi hissəsi normativ göstəriş formasında, qanunvericilik qaydasında rəsmiləş-

dirilmir, mülki hüququn yarımsahələrindən yalnız öhdəlik hüququnun ümumi hissəsi 

normativ göstəriş formasında, qanunvericilik qaydasında rəsmiləşdirilir. Belə halı 

nəzərə alaraq qeyd olunmalıdır ki, vərəsəlik münasibətlərini tənzimləyən  əsas nor-

mativ aktda - Azərbaycan Respublikasının Mülki Məcəlləsində vərəsəlik hüququnun 

ümumi hissəsinin ayrılmasını, başqa sözlə, ayrıca olaraq nəzərdə tutulmasını  və bu 

məqsədlə həmin məcəlləyə xüsusi olaraq «Vərəsəlik hüququnun ümumi hissəsi» adlı 

bölmə daxil edilməsini vacib məsələ saymaq olar. Bu mülki hüquq elminin və 

vərəsəlik doktrinasının üstünə düşən ən mühüm vəzifələr sırasına aiddir. 

Vərəsəlik hüququnun ümumi hissəsinin qanunvericilik qaydasında ayrılması-

nın vacib əhəmiyyəti vardır. Hər şeydən əvvəl, onu qeyd etmək vacibdir ki, vərəsəlik 

hüququnun ümumi hissəsi onun sistemləşdirilməsinin  əsasını, bazasını  təşkil edir. 

Belə ki, vərəsəlik hüququnun ümumi hissəsi müəyyən məsələlər (vərəsəliyin anlayışı 

 

29




və  əsasları, vərəsəlik hüququnun subyekt və obyekti, miras əmlak, vərəsə ola bilən 

şəxslər və  vərəsəlik hüququ olmayan vətəndaşlar və digər məsələlər barədə ümumi 

xarakterli qaydalar) müddəalar müəyyən edir ki, onların bütün vərəsəlik münasibət-

lərinə tətbiq olunması mümkündür; həmin qaydalar bütün digər vərəsəlik hüquq nor-

maları tətbiq edilərkən bu və ya digər dərəcədə nəzərə alınır. Bu baxımdan vərəsəlik 

hüququnun ümumi hissəsinin praktiki, hüquq tətbiqetmə əhəmiyyəti vardır. Vərəsəlik 

hüququnun ümumi hissəsi həm də sistem yaratmağa və nəzəri əhəmiyyətə malikdir. 

Mülki hüquq elmində, o cümlədən vərəsəlik doktrinasında elmi maraq doğuran 

və müzakirə obyektinə çevrilən məsələlərdən biri obyektiv mənada (ya hüquq ins-

titutu, ya da yarımsahə  mənasında) vərəsəlik hüququna verilən elmi tərifə aiddir. 

Bəzi müəlliflər universal və ya bilavasitə hüquq varisliyini məcburi element (əlamət)  

kimi  vərəsəlik  hüququna  verdikləri  elmi  anlayışa  daxil  edirlər. 0.S.İoffenin fik-

rincə, vərəsəlik hüququ dedikdə, vətəndaşın ölümü nəticəsində yaranan bilavasitə və 

universal varislik münasibətlərini tənzimləyən normaların məcmusu başa düşülür. 

Obyektiv mənada (institut mənasında) vərəsəlik hüququna buna oxşar elmi 

anlayış V.S.Makarova tərəfındən də verilir. O.S.İoffenin formulə etdiyi tərifı mahiy-

yətcə  təkrarlayan müəllif yazır ki, vərəsəlik hüququ ölmüş  şəxsin hüquq və  vəzifə-

lərinin bilavasitə və universal hüquq varisliyi qaydasında başqa şəxslərə keçməsi ilə 

bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur 

(19, 510). 

Vərəsəliyin bilavasitə  və universal hüquq varisliyi olması kimi əmanət vərə-

səlik hüququnun elmi anlayışına E.A.Posse tərəfındən də daxil edilmişdir. Müəllifın 

fıkrincə, anlayışlarda həmin  əlamətin göstərilməməsi və  vərəsəliyin vətəndaşın ölü-

mü ilə bağlı hüquq və vəzifələrin əldə edilməsinə müraciət edilməsi vətəndaşın ölü-

mündən sonra hüquq və  vəzifələrin başqasına keçməyin digər hallardan vərəsəliyi 

ayırmağın və fərqləndirməyin mümkün olmasına gətirib çıxardır. O, həm də eyni za-

manda belə hesab edir ki, vərəsəlik hüququna verilən anlayışlarda vərəsəliyin bila-

vasitə və universal (ümumi) hüquq varisliyi olmasının xatırlanması vərəsəlik münasi-

bətlərinin hüquqi tənzimlənməsinin təhlilində  həlledici  əhəmiyyətə malik olur (20, 

409). 


Müasir müəlliflərdən T.İ.İllarionova da məsələyə mahiyyətcə eyni cür yanaşa-

raq göstərir ki, vərəsəlik hüququnu vətəndaşın ölümü ilə bağlı olaraq universal hüquq 

varisliyinin məzmun və qaydaları müəyyən edir (10, 15). 

Müəllif faktiki olaraq universal hüquq varisliyi, vərəsəliyin məcburi  əlaməti 

kimi vərəsəlik hüququna verdiyi elmi tərifə daxil edir. 

Universal hüquq varisliyi kimi əlamətə  həm də V.V.Quşin tərəfındən mülki 

hüquqi  yarımsahəsi  nöqteyi-nəzərindən (yəni  obyektiv  mənada)  vərəsəlik hüququ-

na verilən elmi tərıfdə də rast gəlmək olar. Müəllif qeyd edir ki, vərəsəlik hüququ öl-

müş  şəxsin  əmlakının universal hüquq varisliyi qaydasında başqa  şəxslərə keçməsi 

ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemidir 

(13, 10). 

Göstərdiyimiz müəlliflərdən fərqli olaraq alimlərin  əksəriyyəti bilavasitə  və 

universal hüquq varisliyi kimi əlaməti vərəsəlik hüququna verdikləri elmi anlayışa 

daxil etmirlər (22, 3) və vərəsəlik hüququna verdikləri anlayışda həmin əlamət gös-

tərilmir. 

Qeyd etmək lazımdır ki, müəlliflərin hər birinin bilavasitə və universal hüquq 

 

30



varisliyi kimi əlamətin vərəsəlik hüququnun elmi anlayışına daxil edilib-edilməməsi 

barədə mövqeyində bu və ya digər dərəcədə yaxın məqamlar olmasın. Sözsüz, gös-

tərilən məsələ barəsində söylənilən hər bir fıkir həm nəzəri, həm də praktiki ba-

xımdan  əhəmiyyətli və  dəyərli olub, elmi maraq doğurur. Ancaq buna baxmayaraq 

müəyyən qüsur və çatışmazlıqdan kənar olmadıqlarına görə söylənilən bütün tərifləri 

vərəsəlik hüququnun dolğun, uğurlu və münasib anlayışı hesab etmək olmaz. 

Bir tərəfdən vərəsəlik hüququnun elmi anlayışına bilavasitə və universal hüquq 

varisliyinin daxil edilməsi onu ifadə edir ki, vərəsəlik hüququ yalnız bilavasitə  və 

universal varislik qaydasında vərəsəliyi nizama salır, vasitəli və xüsusi vərəsəliyi isə 

tənzimləmək funksiyasını yerinə yetirmir. 

Qeyd olunmalıdır ki, miras qoyanın ölümündən sonra onun hüquq və  vəzifə-

lərini vərəsələri heç kəsin vasitəçiliyi olmadan, bilavasitə miras əmlakı qəbul etmək 

aktı əsasında əldə edirlər; bu zaman üçüncü şəxs tərəfındən əlavə hərəkətlər edilməsi 

tələb olunmur. Bu nöqteyi-nəzərdən vərəsəlik bilavasitə hüquq varisliyi sayılır. 

Vərəsələrinə miras qoyanın ayrı-ayrı hüquq və  vəzifələri yox, tam və bütöv halda 

onların bütün kompleksi keçir. Bu baxımdan isə vərəsəlik universal (ümumi) hüquq 

varisliyi hesab edilir; universal (ümumi) hüquq varisliyi dedikdə, hüquq və  vəzifə-

lərin məcmu halında başqasına keçməsi başa düşülür.  

Bəzən  şəxsə hüquq və  vəzifələrin məcmusu (kompleksi) yox, bu və ya digər 

ayrıca hüquq və vəzifə keçir ki, belə varisliyə xüsusi varislik deyilir. Sinqulyar (xü-

susi) varislik və universal (ümumi) varislik hüququ varisliyi iki növ olub, bir-birinə 

qarşı qoyulur. 

Sinqulyar varislik qaydasında vərəsəliyin mövcud olması  məsələsi xeyli 

müddətdir ki, müqayisə predmetinə çevrilmişdir və bu mübahisə indi də davam etdi-

yindən müasir dövrün mülki hüquq elmində, eləcə də vərəsəlik doktrinasında həmin 

məsələ hələlik öz həllini tapmamışdır. Həmin məsələyə birmənalı şəkildə münasibət 

bəsləyən müəlliflərin böyük əksəriyyəti varisliyin sinqulyarlığı ideyasını inkar edir, 

bəziləri isə həmin ideyanı qəbul etmirlər. 

 

ƏDƏBİYYAT 

1.

 



Allahverdiyev S. Azərbaycan Respublikası Mülki hüququ. Dərslik. 4 cilddə. IV c. Bakı: Diqesta, 

2008, 943 s. 

2.

 

Антимонов Б.С. , Граве К.А. Советское наследственное право. М.: Наука, 1955, 540 с. 



3.

 

Атфитеатров Г.Н., Солодилов А.П. Право наследования в СССР. М.: Министерство юс-



тиции СССР, 1948, 620 с. 

4.

 



Власов  Ю.Н.,  Калинин  В.В.  Наследственное  право  Российской  Федерации:  Учебное 

пособие. М.: Юрайт, 352 с. 

5.

 

Гражданское  право:  Учебник.  В 2-х  ч.  Ч. I /Под  ред.  А.Т.Калпина,  А.И.Масляева.  М.: 



1997, Юрист, 720 с. 

6.

 



Гражданское  право:  Учебник / Под  ред.  В.В.Замеского,  М.М.Рассолова.  М.: 2002,  

Юнитис, 820 с. 

7.

 

Гражданское право: Учебник. В 2-х ч. Ч. I / Под ред. Е.А.Суханова. М.: БЕК, 2003, 861 с. 



8.

 

Гражданское право: Учебник. В 2-х ч. Ч. I / Под ред. А.П.Сергеева, Ю.К.Толстого. М.: 



Проспект, 1998, 786 с. 

9.

 



Гражданское  и торговое право капиталистических государств. Учебник. В 2-х ч. Ч. II / 

Отв. ред. Л.Р.Нарышкина. Международные отношения. М.: 1984,  634 с. 

10.

 

Гражданское право: Учебник. В 2-х ч. Ч. II / Отв. ред. Т.И.Илларионова, В.А. Плетнев. М.: 



1998, Норма-инфа, 748 с. 

 

31




11.

 

Советское  гражданское  право.  Учебник.  В 2-х  ч.  Ч. II / Под  ред.  Смирнова  В.Т., 



Толстого Ю.К., Юрченко А.П. Л.: ЛГУ, 1982, 765 с. 

12.


 

Гражданское право: Учебник. В 2-х т. Т. II / Отв. ред. Гусев А.Н. М.: Норма-Инфа 2003, 

648 с. 

13.


 

Гущин В.В. Наследственное право. Учебное пособие. М.: М.Дашков и К

о

 2003, 304 с. 



14.

 

Драников В.К. Наследование по завещанию в советском праве, К.:  КГУ, 1957, 241 с. 



15.

 

Иоффе О.С. Советское гражданское право, курс лекций. В 3 ч. Ч. III: ЛГУ, 1965, 648 с. 



16.

 

Научно-практический  комментарий  к  ГК  РСФСР  /Под  ред.  Рясенцева  Е.А.,  М.:  Юрид. 



лит. 1966, 870 с.  

17.


 

Протас Е.В. Гражданское право: Учебник. М.: Высшая школа, 2005, 736 с. 

18.

 

Серебровский В.И. Очерки советского наследственного права. М.:  Академия наук СССР, 



1953, 368 с. 

19.


 

Советское  гражданское  право.  Учебник.  В 2 т.  Т. II / Под  ред.  О.А.Красавчикова,  М.: 

Высшая школа, 1985, 910 с. 

20.


 

Советское гражданское право: Учебник. В 2-х ч. Ч. II / Отв. ред. В.Т.Смирнов, Ю.К.Тол-

стой, А.К.Юрченко, Л.:  ЛГУ, 1982, 765 с. 

21.


 

Черепахин  Б.Б.  Правоприемство  по  советскому  гражданскому    праву.  М.:  Госюриздат, 

1962, 211 с. 

22.


 

 Халфина Р.О. Право наследования в СССР. Изд. 2-е. М.: Госюриздат, 1952, 420 с.  

 

 

НАСЛЕДСТВЕННОЕ ПРАВО КАК ПОДОТРАСЛЬ 



ГРАЖДАНСКОГО ПРАВА 

 

Р.С.ДУНЬЯМАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Наследственное  право,  являясь  сводом  норм,  регулирующих  наследственные 



отношения,  являются  подотраслью  гражданского  права.  Как  и  любая  другая  страна, 

Азербайджанская  Республика  имеет  свои  нормы  наследственного  права.  В  статье  ана-

лизируюся особенности наследственного права Азербайджанской Республики и даются 

некоторые рекомендации по ее совершенствованию. 

 

SUCCESSION LAW AS A BRANCH OF CIVIL LAW 

 

R.S.DUNYAMALIYEVA 

 

SUMMARY 

 

Succession law as a branch of Civil Law regulates civil-legal relationships related to 

succession. Azerbaijan Republic like other countries has its own regularities concerning suc-

cession law. The article analyzes specificities of succession law and provides recommen-

dations on its perfection. 

 

 



 

 

32



Yüklə 99,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə