Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə7/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   114

ümumi beynəlxalq adət nonnalarmdan başqa, iki və daha artıq dövləti əhatə 
edən 
partikulyar (lokal) adətlər
 do mövcud ola bilər. 
Partikulyar  adət  normalannın  mövcudluğu  haqqında  fikri  BMT-nin 
Beynəlxalq  Məhkəməsi 
Sığınacaq  işində
  (1950-ci  il)  və 
Hindistan 
ərazisindən keçmək hüququ haqqında işdə
 (1960-cı il) təsdiq etmişdir. 
e)  nəhayət,  ümumi  qayda  bundan  ibarətdir  ki,  beynəlxalq  adət 
normasının  formalaşması  üçün  dövlətlərin  praktikası 
uzunmüddətli 
olmalıdır. Məhz dövlətlərin uzun tarixi vaxt ərzində təkrarlanan və üst-üstə 
düşən  praktikası  beynəlxalq  hüquqi  adətin  əsasını  təşkil  edir.  Doğrudur, 
beynəlxalq hüquqda bu müddətin nə qədər olması müəyyən edilməmişdir və 
bu, hər bir halda nizama salman məsələnin xarakterindən asılıdır. Bununla 
belə,  beynəixalq  hüquqda  müstəsna  hallarda  «ani  adət»  də  yarana  bilər. 
Məsələn,  kosmik  fəzadan  istifadə  ilə  bağlı  indi  mövcud  olan  bir  sıra 
beynəlxalq hüquqi adətlər bu qəbildəndir. 
1957-ci ildə Sovet İttifaqı kosmosa ilk dəfə süni raket buraxanda heç 
bir dövlət buna etirazını bildirmədi. Bununla, beynəlxalq hüquqda belə bir 
adət  norması  yarandı  ki,  istənilən  dövlət  hər  hansı  digər  dövlətin  (və  ya 
beynəlxalq təşkilatın) razılığını almadan kosmik fəzaya raket buraxa bilər. 
Beynəlxalq hüquqi adətin yaranması üçün dövlətlərin ardıcıl, ümumi, 
eyni  cür  və  uzunmüddətli  praktikasının  olması  kifayət  deyildir.  Bu 
praktikanın  hüquqa  çevrilməsi  üçün  dövlətlər  həmin  praktikanı  məcburi 
norma kimi qəbul etməlidirlər. Başqa sözlə, praktikanın, sadəcə, adət yox, 
məhz  məcburi  yerinə  yetirilməli  olan  norma  olmasına  dövlətlərdə  inam, 
yəni 
opinio juris
 olmalıdır. 
Lotus işində
 (1927-ci il) Daimi Beynəlxalq Ədalət Məhkəməsi, 
Şimal 
dənizinin kontinental şelfı haqqında işdə
 və 
Nikaraqua işində
 BMT-nin 
Beynəlxalq  Məhkəməsi  opinio  juris-in  zəruri  ünsür  olduğunu,  bunsuz 
adətin
  harada  qurtardığını  və 
hüququn
  harada  başladığını  müəyyən 
etməyin mümkün olmadığını vurğulamışdır. 
Qeyd  edilməlidir  ki,  əslində  beynəlxalq  hüquq  öz  mənşəyini 
beynəlxalq  adətlərdən  götürmüşdür.  Lakin  beynəlxalq  hüquq  inkişaf 
etdikcə  və  məcəllələşdirildikcə,  beynəlxalq  adət  normaları  öz  əvvəlki 
əhəmiyyətini və nizamasalma dairəsini itinnişdir. Bununla 
21 


belə,  müasir  beynəlxalq  hüquqda  müqavilələr  apancı  rol  oynasa  da, 
beynəlxalq hüquqi adətin təsiri də az deyildir. 
BM  1-nin  Beynəlxalq  Məhkəməsi 
Men  körfəzi  haqqında  işdə 
(1984-cü il) qeyd etmişdir ki, beynəlxalq adət ümumi prinsiplərin inkişafı 
üçün  ideal  dərəcədə  əlverişlidir  və  universal  səviyyədə  qəbul  olunmamış 
müqavilə rejimindəki boşluqlan doldurmaq üçün zəruri bir mənbədir. 
Doğrudan  da,  hazırda  faktik  olaraq  elə  bir  müqavilə  yoxdur  ki, 
dünyanın  bütün  dövlətləri  onun  iştirakçısı  olsun.  Hətta  BMT-nin 
Nizamnaməsi  bir  sıra  dövlətlər  üçün  formal  baxımdan  məcburi  deyildir. 
Lakin  Nizamnamədə  təsbit  olunmuş  beynəlxalq  hüququn  əsas  prinsipləri 
həmin  bu  dövlətlər  tərəfindən  məhz  beynəlxalq  adət  kimi  tanınmışdır. 
Başqa  bir  misal  göstərək.  Soyqınm  cinayətinin  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında  1948-ci  il  Konvensiyasının  hazırda  141 
iştirakçısı  vardır.  Bu  o  deməkdirmi  ki,  dünyanın  5O-dən  artıq  dövləti 
soyqırım  cinayəti  törətməmək,  soyqırım  aktları  törətmiş  şəxslərin 
cəzalandırılmasını təmin etmək və s. kimi beynəlxalq hüquqi öhdəliklərdən 
azaddırlar?  Əlbəttə  ki,  yox.  Sadalanmış  öhdəliklər  ümumi  beynəlxalq 
hüququn  bir  hissəsidir  və  dünyanın  bütün  dövlətləri  tərəfindən  məhz 
beynəlxalq hüquqi adət kimi tanınmışdır. 
Soyqırım  cinayətinin  qarşısının  alınması  və  cəzalandırılması 
haqqında Konvensiyaya qeyd-şərtlər haqqında iş
 üzrə məsləhət xarakterli 
rəyində  0951-ci  il)  və 
Soyqırım  cinayətinin  qarşısının  alınması  və 
cəzalandırılması haqqında Konvensiyanın tətbiq olunması haqqında iş
 
üzrə 
(ilkin  etirazlar  mərhələsində  -
  1996-cı  il)  qərarında  BMT-nin 
Beynəlxalq  Məhkəməsi  qeyd  etmişdir  ki,  bu  Konvensiyanın  əsas 
müddəalan beynəlxalq adət hüququ kimi hamılıqla tanınmışdır.
 
Beləliklə, beynəlxalq hüquqi adətin indiki dövrdə 
başlıca əhəmiyyəti
 
ondan ibarətdir ki, o, hər hansı bir universal müqavilənin iştirakçıları ilə bu 
müqavilənin iştirakçısı olmayan dövlətlər arasındakı və axırıncıların özləri 
arasındakı müvafiq münasibətləri nizama salır. 
22 


4.
 
Beynəlxalq müqavilənin və beynəlxalq 
hüquqi adətin qarşılıqlı münasibəti 
Bu mühüm məsələyə yuxanda biz qismən toxunduq. Deyilənlərə əlavə 
edək ki, beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət müasir beynəlxalq 
hüququn  ən  mühüm  və  ən  çox  istinad  edilən  mənbələridir.  Əgər  bu  iki 
mənbə eyni və ya oxşar öhdəliklər nəzərdə tutursa, müqavilənin iştirakçıları 
müqavilə ilə, iştirakçı olmayan dövlətlər isə beynəbcalq hüquqi adətlə bağlı 
olacaqlar. Dövlət müqavilənin tərəfi olduqda, o, müvafiq adət norması ilə 
bağlı olmaqda davam edir. Eyni münasibəti nizama salan müqavilə və adət 
bir-birinə  ziddirsə,  -  bu  ziddiyyət,  əgər  jus  cogens  normasından  söhbət 
getmirsə,  -  «əwəlki  norma  sonrala  normanı  ləğv  edİD>  («lex  posteriori 
derogat legi priori») prinsipinə əsasən həll olunur. 
Yuxarıda  qeyd  etmişdik  ki,  ümumi  qaydaya  görə,  beynəlxalq 
müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaratmır (pacta tertiis 
nec  nocent  nec  prosunt).  Lakin  həmin  müqavilənin  müddə-  alan 
müqavilənin  iştirakçısı  olmayan  dövlətlər  tərəfindən  hüquqi  adət  kimi 
tanına bilər və bununla həmin dövlətlər üçün adət kimi qüvvədə ola bilər. 
5.
 
Hüququn ümumi prinsipləri 
BMT  Beynəlxalq  Məhkəməsi  Statutunun  38-ci  maddəsinin  l(c) 
bəndində  göstərilir  ki,  Məhkəmə  ona  təqdim  olunmuş  işləri  həll  edərkən 
«sivil millətlər tərəfindən tanınmış hüququn ümumi prinsiplərinə)) istinad 
edə  bilər.  Burada  qeyd  edək  ki,  «sivil  millətlər))  ifadəsi  beynəlxalq 
hüququn  bugünkü  durumuna  uyğun  gəlmir  və  hüquqi  əhəmiyyətə  malik 
deyildir. 
Hüququn  ümumi  prinsipləri  dedikdə,  hüququn  mahiyyətindən 
doğan və bütün mövcud hüquqi sistemlər üçün ümumi olan prinsip və 
normalar başa düşülür. 
23 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə