Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə5/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

3.
 
Beynəlxalq hüquq normalarının icrarxiyası 
Beynəlxalq hüquq normalarının yaradılması prosesinin dövlət- daxili 
normalann yaradılması qaydasından fərqli olması özünü habelə 
ierarxiya,
 
yəni  hüquqi  qüvvəsinə  görə  hüquq  normalarının  bir-birindən  asılı  olması 
məsələlərində  büruzə  verir.  Beynəlxalq  hüquqda  milli  hüquq  sistemində 
olduğu kimi dəqiq müəyyən edilmiş və bütün normativ massivi əhatə edən 
ierarxiya yoxdur. Beynəlxalq hüquq normasının forması, məsələn, hər hansı 
beynəlxalq  müqavilədə  təsbit  olunması  və  ya  beynəlxalq  adət  hüququ 
şəklində mövcud olması, yaxud ikitərəfli və ya çoxtərəfli müqavilədə təsbit 
olunması  onun  müxtəlif  hüquqi  qüvvəyə  malik  olmasına  prinsip  etibarilə 
təsir  göstərmir.  Bununla  belə,  beynəlxalq  hüquqda  da  müəyyən  ierarxiya 
mövcuddur. Belə ki, müasir beynəlxalq hüquqda müəyyən olunmuşdur ki: 
1)
 
jus cogens normaları, yuxanda artıq qeyd edildiyi kimi, bütün digər 
beynəlxalq hüquq nonnalanna nisbətən üstün hüquqi qüvvəyə malikdir. Jus 
cogens-ə  zidd  olan  norma  hüquqi  baxımdan  etibarsızdır  (bu  barədə  bax: 
Beynəlxalq  müqavilələr  hüququ  haqqında  Vyana  Konvensiyasının  53-cü 
maddəsi). 
2)
 
Birləşmiş  Millətlər  Təşkilatı  Nizamnaməsinin  hüquqi  qüvvəsi 
bütün  digər  beynəlxalq  müqavilələrin  hüquqi  qüvvəsindən  üstündür.  Bu, 
Nizamnamənin  103-cü  maddəsində  ifadə  olunmuşdur.  Həmin  maddədə 
deyilir:  «Birləşmiş  Millətlər  Təşkilatı  Üzvlərinin  bu  Nizamnamədən  irəli 
gələn öhdəlikləri ilə onlann istənilən digər beynəlxalq sazişdən irəli gələn 
öhdəlikləri  arasında  ziddiyyət  olduqda,  onlann  bu  Nizamnamədən  irəli 
gələn öhdəlikləri üstün qüvvəyə malik olur». 
3)
 
beynəlxalq  müqavilələri  bağlayan  dövlət  orqanlarının  dövlət 
mexanizmində  yeri  və  konstitusion  statusundan  asılı  olaraq  müvafiq 
müqavilələr  aşağıdakı  qaydada  icrarxiyada  olur:  1)  dövlətlər-  arası 
müqavilələr və 2) hökumətlərarası müqavilələr. 
15 


4.
 
Beynəlxalq hüququn məcəllələşdirilməsi vo 
mütərəqqi inkişafı 
Beynəlxalq hüququn mocolloləşdirilməsi (kodiflkasiyası) daxilən 
uzlaşdırılmış  iri  hüquqi  aktların  yaradılması  məqsədilə  beynəlxalq 
hüquq 
normalarının 
rəsmi 
sistemləşdirilməsinə 
deyilir. 
MocGİloloşdimiG zamanı bcyuGlxalq hüquq normalan nəinki vahid 
sistemG 
gGtirilir, hGinçinin bu normalar daha dəqiq ifadə olunur vo 
bcynolxalq adət hüququ şəklində təşəkkül tapmış normalar da buraya 
daxil  edilir.  Lakin  məcəllələşdirmə  prosesi  heç  də  bununla 
məhdudlaşmır  və  praktikada  bu  proses  mövcud  normaların 
dəyişdirilməsi  və  yaxud  yeniləşdirilməsi,  habelə  tamamilə  yeni 
normaların  yaradılması  ilə  -  yəni  beynəlxalq  hüququn  mütərəqqi 
inkişafı ilə müşayiət olunur. 
Beynəlxalq  hüququn  məcəllələşdirilməsi  və  mütərəqqi  inkişafı 
aşağıdakı  vəzifələri  yerinə  yetirir:  a)  qüvvədə  olan  beynəlxalq  hüququ 
beynəlxalq  münasibətlərin  həmin  inkişaf  dövrünün  tələbatına 
uyğunlaşdırmaq; b) ona tələb olunan yeni hüquq normaları əlavə etmək; c) 
köhnəlmiş  normaları  kənar  etmək  və  mövcud  normalar  arasındakı 
ziddiyyətləri aradan qaldırmaq; ç) beynəlxalq hüququn müvafiq sahəsini 
və ya institutunu bir normativ kompleks şəklinə salmaq. 
Məcəllələşdirmə 
rəsmi
 və 
qeyri-rəsmi
 olur. Rəsmi məcəllələşdirmə, 
əsasən,  BMT  çərçivəsində  aparılır.  Qeyri-rəsmi  məcəllələşdirmə  isə 
ayn-ayn  alimlər,  milli  institutlar  və  ya  beynəlxalq  qeyri-hökumət 
təşkilatları tərəfindən (bunlann içərisində hor ikisi 1873-cü ildən fəaliyyət 
göstərən  və  müxtəlif  ölkələrin  alimlərini  özündə  birləşdirən  Beynəlxalq 
Hüquq Assosiasiyasını və Beynəlxalq Hüquq İnstitutunu xüsusilə ayırmaq 
lazımdır) həyata keçirilir. 
Beynəlxalq hüquqim məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili 
BMT Baş Məclisinin səlahiyyətinə daxildir (bax: BMT Nizamnaməsinin 
13-cü maddəsi). Baş Məclis tərəfindən bu 
f
 ıiıdiısböİG’-19tl4o. 
jdişı^ısi köməkçi orqan - Beynəlxalq hüquq ; Komissiya müxtəlif hüquqi sistemləri 
 
16 


təmsil edən, Komissiyada şəxsi keyfiyyətdə fəaliyyət göstərən, Baş Məclis 
tərəfindən  5  il  müddətinə  seçilən  34  tanınmış  beynəlxalq  hüquqşünasdan 
ibarətdir.  İndiyə  qədər  Beynəlxalq  hüquq  komissiyası  bir  sıra 
məcəllələşdirilmiş  beynəlxalq  aktların,  o  cümlədən  Diplomatik  əlaqələr 
haqqında 1961-ci il Vyana Konvensiyasının, Konsulluq əlaqələri haqqında 
1963-cü  il  Vyana  Konvensiyasının,  Beynəlxalq  müqavilələr  hüququ 
haqqında  1969-cu  il  Vyana  Konvensiyasının,  Beynəlxalq  Cinayət 
Məhkəməsi  Slalulunun  və  digər  mühüm  aktlann  mətnlərini  işləyib 
hazırlamışdır.  Hazırda  Komissiya  aşağıdakı  məsələlər  üzrə  Məcəllə 
layihələri  üzərində  işləyir:  beynəlxalq  müqavilələrə  qeyd-şərtlər  (1995-ci 
ildən);  beynəlxalq  təşkilatların  məsuliyyəti  (2002-ci  ildən);  Əcnəbilərin 
ölkə  ərazisindən  çıxarılması  (2005-ci  ildən);  silahlı  münaqişələrin 
müqavilələrə təsiri (2005-ci ildən); cinayət törətmiş şəxsləri vermək və ya 
təqib  etmək  öhdəliyi  (aut  dedere  aut  judicare)  (2006-  cı  ildən);  təbii 
fəlakətlər  zamanı  şəxslərin  müdafiəsi  (2008-ci  ildən);  dövlətin  vəzifəli 
şəxslərinin xarici cinayət yurisdiksiya- smdan immuniteti (2008-ci ildən); 
müqavilələr müəyyən vaxt keçdikdən sonra (2009-cu ildən) və b. 
17 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə