Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə2/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

Qeyd  ctmok  lazımdır  ki,  «bcynoIxalq  hüquq»  termini  onun  ifa-  do 
etdiyi  anlamın  tobiotini  heç  do  düzgün  əks  etdirmir.  Öz  mənşəyini  hələ 
Roma  hüququnda  təşəkkül  tapmış 
«jus  gentium»
  («xalq-  ların  hüququ») 
ifadəsindən götürdüyünə görə bu termin dünyanın əksər dillərində də məhz 
«xalqlar arasındakı hüquq» mənasında işlədilir (məsələn, ingilis dilində  - 
intemational  law,  fransız  dilində  -  droit  intemational,  ispan  dilində  - 
derecho  intemational,  alman  dilində  -  Volkerrecht,  türk  dilində  - 
milletlerarası hukuk, ms dilində - mejdunarodnoe pravo və s.). Əslində isə 
beynəlxalq  hüquq  anlamı  məhz 
dövhtlərarası  hüquq
  kimi  başa 
düşülməlidir,  çünki  beynəlxalq  hüquq  bilavasitə  xalqlar  tərəfindən 
yaradılmır  və  xalqlar  üçün  deyil,  mahiyyət  etibarilə  dövlətlər  üçün, 
dövlətlər-  arası  əlaqələrin  tənzimlənməsi  üçündür.  Doğmdur,  mövcud 
beynəlxalq hüquq nonnalarına görə, xalqlar bilavasitə beynəlxalq hüquqdan 
irəli  gələn  bəzi  hüquqlara  malikdirlər:  məsələn,  öz  müqəddəratını  təyin 
etmək hüququ, inkişaf hüququ, sülh hüququ və s. Digər tərəfdən, qarşıdakı 
mövzulardan  bizə  məlum  olacaqdır  ki,  beynəlxalq  hüquq  dövlətlərin 
müvafiq  razılaşmasından  sonra  digər  subyektlər,  məsələn,  beynəlxalq 
təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq hüquq və 
vəzifələr nəzərdə tuta bilər. Bununlə belə, 
öz  təbiətinə  görə,  beynəlxalq 
hüquq  dövlətlər  tərəfindən  yaradılan,  əsasən,  dövlətlərə  yönəlmiş  və 
yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi 
olaraq qalır.
 
Beynəlxalq  hüquqa  onun  təbiətini  əks  etdirən  belə  bir  qısaca  tərif 
vermək olar: 
Beynəlxalq  hüquq  dövlətlər  arasındakı  münasibətləri  nizama 
salmaq  üçün  onların  qarşılıqlı  razılığı  əsasında  yaradılan  hüquqi 
normalar sistemidir. 


2.
 
Beynəlxalq hüququn xüsusiyyətləri 
Təbii  ki,  obyektiv  mənada  hüquqa  xas  olan  əlamətlər  beynəlxalq 
hüquq normalan üçün də səciyyəvidir. Ən  əsası, bu normalar da müvafiq 
subyektlər üçün hüquqi, ümumməcburi xarakter daşıyır və onla- rm yerinə 
yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu 
dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. 
Bu xüsusiyyətlər hər şeydən öncə beynəlxalq hüququn mövcud olduğu və 
fəaliyyət  göstərdiyi  dövlətlərarası  mühitlə  və  suveren,  formal  baxımdan 
bir-birindən  asılı  olmayan  dövlətlərin  olması  ilə  əlaqədardır. 
Birincisi,
 
fiziki və hüquqi şəxslər və dövlət orqanlan arasındakı münasibətləri nizama 
salan  dövlətdaxili  hüquqdan  fərqli  olaraq,  beynəlxalq  hüquq  dövlətlər  və 
beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasında 
yaranan  münasibətləri  nizama  salır. 
İkincisi,
  beynəlxalq  sistemdə 
qanunverici  orqan  yoxdur.  IIcç  bir  beynəlxalq  təşkilat  və  ya  orqan,  o 
cümlədən  Birləşmiş  Millətlər  'fəşkilatı  dövlətlər  üçün  hüquqi  cəhətdən 
məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir. Beynəlxalq 
təşkilatlann  orqanlanndan  biri  kimi  fəaliyyət  göstərən  parlamentlər  də 
(məsələn,  Avropa  İttifaqında  -  Avropa  Parlamenti,  Avropa  Şurasında  - 
Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə 
malik  olsalar  da,  «qanunvericilik»  səlahiyyətindən  məhrumdurlar. 
Üçüncüsü,  beynəxalq  sistemdə,  dövlətin  daxilində  olduğu  kimi, 
mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq hüquq 
normalannın yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixliyanna 
buraxılmışdır;  beynəlxalq  hüququn  yaradıcısı  və  başlıca  təminatçısı 
dövlətlərdir.  Lakin  bəzi  hallarda  bu  funksiyanı  dövlətlər  müqavilələr 
vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə 
edirlər.  Məsələn,  BMT-  nin  Təhlükəsizlik  Şurası  beynəlxalq  sülhə  və 
təhlükəsizliyə  real  qorxu  yaradan  dövlətə  qarşı  hərbi  və  qeyri-hərbi 
sanksiyalar tətbiq edə bilər. BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd 
etmək lazımdır ki, o bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq 
verdikdə baxa bilər. Sadə dillə desək, ən ağır beynəlxalq hüquq po 


zuntusu  törətmiş  dövləti  belə,  onun  razılığı  olmadan  Beynəlxalq 
Məhkəməyə «vcrməb> olmaz. 
Beynəlxalq  hüququn  xüsusiyyətlərini  düzgün  başa  düşmək  üçün 
olduqca mühüm bir məqama diqqət yetirmək lazımdır. Əslində biz burada 
beynəlxalq  hüququ  dövlətdaxili  hüquqdan  fərqləndirən  daha 
bvr 
cəhəti 
nəzərə  çarpdırmaq  istəyirik.  Söhbət  ondan  gedir  ki,  səlahiyyətli  dövlət 
orqanlan  tərəfindən  müəyyən  olunmuş  və  ya  tanınmış  hüquq  nonualan 
prinsip etibarilə dövlətin bütün orazisinə və bu ərazidə olan bütün hüquqi və 
fiziki şəxslərə şamil edilir. Beynəkalq hüquq isə belə yekcins deyildir və ola 
da bilməz. Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir 
ki,  söhbət  burada  yalnız  dünyanm  bütün  dövlətlərini  əhatə  edən,  bütün 
dövlətlərin  riayət  etməli  olduğu  hüquqdan  gedir.  Qeyd  edildiyi  kimi, 
beynəbcalq  hüququ dövlətlər  özü  yaradır  və  bunun nəticəsində  iki  dövlət 
arasında  bağlanan  ikitərəfli  müqavilə  də,  bütöv  regionu  əhatə  edən 
razılaşma  da  və  bütün  dünya  dövlətləri  üçün  məcburi  olan  norma  da 
beynəbcalq  hüquq  deməkdir.  Bunu  nəzərə  almaqla,  beynəlxalq  hüquq 
sisteminin özündə 
ümumi beynəlxalq hüququ
  və 
partikulyar  beynəlxalq 
hüququ
 ayırmaq olar. Beynəlxalq məhkomə təcrübəsində çox geniş istifadə 
olunan «ümumi beynəlxalq hüquq» termini vasitəsilə bütün dövlətlər üçün 
məcburi  olan  beynəlxalq  hüquq  normalan  ifadə  olunur.  Bu  normalara 
hamılıqla  tanınmış  prinsiplər
  vo  ya 
hamılıqla  tanınmış  normalar
  da 
deyirlər.  Partikulyar  beynəlxalq  hüquqa  isə  müəyyən  regionda  və  ya  iki 
dövlət arasında mövcud olan normalar daxildü. Bu baxımdan, məsələn, hər 
hansı  bir  dövlətin  beynəbcalq  hüququ pozması  dedikdə,  biz  bunu  əslində 
həmin dövlətin bu vo ya digər səviyyədə öz üzərinə götürdüyü beynəbcalq 
öhdəliyi pozması kimi başa düşməliyik. 
3.
 
Beynəlxalq ümumi hüquq vo 
beynəlxalq xüsusi hüquq 
Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki avtonom 
normativ  komleks  və  elm  sahəsi  olan 
beynəlxalq  ümumi  hüquq
  (public 
intemational law) və 
beynəlxalq xüsusi hüquq
 (pri- 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə