Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

verirlər:  1)  bir  agentin  hərəkətləri  digər  agentin  qazancının 
itirilməsinə  səbəb  olur,  lakin  bu  itki  heç  kəs  tərəfindən 
kompensasiya  edilmir;  2)  sövdələşmənin  iştirakçısı  olmayan 
fərdiyyət,  yaxud  qrup  (üçüncü  şəxslər-resipietlər)  itkiyə  məruz 
qalırlar.  Zahiri effektlər  yalnız ehtiyatların məhdudluğu şəraitində 
meydana  gəlirlər.  Ekoloji  sferada  onlar  o  vaxt  fəallaşır  ki,  firma 
(müəssisə) zərərli tullantını həddi normadan (limitdən) çox artırır. 
Bunu isə ətraf mühit dəf edə (neytrallaşdıra) bilmir. Ekstraliya isə 
elə ziyandır ki, (zərərdir ki,) onu ləğv etmək, aradan qaldırmaq üçün 
əlavə xərc tələb olunur (Bax: sxem 7). 
Assim Pt 
potensialı 

J. 
Vo 
V çirklənmə 
Sxem 7. Ziyan həddinin ərazinin assimilyasiya potensialı 
həcmindən asılılığı 
Zahiri effektlərin aşağıdakı növlərini ayırırlar: 
-
 
müvəqqəti (vaxtarası); 
-
 
qlobal (ölkələrarası); 
-
 
sektorlararası; 
-
 
regionlararası; 
-
 
lokal (yerli). 
Lokal ekstrenallar ən yaxşı öyrənilmiş zahiri effektlərdir. 
Bazarda  yaranmış  böhranlara  (fiasko  şəraitinə)  çox  təsir 
göstərən  amillərdən  biri  ictimai  rifahın  aşağı  olmasıdır.  Belə 
vəziyyət  bir  çox  halda  təmiz  su,  təmiz,  hava,  mənzərəli  landşaft, 
bitkilər və heyvanlar aləminin bioloji rəngarəngliyi 
46 


nin  pozulması  ilə  əlaqədar  olur.  İctimai  rifah  halının  aşağıdakı 
xüsusiyyətləri mövcuddur: 1) bölünməzlik; 2) istifadədən kimi isə 
məhrum  etmək  imkanının  olmaması;  3)  hər  bir  fərdin  (şəxsin) 
sərbəst  olaraq  rifahdan  istifadə  etməsi  və  heç  kəsi  buna  görə 
Ödəməyə məcburetmə imkanının olmaması. 
Kouz teoreminə görə hüquqların dəqiq müəyyən edildiyi 
şəraitdə, cüzi transaksion xərclərlə bazar avtomatik olaraq ictimai 
optimumu  təmin  edə  bilər  və  bu  halda  ekstcrnliləri  dövlətin 
tənzimlənməsinə  ehtiyac  qalmır.  Əgər  transaksiya  xərcləri  çox 
olursa,  o  zaman  hətta  mülkiyyət  hüquqları  olan  halda  da  bazar 
problemini  həll  etmək  qabiliyyətində  olmur.  Beləliklə,  bazar 
böhram  (fiaskosu)  səmərəli  istifadəni  təmin  etmir,  əlavə  xərclərə 
səbəb olur. Ekstralüərin baş verməsi, ictimai rifah halının olması, 
mülkiyyət  hüquqlarının  müəyyən  edilməsinə  tran-  saksional 
xərclərin olması ilə əlaqədar neqativ halların aradan qaldırılmasını 
dövlət  tənzimləməsinin  köməkliyi  ilə  təmin  etmək  olur.  Lakin, 
ekoloji  sahədə  tamamilə  dövlət  (inzibati)  tənzimləməsinə  ümüdlü 
olmaq düzgün deyildir. Eyni zamanda, ilişmələrə, büdrəmələrə rast 
gəhnir. Belə hallar izafi tələbləri həvəsləndirməklə ehtiyaclara aşağı 
qiymətlərin qo-yulması, əsassız subsidiyalara maliyyə köməkliyinin 
ayrılması, «siyasi rentalarm» axtarışı ilə özünü göstərir. 
Ekoloji sferada tənzim edilən bazar olmalıdır. Bu cari və 
perspektiv  ekoloji-iqtisadi  maraqları  razılaşdırmalıdır.  Xalis  bazar 
münasibətləri  ekoloji  effekt  olmayan  sahələrin  uçotunu  aparmağa 
məcbur etməlidir. Qeyd etmək lazımdır ki, xüsusi (şəxsi) bazarlarda 
ətraf  mühitin  çirklənməsi  nəzərə  alınmır  və  bununla  da  lazımsız 
(səmərəsiz) malların istehsalı özünə yer tapır. Bazarın görünməz əli 
burada  işləmir.  Əksər  xarici  iqtisadçıların  fikrincə,  ekoloji 
tənzimləmə ekoloji sabit inkişaf nəzəriyyəsinə tamamilə uyğun 
gəlir.  Bir  çox  ölkələrdə,  həmçinin  Rusiyada  dövlətin  qarant 
kimi  ətraf  mühitin tamlığını və ekoloji təhlükəsizliyinin təmin 
edilməsi  keşiyində  olduğu  qeyd  edilir.  Habelə  qeyd  edilir  ki, 
bazar  mexanizmləri  dövlət  tənzimləməsi  ilə  birlikdə  iqtisadi 
stimulu formalaşdırmalıdır. 
47 


3.3.
 
Zahiri effektlərin beynəlmiləlləşdirilməsi 
Zahiri  effektlər  üçüncü  tərəfə  çatdığı  bir  şəraitdə 
müəssisələr (firmalar) optimal miqdardan çox mal istehsal edirlər və 
çirkləndiricilərin  qiymətləri  aşağı  düşür.  Nəticədə  müəssisə  ətraf 
mühitin  çirklənməsinin  qarşısını  almaq  yolları  axtarmır. 
Çirkləndiricilərin təbiəti mühafizəyə stimulunu artırmaq məqsədilə 
zahiri effektləri onların daxili xərclərinə döndərmək zərurəti ortaya 
çıxır.  Yəni  «qurbanlıq  ödəyir»  prinsipini  «çirkləndirici  ödəyir» 
prinsipinə döndərmək lazım gəlir. İlk dəfə A.Piqu hələ 1932-ci ildə 
zahiri  effektləri  inter-  nalizə  (döndərmək)  etmək  üçün  düzəlişlər 
vergisi  (Piquman  vergisi)  tətbiq  etməyi  təklif  etmişdir.  Zahiri 
effektlərin  inter-  nalizə  metodları  kimi  bütün  mümkün  olan  həm 
inzibati, həm də iqtisadi xarakterli ekoloji ödəmələr, vergilər və s. 
vasitələrdən  istifadə  etmək  olar  (8-ci  sxemə  bax).  Ümumi  şəkildə 
zahiri  effektlərin  internalizə  edilmə  prosesi  xüsusi  (şəxsi)  həddi 
əlavə xərclərə gətirib çıxarır ki, burada zərərin ödənilməsinə çəkilən 
xərclər  (MC)  ictimai  həddi  xərcələrə  (MCo)  daxil  edilmir.  Başqa 
sözlə, 
təkliflər 
əyrisinin 
(S) 
əmtəənin 
qiymətinin 
optimallaşdırılması  üçün  yerdəyişməsi  həyata  keçirilməlidir,  o 
əmtəənin ki, istehsalı zamanı ətraf mühit çirkləndirilir. 
8-ci  sxemdən  görünür  ki,  firma  (müəssisə)  özünün 
gəlirini  maksimum  həddə  çatdırmaq  üçün,  böyük  həcmdə  məhsul 
istehsal  edir  və  bununla  da  əsassız  olaraq  ətraf  mühiti 
çirkləndirmənin  həcmini  artırır.  Sosial  xərclərin  nəzərə  alınması 
(uçotu) təklif əyrisini sola tərəf hərəkət etdirir, onunla da cəmiyyətin 
mənafeini  əks  etdirir.  Nəzəriyyədə  zahiri  effektlərin  qiymət 
qoyulması  uçotu  sadədir,  lakin  əməli  işdə  onu  həyata  keçirmək 
çətindir.  Zahiri  effektlərin  beynəlmiləlləşdirilməsi  prosesini  əlavə 
olaraq  mürəkkəbləşdirən  amillərdən  biri  də  təbii  ehtiyatları 
çirklənmədən dəyən ziyanın və s. iqtisadi qiymətləndirmə hesabının 
aparılmasıdır: 
48 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə