IV
FƏSİL
TƏBİİ EHTİYATLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
4.1.
Təbii ehtiyatların iqtisadi
qiymətləndirilməsinin zəruriliyi və
əhəmiyyəti
Təbiətdən səmərəli istifadə, planlaşdırma, təbiətdən
istifadənin idarə edilməsi, habelə ekoloji-iqtisadi şəraitin öncə
görümü
(proqnozlaşdırılması)
təbii-ehtiyat
potensialının
ekoloji-iqtisadi qiymətləndirilməsini əhatə edir.
Təbii mühit insanların həyat fəaliyyətinə təminat
verməklə aşağıdakı funksiyalar yerinə yetirir:
1)
insanın təbii artımına təminat yaradır;
2)
təbii
ehtiyatlarla təmin edir; •
3)
tullantıları və çirklənməni
assimiliyasiya edir
(neytrallaşdırır);
4)
bir çox xidmət sahələrinə təminat yaradır:
rekreasiya-istirahət,
müalicə mənbəyi, estetik və s.
Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə bazar,
nə də qiymətləndirmə) bu funksiyaların real qiymətini vermək
qabiliyyətində deyildir və onların adekvat qiymətini müəyyən edə
bilmirlər. Ümumi hal kimi ya «sıfır» qiymətləndirmə, ya da
adətən, azaldılmış qiymət qəbul edilmişdir. Keçmiş SSRİ-də uzun
illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç kimə də
mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə israfçılığa səbəb
olmuşdur. Əslində göstərilənləri qiymətləndirmək üçün real
qiymətlər lazımdır. O cümlədən təbii rifah komponentlərini də
qiymətləndirmək lazım gəlir. Lakin həmişə təbii ehtiyatların
qiymətləndirilməsi müsbət olmalıdır. Təcrübədə hər hansı bir
rifahın «sıfır» qiyməti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət
üçün həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşaiyət
olunmursa.
Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və dərk
edərək təbii ehtiyatların payını,
iştirak dərəcəsini təsərrü
56
fat fəaliyyətİTidə-əmoyin nəticələrində, dəyər və qiymət
göstəricilərində,
aşkar etmək, müəyyənləşdirmək, dəqiqləşdirmək,
kəmiyyət amillərini təyin etmək zəruridir. Təbiət resurslarının
qiymətləndirilməsi hər hansı problemin həll edilməsində alternativ
variantların seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər
enerjinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab edilir.
Lakin bir çox hesablamalardan sonra məlum olur ki, geniş sahədə
su altında qalmış məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi
(zərəri) hiss edilir və elektrik enerjisindən alınan effektdən çoxdur.
Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvətlər
sırasına salınması məqsədəuyğun sayılır. Hazırda isə buraya əsas
kapital, maddi dövri kapital, vətəndaşların şəxsi mülkiyyəti cəlb
edilir. Bir çox qiymətləndirmələrə görə milli zənginliklərin
(sərvətlərin) 40 %-dən çoxu müasir statistikada nəzərə alınmır.
İqtisadi inkişafın ənənəvi göstəricilərində düzəlişlərin tələb
olunur. Onların arxasında təbiətin tənəzzülü gizlənir. Adətən,
ekoloji amilin nəzərə ahnması (uçotu) ümumi daxili məhsulun,
təmiz ümumi məhsulun səviyyəsini aşağı salır. Yaponiyada
1990-cı ildə «daxili ekoloji məhsul» ənənəvi təmiz ümumi
məhsuldan 2,31 % aşağı və 16,3 % ekolojisiz ümumi daxili
məhsuldan az olmuşdur.
BMT və bəzi ölkələr iqtisadi inkişafın əsas
göstəricilərində «yaşıl» ölçmələr üçün cəhd göstərirlər. Xüsusən,
yaşıl hesabların hazırlanmasına başlanmış və ya ekoloji-iqtisadi
uçot sistemi tətbiq edilir. İnteqrallaşdırılmış iqtisadi və ekoloji
gös-təricilər sistemi təklif edilir:
-
humanitar inkişaf indeksi (BMT), normal həyat üçün zəruri
olan ömrün uzunluğunu, bilik səviyyəsini və təbii ehtiyatlara
malik olmanın səviyyəsini nəzərə alır.
-
sabit iqtisadi rifah indeksi (səmərəsiz təsərrüfatçılığm
ekoloji xarakterli xərclərini nəzərə alan kompleks göstərici).
Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərindən biri
Q.Dali göstərir ki, ekoloji «həqiqətlər» qiymətləndirilməli-
^1
dir. Real komponentləri makro
və mikro səviyyədə iqtisadi
göstəricilərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi -
sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir və iki əsas
funksiyanı yerinə yetirir:
“ elmi (nəzəri), yəni «nəyə malikik, nəyimiz vardır?» sualına
cavab verir;
-
həvəsləndirici (stimullaşdırıcı).
Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə.'
-
təbii ehtiyatların istifadəsinin variantlarının növbəlilik
dərəcəsini seçməklə;
-
təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən zərəri və
təbiəti mühafizə xərclərinin effektini (səmərəsini, xeyrini)
qiymətləndirməklə;
-
təbiətdən səmərəli istifadənin stimullaşdırılması üzrə
tədbirlərin
əməli rolunu qiymətləndirməklə;
-
təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirkləndirməyə
görə ödəmənin məbləğinin, vergilərin qoyulmasının, icarə
ödəmələrinin əsaslandırılması ilə.
Təbii ehtiyatlann iqtisadi qiymətləndirilməsi kadastrın
tərkib və çox vacib elementidir. Kadastr sistemləşdirilmiş
məlumatların toplusudur: buraya keyfiyyət və kəmiyyətcə təbiət
obyektlərinin və hadisələrin siyahısı cəlb edilir. Kadastrlar təbii
ehtiyatların növləri üzrə tərtib edilir: su, meşə, torpaq, faydalı
qazıntı yataqları, xüsusi qorunan ərazilər və s. Təəssüf ki,
kadastrlar bütün ehtiyatlar və obyektlər üzrə tərtib edilməmişlər.
Odur ki, onlar bütövlükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat
potensialını qiymətləndirməyə imkan vermirlər.
4.2.
Təbii sərvətlərin və xidmətlərin iqtisadi
qiymətləndirilməsinə yanaşmalar
Təbii obyektlərin iqtisadi qiymətləndirilməsi əksər
istehlakçılar üçün faydanın (xeyirin) müəyyən edilməsidir, yəni
58