Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

ekoloji sferada bazar münasibətlərinin tətbiqi həyata keçirilməlidir. 
 
Sxema 2. Təbii ehtiyatlar üzərində mülkiyyət 
münasibətləri sistemi 
Bütövlükdə  təbii  ehtiyatlar  üzərində  mülkiyyət 
münasibətləri mürəkkəb struktura malikdir və elə bir sistem yaranır 
ki, həmin münasibətlər inkişaf etməklə yanaşı həm də təkmilləşir 
(Bax:  sxema  2).  Bu  strukturda  münasibətlərin  və  formaların 
mahiyyətini  izləmək  olar.  Buradakı  ziddiyyətləri  mülkiyyət 
hüquqları ilə müəyyən etməklə tənzimləmək mümkündür: sosial və 
təsərrüfat subyektləri arasında, həm də iqtisadi realiza- siya sistemi 
vasitəsilə. 
2.3.
 
İqtisadi qanunların ckolojiləşdirilməsi və ekoloji- 
iqtisadi qanunauyğunluqların təhlili 
Real  həyatda  iqtisadi  qanunlar  işlədikcə  öz  təsirini 
göstərir. Qanunların fəaliyyəti və istifadə mexanizmləri bir- birini 
tamamlamalıdır, iqtisadi qanunlar obyektivdir, ekoloji- 
35 


iqtisadi 
qanunauyğunluqlar 
isə 
çox 
zaman 
şərti 
qiymətləndirildiyindən  insanların  subyektiv  fəaliyyətinin  nəticəsi 
kimi qəbul edilir. 
İqtisadi qanunların istifadə prosesi üçün ən vacibi onların 
dərk  edilməsidir.  İqtisadi  qanunların  dərk  edilmə  prosesi  maddi 
əsasların 
öyrənilməsini, 
habelə 
onların 
fəaliyyətinin 
ekoloji-iqtisadi şəraitini tələb edir. Bu isə öz növbəsində, qanunun 
fəaliyyətinin  məhdudlaşmasına,  modifikasiyasma,  yaxud  yeni 
qanunlann yaranmasına gətirib çıxarır. 
Bir çox alimlər ekoloji şəraitlərin iqtisadi qanunlan- mn 
əhatə dairəsinə onların ekologiyalaşdırılması kimi baxırlar. İqtisadi 
qanunların ekologiyalaşdırılması (ekofil yaxud ekofob formada) o 
zaman baş verir ki, ekoloji-iqtisadi hadisələr və proseslər özlərini 
artıq fəaliyyətdəki qanunların səbəb-nəticə əlaqələrində çox aşkar 
göstərirlər.  İqtisadi  qanunların  ekoloji-  ləşdirilməsi  yeni  iqtisadi 
qanunların  yaranmasına,  fəaliyyətdəki  qanunların  dəyişməsinə 
(modifikasiyasma) və inkişafına səbəb olur. 
 
1,2,4,5,6,7- İqtisadi hadisə və proseslər 
3,8- ekoloji-iqtisadi hadisə və proseslər. 
Sxem 3. İqtisadi qanunların ekolojiləşdirilməsi prosesi 
36 


3-cü  sxemdən  göründüyü  kimi,  iqtisadi  qanun,  hətta 
insanlar  ekoloji-iqtisadi  hadisələri  qəbul  etməsələr  də,  öz 
fəaliyyətini  davam  etdirməlidir.  Bu  zaman  iqtisadi  qanunun  cko- 
fob  forması  özünü  göstərəcəkdir.  Əgər  insanlar  ekoloji 
problemlərin  iqtisadiyyatın  inkişafında  rolunu  nəzərə  alsalar,  o 
zaman  qanunun  ekologiyalaşdırılmasının  ekofil  forması  özünü 
göstərəcəkdir. 
Cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqələrinə  hələlik 
«cəmiyyət və təbiət» yaxud «noosfer kompleksi kimi yox», sistem- 
lərarası kompleks kimi baxmaq olar. Bu kompleks sistemdə təbiət 
və  iqtisadi  qanunların  bir-birinə  bağlanması  tələbatı  ortaya  çıxır. 
Ekologiyalaşdırılmış  iqtisadi  qanunlarla  təbiət  qanun-  lannın 
qarşılıqlı 
təsiri 
(fəaliyyəti) 
nəticəsində 
ekoloji-iqtisadi 
qanunauyğunluqlar  meydana  gəlir.  Həmin  qanunauyğunluqlar  bir 
sıra  qanunların  səbəb-nəticə  əlaqələri  kimi  özlərini  təzahür 
etdirdikdə geniş tətbiq olunmaq imkanına malik ola bilirlər. Onların 
tələblərinə  praktikada  (həyatda)  riayət  etməmək  insanın 
fəaliyyətində birdən-birə özünü göstərmir. 
Elmin 
indiki 
səviyyəsində, 
ekoloji-iqtisadi 
qanunauyğunluqların mahiyyətini tam mənada dərk etmək çətindir. 
Lakin  iqtisadi  və  təbii  hadisələr  arasındakı  xeyli  əsas  parametrlər 
artıq  aşkar  edilmişdir.  Bu  əsas  qarşılıqlı  əlaqələr  ekoloji-iqtisadi 
prinsiplər və ya əsas qaydalar adlanırlar. Ümumilikdə, əgər insanlar 
öz əməli fəaliyyətlərində bu prinsiplərə riayət etsəydilər, o zaman 
sabit  inkişaf  modelinə  keçid  problemi  gələcəkdə  çox  az  iqtisadi 
xərclər hesabına başa gələrdi. 
Ekoloji-iqtisadi  prinsiplərə  müəyyən  edilmiş  və  qəbul 
edilmiş aşağıdakı qarşılıqlı əlaqələri aid etmək olani) ətraf mühitin 
keyfiyyət  vəziyyəti  ilə  iqtisadi  zərərin  (ziyamn)  arasındakı 
əlaqəsini.  Qeyri-sabit  ekoloji  şəraitdə,  antropogen  təsirin  təbii 
sistemlərə  təsiri  artmırsa,  bütün  bunlara  baxmayaraq  zərərin  illik 
artımı  3-5%  təşkil  edəcəkdir;  2)  ekoloji  məqsədlər  üçün  ayrılmış 
maliyyə  vəsaitin  (kapital  qoyuluşun),  ətraf  mühitin  vəziyyəti  ilə 
mütənasib  qurulmasını.  Ekoloji  şəraitin  sabit  saxlanması  naminə 
təbiətdən səmərəli istifadəyə hər il ümumi da 
37 


xili məhsulun (ÜDM) 2-3 % qədər vəsait ayrılmalıdır. Əgər ekoloji 
şərait gərgindirsə bu faiz 5-6, hətta 10-15 olmalıdır. Belə bir fikir 
var  ki,  təbiəti  mühafizə  fondları  cəmiyyətin  əsas  fondları 
strukturunda  15  %  qədər  olmalıdır.  Göstərilənlərlə  yanaşı  həyat 
səviyyəsi  (keyfiyyəti)  ilə  ətraf  mühitin  çirklənməsi  arasındakı 
asılılıq (Kuznets əyrisi) - qanunauyğunluq 4-cü sxemdə verilmişdir. 
Ətraf mühitin mühafizəsinə ayrılmış xərclərin həcmi ilə 
ətraf  mühitin  keyfiyyəti  arasındakı  qanunauyğunluğu  istehsalat 
imkanları əyrisindən istifadə etməklə (sxem 4») və ekoloji-iqtisadi 
potensialın  (EİP)  təbii  mühitin  çirklənməsi  arasındaL  asılılıqla 
(sxem 4^^) ifadə etmək olar. 
 
Sxem 4. 
çirklənmə 
Sxem 4®. 
Sxem 4^ 
Fərz  edək  ki,  cəmiyyət  bütün  ehtiyatlarını  (maddi, 
əmək)  yalnız  ÜDM  artımına  sərf  edə  bilər.  Belə  halda  ÜDM 
oxunun  B  nöqtəsi,  ekoloji-iqtisadi  potensialın  toplanmasına  sərf 
edilər.  EİP  oxunda  A  nöqtəsi  AEBV  əyrisini,  yəni  istehsalat 
imkanlarını ifadə edir və ÜDM istehsalının mümkün maksimum 
həcmi  və  EİP-ın  bütün  ehtiyatlarının  tamamilə  istifadəsi  zamanı 
müxtəlif  variantları  əks  edir.  Əgər  cəmiyyət  nəğd  resursların 
müəyyən  hissəsini  sabit  inkişafı  təmin  etmək  üçün 
ekolojiləşdirdiyi  potensialın  saxlanmasına  ayırarsa,  belə  halda 
ÜDM maksimum zəruri istehsalını təmin edəcəkdir. Burada 
38 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə