Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

-
 
statistik hesabatların ilkin və sonrakı məlumatları (istifadə, 
mühafizə, bərpa və s.); 
-
 
təbii mühitin ehtiyatlarının balanslaşmasınm kəmiyyət və 
keyfiyyət göstəriciləri; 
-
 
ehtiyatlarla təminedilmə səviyyəsi. 
İndiyə  qədər  ekoloji-iqtisadi  göstəricilər  üzrə  əsas 
statistik sənədləşmələr aşağıdälalardır: 
-
 
atmosfer havasının mühafizəsi-forma 2 TP (hava); 
-
 
sudan istifadə-forma 2 T (su təsərrüfatı); 
-
 
toksiki tullantıların yaranması, artımı, istifadəsi və 
yerləşdirilməsi hesabatı-forma 2 TP (toksik tullantılar); 
-
 
su mühafizə obyektlərinin tikintisi və çirkli suların axın- 
tısının dayandırılması haqqında hesabat-forma 3 -OS; 
-
 
ekoloji fondun vəsaitlərinin daxil olması və xərclənməsi 
haqqında hesabat-forma № 1 -ekofond; 
-
 
təbiəti mühafizəyə cari xərclər və ekoloji ödəmələr haqqında 
hesabat-forma 4 -OS və s. 
Ekoloji-iqtisadi  vəziyyətin  səciyyəsinin  informasiya 
bazası  kimi  ərazilərin  və  müəssisələrin  ekoloji-iqtisadi 
pasportlarından,  kompleks  sxemlərdən  və  proqramlardan  istifadə 
edilir. Ayrı-ayrı ekoloji xarakterli məlumatları statistik hesabatların 
digər formalarından da əldə etmək olar: meşə, su, kənd təsərrüfatı və 
s.  Ətraf  mühitin  vəziyyətinin  ekoloji-iqtisadi  analizi  üçün 
standartların da böyük əhəmiyyəti vardır. Standartlaşdırma dedikdə 
bütün  obyektlər  üçün  vahid  və  məcburi  tələbatlar  və  normalar 
nəzərdə  tutulur,  müəyyən  dövr  üçün  dəyişməz  olur.  Təbiəti 
mühafizə  üzrə  standartlar  sisteminə  ümumi  sıra  nömrəsi  -17 
olmaqla «Təbiəti mühafizə» bölməsi verilmiş yarım bəndlərdə isə 
konkret  mühit  göstərilmişdir.  Məsələn,  17,1-  «Təbiəti  mühafizə. 
Hidrosfera»  və  s.  Ekoloji  normallaşdırma  çirklənmələri  ətraf 
mühitdə  yol  verilə  bilən  həddə  saxlamaq  üçün  aparılır. 
Normativlər-maddələrin  zaman,  sahə  və  həcm  vahidinə  düşən 
miqdarı ilə müəyyən edilir. 
Ekoloji  normalaşdırmanın  əsas  məqsədi-  iqtisadi  və 
ekoloji proseslərin qarşılıqlı əlaqələrini nizamlamaqdan iba 
71 


rətdir. Həddi yol verilə bilən normativlər ekologiya və iqtisadiyyat 
arasındakı güzəştlərdən ibarətdir. Ekoloji normativlərin əsasını təbii 
tarazlıq  texnoloji  nizamlamaya,  insan  və  ətraf  mühit 
münasibətlərinə dair elmi təhlillər təşkil edir. 
Tullantılara  dair  müvəqqəti  razılaşdırılmış  göstəricilər 
iqtisadiyyatın  (müəssisənin,  təbiətdən  istifadə  subyektlərinin) 
texnoloji  imkanlarına  əsaslanır  və  insana,  təbii  şəraitə  normativ 
təsirə nə dərəcədə əməl  etdiyini göstərir. Elmi-texniki göstəricilər 
bütün parametrlər üzrə insana və ətraf mühitə təsirin həddinə necə 
riayət  edilməsinə  nəzarəti  xarakterizə  edir.  Müvəqqəti 
razılaşdırılmış  göstəricilər  əsasında  ətraf  mühiti  çirk-  ləndirmə 
limitləri təyin edilir. 
Tibbi- ekoloji normativlər isə insan sağlamlığına təhlükə 
təsirinin astanasım (sərhədini) səciyyələndirir. Tibbi göstəricilər iki 
növə  bölünürlər:  1)  Sanitar-gigiyenik  normativlər  zərərli 
maddələrin  hədd  qəlizliyi  (qatılıq  həddi),  radiasiya  təsirinin  yol 
verilən həddi; 2) Ekoloji normativlər - tikinti normaları, qaydaları 
və  s.  Həmin  normalara  nəzarət  məntəqə  və  stansiya  sistemləri  ilə 
həyata  keçirilir.  Bu  göstəricilər  çirklənmə  mənbələrini 
səciyyələndirirlər.  Çirkləndirici  maddənin  elə  qatdıq  həddi  yol 
verilə bilən hesab edilir ki, o insamn sağlamlığına birbaşa və dolayı 
təsir  etmir,  onun  iş  qabiliyyətini  aşağı  salmır,  ümumi 
əhval-ruhiyyəsinə pis təsir göstərmir. 
Hər  bir  çirkləndirici  maddə  üçün  iki  normativ- 
maksimal-birdəfəlik  (15-20  dəqiqə)  və  orta  gündəlik  qatdıq  həddi 
vardır. Havada eyni zamanda bir neçə zərərli maddə olarsa və onlar 
qarşılıqlı  əlaqədə  iştirak  edərsə,  aşağıdakı  effektlərə  malik  ola 
bilərlər:  neytrallaşdırma,  toplanma  və  si-  nergetik.  Zərərli 
maddələrin toplu qatdığı aşağıdakı şərti ödəməlidir: 
Z, Z, 
__L_ + ------ ^ + 
 
mq/l); 
HYQ, HYQ, 
HYQ„ 
Burada Z-zərərli maddənin faktiki qatdığı (mq/m-\ 
HYQ- Həddi yol verilən qatdıq (mq/m^ mq/l). 
72 


Sinergetik effekt o vaxt müşahidə edilir ki, iki nisbətən az 
təhlükəli  maddə  birləşərək  yüksək  toksiklik  dərəcəsi  olan  maddə 
yaradırlar. 
Toksiklik  dərəcəsinə  görə  zərərli  maddələr  4  sinfə 
bölünürlər:  I  -  fövqəladə  təhlükəli;  Il-yüksək  təhlükəli;  III- 
mülayim təhlükəli; IV- az təhlükəli. 
Təbii resursların istifadəsi (götürülməsi) normativləri də 
mövcuddur. Bu normativlər müəyyən müddət üçün təyin edilirlər. 
Eyni  zamanda,  ətraf  mühitə  yük  normalarının  həddi  də  müəyyən 
edilə  bilər.  Bu  normativlik  xüsusən  ərazi-sənaye  komplekslərinin 
formalaşdırılmasında,  sənayenin,  kənd  təsərrüfatının  inkişafında, 
şəhərlərin  tikintisində  çox  vacibdir.  Bu  zaman  təbii  mühitin 
özünübərpa meyarlarını aşmağa yol verilmir. Həm də müəssisələr 
ətrafında  sanitar-  mühafizə  zonalarının  müəyyən  edilmə 
normativləri  də  vardır.  Bu  zonaların  ölçüləri  onların 
müəssisələrinin sanitar təsnifatına (I-IV) müvafiq olur. Məhsul və 
xidmətlərin  ətraf  mühitin  təhlükəsizliyinə,  insanların  həyatına  və 
sağlamlığına təsiri dövlət standartları ilə müəyyən edilir, bu zaman 
ekoloji sertifikatlar, habelə məhsulun nişanlanması (markirovkası) 
tətbiq edilir. 
5.2.
 
Ekoloji-iqtisadi təhlil: məzmunu, məqsədi və vəzifələri 
Təbiətdən 
istifadənin 
təsərrüfat 
mexanizminin 
formalaşması  və  təkmilləşdirilməsi  iqtisadiyyat  və  ətraf  mühitin 
qarşılıqlı əlaqəsində mövcud şəraiti qiymətləndirmədən, həmçinin 
ekoloji-iqtisadi inkişafın gələcəyini müxtəlif səviyyələrdə təsəvvür 
etmədən mümkün deyildir. 
Ekoloji sferada proqnozlaşdırma (bilim) və planlaşdırma 
cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin həmahəngliyi- nin təmin 
edilməsində ən əsas istiqamətlərdən biridir. İnkişaf etmiş ölkələrin 
təcrübəsi  göstərir  ki,  ekoloji  böhranlann  dəf  edilməsində,  ətraf 
mühitin  qorunub  saxlanmasmda,  həm  milli  miqyaslarda,  həm  də 
regional səviyyədə əsas həll edilən vəziyyəti məhz milli fəaliyyət 
proqramları oynayır. 
73 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə