Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

özünəməxsus  bir  əmtəə  qrupunun  «qiyməti»  ÜDM,  alternativ 
miqdarda digər əmtəə qrupunun EİP qiymətinə bərabər olacaqdır. 
İstehsalat  imkanlarının  əyrisindəki  E  nöqtəsi  ÜDM  və 
EİP-m optimal həcminə o vaxt uyğun gəlir ki, cəmiyyət təbiətdən 
səmərəli istifadəyə ÜDM-un 5-6 % ayırmış olsun. Bu nöqtə ekoloji 
vəziyyətin sabitləşməsi ilə təbii mühitin keyfiyyətinin yaxşılaşması 
arasındakı sərhəddi göstərir. Bu model ekoloji borc nəzəriyyəsi ilə 
tamamilə  uyğun  gəlir.  Belə  vəziyyət  cəmiyyət  ilə  təbiət  arasında 
kredit-pul  münasibəti  kimi  qiymətləndirilir.  Cəmiyyətdə  pul 
şəklində  ifadə  olunmuş  ekoloji  borc  təbiət  qarşısındakı 
kəsiridir-ödənilməmiş  borcdır.  4  b  sxemində  təbiətin  tənəzzül 
sektoru o deməkdir ki, cəmiyyət təbiət qarşısında borcla yaşayır, O, 
V xətti onu göstərir ki, cəmiyyət öz borcunu faizlə ödəyir. Yalnız 
ekoloji  vəziyyətin  sabitləşməsi  sektorunda  cəmiyyətlə  təbiət 
arasında  bərabər  hüquqlu  kredit-  pul  qarşılıqlı  münasibətləri 
müşahidə edilir. 
Deməli, tarazlı ekoloji-iqtisadi inkişaf o vaxt reallaşır ki, 
cəmiyyətdə  təbii  tarazlıq  nəzərə  alınmaqla  ekoloji  sferaya  lazımı 
məbləğdə  kapital  qoyuluşu  yönəldilmiş  olsun.  Belə  şəraitdə 
təbiətdən  istifadənin  arzu  edilən  vəziyyəti  (O,  E  xətti) 
«cəmiyyət-təbiət» münasibətlərinin sabit inkişaf trayektoriya- sına 
keçidi düzgün əks etdirər və noosferin tarazlı vəziyyətinə yaxınlaşa 
bilər. Kuznets əyrisi göstərir ki, sabit inkişaf o vaxt mümkündür ki, 
cəmiyyət  varlı olsun. Yalnız əhalinin  rifah halının  yüksək olduğu 
şəraitdə cəmiyyət təbiəti mühafizəyə kifayət qədər vəsait ayıra bilər. 
Bir sözlə, cəmiyyət çalışmalıdır ki, Kuznets əyrisi daha yastı qövsə 
malik olsun. 
Ekoloji-iqtisadi 
qanunauyğunluqlar 
cəmiyyət-təbiət 
əlaqəsinin həmahəng (harmonik) olmasına xidmət etməlidir. Buna 
nail  olmaq  üçün  ən  vacib  amil  təbii-istehsalat  ritmlərinin 
razılaşdmması (sinxron) olmalıdır. 
39 


 
Sxem 5. Kuznets əyrisi 
Məlumdur ki, həm iqtisadiyyat, həm də təbiət özlərinin 
inkişafında  müəyyən  mərhələdən  keçirlər.  Cəmiyyət  və  təbiət 
qarşıdurmasında  bunun  proqnozunu  (bilimini)  verməmək,  nəzərə 
almamaq mümkün deyildir. Cəmiyyət özünün iqtisadi inkişafında 
dövriyyələri  (tsiklləri)  iqtisadi  yüksəlişdə  yox,  həm  də  təbii 
ehtiyatların  artmasında,  onlann  iqtisadi  qanunlara  təsirində  də 
nəzərə  alınmalıdır.  Biz  öz  fəaliyyətimizin  daima  təbii-istehsalat 
dövriyyələrinin  tələbatına  müvafiq  olaraq  ölçüb-  biçməli, 
inkişafımızı ona uyğunlaşdırmalıyıq. 
Özünüyoxlama sualları 
1 .Ekoloji-iqtisadi maraqlar və mənafelər nədir. 
2.
 
Ərazinin təyinatı (funksiyası) nədən ibarətdir. 
3.
 
Təbii ehtiyatlar üzərində subyektlər kimlər olmalıdır. 
4.
 
Təbii ehtiyatlar üzərində mülkiyyət münasibətlərinə nələr 
daxildir. 
5.
 
Ekoloji-iqtisadi hadisə və proseslərin iqtisadi hadisə və 
prosesdən asılılığı necədir. 
6.
 
Ekoloji-iqtisadi prinsiplər hansı əlaqələri əhatə edir, y.lstehsalat 
imkanları ilə ekoloji-iqtisadi potensial arasındakı 
əlaqə necə yaranır. 
8.
 
Kuznets əyrisinin məzmunu nədən ibarətdir. 
40 


III
 
FƏSİL 
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNDƏ DÖVLƏT VƏ 
BAZARIN ROLU 
3.1.
 
Ekoloji sahədə bazar haqqında 
müasir təsəvvürlər 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  bazar 
münasibətləri müxtəlif ekoloji sferada genişlənir: İldən-ilə ekoloji 
texnikanın  satış  dövriyyəsi  artır,  istehsalat  tullantılannm  bazarı 
genişlənir  və  s.  1990-cı  ildə  Almaniyada  təbiəti  mühafizə 
ehtiyacları üçün ixrac edilən məhsullar genişlənmiş, onlann ümumi 
dəyəri  8,0  milyard  marka  olmuşdur.  Bütövlükdə,  OESP-in 
qiymətləndirmə  məlumatına  əsasən,  ekoloji  məhsulların  və 
xidmətlərin satış qiymətləri 200 mlrd.dollar təşkil etmişdir. «90-cı 
illərin  ekobiznesi  başqa  sahələrə  nisbətən  daha  sürətlə  inkişaf 
edəcəkdir» proqnozu, əsasən təsdiqləndi. 
Bazar  mexanizmi  təbii  sərvətlərin  gəlirli  sahələrinə 
sərmayə qoyuluşuna şərait yaradır. Ekotexnikanın istehsalı, ekoloji 
məhsulların və təmiz texnologiyaların geniş miqyasda tətbiqi bazan 
fəth  etməkdə  yeni  bir  silaha  çevrilmişdir.  Təsadüfi  deyil  ki, 
Yaponiyada 
«ekobiznes 
sahəsində 
tədqiqatlar 
komitəsi» 
yaradılmışdır.  Onun  məqsədi  iqtisadiyyatın  inkişaf  istiqamətini 
ekoloji  təhlükəsiz  texnologiyalar  yaratmağa  yönəltməkdən 
ibarətdir.  Bütövlükdə ekobiznes cəmiyyətin  reaksiyasına söykənir 
və  sahibkarlar  təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsinə 
daha  çox  diqqət  yetirirlər.  Ekobiznesin  əsasında  ekomarketinq  və 
ekoloji  menecment  inkişaf  etməyə  başlamışdır.  Bir  sıra  ölkələrdə 
aparılan  sorğu  göstərdi  ki,  istehlakçılar  daha  çox  ekoloji  təmiz, 
lakin  baha  mallara  üstünlük  verirlər.  Müvafiq  olaraq  firmalar  da 
ekoloji  təmiz  məhsullar  buraxmağa  başlamışlar.  Məsələn,  fransız 
firmalarından  biri  34  adda  ekoloji  təhlükəsiz  məhsullar  istehsal 
etmişdir ki, onlann 
41 


arasında  civəsiz  elektrik  akkumulyator  batareyalan,  qəhvə  üçün 
süzgəcləri və b. göstərmək olar. 
Ekologiya  bu  gün  mallara  (əmtəələrə)  əlavə  istehlak 
qiyməti qoyulmasını tələb edir. Alıcılar, ekoloji təmiz məhsul üçün 
əmtəələrə  əlavə  qiymət  qoyulmasına  yəqin  ki,  razıdırlar  və 
məhsulların  ekolojiiiyi  haqqında  informasiyanı  çox  həssaslıqla 
izləyirlər.  Təmizlik  və  keyfiyyət  standartları  Almaniyada  və 
Hollandiyada daha çox yüksəkdir. Ekoloji tələblərə müvafiq olaraq 
atributikası da dəyişir. 
Kanadada  üç  ağcaqayın  yarpağının  davamı  kimi  üç 
göyərçin ekoloji təmizlik rəmzinə çevrilmişdir. Yaponiyada həmin 
atributika «e» şəkilli yaşıl kürəni qucaqlayan əllərdir. ABŞ-da Yer 
kürəsi  fonunda  xaç,  Almaniyada  isə  1977-ci  ildən  «Ekologiyanın 
mavi  mələyi»  diqqəti  cəlb  edir.  Skandinav  ölkələrində  isə  sabit 
ekoloji  inkişafın  simvolu  kimi  quş  təsvir  edilir.  Avropa  İttifaqı 
çərçivəsində  Avrostandartm  markası  «ES».  Rusiyada  məhsulun 
ekolojiiiyi  «Ekoloji  təmiz  məhsul»  qrifi  ilə  gedir.  Bundan  başqa 
malların  üzərində  tərsinə  yaşıl  əqrəb  işarəsi  də  ekoloji  təmizliyə 
işarə  kimi  yox,  onu  təkrar  işlətmək  (istifadə  etmək)  imkanına 
işarədir. 
Ekoloji  sferada  aşağıdakı  çeşidlər  qrupundan  ibarət 
bazarları  ayırmaq  olar:  1)  təbii  ehtiyatların  ayrı-ayrı  növlərini;  2) 
ckotexnikanı;  3)  ekoloji  təmiz  məhsulu;  4)  tullantıları;  5)  ekoloji 
xidməti.  Bazarlar  bu  sferada  digər  adi  bazarlar  ilə  ümumi  cəhətə 
malikdirlər,  lakin  öz  spesifikliyi  vardır.  Yuxarıdakı  hər  bir  bazar 
növləri  müvafiq  strukturlara  malikdir.  Onların  arasında  ən  çox 
maraq  doğuran  ekoloji  xidmətlər  bazarıdır.  Belə  xidmətlərin  sayı 
hələlik  20-ə  qədərdir.  Bunlardan  ən  geniş  yayılmışı  marketinqdir 
(ekoloji təmiz məhsula və texnikaya tələbatı öyrənmək), sonra isə 
elmi-tədqiqat-sınaq-  konstruktor  işləri,  «nou-xau»,  «injinerinq», 
«lisenziya» (xüsusi icazə), lizinq, tədris-təhsil, ixtisası artırma və s. 
xidmətlərdir. Ən mütəhərrik sahə tullantılardır, çünki ilkin xammala 
qiymətlər getdikcə artmaqdadır. Üstəlik tullantılardan təkrar 
42 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə