Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

xammal  kimi  istifadə  nəinki  iqtisadi  faydadır,  həm  də  ekoloji 
nailiyyətdir. 
Ekoloji  sferada  bazarın  özünəməxsus  xüsusiyyətləri 
vardır.  Belə  ki,  burada  «mallar»  və  təbii  ehtiyatlara  mülkiyyət 
spesifik xarakter daşıyır. Təbiəti mühafizə tədbirləri həmişə maddi 
məhsul vermir. Bu işlərin nəticəsində ekosistemlərə, təsərrüfata və 
əhaliyə  dəyəcək  ziyanın  qarşısı  alınır,  yaxud  da  ətraf  mühitin 
keyfiyyətini  yaxşılaşdırmaqla  yaşayış  mühiti  yararlı  hala  salınır. 
Təbiəti  mühafizəyə  sərf  olunmuş  kapital  qo-yuluşu  əslində 
müəssisənin fərdi vəsaitliyindən çıxır, belə ki, ekoloji effekti əhali 
və  digər  müəssisələr  qazanmış  olur:  məsələn,  meşələrin  bərpası, 
yeni  meşələrin salınması ətraf mühit  üçün əlverişli  şərait  yaradır, 
torpaqların  eroziyasının  qarşısı  alınır  və  s.  Bazar  şəraitində 
müəssisələr alıcılara istehlakçılara) mal (əmtəə, məhsul) təqdim edə 
bilmirlər.  Başqa  sözlə,  «ekoloji  mallar»  -ictimai  rifahdır,  xarici 
effektdir, onları fərdi istehlakçılara satdırmaq xeyli çəlindir. 
 
Sxem 6. Ekoloji şəraitin bazar iqtisadiyyatında yeri 
43 


Ekoloji  şəraitin  bazar  iqtisadiyyatında  yerini  təsəvvür 
etmək  üçün  R.Nussbaumun  piramidasına  diqqət  yetirək:  onun 
fikrincə  bu  piramidanın  əsasını  (oturacağını)  ətraf  mühit  və  təbii 
ehtiyatlar təşkil edir. Yuxarıdakı mərtəbədə fəhlə qüvvəsi və kapital 
(sərmayə,  pul)  yerləşir.  Sonrakı  mərtəbədə  müəssisələr,  firmalar 
fəaliyyət  göstərirlər.  Piramidanın  zirvəsi  bilavasitə  məhsullar  və 
xidmətlər bazarına verilmişdir. Ənənəvi bazar kiçik kontur (dairə) 
ilə işləyir və ekoloji sferaya qismən müdaxilə edir, əsasən istehsalat 
prosesinə  təbii  ehtiyatların  cəlb  edilməsi  şəraitində  özünü  büruzə 
verir (Bax: sxem 6). 
Bazar  onunla  fərqlənir  ki,  istehsalçı  (satıcı)  istehsal 
etdiyinin  sahibi  (mülkiyyətçisi)  olur,  alıcı  isə-aldığı  məhsulun 
(əmtəənin).  Lakin  heç  də  bütün  təbiət  obyektləri  istehsalçıların 
mülkiyyəti  ola  bilməz,  çünki  onların  bəziləri  ümumi  mülkdir 
(əmlakdır)  və  ya  hamının  malıdır.  Bəzi  rifahı  formalaşdıran  təbii 
əsaslar hava, su, ətraf mühitin təmizliyi ilkin istehlaka (tələbata) aid 
olub,  birbaşa,  bilavasitə  istifadə  olunur  və  kollektiv  (ümumi)  irsi 
təşkil edirlər. Bunlar isə fərdiyyətləşdirilə bilməz. Eyni zamanda bir 
çox rifah elementləri daşma bilməzlər. Lakin bu 
0
 demək deyildir 
ki,  bazar  münasibətləri  ekoloji  sferada  mövcud  ola  bilməz.  Təbii 
obyektləri yeni metodlar, yollar axtarmaq vasitəsilə mülkiyyətin çox 
subyektliyi  sosial  və  təsərrüfat  subyektlərinin  qarşılıqlı  əlaqələri 
əsasında  alqı-satqı  prosesinə  cəlb  etmək  vacibdir.  Yəni  elə  etmək 
lazımdır  ki,  bazar  münasibətləri  böyük  dairə  üzrə  fəaliyyət 
göstərsin. 
3.2.
 
Bazarın uğursuzluğu. Zahiri effektlər və 
ictimai rifahlar 
Təmiz  bazara  keçid,  xüsusən  təbiəti  mühafizədə,  əsaslı 
surətdə  həyəcan  doğurmaya  bilməz.  Çünki,  bazar  münasibətləri 
avtomatik  yolla  (birdən-birə)  təbiətin  sağlamlaşdırılmasına  imkan 
yaratmır.  Ekoloji  sferada  boşluqlar,  uçurumlar,  uğursuzluqlar 
(fiasko) və yaxud bazarın «kifayət etməyəcək dərəcədə» fəaliyyəti 
özünü biruzə verir. Bazar münasibətləri eko 
44 


loji təhlükəsiz texnologiyanın (texnikanın) tətbiqinin ətalətli olması 
ilə  səciyyələnir.  Belə  halda  heç  də  həmişə  ehtiyatların  effektiv 
istifadəsini (paylanmasını) təmin etmək imkanında deyildir, belə ki, 
bazar  qiymətləri  özündə  alternativ  dəyər  qiymətlərini  əks  etdirə 
bilmir və istehlakçıya (alıcıya) yalan informasiya verir. 
Bazardakı «boşluqların» (fıaskonun) mənbələri bunlardır: 
-zahiri  effektlər;  ictimai  rifah;  rifah  üçün  qiymətlərin 
olmaması;  transaksion  xərclər;  mülkiyyət  hüquqları;  biliyin 
olmaması  və  informasiyada  qeyri  -  müəyyənlik;  uzaqgörənliyin 
olmaması («ekoloji yaxmgörmə»). 
Qeyd  olunan  mənbələrin  əksəriyyəti  birbaşa  və  dolayı 
olaraq ekoloji sferaya aiddir. Adətən bazardakı böhranı bəzən ətraf 
mühitin  firmalar  tərəfindən  çirkləndirilməsi  ilə  əlaqələndirirlər. 
Belə ki, istehlakçılara (region  əhalisinə) çirkləndiricilər tərəfindən 
olan  təsir  iqtisadi  və  hüququ  münasibətlərlə  tənzimlənmir.  Bu 
çirklənmələr  zahiridir,  xarici  (eksternal)  effekt  və  bazar 
qiymətlərində  öz  əksini  tapmır.  İstehlakçılar  (alıcılar)  çox  zaman 
mülkiyyət  hüquqları  olmadığından,  yaxud  yüksək  transaksiya 
xərclərinə görə bazar sövdələşməsində iştirak etmirlər və ona görə 
də «günahlardan» onlara dəymiş ziyana görə kompensasiya (əvəz) 
tələb edə bilmirlər. Alıcıların bazar qiymətlərində yaranan itkiləri öz 
əksini  tapmır.  Halbuki,  həmin  malların  istehsah  ətraf  mühiti 
çirkləndirir. Zahiri effektlə rifahın ictimai dəyəri təklif edilir. 
Ümumiyyətlə,  «zahiri  effektlər»  kateqoriyası  (anlayışı) 
təbiətdən  istifadənin  iqtisadiyyatında  fövqəladə  bir  anlayışdır. 
Zahiri  effektlərin  yaxud  eksternalın  mövcud  olması  haqqında  ilk 
dəfə  neoklassiklər  məlumat  vermişlər.  A.Marşall  zahiri  qənaət 
anlayışını,  A.Pitu  isə  neqativ  zahiri  effektlər  haqqında  misal 
gətirmişdir.  Eksternallar-iqtisadi  fəaliyyətin  zahiri  effektləridir 
(xərcləridir)  ki,  üçüncü  tərəfə  (şəxsə)  müsbət  və  ya  mənfi  təsir 
göstərir. Təbiəti mühafizədə ekstemalilərin əksəriyyəti mənfi olur. 
Mənfi zahiri xərclər aşağıdakı şəraitdə baş 
45 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə