Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

təmin  etsin  və  bununla  da  ətraf  mühitin  çirklənməsinə  və  ekoloji 
sistemlərə  bu  gün  qarşısının  alınmasına  çəkilən  xərclərin  ümumi 
məbləğini azaltsın. Ekoloji-iqtisadi ümumiləşdirmə istehsalın elə bir 
texnoloji üsulunu açır və tətbiq edir ki, bu ətraf mühitin imkanlarına 
(ekoloji tutuma) söykənsin. 
Yuxarıda  nəzərdən  keçirilən  subyektin  təyin  edilməsi 
prinsiplərindən  başqa,  eyni  zamanda  təbii  zənginliklərin  ictimai 
əhəmiyyətini (qiymətini) də nəzərə almaq lazımdır. 
Təbii  ehtiyatlarla  bağlı  mülkiyyət  formalarına  eyni 
zamanda  kapital  tutumu,  vəsaitlərin  dövretmə  sürəti  və  s.  təsir 
göstərə  bilər.  Mülkiyyət  münasibətlərinin  təbiətdən  istifadədə 
formalaşmasında  xalqın,  milli  ənənələrin  (rejimlərin)  uçotunun 
böyük  əhəmiyyəti  vardır.  Təbiətə  dair  bir  çox  qadağalar  hələ  də 
qalmaqdadır.  Onlar  yazılmamış  təbiəti  mühafizə  qanunları 
qüvvəsində  qalmaqdadır,  çünki  keçmiş  nəslin  təcrübə  sınağından 
çıxmışlar. 
Mülkiyyət konkret olaraq sahiblik (yiyəlik) vasitəsilə üzə 
çıxır  və  müxtəlif  mülkiyyət  subyektləri  ilə  bilavasitə  əlaqədardır. 
Onlar  mülkiyyətin  üç  əsas  funksiyasına  əsaslanmalıdır:  1) 
sərvətlərin müstəsna mənsubiyyətini təyin etmək və qeydə almaq; 2) 
«şəxsi»  istehsal  vasitələrinin  istifadəsinə  daimi  marağın  mənbəyi 
olmaq,  3)  tale  üçün,  onun  səmərəli  funksiya  göstərməsi  üçün 
məsuliyyət kəsb etmək (yaratmaq). İlk funksiyanı, çıxış nöqtəsi və 
əsas  olaraq  mülkiyyəti  əmlak  (mülk)  kimi,  xalqa  mənsubluq  kimi 
qəbul  etmək  lazım  gəlir.  Qalan  iki  mülkiyyət  funksiyası  fəal, 
həvəsləndirici  xarakter  daşıdığından,  mülkiyyət  subyektlərinin, 
onlara məxsus olan ekoloji-iqtisadi maraqlara müvafiq olaraq xususi 
şəxslərin müəyyən edilməsini (personifikasiyasım) tələb edir. 
Təbii  obyektlərə  mülkiyyət  funksiyalarını  nəzərdən 
keçirərkən başqa bir tərəf «sosial (birinci funksiya)-təsor- rüfatçılıq 
(ikinci  və  üçüncü  funksiya)»  subyektlər  sistemi  ola  bilər.  Sosial 
subyekt  dedikdə-xalq,  icma,  sahə  kollektivi,  istehsalat  kollektivi, 
şəxs,  təsərrüfatçı  dedikdə  isə-dövlət,  respublika,  vilayət, 
bələdiyyələr, idarələr, müəssisələr və işçilər 
32 


nəzərdə  tutulur.  Hyni  zamanda  sosial  subyektlər  də  təsərrüfatçı 
funksiyasını yerinə yetirə bilər. Lakin bir-birinə adekvat olan sosial 
və təsərrüfatçı subyektlərin maraqları kəskin surətdə fərqlənəcəkdir. 
Təbii 
sərvətlərə 
monopolist-mülkiyyətçini 
ya.\m 
buraxmaq  olmaz,  ona  görə  ki,  resurslar  üzərində  mülkiyyətin 
iqtisadi məzmunu (mahiyyəti) xalqların həyat və fəaliyyətinin əsası 
kimi  özünü  göstərir.  Bu,  o  deməkdir  ki,  təbiətdən  istifadədə 
mülkiyyət çoxsubyektli olmalıdır. Bu sferada mənimsəmək yalnız o 
şəraitdə  effektiv  (səmərəli)  ola  bilər  ki,  o  çox  səviyyəli  və  çox 
subyektli  olsun.  Odur  ki,  təbiət  obyektlərinə  mülkiyyət 
münasibətlərini  müəyyən  edərkən,  eyni  zamanda  nəyin  dövlət 
mülkiyyətində  qalmasını,  nəyin  isə  xüsusi,  bələdiyyə  və  ya  digər 
mülkiyyət  formasına  verilməsinə  diqqət  yetirmək  zəruridir.  Bu 
meyar  görünür-hansı  forma  məhsuldar  qüvvələrin  inkişafı  üçün 
daha  yaxşı  şərait  yaradır  və  təbii  sistemlərin  bioiqtisadi 
potensialının artmasına kifayət qədər maraqh olmağı məsləhət bilir. 
Təbii  resurslara  xüsusi  mülkiyyətin  olması  ilə  əlaqədar, 
xüsusən torpaq və meşədə bir çox məsələlər ortaya çıxır. 
İqtisadçılar arasında xüsusi mülkiyyətin mahiyyətini başa 
düşməkdə vahid yanaşma yoxdur. Bu forma müxtəlif, o cümlədən, 
kollektiv  də  ola  bilər.  Hər  hansı  formada  olmasından  asılı 
olmayaraq, təbii  obyektlər üzərindəki  xüsusi  mülkiyyət  «xalqların 
(əhalinin) həyat və fəaliyyətinin əsasını» təşkil edən münasibətlərə 
söykənməlildir. 
Xüsusi  mülkiyyət,  xüsusən  torpaq  üzərində,  digər 
mülkiyyət  formaları  kimi  təbii  ehtiyatlar  üçün  eyni  hüquqla 
fəaliyyət göstərməlidir. Bütün mülkiyyət formaları üçün vahid oyun 
forması  (hüquqlar  dəsti)  işlənib  hazırlanmalıdır,  özü  də  təkcə  bu 
günün  tələblərinə  uyğun  yox,  həm  də  gələcəkdə  baş  verə  biləcək 
problemlər  üçün.  Söhbət  mülkiyyətin  iki  konstruktiv  kökündən 
dəyişmə  meyarından  gedir:  1)  iqtisadi  effektivliyin  (səmərənin) 
artması; 2) sosial ədalətə doğru hərəkət. 
33 


Xüsusi mülkiyyət heç də «nə istəyirəm, onu da edirəm» prinsipi ilə 
fəaliyyət göstərmə əməli deyil. 
Beləliklə,  təbii  ehtiyatlar  üzərində  mülkiyyətin  çox  sə- 
viyyəliliyi şəraitində təsərrüfatçı subyektlər öz funksiyalarım digər 
subyektlərin  «razılığı»  olmadan  həyata  keçirə  bilməzlər  (ilk 
növbədə  sosial  subyektlərlə).  İnkişaf  etmiş  ölkələrin  təcrübəsi 
göstərir ki, təbiətdən istifadənin tənzimlənməsi, mülkiyyətçilərin və 
təbiət  istifadəçilərinin  təbiətdən  səmərəli  istifadə  etmələri 
məsuliyyətinin qanunvericiliklə dövlət orqanlarına həvalə edilməsi 
dəqiq müəyyənləşdirilməşidir. Ən vacib tendensiya bu istiqamətdə 
ekoloji  mülahizələrə  görə  məhdudiyyətlərin,  xüsusən  şəxsi 
mülkiyyətçilərə  tətbiq  edilən  və  cəmiyyətin  nəfınə  olan 
məhdudiyyətlərin tətbiq edilməsidir. 
Təbii ehtiyatlara subyekt çoxluğunun qəbul edilməsi tələb 
edir  ki,  mülkiyyətin  təbii  ehtiyatlar  üzərindəki  iqtisadi  məsələləri 
tənzim  edilsin,  çünki  bu  subyektlər  ehtiyatlardan  istifadə  edərkən 
gəlir  götürmək,  o  cümlədən  mütləq  və  ekoloji  renta  hüququna 
malikdir.  Mülkiyyətin  realizə  edilməsi  subyektlərin  təbiət 
obyektlərinə  təsərrüfatçıhq  münasibətini  formalaşdırır,  onların 
sosial-iqtisadi davranışım müəyyən edir və mülkiyyət obyektlərinə 
münasibətdə  bərpactmə  funksiyalarını  həyata  keçirməyə  imkan 
verir. 
Təbii ehtiyatlar üzərində mülkiyyətin realizə edilməsinin 
iqtisadi  formaları  müxtəlifdir.  Onlar  zaman  keçdikcə  həm 
kəmiyyətcə,  həm  də  keyfiyyətcə  dəyişirlər.  Təbiətdən  istifadə 
sferasında  iqtisadi  münasibətlər  sisteminin  təkmilləşməsi 
mülkiyyətin iqtisadi realizəsinin qeyri-ənənovi formalanmn axtarışı 
ilə  çətinləşir.  Təbii  ehtiyatlar  üzrə  mülkiyyətin  realizəsi 
çoxsubyektlilik  şəraitində  ilk  növbədə,  sosial  və  təsərrüfatçılıq 
subyektləri  arasında  həll  oluna  bilər.  Belə  halda  ətraf  mühitin 
keyfiyyətinin  pisləşməsi  nəzərə  alınmalıdır. Təbii ehtiyatlara  görə 
mülkiyyətin  realizə  edilməsi  bütün  ödəmə  növləri  ilə  həyata 
keçirilir. 
Təbii  ehtiyatlardan  istifadəyə,  ətraf  mühiti  çirklən- 
dirməyə görə, həm də girov qoyma sisteminin tətbiqinə görə
34 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə