Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   64

17
Döyüşdə qazanılmayan qələbə.
 I Aleksandr 1801-ci ildə  sa-
ray çevrilişi ilə hakimiyyətə (1801–1825) gəldi. Bu dövrdə bir sıra 
islahatlar keçirildi. Kollegiyalar əvəzinə Avropa nümunəsində nazir-
liklər yaradıldı. 
Azad taxılçılar haqqında qanuna əsasən, mülkə-
darların  öz  kəndlilərini  ödənc  müqabilində  azad  etməsi  nəzərdə 
tutulurdu. Lakin bu qanun tam olaraq həyata keçirilmədi. Sonradan 
I Aleksandr hakimiyyətinin əvvəlində reallaşdırmaq istədiyi liberal 
islahatlar siyasətindən uzaqlaşdı. İstibdad rejimi tətbiq etdi. Xarici 
siyasət sahəsində Rusiya əvvəlcə Fransaya qarşı koalisiyada işti-
rak etsə də, bir sıra döyüşlərdə məğlub oldu və 1807-ci ildə onunla 
Tilzit sülh müqaviləsini imzaladı. Fransa Qərbi Avropaya, Rusiya isə 
Şərqi Avropaya hakim olmalı idi. Rusiya Fransanın İngiltərə əleyhinə tətbiq etdiyi qitə bloka-
dasına qoşuldu. Bundan sonra Rusiya Osmanlı dövlətinə və İsveçə qarşı müharibələr apar-
dı, Bessarabiyanı və Finlandiyanı işğal etdi. Lakin Rusiya-
nın İngiltərə ilə ticarət əlaqələrini davam etdirməsi 1812-ci 
ildə  Fransanın  Rusiyaya  hücumuna  səbəb  oldu.  Qısa 
müddət ərzində I Napoleonun ordusu Moskvaya qədər irə-
lilədi və onu ələ keçirdi. Ruslar açıq döyüşdən ehtiyat edərək geri çəkilirdilər. Fransızlar bu-
rada möhkəmlənməsin deyə Moskva yandırıldı. Fransızların qalacaq yeri və ərzağı yox idi.
Rusların bu taktikası Azərbaycan tarixində hansı hadisə ilə oxşardır?
?
XIX əsr ərzində Rusiya işğalçı müharibələri davam etdirmiş və 
yeni ərazilər ələ keçirmişdi. Özü böyük ordusu sayəsində Avropa-
nın güclü dövlətlərindən birinə çevrilmişdi. Lakin hərbi qüdrətinə 
baxmayaraq, ölkənin sosial-iqtisadi vəziyyəti kəskinləşmişdi. So-
sial-iqtisadi gərginliyin dərinləşməsi XX əsrin əvvəllərində inqi-
laba səbəb oldu.
▪ Dekabristlər üsyanı
▪ "Avropanın jandarmı"
▪ Krım müharibəsi
▪ "Xalqlar həbsxanası"
▪  Stolıpin islahatları
RUSİYA
3
AÇAR SÖZLƏR
I Aleksandr
45
1
1
0,5
4
6
42,5
SOSİAL TƏBƏQƏLƏŞMƏ
Rusiya  cəmiyyətinin  ən  xarakterik  xüsusiyyəti  şaxələnmiş  təbəqələşmənin  saxlanması  idi.  Rusiya 
imperiyasının əsas sosial təbəqələri:
XIX əsrin əvvəllərində Rusiya 
imperiyasının əhalisi (faizlə)
Kazaklar – xüsusi imtiyazlı hərbi zümrə
Şəhər əhalisi
Tacirlər
Ruhanilər
Zadəganlar
Dövlət kəndliləri
Təhkimli kəndlilər
Diaqram əsasında Rusiyanın sosial və iqtisadi quruluşunu təhlil edin.
!
İstibdad  rejimi  –  özbaşınalığa 
və  zorakılığa  əsaslanan  idarə 
üsulu
  LAYİHƏ


18
I Napoleona qarşı heç bir açıq döyüşdə qalib gələ bilməyən rus ordusu ölkənin təbii 
coğrafi şəraitindən və partizan müharibəsi taktikasından istifadə etdi. Fransız ordusu-
nun təchizatının pisləşməsi və soyuqların düşməsi I Napoleon ordusunun geri çəkil-
məsinə səbəb oldu. Bundan yararlanan Rusiya Polşanı, Balkanları və başqa əraziləri iş-
ğal edərək Avropada hakim rolunu ələ keçirmək istəyirdi. 
Çar  bu  məqsədini  “Avropa  xalqlarını  I  Napoleon  zülmündən  xilas  etmək”  bəhanəsi 
ilə həyata keçirmək fikrində idi. Hətta bunu dini mistisizmlə əlaqələndirir, özünün “Tanrı 
tərəfindən seçilmiş” olduğunu irəli sürürdü. Məhz 
bunun təsiri ilə o hər cür azadlıq düşüncələrinə 
qarşı çıxırdı.
Dekabristlər üsyanı. 
I
 
Napoleona qarşı mü-
haribə zamanı Qərbi Avropada yürüşlərdə iştirak 
edən rus zabitlərinin bir hissəsi Rusiyada həyat 
şəraitinin,  dövlət  idarəçiliyinin  və  sosial  qurulu-
şun  çox  geridə  olduğu nu  gördü.  İstibdad  rejimi 
və kəndlilərin təh kimli və ziyyəti xüsusilə narazılıq 
yaradırdı. Ona görə də Avropa idarə sistemini və 
sosial  qu ruluşunu  Rusiyada  tətbiq  etmək  üçün 
gizli cə miyyətlər qurulmağa başlandı. Bu cəmiy-
yətlər Rusiyada çar rejimini devirməyi və konsti-
tusiya qəbul edilməsini qarşıya məq səd qoymuş-
dular. Onlar 1825-ci ilin dekabrında çarın vəfat etməsindən 
istifadə  edərək  hərəkətə  keçdilər.  Lakin  Rusiya  tarixində 
çar rejiminə qarşı ilk açıq nümayiş və silahlı üsyan rəhbər-
lərin ləng hərəkət etməsi səbəbilə uğursuz oldu. Beləliklə,  
I  Nikolay  (1825–1855)  hakimiyyətini  möhkəmləndirdi.  O, 
hakimiyyəti dövründə Rusiyanı istibdad rejimində idarə etdi. 
Dekabristlər üsyanından sonra I Nikolayın zadəganlara eti-
madı azaldı. Dövlət idarəsinə möhkəm nəzarət üçün bürok-
ratiya rejimi bərqərar edildi. 
Məktəb və universitetlərə nəzarət artırıldı. Elm adamla-
rının Avropaya getmələri qadağan edildi. Yalnız zadəgan və 
məmur övladları orta təhsil ala bilərdilər. Kitablar və mətbuat 
üzərində senzura gücləndirildi. I Nikolayın hakimiyyəti döv-
ründə Rusiyada feodal-təhkimçilik iqtisadiyyatının tənəzzülü 
dərinləşmişdi. Ticarət və sənaye sahələrində 
nisbi  inkişaf  kəndlilərin  təhkimliliyinə  əsasla-
nan  mülkədar  təsərrüfatının  səmərəsizliyini 
göstərirdi. Təhkimli kəndlilərin əməyinə əsas-
lanan  manufakturalar  iflas  edirdi.  Beləliklə, 
ölkənin siyasi və iqtisadi quruluşu təsərrüfatın 
inkişafına  mane  olurdu.  Lakin  buna  baxma-
yaraq, XIX əsrin 30–40-cı illərində Rusiyada 
sənaye çevrilişi başladı. Qərbi Avropa ölkələ-
rindən fərqli olaraq, Rusiyada sənaye çevrilişi 
Sizcə, bu hadisə Rusiyanın beynəlxalq nüfuzuna necə təsir göstərdi? Rusiyanın bu qələbə-
sinin Azərbaycanın gələcək taleyinə təsiri oldumu?
?
I Nikolay
Dekabristlər üsyanı
“Rusiyanın nisbi gücü ən çox 1815-ci ildən 
sonra  dünyada  sülh  və  sənayeləşmə  döv-
ründə gerilədi. Lakin bu vəziyyət Krım mü-
haribəsinə (1853–1856) qədər tam şəkildə 
aşkar  olmadı.  ...Rusiya  iqtisadi  və  texniki 
sahələrdə 1815–1880-ci illərdə Avropanın 
digər böyük dövlətlərinə nisbətən geri qa-
lırdı”. 
Paul Kennedi, "Böyük güclərin 
yüksəliş və çöküşü". səh. 215.
Mistisizm – fövqəltəbii hadisələrə inam
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə