Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

35
başa  çatdı.  Konfrans  Vyana  konqresindən 
sonra  Avropada  yaradılmış  güc  tarazlığını 
yenidən  nizama  saldı.  Balkan  yarımadası 
və Osmanlı dövlətinin ərazi bütövlüyü kon-
fransda iştirak edən Avropa dövlətlərinin or-
taq təminatı altına alındı. Müqaviləyə görə, 
Qara  dəniz  bütün  dövlətlərin  hərbi  gəmilə-
rinə qapalı elan edildi. Rusiya Qara dəniz-
də  donanma  saxlamaq  hüququnu  itirdi. 
Osmanlı dövləti bu müharibədə qalib gəlsə 
də,  ilk  dəfə  olaraq  xarici  dövlətlərdən  borc 
almışdı.
Balkanları təsir dairəsinə almaq istəyən 
Rusiya  1877-ci  ildə  yenidən  Osmanlı  döv-
lətinə  qarşı  müharibəyə  başladı.  İstanbula 
doğru irəliləyən rus qoşunlarının hücumunu 
dayandırmaq üçün İngiltərə donanması işə 
qarışdı. 1878-ci ildə imzalanan 
San-Stefa-
no  sülhünə  görə,  Osmanlı  dövləti  bir  sıra 
ərazilərini itirdi.  
Rusiyanın  Balkanlarda  möhkəm lənməsi 
və Şərqi Anadoluda bir sıra əraziləri işğal etməsi İngiltərənin, Almaniyanın və Avstri-
ya-Macarıstanın mənafeyinə zidd idi. Ona görə də San-Stefano sülhünün şərtlərinə 
yenidən baxılması üçün 1878-ci ildə 
Berlin konqresi çağırıldı. Konqresin qərarlarına 
gö  rə, 
Serbiya, Çer noqoriya və Rumıniyanın müs təqillikləri tanındı. Bolqarıstan Os-
manlı dövlətindən asılı knyazlığa çevrildi. Qars, Ərdahan və Batum Rusiyaya ilhaq 
edildi. San-Stefano müqaviləsindən fərqli olaraq, 
Makedoniya, Şərqi Anadoluda Bə-
yazid Osmanlı dövlətində qaldı.
Berlin konqresinin qərarlarına görə, Kipr İngil tə rə-
yə  icarəyə,  Bosniya-Hersoqovinanın  idarə  edilməsi 
mü vəqqəti olaraq Avstriya-Macarıstana verildi.
Konqresin qərarları Rusiyanın Almaniya və Avstriya-Macarıstanla ziddiyyətlərinin 
artmasına səbəb olmuşdu.
Güc tarazlığından rəqabət mübarizəsinə.
 1862-ci ildə 
Otto Bismark kansler tə-
yin edildikdən sonra Prussiya Almaniyanın birləşdirilməsi üçün fəal siyasət yürütməyə 
başladı. Prussiyanın güclənməsi Fransanı narahat edirdi. Almaniyanın birləşdirilməsi 
Fransanın mənafeyinə zidd idi. 1866-cı ildə Avstriyanın məğlub edilməsindən sonra 
Almaniyanın birləşdirilməsi üçün Prussiyanın qarşısında maneə olan yeganə qüvvə 
Fransa idi. III Napoleon Prussiyaya qarşı müharibə üçün bəhanə axtarırdı. İspaniya 
taxtına  namizədlik  uğrunda  mübarizə  müharibənin  başlanmasına  bəhanə  oldu.  Nə-
ticədə 1870–1871-ci illər 
Fransa-Prussiya müharibəsi baş verdi. Fransanın məğlub 
olduğu bu müharibənin bitməsi ilə Almaniyanın birləşdirilməsi başa çatdırıldı. Tərəflər 
arasında  bağlanmış  sülh  müqaviləsinə  görə, Almaniya  Elzas  və  Lotaringiyanı  ilhaq 
etdi.  Fransa ona təzminat verməli oldu. Almaniyanın birləşdirilməsi nəticəsində Vyana 
konqresindən sonra Avropada yaranmış güc tarazlığı dəyişdi.
1870-ci ildən 1890-cı ilə qədər Avropada dövlətlərarası münasibətlərə Bismarkın 
xarici siyasəti təsir etdi. O, Avstriya və Fransanın məğlubiyyətindən sonra yaranan güc 
tarazlığını saxlamağa çalışırdı. Əvvəlcə Fransanın təcrid olmasını təmin etdi. Onun 
“Avropa dövlətlərinin davranışı coğ rafi 
mövqeyinə görə dəyişir. Fransa və Ru-
siyanın tək bir sərhədi var və bu, ol duqca 
güclüdür. Üçsıralı qalaları ilə Reyn çayı 
Fransaya etibarlı sərhəd təş kil edir. Sərt iq-
lim də Neman çayını Rusiya üçün möhkəm 
sərhəd edir. Avs triya və Prussiya isə özləri-
ni bütün qonşu döv lətlərin hücumları üçün 
hər tərəfdən açıq hiss edirlər. Bu iki gücün 
davamlı təhdidi altında olan Avstriya və 
Prussiya bir-birləri və qonşuları ilə yaxşı 
münasibətlərlə, ağıllı və ölçülü bir siyasətlə 
rahat ola bilərlər...”
Avstriya imperiyasının 
Xarici İşlər naziri Metternix, 1815, 
(H.Kissencer, Diplomatiya, səh.91)
Coğrafi mövqe ölkələrin siyasi-iqtisa-
di  vəziyyətinə  necə  təsir  göstərə 
bilər?
?
Avstriya-Macarıstan – 1867-ci 
ildən Avstriya imperiyası belə 
adlanırdı.
  LAYİHƏ


36
Avropanın digər monarxiyaları ilə əlaqələrini kəsmək üçün ölkədə respublika rejimini 
dəstəklədi. Bismark İngiltərənin böyük iqtisadi gücünə, müstəmləkələrinin genişliyinə 
və  dünyanın  ən  güclü  dəniz  donanmasına 
sahib olmasına əsaslanan üstünlüyü ilə he-
sablaşırdı. Bu dövrdə İngiltərə münaqişələr-
də iştirak etməmək üçün 
təcridçilik siyasəti 
yürüdürdü. İngiltərənin Avropadakı tarazlığa 
önəm verməsi də Bismarkı bu tarazlığı poz-
mamağa məcbur edirdi.
Bismark  tarazlığı  qorumaq  üçün  müxtə-
lif  dövlətlərlə  ittifaqlar  qururdu.  1879-cu  ildə 
Avstriya-Macarıstanla  müqavilə  bağlandı. 
1882-ci ildə İtaliya da bu ittifaqa qoşuldu və 
“Üçlər  ittifaqı”  yarandı.  Müxtəlif  mənafeləri 
olan dövlətlərin bir ittifaqda birləşdirilməsi Bis-
markın diplomatik ustalığını göstərirdi. Onun 
imperatorla fikir ayrılığına görə 1890-cı ildə is-
tefasından sonra Almaniya dünya miqyasında 
imperialist siyasətini gücləndirdi. Bu isə onun 
rəqibləri  olan  Fransa,  Rusiya  və  İngiltərənin 
yaxınlaşmasına səbəb oldu. 1890-cı illərin bi-
rinci yarısında Fransa və Rusiya ittifaq müqa-
viləsi imzaladı. Bununla da, Bismark tərəfin-
dən  həyata  keçirilən  Fransanın  təcridedilmə 
siyasətinə son qoyuldu.
Böyük dövlətlər arasında rəqabət.
 XIX 
əsrin sonu – XX əsrin əvvəllərində Avropanın 
böyük dövlətləri arasında rəqabət kəskinləş-
di. 1873–1895-ci illərin iqtisadi böhranı satış 
bazarları və xammal ehtiyacını zəruri problemə çevirdi. 
Rəqabət,  əsasən,  müstəmləkələr  sahəsində  daha  güc-
lü idi. Böyük dövlətlərin hamısı öz müstəmləkə ərazilə-
rini genişləndirməyə çalışırdılar. Bu isə Avropa dövlətləri 
arasında  mənafelərin  toqquşmasına  və  ziddiyyətlərin 
kəskinləşməsinə səbəb olurdu. İngiltərə və Rusiya hələ 
XIX əsrin ikinci yarısından  etibarən Əfqanıstan uğrunda 
mübarizəyə başlamışdılar. İngilislər Hindistanın sərhədlə-
rinin təhlükəsizliyini təmin etməyə çalışır, Rusiya isə Hind 
okeanına  yaxınlaşmaq  istəyirdi. Afrikada  Fransa  və  İn-
giltərə mübarizə aparırdı. Rəqabət mübarizəsi iqtisadi və 
hərbi sahələrdə də gedirdi. Bu amillər dövlətlərarası mü-
nasibətlərdə gərginliyi artırır və yeni ittifaq sistemlərinin 
yaranmasına  şərait  yaradırdı.  Almaniyanın  güclənməsi 
qitədə heç bir dövlətin güclənməsini istəməyən İngiltərə-
nin də ənənəvi xarici siyasətinə zidd idi. 
İngiltərə  sənayesi Almaniya  sənayesi  ilə  rəqabətdə 
uduzurdu. Həmçinin Almaniyanın öz hərbi dəniz donan-
"Almaniyanın geosiyasi mövqeyi"  
"[...]Coğrafî mövqeyimiz səbəbi ilə məq-
sədimizə nail olmaq üçün digər dövlət-
lərdən daha çox çalışmalıyıq. Avropanın 
mərkəzində yerləşirik. Ən az, üç cəbhə-
dən hücuma məruz qala bilərik. Halbuki 
Fransanın müdafiə ediləcək yalnız şərq, 
Rusiyanın isə qərb sərhədləri  var. Bundan 
başqa, dünya tarixinin ümumi gedişi
coğrafî mövqeyimiz və bəlkə də, almanla-
rın digər millətlərlə müqayisədə bu günə 
qədər birliyə malik olmaması səbəbindən 
düşmənlərin yaratdığı təhdidlərə digər 
xalqların olmadığı qədər açığıq. Tanrı 
qonşuluğumuza fransızlar kimi ən təcavüz-
kar xalqı yerləşdirmişdir. Ötən əsrlərdə bu 
gün çatdığı sə  viyyələrə çatacağı xəyal belə 
edilə bil məyəcək Rusiyanın müharibəpərəst 
fəaliyyəti genişlənmişdir. İki yandan da 
təhdid altındayıq". 
Bismarkın parlamentdə çıxışından. 
1888-ci il. Tarix. İstanbul, 2002. səh, 217
Bismark Almaniyanın geosiyasi möv-
qeyi üçün hansı amilləri təhdid hesab 
edirdi?
?
Bismarkın istefasına aid kari-
katura: "Kapitan gəmini tərk 
edir". "Punch" jurnalı. 1890
Sizcə, karikaturada hansı fikir ifadə olunur?
?
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə