Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

15
Şimali İtaliyada paytaxtı Milan şəhəri olan İtaliya krallığı yaradıldı və I Napoleon  onun 
kralı elan edildi.  Bir qədər sonra fransız orduları Romanı işğal edərək Papanın burada 
dünyəvi hakimiyyətinə son qoydular. Papa isə I Napoleonu kilsədən kənar, yəni kafir  
elan etdi. İtaliyada I Napoleonun ağalığı dövründə feodal qaydalarına ağır zərbə vuruldu, 
daha mütərəqqi münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradıldı. Lakin I Napoleon 
italyanların milli birlik yaratmaq istəklərinin qarşısını sərt şəkildə alırdı. İtaliyada Napole-
on zülmünə qarşı etiraz çıxışları güclənsə də, 
milli  azadlıq  hərəkatı  cəmiyyətin  bütün  tə-
bəqələrini  əhatə  etmirdi.  Karbonarilərin  gizli 
qruplarının fəaliyyəti pə rakəndə xarakter daşı-
dığından və geniş xalq kütlələrinə arxalanmadı-
ğından uğur  suz lu ğa məruz qalırdı.
Vyana  konqresinin  qərarına  əsasən,  İtaliya 
yenidən  siyasi  dağınıqlığa  məhkum  edildi.  İta-
liyanın  mərkəzindəki  dövlətlərdə  Avstriya  şah-
zadələri,  cənubda  – 
Neapol  krallığında  ispan 
Burbonları ağalıq edirdilər. Yenidən dünyəvi ha-
kimiyyətini bərpa et miş Papanın İtaliyada siyasi 
nüfuzu  xeyli  artmışdı.  Lom bardiya  və  Venesiya 
əyalətləri  Avstriyanın  işğalı  al tında  qalmışdılar. 
Yalnız  İtaliyanın  şimalında  Savoyya  sülaləsi nin 
ha  kimiyyətdə olduğu 
Sardiniya (Pyemont) kral-
lığı öz müs təqilliyini əsasən qoruyub saxlamağı 
bacarmış  və  əra zisini  qismən  genişləndirə  bil-
mişdi. İtaliyada yeni dən bərpa edilən və daha da 
gücləndirilən  mürtəce  feo dal-mütləqiyyət  qayda-
larına qarşı 1820–1830-cu illərdə Neapol və Pye-
mont  krallıqlarında,  həmçinin  Mərkəzi  İtaliyada 
baş  verən  burjua-demokratik  inqilabları  Avstriya 
qoşunları tərəfindən qəddarlıqla yatırıldı. 
1846-cı  ildə  Papa  vəzifəsinə  seçilmiş  italyan 
din xadimi 
IX Piyin başladığı liberal islahatlar İta-
liyanın siyasi həyatında böyük canlanma yaratdı. 
İtalyanların  ölkənin  Papanın  hakimiyyəti  altında 
birləşdirilməsinin  mümkünlüyünə  ümidləri  artdı. 
Lakin Avstriyanın  hədələri  qarşısında  Papa  geri 
çəkilməli  oldu.  1848-ci  ilin  yanvarında  Siciliyada 
qalib gələn inqilabi çıxışlar tezliklə bütün İtaliyaya 
yayıldı.  İtaliya  dövlətlərində  konstitusiyalar  qəbul 
edildi və islahatlar keçirildi. 1849-cu ildə 
Romada respublika elan edildi. Ölkənin milli 
dövlət halında birləşdirilməsi üçün 1848–1849-cu il lərdə Pyemont kralının başçılığı ilə 
Avstriyaya qarşı aparılan istiqlaliyyət uğrunda birinci müharibə monarxların xəyanəti 
səbəbindən uğur suzluqla nəticələndi. Avstriya, Fransa və İs pa niya qoşunları İtaliyada 
inqilabları yatırdılar. Ölkədəki mürtəce rejimlər Avstriya hakimiyyətinə arxalanaraq milli 
hərəkatın fəallarına divan tutdular. Lakin İtaliyanın milli birliyi ideyası tərəfdarlarının 
sayı  durmadan  artırdı.  Papanın  qətiyyətsizliyini  və  milli  maraqlara  xəyanətini  görən 
italyanlar ölkənin Pyemont krallığının başçılığı altında birləşdirilməsinə tərəfdar idilər. 
Fransa tərəfindən işğalın İtaliya üçün nəticələrini təhlil edin.
!
Karbonarilər  –  1807–1832-ci  illərdə  əvvəl 
fran sız  işğalçılarına,  sonra  isə  yerli  mo-
narxlara  qarşı  fəaliyyət  göstərmiş  gizli  təş-
kilatın üzvləri (italyanca carbonaro kömürçü 
deməkdir). 
Cüzeppe Haribaldi və Pyemont kralı 
II Viktor Emmanuil. 
1860-cı il. Neapol
"... Buna görə mən namuslu insan-
lara layiq, təbii, çoxluğun istəklərinə 
cavab verən və buna görə də zora-
kılıq  və  yalanla  qəbul  etdirilməyə 
lüzum olmayan respublika quruluşu-
nun tərəfdarıyam... mən öz respubli-
kaçılığımı, məsələn, ingilislərə güclə 
qəbul  etdirməzdim:  əgər  onlar  kral 
Viktoriyanın  hakimiyyətindən  razı-
dırlarsa, qoy belə də olsun, bu halda 
da  onların  hökuməti  respublika  hö-
kuməti hesab olunmalıdır..."
C.Haribaldinin  
memuarlarından. Moskva, 1966
  LAYİHƏ


16
1.  Avstriyanın Olmyutsda uğurunun, əslində, “Pirr qələbəsi” olduğunu nə ilə əsaslandıra bilərsiniz? 
2.  Bismarkın reyxkanslerliyi dövründə Almaniyada həyata keçirilən tədbirlərin əhəmiyyətini 
təhlil edin.
3.  İtaliya xalqının XIX əsrin 40–60-cı illərində apardığı milli azadlıq müharibələri və onların 
nəticələri barəsində sxem hazırlayın.
4.  İtaliyanın vahid milli dövlət halında birləşməsində C.Haribaldinin rolunu necə qiymətlən-
dirərdiniz?  
5.  Vyana Konqresində iri dövlətlərin Almaniyanın və İtaliyanın vahid milli dövlət halında bir-
ləşmələrində nə üçün maraqlı olmadıqlarının səbəblərini müəyyənləşdirin.
6.  XIX əsrdə Almaniyanın və İtaliyanın milli dövlət halında birləşdirilməsi prosesinin müqa-
yisəli təhlilini aparıb təqdimat hazırlayın.
SUAL VƏ TAPŞIRIQLAR
İtaliyanın vahid milli dövlətinin yaradılması.
 XIX əsrin 
50-ci illərində sənayesi sürətlə inkişaf edən və konstitusiyalı 
monarxiya quruluşuna malik Pyemont krallığı milli birlik hərə-
katının əsas mərkəzinə çevrildi. 1851–1861-ci illərdə burada 
hökumət başçısı olmuş qraf 
Kamillo Kavur həyata keçirdiyi 
liberal siyasi və iqtisadi islahatları ilə krallığı xeyli gücləndirdi. 
Pyemont  krallığı  Fransa  ilə  ittifaq  bağlayaraq  1859-cu  ildə  
Avstriya ilə müharibədə (istiqlaliyyət uğrunda ikinci müharibə) 
qalib gəldi və Lombardiyanı öz ərazisinə qatdı. 1860-cı ilin ya-
zında üsyan qaldıraraq müstəbid hakimlərini qovmuş Toska-
na, Modena və Parma, payızda isə İtaliyanın milli qəhrəmanı-
na  çevrilmiş  C.Haribaldinin  azad  etdiyi  Neapol  krallığı 
Pyemonta birləşdirildi. 1861-ci ildə İtaliya krallığının yarandığı 
elan edildi. Pyemont kralı II Viktor Emmanuil İtaliyanın kralı, Kavur isə hökumət başçı-
sı seçildi. Krallığın paytaxtı əvvəlcə Turin, sonra Florensiya şəhərləri oldu.
İtaliya krallığı XIX əsrin sonu – XX əsrin əvvəllərində.
 İtaliya krallığı 1866-cı ildə 
Prussiya ilə birlikdə Avstriyaya qarşı müharibə (istiqlaliyyət uğrunda üçüncü müharibə) 
apararaq Venesiyanı özünə birləşdirdi. Papanın mülkü hesab olunan Roma 1849-cu 
ildən fransız qoşunları tərəfindən mühafizə edilirdi. Prussiya ilə müharibədə Fransanın 
hərbi uğursuzluqlarından yararlanan İtaliya qoşunları 1870-ci ildə Romaya daxil oldu-
lar. İtaliyanın vahid milli dövlət halında birləşdirilməsi başa çatdırıldı. 1871-ci ildə kral-
lığın paytaxtı Florensiyadan Romaya köçürüldü. Papa Romanın işğalını tanımadığını 
bəyan edərək katolikləri İtaliya krallığı ilə əməkdaşlıqdan imtina etməyə çağırdı.  
İtaliyanın milli dövlət halında birləşdirilmə-
si onun iqtisadi inkişafına təkan verdi. Ölkə-
nin şimalında sənaye sahələri inkişaf etdiyi 
halda,  cənubda  iri  mülkədar  tə sərrüfatları 
qalmaqda  idi.  1876–1887-ci  illərdə  bir  sıra 
vergilər ləğv edildi, seçki və təhsil sahəsində 
islahatlar keçirildi.
XX əsrin əvvəllərində İtaliya krallığı iqti sa-
di inkişaf səviyyəsinə görə Almaniya, Fransa 
və İngiltərədən geri qalırdı. Bu dövrdə bir neçə dəfə hökumətə rəhbərlik etmiş 
Covan-
ni Colitti “liberal xətt” siyasəti yürüdürdü. Kişilər üçün ümumi seçki hüququ haqqında 
qanun qəbul edildi, fəhlələrə həftədə bir dəfə istirahət günü verildi.
İtaliya krallığının yaradılmasına Pyemont krallığının başçılıq etməsinin səbəbini müəy-
yənləşdirin.
!
Covanni Colitti (sağda)
Kamillo Kavur
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə