Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

11
I İmperiya dövründə Fransanın kənd təsərrü-
fatında  yeni  bitkilərin,  o  cümlədən  kartofun  əkini 
genişləndirildi. Proteksionist siyasət və qitə bloka-
dası ölkənin sənaye inkişafına güclü təkan verdi. 
Qalibiyyətli müharibələr məğlub ölkələrdən alınan 
iri  məbləğdə  təzminatların  və  müsadirə  olunmuş 
maddi sərvətlərin Fransaya axınına səbəb oldu. 
İmperator müstəqil düşüncəli hər hansı davra-
nışa  dözümsüzlük  nümayiş  etdirir,  ətrafına  şəxsi 
iradələrindən məhrum yaltaqları toplayırdı. 1814-cü 
ildə düşmən orduları Parisə daxil olan zaman I Na-
poleona ilk xəyanət edənlər də məhz onlar oldular.
Fransa  yeni  siyasi  sistemin  axtarışında.
 
1814-cü ildə xarici qüvvələrin yardımı ilə Fransa-
da  Burbonlar  sülaləsinin  hakimiyyəti  bərpa  olun-
du.  Lakin  Burbonlar  inqilabdan  əvvəlki  qaydaları 
bərqərar etməyə çalışırdılar. Onların hakimiyyətinə 
son qoyan inqilab nəticəsində yaradılmış 
İyul mo-
narxiyası  (1830–1848)  da  xalqın  ümidlərini  doğ-
rultmadı. 1848-ci ildə Fransada baş verən növbəti 
inqilabdan sonra yenidən respublika quruldu. 
Lui 
Napoleon Bonapart Fransanın ilk prezidenti seçil-
di.  Hakimiyyətdə  təmsil  olunmuş  respublikaçıların 
arasında gedən çəkişmələr əhalidə yeni quruluşa 
qarşı inamsızlıq yaratdı. O, monarxiyanı bərpa et-
mək məqsədilə üç il sonra dövlət çevrilişi edərək siyasi rəqiblərini aradan götürdü. Daha 
sonra 
III Napoleon adı ilə Fransanın imperatoru (1852–1870) elan olundu. II imperi-
ya dövründə Fransanın iqtisadi inkişafı sürətləndi. III Napoleon azad ticarət siyasətinin 
tərəfdarı idi. Paris şəhərində geniş abadlıq işləri aparıldı. Əvvəlcə ölkədə sərt qaydalar 
tətbiq edildi, bir sıra azadlıqlar məhdudlaşdırıldı. Sonra isə III Napoleon liberal islahatlar 
keçirməklə hakimiyyətini möhkəmlətməyə çalışdı. Lakin ölkədə narazılıq getdikcə güc-
lənməkdə idi. Çıxış yolunu qalibiyyətli müharibədə görən və bu məqsədlə Prussiyaya 
müharibə elan edən imperator alman dövlətlərinin güclü ittifaqı ilə qarşılaşdı. Onun hərbi 
məğlubiyyətləri Fransada yeni inqilaba səbəb oldu. 1870-ci ilin sentyabrında ölkədə ye-
nidən respublika elan edildi. Lakin XIX əsrin 80–90-cı illərində baş vermiş bir sıra siyasi 
və maliyyə qalmaqalları respublikanın varlığına ciddi təhlükə yaratdı.
XX əsrin əvvəllərində Fransada sənayenin inkişafı yeni mərhələyə qədəm qoydu. 
Aviasiya və avtomobil istehsalı xeyli artdı. Sürətlə silahlanma hərbi sənayenin inkişa-
fına zəmin yaratdı. Geniş müstəmləkə işğalları sənayeni ucuz xammal və satış bazarı 
ilə təmin etdi. Bu zaman hakimiyyətdə olan Radikal Respublikaçılar Partiyası geniş 
islahatlar həyata keçirdilər: qocalığa görə təqaüd, işsizliyə və xəstəliyə görə sığorta 
tətbiq edildi, işçilərə həftədə bir gün istirahət günü verildi və s.
1.  ABŞ-da Vətəndaş müharibəsi dövründə həyata keçirilmiş aqrar islahatın əhəmiyyətini 
müəyyən edin.
2.  XX əsrin əvvəllərində ABŞ-da hansı islahatlar keçirildi? 
3.  XIX əsr – XX əsrin əvvəllərində Böyük Britaniyada liberallar və mühafizəkarlar partiya-
larının parlament islahatlarını keçirmələrinin  səbəbi nə idi?
4.  Kraliça Viktoriya haqqında araşdırma aparıb təqdimat hazırlayın.
5.  Konsulluq və I İmperiya dövrlərində Fransada həyata keçirilmiş tədbirləri təhlil edin.
6.  XIX əsrin 80–90-cı illərində Fransada baş vermiş siyasi və maliyyə qalmaqalları res-
publika quruluşu üçün niyə təhlükə yaradırdı? 
SUAL VƏ TAPŞIRIQLAR
"1805-ci ildə I Napoleon Bulon 
şəhərindəki hərbi düşərgədə ikən 
ona xəbər verdilər ki, əsirlikdə 
olan iki ingilis hərbi dənizçisi 
düzəltdikləri kiçik qayıqla La 
Manş boğazını üzüb keçməyə cəhd 
etmişlər. İmperator həmin əsirlərlə 
görüşü zamanı bu faktın doğru ol-
duğuna şübhə ilə yanaşdıqda əsirlər 
bunu onun üçün təkrar etməyə hazır 
olduqlarını bildirdilər. I Napoleon 
isə cavabında cəsur insanlara 
böyük rəğbət göstərdiyini deyərək 
onların öz həyatlarını təhlükə altına 
atmalarına razı olmadığını qeyd 
etdi. İmperatorun göstərişi ilə həmin 
əsirlər dərhal azad edilərək ingilis 
gəmisinə göndərildilər". 
Horatsi Vernye. Napoleonun 
tarixi. Moskva, 1997
I Napoleonun əsirlərə münasi-
bətini necə dəyərləndirirsiniz?
?
  LAYİHƏ


12
Almaniya XIX əsrin I yarısında.
 XIX əsrin əvvəllərində yüzlərlə dövlətdən ibarət Alma-
niya ərazisində ən güclüləri Prussiya krallığı və Avstriya imperiyası idi. I Napoleon Almani-
ya hüdudlarında Prussiyaya və Avstriyaya qarşı digər alman dövlətlərini gücləndirir, bura-
da yeni dövlətlər (Berq hersoqluğu, Vestfal krallığı) yaradırdı. Prussiya ilə Fransa arasında 
bağlanmış Tilzit müqaviləsi (1807) ilə krallıq öz ərazisinin yarısını itirdi. Bir qədər sonra 
Avstriya da ərazisinin bir hissəsini Fransaya verməli oldu. Fransız qoşunlarının işğalı altına 
düşmüş Almaniya ərazilərində müsadirələr ilə yanaşı, həm də feodal qaydalarını və kilsə-
nin qüdrətini sarsıdan mütərəqqi sosial-iqtisadi tədbirlər də həyata keçirildi. 1813-cü ildə 
Almaniyada I Napoleonun zülmünə qarşı genişlənən milli azadlıq müharibəsi qalibiyyətlə 
nəticələndi. Lakin Vyana konqresinin
*
 qərarı ilə Almaniya yenə də siyasi dağınıqlığa məh-
kum edildi. Burada yaradılan Almaniya İttifaqı 34 dövlət və 4 azad şəhərdən ibarət idi.
Siyasi pərakəndəlik, feodal qaydalarının mövcud olması Almaniyanın iqtisadi inkişafı-
na ciddi maneələr yaradırdı. Torpaqların əksəriyyəti feodalların mülkiyyətində idi. Onların 
bir  hissəsi  təsərrüfatlarında 
muzdlu əməkdən istifadə edir, 
emal müəssisələri qururdular. 
Almaniyanın  qərbində  və  cə-
nub-qərbində yerləşən dövlət-
lərdə,  həmçinin  Prussiyanın 
Reynboyu  əyalətində  feodal 
mükəlləfiyyətləri  ləğv  olun-
muşdu.  XIX  əsrin  I  yarısında 
Almaniyada  sənaye  inqilabı 
başladı. Həmin dövrdə ölkədə 
dağ-mədən və kimya sənaye-
si sürətlə inkişaf edirdi. Xüsu-
silə Reyn-Vestfaliya, Saksoni-
ya və Sileziyada sə na ye daha 
çox tərəqqi etmişdi. Almaniya 
daxilində  ticarət  əlaqələrini 
genişləndirmək 
məqsədilə 
1834-cü ildə Prussiyanın baş-
çılığı altında 18 alman dövləti-
*
 Bax: səhifə 34-ə. 
I Napoleonun Almaniyada həyata keçirdiyi siyasətin müsbət tərəflərini müəyyən edin.
!
▪  Prussiya krallığı 
▪  “Gənc Almaniya” 
 Otto fon Bismark
▪  Pyemont krallığı
▪  karbonarilər
▪ Kamillo Kavur
ALMANİYA VƏ İTALİYA
2
XIX əsrə siyasi cəhətdən dağınıq ölkələr kimi daxil olan 
Almaniya və İtaliya inqilablar və müharibələrdən keçərək 
əsrin ikinci yarısında monarxiya idarəçiliyində öz milli va-
hid dövlətlərini yaratmağa müvəffəq oldular. Bu, ölkələrin 
sosial-iqtisadi inkişafına güclü təkan verdi. Almaniya daha 
böyük uğurlar qazandı.
AÇAR SÖZLƏR
Almaniya imperiyası 1871–1918-ci illərdə
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə