Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

6
DÜNYA ÖLKƏLƏRİ 
XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
Dünya ölkələrinin XIX əsr – XX əsrin əvvəllərində keçdikləri tarixi inkişaf yolu 
fərqli olsa da, əvvəlki dövrlərlə müqayisədə cəmiyyətin bütün sahələrini əhatə et-
miş möhtəşəm yeniliklər ilə yadda qalmışdır. Bu, ilk növbədə, Avropa və Amerika 
ölkələrinin tarixlərinə şamil edilməlidir. O ölkələrin bəzilərində baş vermiş inqilab-
ların, bəzilərində isə aparılan islahatların nəticəsində siyasi sistemlərdə mütərəqqi 
qaydalar bərqərar oldu. Konstitusiyalar qəbul edildi, insanların hüquq və azadlıq-
ları bəyan olundu. Bu dövlətlərin bir çoxunda yaranmış siyasi partiyalar indi də 
siyasi həyatda mühüm rola malikdirlər. Avropada və Amerikada yeni milli dövlətlər 
formalaşdı. Almaniya və İtaliyanın milli dövlət halında birləşdirilməsi başa çatdı. 
Avropa və Amerika ölkələrinin sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, 
elmi kəşflərin nəticələrinin artması ilə cəmiyyətin problemlərinin qismən azaldığı, 
müharibələrin və inqilabların tarixə qovuşduğu təsəvvürü yaranmışdı. Lakin XX 
əsrin ilk illərindən etibarən istər bu ölkələrin daxilində, istərsə də onların arasın-
da kəskinləşməkdə olan qarşıdurma bəşəriyyəti dərin böhrana yuvarlamaqda idi. 
Rusiya XIX əsrin II yarısına kimi özünün feodal-təhkimçilik simasını qoruyub 
saxladığı üçün iqtisadi geriliyi onun hərbi qüdrətinə mənfi təsir göstərirdi. Bu 
səbəbdən də o, islahatlar yoluna qədəm qoymağa məcbur oldu. Osmanlı impe-
riyasında da islahatlar keçirilməsinə qərar verildi. Lakin onların natamamlığı XX 
əsrin əvvəllərində hər iki imperiyada inqilablara gətirib çıxardı. 
XIX əsrdə Asiya ölkələri dünyanın aparıcı dövlətlərinin müstəmləkə siyasə-
tinin əsas hədəfi oldular. Bu ölkələrin siyasi, iqtisadi, hərbi və elm sahələrində 
geriliyi daha da artdı. Müstəmləkəçilərə qarşı xalq üsyanları amansızlıqla yatı-
rıldı. Yalnız XIX əsrin ortalarında bir sıra Avropa ölkələrinin asılılığına düşmək 
məcburiyyətində qalmış Yaponiya əsrin sonlarında bu asılılığı aradan qaldırmağa 
müvəffəq oldu.
Londonda ilk Ümumdünya Sənaye Sərgisi
  LAYİHƏ


7
ABŞ  XIX  əsrin  I  yarı-
sında.
 
XVIII  əsrin  sonu  – 
XIX əsrin əvvəllərində Av-
ropada gedən müharibələr 
dövründə  vuruşan  bir  çox 
dövlətlərin sənaye və kənd 
təsərrüfatı  məhsullarına 
tələbatı  artmışdı.  ABŞ  bu 
şəraitdən  istifadə  edərək 
iqtisadiyyatını inkişaf etdir-
di.  XIX  əsrin  ilk  illərindən 
etibarən  sənaye  çevrilişi 
başladı.  Artıq  XIX  əsrin 
ortalarında  öl kə  sənayesi 
kənd təsərrüfatından daha 
çox məhsul istehsal edirdi. 
1830-cu ildə ilk dəmir yolu inşa olundu. Hökumə-
tin tətbiq etdiyi proteksionist siyasət ölkə sənaye-
sinin inkişafına güclü təkan verirdi. 1793–1807-ci 
illəri ABŞ ticarətinin “qızıl dövrü” adlandırırlar.
Prezident  seçkilərində  rəqibinin  tərəfdarları 
arasında çəkişmələrin artması 
Tomas Cefferso-
nun (1801–1809) qələbəsini asanlaşdırdı. T.Cef-
ferson  dövlət  borcunun  azaldılmasına,  bəzi  ver-
gilərin  ləğvinə,  və  tən daşların  torpaq  sahələrini 
daha  əlverişli  şərtlərlə  almalarına,  1808-ci  ildən 
ölkəyə  kölələrin  gətirilməsinin  qadağan  edilmə-
sinə  və  s.  məsələlərə  dair  qanunların  qəbuluna 
nail  oldu.  Hökumətin  xərclərini  azaltmaq  üçün 
ordu  və  donanmada  ixtisarlar  aparıldı.  T.Ceffer-
son cənub ştatlarının plantatorlarını hiddətləndir-
məmək  üçün  köləliyi  açıq  tənqiddən  çəkinir, 
kölələrin Afrikaya geri qaytarılması ideyasını ger-
çəkləşdirməyə çalışırdı.
T.Ceffersonun köləlik məsələsində cənub ştatlarının plantatorlarından çəkinməsinin 
səbəbini izah etməyə çalışın.
!
Vətəndaş müharibəsi 
▪ A.Linkoln 
▪ İlk dəmir yolu
▪ Çartistlər hərəkatı
Napoleon Bonapart
▪ II İmperiya
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI, 
BÖYÜK BRİTANİYA, FRANSA
1
Amerika qitəsinin ilk respublikası olan ABŞ XIX əsrdə sürətli 
inkişafı ilə qitənin hegemon dövlətinə çevrildi. XX əsrin əvvəl-
lərində isə sənayesinin inkişafına görə dünyanın birinci ölkəsi 
idi. Böyük Britaniya və Fransa XIX əsrdə siyasi, iqtisadi, sosial 
sahələrdə əsaslı şəkildə müasirləşmə mərhələlərini keçərək dün-
yanın ən qabaqcıl siyasi və dinamik iqtisadi quruluşlarına malik 
oldular. XIX əsrə barışmaz düşmən kimi daxil olan bu ölkələr XX 
əsrin əvvəllərində müttəfiqlik münasibətləri yaratdılar.
AÇAR SÖZLƏR
XIX əsrdə ABŞ ərazisinin genişlənməsi
"...bütün bu nemətlərlə bizi xoşbəxt 
və firavan etmək üçün daha nə 
çatışmır? Yurddaşlar, yalnız bir şey – 
müdrik və qənaətcil hökumət çatışmır. 
Bu hökumət adamların bir-birinə 
ziyan vurmalarının qarşısını almalı-
dır, onları öz işləri ilə məşğul olmaq 
və öz həyatlarını yaxşılaşdırmaq üçün 
sakit buraxmalıdır, fəhlənin qazandığı 
çörəyi onun ağzından dartıb almama-
lıdır. Yaxşı hökumət elə bu deməkdir
tam xoşbəxtliyimiz üçün lazım olan 
da elə budur".  
Tomas Cefferson. 
4 mart 1801-ci il
  LAYİHƏ


8
ABŞ  Avropada  müharibələrə  cəlb  olunmuş 
Böyük  Britaniyanın  çətinliklərindən  yararlanaraq 
Kanadanı  işğal  etmək  üçün  müharibəyə  başladı 
(1812–1814). Lakin onun qoşunları Kanadada az 
saylı ingilis qoşunları ilə yanaşı, yerli əhalinin ciddi 
müqaviməti ilə üzləşdi. Fransa ilə müharibəni başa 
çatdırdıqdan sonra Böyük Britaniya hökuməti ABŞ-
ın rəsmi dairələrini Kanadada törədilmiş dağıntılara 
görə cəzalandırmaq qərarına gəldi. Bu məqsədlə 
1814-cü  ilin  avqustunda  Vaşinqtonu  ələ  keçirən 
ingilis  qoşunları  dövlət  hakimiyyət  orqanlarının 
yerləşdiyi  binaları  yandırdılar.  Böyük  Britaniyanın 
təşəbbüsü  ilə  tərəflər  arasında  imzalanmış  Gent 
sülh müqaviləsinə əsasən tərəflər arasında müha-
ribədən əvvəlki vəziyyət bərpa olundu.
Müharibədən  sonra  ABŞ  hakimiyyəti  ingilis 
qoşunlarının  tərəfində  vuruşmuş  hindu  tayfa-
larına divan tutdu. Onları ölkənin qərbindəki az 
məhsuldar ərazilərə qovdu. Onların tərk edilmiş 
ərazilərində isə ölkəyə gəlmiş mühacirləri və tor-
paqsız vətəndaşlarını məskunlaşdırdı. 
Nə üçün bu müharibəni “ABŞ-ın yeni istiqlaliy-
yət müharibəsi” adlandırırlar?
?
XIX əsrin 30-cu illərində ABŞ-da köləliyin ləğ-
vinə çalışan 
abolisionistlər hərəkatı meydana çıxdı. Hərəkat rəhbərləri cənub ştat-
larında qulların üsyanını təşkil etməklə yanaşı, onların şimal ştatlarına və Kanadaya 
qaçırılmasına da şərait yaradırdılar. Lakin ağ dərili amerikalıların əksəriyyəti zəncilərin 
onlarla bərabərhüquqlu olması fikri ilə hesablaşmırdılar.
Köləliyin qadağan olunduğu ştatların sayının artması senatda quldar ştatların təsiri-
ni xeyli zəiflədirdi. Cənub ştatlarının ittifaqı tərk edəcəkləri ilə bağlı hədələrindən sonra 
köləliyin yayılmasına icazə verilən ərazilər müəyyən edildi. Senatda azad və quldar 
ştatların tarazlığını saxlamaq üçün ittifaqa hər dəfə yalnız cüt sayda yeni ştatın daxil 
olunması qərara alındı.
ABŞ XIX əsrin II yarısı – XX əsrin əvvəllərində.
 
1860-cı  ildə  keçirilən  prezident  seçkilərində  köləliyə 
qarşı çıxan Respublikaçılar partiyasının namizədi 
Av-
raam  Linkoln  qalib  gəldi.  Bununla  razılaşmayan  cə-
nubun 11 quldar ştatı 1861-ci ilin fevralında ittifaqdan 
ayrılaraq Amerika Ştatlarının Konfederasiyasını (AŞK) 
yaratdı. ABŞ və AŞK arasında 1861–1865-ci illərdə ge-
dən  Vətəndaş  müharibəsi  dövründə  tərəflər  bir-birinə 
qarşı amansız davranırdılar. ABŞ ilk zamanlar AŞK-nın 
hərbi  potensialını  düzgün  qiymətləndirə  bilmədikləri 
üçün  məğlub  olurdu.  1862-ci  il  sentyabrın  17-də  baş 
verən və ABŞ ordularının üstünlüyü ilə nəticələnən En-
titem döyüşü müharibənin ən qanlı döyüş günü hesab 
olunur.  Əhali  arasında  daha  çox  tərəfdar  qazanmaq 
istəyən Linkoln konqresdə “Homstedlər haqqında akt”ın 
qəbul edilməsinə nail oldu. Akta görə, torpaq becərmək 
Kanadalı könüllülər ABŞ ordusuna 
qarşı döyüşdə. 1812-ci il
Azadolunma haqqında 
Bəyannamə
Gent sülh müqaviləsinin  
imzalanması. Dekabr 1814-cü il
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə