Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

140
140
Ərəb baharı – Yalançı bahar?
 Bö-
yük güclər arasında rəqabət mübarizə-
sinin meydanlarından biri də Orta Şərq 
və Şimali Afrika bölgəsidir. Tunis, Misir, 
Liviya  və  Suriyada  diktator  rejimlərinə 
qarşı baş verən üsyanlar demokratiya-
nın bərqərar edilməsi məqsədi daşıyır-
dı. Ərəb ölkələrini bürüyən bu üsyanla-
rın səbəbləri diktatura rejimi ilə yanaşı, 
ədalətsiz gəlir bölgüsü idi. 2010-cu ildə 
Tunisdə başlayan proses domino təsiri 
ilə digər Ərəb ölkələrinə də yayıldı. Tu-
nisdə, Misirdə və Liviyada diktatura re-
jimləri süqut etdi. Lakin qlobal güclərin 
müdaxiləsi ilə bölgədə demokratiya əvə-
zinə xaos yarandı. Bu ölkələri siyasi sa-
bitsizlik və terror bürüdü. Suriyada, İraq-
da  Vətəndaş  müharibəsi  davam  edir. 
Minlərlə  insan  öldürülmüş,  öz  yaşayış 
yerlərini tərk etməyə məcbur olmuşdur.
"Ərəb baharını anlamaq üçün tarixi bilmək la-
zımdır. Ərəb dünyasının köklərində ədalət uğrunda 
hərəkat ənənələri dayanır. Başlıca səbəbi ədalət 
anlayışının İslam əxlaqında ilk sırada olmasıdır... 
Tarixin bizə göstərdiyi kimi, ədalətsizlik hər zaman 
ərəb dünyasında üsyanlara səbəb olmuşdur. Ona 
görə də bu hərəkatın mərkəzində ədalətsizliyə qarşı 
mübarizənin dayandığını görürük. Ərəb ölkələrin-
də, xüsusilə Tunis və Misirdə komprador burjuaziya 
idarəetməni ələ keçirib öz məqsədləri üçün istifadə 
edirdilər. Bu isə xarici güclərin məqsədləri ilə 
üst-üstə düşürdü. Xarici güclər deyərkən, köhnə 
müstəmləkəçi dövlətlər – İngiltərə, Fransa və İta-
liya ilə yanaşı, bölgədə təsirli olan ABŞ-ı nəzərdə 
tuturuq. Bütün bunlar hakimiyyəti əlində saxlayan 
və ölkənin sərvətlərini mənimsəyən azlıq ilə yoxsul 
və işsiz çoxluğun yaranmasına gətirib çıxardı. Bey-
nəlxalq Valyuta Fondunun tələbi ilə sosial təminat 
xərcləri azaldıldı, önəmli resurslar özəlləşdirildi. 
Bu özəlləşdirmədən hakimiyyətə yaxın olanlar fay-
dalandı. Ölkədən çıxarılan pullar Qərb banklarına 
qoyuldu. ...Orta Şərqdə xalq hərəkatının təməlində 
üç əsas məsələ dayanır: Ədalətsizlik, bunun nəticə-
sində insan heysiyyətinin itirilməsi və hökumətlərin 
Fələstin məsələsi ilə bağlı mövqeləri". 
Detlev Kuintern, Bremen Universiteti,  
Mədəniyyət elmləri İnstitutu
  Mənbəni  təhlil  edin.  Ərəb  baharının  daxili 
və xarici səbəbləri necə dəyərləndirilir?
?
Ərəb baharı (Tunis)
1.  “Yeni dünya nizamı” anlayışının mahiyyəti nə idi?
2.  2001-ci il 11 sentyabr hadisəsi beynəlxalq münasibətlərə necə təsir göstərdi?
3.  Çoxqütblü dünya nizamında dünyanın geosiyasi, geoiqtisadi və geostrateji vəziyyətində 
hansı dəyişikliklər baş vermişdi?
4.  Soyuq müharibə dövründən sonrakı beynəlxalq münasibətlərin hansı xüsusiyyətləri var?
5.  Müasir dövrdə qloballaşma dövlətlərarası münasibətlərə necə təsir göstərir?
6.  Nə üçün Ərəb baharının nəticəsində bölgədə demokratiya əvəzinə xaos yarandı?
7.  Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.
SUAL VƏ TAPŞIRIQLAR
1991
2001
2008
2010
  LAYİHƏ


141
141
Dünya mədəniyyətinin mərkəzi dəyişir. 
İkinci Dünya müharibəsindən sonra dün-
yanın siyasi və sosial-iqtisadi həyatında qlobal dəyişikliklər baş verdi. Soyuq müharibə 
nəticəsində dünyanın iki qütbə bölünməsi mədəniyyətə də təsir göstərdi. 
SSRİ-nin kommunizmi ixrac etmə siyasətinə qarşı ABŞ liberal mədəniyyət mübarizə-
sinə başladı. Bu mübarizənin üsullarından biri ABŞ sənət xadimlərinin dünyada tanıdıl-
ması idi. Müharibə illərində böyük zərər görmüş Paris dünyanın incəsənət mərkəzi olma 
xüsusiyyətini itirmişdi. Artıq bu mərkəz Nyu-York hesab edilirdi. Əslində, bu, ABŞ-ın  yeni 
mədəniyyət siyasətinin tərkib hissəsi idi. Amerika mədəniyyəti ixrac olunur və bütün 
dünyaya təsir göstərirdi. Oturaq həyata keçidlə başlayan və kənd təsərrüfatının üstün 
olduğu aqrar cəmiyyəti sənaye çevrilişi nəticəsində sənaye cəmiyyəti əvəz etmişdir. 
XX əsrin ikinci yarısında isə sürətlə inkişaf edən informasiya və kommunikasiya va-
sitələri informasiya cəmiyyəti anlayışının yaranmasına 
səbəb oldu. İnformasiya əsas istehsal amilinə çevrildi. 
Sənaye  cəmiyyətində  istifadə  edilən  insan  və  maşın 
gücünü  düşüncə  və  ağıl  gücünün  əvəz  etməsi  yeni 
dövrün  xüsusiyyətlərindən  biridir.  İnformasiya  cəmiy-
yətinin təsir etdiyi sahələrdən biri də mədəniyyətdir.
Müharibədən əvvəl Almaniyadan ABŞ-a köç edən 
“beyin axını” elmi inkişafa təsir göstərdi. Bu axının tə-
sirləri 60-cı illərə qədər davam etdi. İkinci Dünya mü-
haribəsi illərində ABŞ-da yaradılan kompüter həyatın 
XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi    -texniki 
inkişafa nail oldu. Atom enerjisinin kəşf edilmə si, kosmo-
sun fəth olunması, yeni texnologiyaların (kompüter, robot, 
peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma 
və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu 
dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.
MƏDƏNİYYƏT
▪ Aqrar cəmiyyət
▪ Sənaye cəmiyyəti  
▪ İnformasiya cəmiyyəti
▪ Beyin axını
İlk süni peyk 
▪ İfrat realizm  
Rok-n-rol
AÇAR SÖZLƏR
26
Şəkillər əsasında XX əsrin ikinci yarısında elm-texnika və mədəniyyət sahəsində yenilik-
ləri şərh edin.
!
İlk süni peyk
İlk kompüter  
modellərindən biri
Elvis Presli
Yuri Qaqarin
  LAYİHƏ


142
142
bütün  sahələrinə  təsir  göstərdi.  Raket  texnologiyasının  inkişafı  nəticəsində  1957-ci 
ildə 
ilk süni peyk kosmosa SSRİ tərəfindən göndərildi. Beləliklə, beynəlxalq rəqabət 
kosmos müstəvisinə də keçdi. 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarin Yer kürə-
si ətrafında dövrə edən ilk insan oldu. XX əsrin 80-ci illərindən dünya elminin əsas 
istiqamətlərindən biri 
nanotexnologi-
yalar olmuşdur. Nanotexnologiyaların 
inkişafını  informasiya  texnologiyasın-
dan sonra üçüncü elmi texniki inqilab 
hesab edirlər. Nanotexnologiya olduq-
ca kiçik ölçülü hissəsciklər və bu qu-
ruluşlarda baş verən fiziki, kimyəvi və 
bioloji  hadisələri  öyrənir.  Nanotexno-
logiyalardan elm və texnikanın müxtə-
lif  sahələrində  –  tibdə,  biotexnologi-
yalarda, ətraf mühitin mühafizəsində, 
hərbi  sahələrdə  və  s.  istifadə  etmək 
mümkündür.
Siyasi və hərbi əhəmiyyət daşıyan 
nüvə  əvvəlcə  hərbi  sahədə  istifadə 
edilirdi.  Daha  sonra  ondan  elektrik 
enerjisi istehsalında da istifadə olun-
mağa başlanıldı. Elm və texnikanın inkişafının müsbət tərəfləri olsa da, nüvə dünya 
üçün təhlükə də daşıyırdı. Hidrogen atomlarının parçalanması nəticəsində gedən re-
aksiya  qitələrarası  raketlərin  yaradılmasına  səbəb  oldu. 
Biologiyada  DNT-nin  kimyəvi  quruluşu  müəyyən  edildi. 
Bütün bunlar elm və texnikada inkişaf etmiş ölkələrlə geri-
də qalan ölkələr arasında fərqləri daha da artırdı.
Soyuq  müharibənin  başa  çatması  mədəniyyətin 
müxtəlif  sahələrində  də  məzmun  dəyişikliyinə  səbəb  ol-
muşdur.  Artıq  yeni  minillikdə  milli  və  bəşəri  dəyərlərin 
ziddiyyətləri  deyil,  qarşılıqlı  əlaqələri  ön  plana  çıxmışdı. 
Siyasi və iqtisadi inteqrasiya prosesi mədəniyyətə də təsir 
göstərmişdir.
Ədəbiyyat.
  İkinci  Dünya  müharibəsi  ədəbiyyata  da 
güclü  təsir  göstərdi.  Bir  çox  yazıçı  və  şairlər  müharibə-
ni  döyüş  meydanlarında,  əsir  düşərgələrində  yaşamalı 
oldular.  Bu  onların  yaradıcılığından  da  təsirsiz 
ötüşmədi.  XX  əsrin  məşhur  yazıçısı 
Ernest 
Heminquey  döyüşlərdə  yaralanmışdı.  Onun 
yazdığı “Qoca və dəniz” əsəri 1954-ci ildə No-
bel  mükafatına  layıq  görüldü.  Fransız  yazıçı-
sı 
Albert  Kamü  isə  absurdizm
*
  cərəyanının 
görkəmli  nümayəndələrindən  biri  kimi  tanındı. 
O, İkinci Dünya müharibəsində faşistlərə qarşı 
müqavimət hərəkatında iştirak etmişdi. Dövrün 
ən tanınmış qələm sahiblərindən biri də Kolum-
biyalı yazıçı 
Qabriel Qarsia Markes idi. 
* Absurdizm – məntiqə uyğun olmayan, cəfəngiyyata 
əsaslanan fəlsəfi-mədəni cərəyan
Ernest Heminquey
Ulu öndər Heydər Əliyev və qırğız 
yazıçısı Çingiz Aytmatov
Müxtəlif  ölkələrin  mətbuatı  ilk  insanın  kos-
mosa çıxmasını necə dəyərləndirmişdir?
?
İnsanın kosmosa uçuşu mətbuatda
  LAYİHƏ


143
143
Onun əsərlərində adi həyatın və reallıqların əksinə sehrli obrazlar və hadisələrdən 
istifadə edilirdi. XX əsrin ən böyük yazıçılarından biri olan Markes 1982-ci ildə Nobel 
mükafatına layiq görüldü.
XX əsrin ikinci yarısında türk ədəbiyyatının görkəmli nümayəndələrindən yazıçı 
Ya-
şar  Kamalın  və  satiraçı  Əziz  Nesinin  adlarını  çəkmək  olar.  XX  əsr  türk  dünyasının 
daha bir məşhur yazıçısı isə 
Çingiz Aytmatov idi. Bu qırğız yazıçısı öz əsərləri ilə türk 
mədəniyyətinin zənginliyini bütün dünyaya tanıtmışdır. Onun ən məşhur əsərlərindən biri 
olan  “Gün  var  əsrə  bərabər”  romanında  öz 
milli kimliyini qorumağa çalışan insanlar təs-
vir edilir. Əsər bir insanın manqurtlaşdırılma-
sından bəhs edir və onun fonunda, əslində, 
öz kimliyini və ənənələrini qorumağa çalışan 
xalqın taleyi anladılır. Əsər Sovet İttifaqı döv-
ründə sosial və mədəni problemlərin tənqidi 
üzərində qurulmuşdur. İctimai həyata məşhur 
Manqurt obrazını məhz bu roman gətirmişdir.
İncəsənət.
  XX  əsrin  ikinci  yarısında 
gənclər  mədəniyyət  sahəsində  daha  ge-
niş  təmsil  olunmağa  başladılar.  Dövrün  ən 
çox  yayılan  musiqi  janrlarından  biri  də  rok 
idi. Rok 1950-ci illərdə klassik qərb musiqi-
si  ilə  xalq  musiqisinin  sintezi  nəticəsində 
yaranmışdır.  Bu  musiqinin  əsasında  etiraz 
fəlsəfəsi  dayanır.  O,  irqçiliyə  qarşı  afro- 
amerikalı gənclərin etirazlarıdır. 
Elvis Presli 
1950-ci illərdə bu janrın məşhur nümayəndəsi idi. 
“Bitlz” qrupu isə dövrün gəncləri 
üçün kulta çevrilmişdi. Bu qrupu “XX əsrin Motsartı” adlandırırdılar. ABŞ-da afro-ame-
rikalılar əvvəllər 
caz, sonralar isə rok-n-rol musiqisində böyük rol oynadılar.
XX əsrin ikinci yarısından sonra rəssamlıqda da müəyyən dəyişikliklər baş verdi. 
Məsələn,  ifrat  realizm  geniş  yayıldı.  Onun  nümayəndələrinin  əsas  diqqəti  əsərlərin 
məz mununa  deyil,  rəng  və  formanı  dəqiqliklə  təsvir  etməyə  yönəlirdi.  Müharibədən 
sonra Avropa şəhərlərinin bərpası memarlığın da inkişafına səbəb oldu. Şəhərlərdə 
əhalinin artması çoxmərtəbəli evlərin inşa edilməsinə təsir göstərdi. 
Televiziyanın geniş yayılması ilə radionun önəmi azaldı. Televiziyanın inkişafı mə-
dəniyyət  sahə lə ri  ilə  yanaşı,  idmanın  da  kütləviləşməsinə  sə bəb  oldu.  Futbol  üzrə 
dünya  çempionatları  və Yay  olimpiya  oyunları  bütün  dünyada  böyük  hadisələr  kimi 
dəyərləndirilir. Müasir dövrdə idman bəzən dövlətlər arasında əlaqələrin inkişafına da 
töhfələr verir. Nəticədə, idman kütləvi mədəniyyətin sürətli inkişafına səbəb olmuşdur.
1966-cı il dünya çempionatı. Azərbaycan 
futbol məktəbinin yetirməsi 
Anatoli Banişe vski (ikinci futbolçu) 
SSRİ yığmasında
1.  İkinci Dünya müharibəsi mədəniyyətə necə təsir göstərdi?
2.  Televiziyanın inkişafının hansı nəticələri olmuşdur?
3.  İnformasiya cəmiyyəti mədəniyyətin inkişafına necə təsir göstərə bilər?
4.  XX əsrin ikinci yarısında elm və texnika sahələrində inkişafın xüsusiyyətlərini təhlil edin.
5.  XX əsrin ikinci yarısında ədəbiyyat sahəsindəki inkişafı əks etdirən cədvəl hazırlayın.
6.  İnformasiya cəmiyyətinin mədəniyyətin inkişafına təsirinin müsbət və mənfi cəhətləri ilə 
bağlı debat təşkil edin.
SUAL VƏ TAPŞIRIQLAR
  LAYİHƏ


144
144
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
1.  Amerika tarixinin əsas cəhətləri. Bakı, 1998
2.  Castin Makkarti, Karolin Makkarti. Türklər və ermənilər. Bakı, 2011
3.  Həsənov Ə. Müasir Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005
4.  Fətəliyev M., Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. II hissə (1945–2002). Bakı, 2008
5.  Fətəliyev  M., Yusifzadə  F.  Müasir  tarix:  Qərbi Avropa  ölkələri  XX  əsrin  90-cı  illərinin  sonu  – 
2008-ci illərdə. Bakı, 2010
6.  Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə. I hissə (1918–1945-ci illər). Bakı, 2003
7.  Mustafazadə Tofiq. Ümumi Tarix. II kitab. Bakı, 2012
8.  İsmayılov R. Axundova N. Asiya və Afrika ölkələrinin çağdaş tarixi: 1945–2000-ci illər. Bakı, 2010
 
Türk dilində
9.  Akdes Nimet Kurat. Rusya tarihi. İstanbul, 1987
10.    Arnold Toynbi,  Mədəniyyət mühakimə olunur.  İstanbul, 1988
11.   Brzezinski Zbigniew. Büyük satranç tahtası. İstanbul, 2005 
12.  Yusuf Halacoğlu. Ermeni tehciri. İstanbul, 2007
13.  Oral Sander. Siyasi tarih. Ankara, 2009
14.  Hobsbawm Eric. “Devrim çağı”. Ankara, 2003
15.  Huntington Samuel. Medeniyyetler çatışması. Ankara, 2001
16.  Kennedy Paul. Büyük güclerin yükseliş ve çöküşleri. Türkiye İş  Bankası. Kültür Yayınları, 2001
17.  F.Nitsşe. “Dəccal” əsəri. İstanbul, 2000
18.  Kissinger Henry. Diplomasi. Türkiye İş  Bankası, 2000
19.  İnqilabdan sonra İran İslam Respublikasında siyasət. Konya, 2016
20.  Lewis Bernard. Ortadoğu. Ankara, 2006
21.  Liddel Hart. 2. Dünya Savaşı tarihi. İstanbul, Yapı Kredi yayınları, 2005
22.  M.Roşkin və N.O.Berri. Beynəlxalq münasibətlərin yeni dünyası. Ankara, 2014
23.  Mehmet Arslan. İsmayıl bəy Qaspıralının təhsil islahatı. Girne Amerika Universiteti. 
24.  Modern Ortadoğu tarihi. Anadolu Üniversitesi yayını, 2013
25.  Robert Stradling. 20. yüzyıl Avrupa tarihi nasıl ögretilmeli. İstanbul, 2003
26.  Tarih. TÜSİAD yayınları. İstanbul, 2002
27.  Toynbee Arnold. Tarih bilinci. İstanbul, 1978
28.  William McNeil. Dünya tarihi. Ankara, 2002
29.  William Woodruff. Modern Dünya tarihi. Pozitiv yayınları, 2006
İngilis dilində
30.  McDougal Littell. World History, 2009
31.  Walter S. Jones. The Logic of International Relations. New York, Longman, 1997.
Rus dilində
32.  Л.С.Васильев.  История Востока. Том 1, Москва 1998. // Л.С.Васильев.  История Востока. 
Том  2, Москва 2013
33.  Верне Гораций. История Наполеона. М., Сварок и к. 1997
34.  Гарибальди Дж. Мемуары. М., Наука, 1966
35.  Матвеева А.Г. Германская империя 1871–1914. М., 2002
36.  Н.К.Синха, А.Ч.Банерджи. История Индии. Москва, 1954
37.  Новая история стран Азии и Африки. XVI–XIX вв. Ч. 2. М., 2010. 
38.  Новейшая история стран Азии и Африки, ХХ век. Ч. 1. Москва, 2001 
39.  Родригес А.М. История стран Азии и Африки в Новейшее время.  М., 2009
40.  Тарле Е.В. Наполеон. Баку, 1993
İnternet resursları
41.  www.history.az
42.  www.history.ru
43.  www.history.com
44.  www. BBC History
45.  http://hyperhistory.com
46.  http:// www.historychanel.com
47.  www.nystromeducation.com
48.  htpps://kremlin.ru./events/president
49.  www.foreignaffaris.com
50.  htpps://www.marshallfoundation.org
51.  https://winstonchurchill.org.
  LAYİHƏ


Tərtibçi heyət:
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
1
Hesab-nəşriyyat həcmi. Fiziki çap vərəqi 9. Formatı 70x100  / . 
16
Səhifə sayı 144. Ofset kağızı. Jurnal qarnituru. Ofset çapı. 
Tiraj 77732. Pulsuz. Bakı – 2018.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
ÜMUMİ TARİX 11
Ümumi tarix fənni üzrə
Müəlliflər:
Haz Cabbarov
Rövşən Hətəmov 
Niyaməddin Quliyev 
Elnur Hüseynov
“Şərq-Qərb” ASC
АZ1123, Bakı, Aşıq Ələsgər küç., 17.
Pərviz Ağalarov
Dizayner və səhifələyici
Xəqani Fərzalıyev
Texniki direktor
Texniki redaktor 
Üz qabığının dizaynı
Nurlan Nəhmətov
Fəridə Səmədova
Eldar Əliyev
Nəşriyyat direktoru
Eldəniz Xocazadə
Sevil İsmayılova
Buraxılışa məsul
Ülkər Məmmədova
Baş redaktor
 2018-185
  Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 
Redaktor və korrektor 
Nərgiz Cabbarlı
Buraxılış məlumatı
  LAYİHƏ


Pulsuz
Əziz məktəbli !
Bu dərslik sənə Azərbaycan dövləti tərəndən 
bir dərs ilində istifadə üçün verilir. 
O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri 
qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.
İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq,
onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli 
saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli
yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.
Sənə təhsildə uğurlar arzulayırıq!
  LAYİHƏ

Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə