Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

32
sosial münasibətlərini kökündən dəyişən yenidənqurma tədbirləri görüldü. Bu tədbir-
lər müşavirlər tərəfindən hazırlanır və imperator adından həyata keçirilirdi. Müşavirlər 
əsasən Avropada təhsil almış gənc, enerjili dövlət xadimləri olub ölkənin gücünü və 
mədəniyyətini çiçəkləndirməklə yanaşı, Yaponiyanın dünyanın ən güclü sivilizasiyaları 
cərgəsinə qoşulmasına çalışırdılar.
Hər şeydən əvvəl yarımfeodal knyaz mülkləri sistemi sadələşdirildi. Onlar prefektu-
ralara dəyişdirildi. Knyazlar isə qubernator statusu əldə etdilər. Mülklərini itirən knyaz 
və samuraylar xəzinədən təqaüd almağa başladılar. 
Samuray  dəstələrinin  yerinə  ümumi  mükəlləfiyyət 
əsasında müasir ordu quruldu. Avropa nümunəsində 
ilk nazirliklər yaradıldı. Dövlət xəzinəyə məxsus sənaye müəssisələrini maliyyələşdir-
məkdən imtina etdi və onları şəxsi kompaniyalara satdı. Sonradan iri kompaniyalara 
çevrilən
 “Mitsui”, “Mitsubişi” və s. elə o dövrdə meydana çıxdı. Bütün bunlar sahib-
karlığın  və  bazar  iqtisadiyyatının  inkişafına  şərait  yaratdı.  İslahatlar  zamanı  təhsilin 
inkişafına xüsusi diqqət yetirildi. Uşaqların 6 yaşından etibarən 4 illik məcburi təhsili 
həyata keçirildi, Avropa proqramlarından istifadə olunan orta və ali təhsil ocaqları ya-
radıldı. Vahid pul sistemi müəyyən edildi, ilk qadın pedaqoji məktəbi açıldı.
1889-cu ildə Yaponiyada Konstitusiya qəbul edildi. Konstitusiyaya görə, qanunve-
rici və icraedici hakimiyyətə malik olan imperator statusu müqəddəs və toxunulmaz idi. 
Ölkə vətəndaşları mülkiyyət, vicdan, söz, mətbuat və toplaşmaq azadlığı aldılar. 
İşğallar.
  Ölkədə  aparılan  islahatlar  tezliklə  öz  bəhrəsini  verdi.  İqtisadi  cəhətdən 
qüv vətlənən Yaponiya müstəmləkə işğallarına başladı. İlk hədəf Rükü adaları, sonra 
isə Tayvan oldu. Az sonra isə Yaponiya Koreyanı hədəfə aldı. Koreya uğrunda mü-
barizədə  Çini  məğlub  edib  ondan  böyük  məbləğdə  təzminat  və  ərazisində  sənaye 
müəssisələri tikmək hüququ əldə etdi. Rusiyanın Uzaq Şərqdə möhkəmlənmək istəyi 
Yaponiyanın maraqları ilə üst-üstə düşmürdü. 1904–1905-ci illər rus-yapon müharibə-
sində qalib gələn Yaponiya Cənubi Saxalini ələ keçirdi. Beləliklə, Cənubi Mancuriya və 
Koreyada onun şəriksiz ağalığı təmin olundu.
1.  Xəzinəyə  məxsus  sənaye  müəssisələrinin  şəxsi  kompaniyalara  satılmasının  inkişaf 
üçün nə xeyiri ola bilərdi?
2. İmperatorun həyata keçirdiyi hansı tədbiri daha önəmli sayırsınız? Fikrinizi əsaslandırın.
?
1.  Avropalıların Çin və Hindistandakı müstəmləkə siyasətini müqayisə edin. Bu siyasət özün-
də nəyi əks etdirirdi və fərq nədə idi?
2.  Qərb dövlətlərinin Yaponiyadan açıq qapı siyasəti tələb etməsinin səbəbləri nə ola bilərdi?
3.  Avropalıların Çinə təcavüzünü xarakterizə edin və qiymətləndirin.
4.  Yaponiyada Mutsuxito dövrünü müasirləri və tarixçilər həm islahat, həm də inqilab adlan-
dırırlar. Faktlardan istifadə edərək bu və ya digər deyimi əsaslandırın. 
5.  Fərz edin ki, siz 1870-ci illərdə Hindistan və ya Çində yaşayırsınız (özünüzə yaş, məşğu-
liyyət, sosial təbəqə və s. seçin). Xaricilərlə münasibətinizi şərh edin.
SUAL VƏ TAPŞIRIQLAR
Prefektura – Yaponiyada inzibati 
ərazi bölgüsü
  LAYİHƏ


33
I Napoleon müharibələri. 
1804-cü ildə imperator titulu qəbul edən I Napoleon bütün 
Avropanı özünə tabe etmək istəyirdi. Bunun üçün isə əvvəlcə Böyük Britaniyanı məğlub 
etmək lazım idi. Buna cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qar-
şı növbəti koalisiya qurdular. 1805-ci ildə 
Trafalqar döyüşündə ingilis donanması qalib 
gəldi. Lakin Napoleon Avstriya və Rusiyanı 
Austerlits döyüşündə məğlub etdi. 1806-cı 
ildə 
Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edil-
di. I Napoleon dövlətlər arası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış sta-
XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Avropanın 
böyük ölkələri dövlətlərarası münasibətlərdə hakim rol 
oynayırdılar. Sənaye inqilabının genişlənməsi müstəm-
ləkələr ələ keçirmək uğrunda mübarizəni kəskinləşdir-
di.  Bu  mübarizə  hərbi-siyasi  blokların  yaranmasına 
səbəb oldu.
XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR
Vyana konqresi
▪ Güc tarazlığı
▪ “Metternix sistemi”
▪ Paris konfransı
▪ Fransa-Prussiya
  müharibəsi
▪ “Üçlər ittifaqı”
▪ Antanta
▪  Balkan
    müharibələri
AÇAR SÖZLƏR
6
XIX əsrin əvvəllərində Avropanın siyasi xəritəsi
Xəritə əsasında XIX əsrin əvvəllərində Avropada siyasi vəziyyəti təhlil edin.
!
  LAYİHƏ


34
tus-kvoya (mövcud vəziyyətə) son qoydu. Dünyanın ən güclü dəniz donanmasına malik 
olan İngiltərəni məğlub edə bilməyəcəyini anlayıb ona qarşı 
qitə blokadası tətbiq etdi. 
Fransadan asılı dövlətlərə Böyük Britaniya ilə ticarət əlaqələri saxlamaq qadağan olundu.  
I Napoleonun hərbi strategiyası sürətli hərəkətə və qələbə üçün qüvvələri bir cəbhədə 
cəmləşdirməyə əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək sülh bağlayan I Na-
poleon onu da qitə blokadasına qoşulmağa məcbur etdi. Lakin qitə blokadası iqtisadi 
cəhətdən güclü olan Böyük Britaniyaya deyil, Fransa və ondan asılı olan dövlətlərə 
mənfi təsir göstərdi. Rusiya qitə blokadasını pozaraq Böyük Britaniya ilə əlaqələri ye-
nidən qaydaya saldı. Bu və Avropada bir sıra məsələlərdə mənafelərin toqquşması 
1812-ci ildə I Napoleonun Rusiyaya yürüşünə səbəb oldu. Lakin o, Moskvanı ələ ke-
çirsə də, qışın düşməsi və rusların partizan müharibəsi taktikasından istifadə etməsi 
bu yürüşün uğursuzluğu ilə nəticələndi. I Napoleona qarşı Avropa dövlətlərinin yeni 
koalisiyası yarandı. 1814-cü ildə müttəfiqlər Parisə daxil oldular və I Napoleonu haki-
miyyətdən kənarlaşdırdılar.
Vyana  konqresi.
  1814-cü  ildə 
bütün  Avropa  dövlətləri 
Vyana 
konqresində toplandılar. Konqresin 
məqsədi I Napoleon müharibələrin-
dən sonrakı dövlətlər arası münasi-
bətlərin  yeni  qaydalarını  müəyyən 
etmək idi. Konqresdə aparıcı rolu İn-
giltərə, Rusiya, Avs triya və Prussiya 
oynayırdı. Konqresin qərarına görə  
I Napoleondan geri alınan ərazilər-
də  etnik  prinsip  əsasında  dövlətlər 
yaradılması  deyil,  onların  monarxi-
yalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Fransanın inqilabdan əvvəlki sər-
hədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Böyük  Britaniya Malta, 
Seylon və Afrikanın cənubuna sahib oldu.
Vyana  konqresinin  qərarına  əsasən,  alman  dövlətləri  konfederasiyada  birləşdilər. 
Ümumi müdafiə prinsipinə əsaslanan Almaniya konfederasiyasında Avstriya və Prussiya 
əsas rol oynayırdılar.
1814–1815-ci illər Vyana konqresindən sonra Avropada münasibətlər dövri olaraq 
çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Güc tarazlığına və monarxiyaların haki-
miyyətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni quruldu. Bu sistemin 
əsasını qoyanlardan biri Avstriya imperiyasının Xarici İşlər naziri 
Klemens Metternix idi. 
XIX əsrin birinci yarısında Avropada dövlətlərarası münasibətlər
 “Metternix sistemi”nə 
görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin legitimlik prinsipinə əsaslanırdı. 
Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi.
“Şərq məsələsi”.
 
XIX əsrdə dövlətlərarası münasibətlərdə “Şərq məsələsi” önəm-
li yer tuturdu. Siyasi anlayış kimi ilk dəfə Rusiya tərəfindən Vyana konqresində irəli 
sürülmüş bu məsələdə məqsəd Osmanlı dövlətinin ərazilərini işğal etmək və bölüş-
dürmək idi. Çar Rusiyasının İstanbulu və boğazları işğal etmək istəyi Qərbi Avropa 
dövlətlərinin maraqlarına uyğun deyildi. 
Ona görə də onlar 1853-cü ildə Rusiyanın Osmanlı dövlətinə qarşı başladığı Krım 
müharibəsində Osmanlı dövlətini müdafiə etdilər. Başlıca döyüş meydanı Krım olduğu 
üçün belə adlanan bu müharibədə Böyük Britaniya, Fransa və Sardiniya Rusiyaya qar-
şı vuruşdular. Rusiyanın məğlub olduğu müharibə 1856-cı ildə Paris sülh konfransı ilə 
Vyana konqresi
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə