25
masına razı oldu. Parlamentdə çoxluq əldə edən,
ordu və parlament üzərində nəzarəti ələ alan
“Gənc türklər” inqilabın məqsədinin həyata ke-
çirildiyini güman etdilər. Əks-inqilab tərəfdarları
bundan istifadə etməyi qərara aldılar. 1909-cu ilin
aprelində əks-inqilabçılar İstanbul korpusunun
köməyi ilə sultan II Əbdülhəmidin ha kimiyyətini
bərpa etdilər. Beləliklə, sultan, qısa müd dətə də
olsa, parlamentin səlahiyyətlərini məh dudlaşdıra,
köhnə qaydalara qayıda bildi. Lakin özünə sadiq
hərbi his sələrə arxalanan “Gənc türklər” qiyamı
yatırıb II Əbdülhəmidi taxtdan salmağı bacardı-
lar. Tezliklə taxta V Mehmet Rəşad çıxdı.
“Gənc türklər”in yeritdiyi xarici siyasət imperi-
yanın süqutunu sürətləndirdi.
1911–1912-ci illəri
əhatə edən İtaliya–Osmanlı (Trablis) müharibəsi
nəticəsində İstanbul özünün Afrikadakı sonuncu
mülklərini (indiki Liviya ərazisini) itirdi. I Balkan
müharibəsi
(1912–1913) Osmanlı imperiyasına daha ağır zərbə vurdu. Bu müharibə
nəticəsində türklərin Avropadakı ərazisi Frakiyanın kiçik bir hissəsi ilə məhdudlaşdı.
Bütün bunlar ölkədə onlara qarşı narazılıqların artmasına gətirib çıxardı. Müxalif əh-
vali-ruhiyyənin çoxalması “Gənc türklər”i repressiyalara başlamağa sövq etdi. 1913-
cü ildə Ənvər bəyin başçılığı ilə bir qrup gənc zabit hakimiyyət çevrilişini reallaşdırdı.
Osmanlı imperiyası
II Əbdülhəmid
LAYİHƏ
26
1. “Gənc türklər” üsyanı Osmanlı dövlətinə nə verdi?
2. “Gənc türklər” təşkilatının üzvü olsa idiniz, hansı qərarları qəbul edərdiniz?
3. XIX əsrdə Osmanlı dövlətinin zəifləməsini nədə görmək olar?
4. Siz Osmanlı dövlətində aparılan islahatların hansı mərhələsinə xüsusi əhəmiyyət verərdi-
niz? Fikrinizi əsaslandırın.
5. Ənvər paşa haqqında araşdırma aparıb təqdimat hazırlayın.
6. XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən geosiyasi dəyişiklikləri müxtəlif
sxemlər formasında təqdim edin.
SUAL VƏ TAPŞIRIQLAR
Ölkədə diktatura rejimi quruldu. Dövlətin da-
ğılmasının qarşısını almağı və Avropa dövlət-
lərinin asılılığından tam azad olmağı düşünən
“Gənc türklər” Birinci Dünya müharibəsi za-
manı Almaniyanın tərəfini saxladılar ki, bu da
Osmanlı imperiyasının məhvinə səbəb oldu.
““Gənc türklər”in 1913-cü il konfransın-
da qəbul etdiyi proqram
İqtisadi bölmədən çıxarış
Maddə 18. Kənd təsərrüfatının inkişafı üçün
torpaq sahiblərinə aşağı faizli, uzunmüddətli
kredit vermək. Bunun üçün də ölkədə ipoteka
bankının açılmasına çalışmaq lazımdır.
Maddə 19. Mövcud sivilizasiya tələblə-
rini yerinə yetirməyə mane olan, ticari
əməliyyatları gecikdirən və məhdudlaşdıran
mövcud qanunvericiliyin yumşaldılmasına
çalışmaq. <...>
Maddə 22. Sex birliklərini müstəqil ixtisas
birlikləri qismində tanımaq və onlara öz
daxili məsələlərinin həllində tam səlahiy-
yətlərin verilməsinə çalışmaq.
Maddə 23. Dövlətin iqtisadi vəziyyəti imkan
verən kimi aşarın 10% azaldılmasına
çalışmaq. <...>
Maddə 25. İndiki çox ədalətsiz və qey-
ri-proporsional gəlir vergisini, nəyin baha-
sına olursa-olsun, bu qanunun xaricilərə
şamil edilməsi ilə ədalətli və proporsional
olmasına çalışmaq üçün xüsusi qanun
hazırlamaq. <...>
Maddə 28. Torpaq mülkiyyətçiləri, icarədar-
lar, mövsümi işçilər və yardarlar arasında
münasibətləri qaydaya sala biləcək qanunun
qəbul olunmasına çalışmaq. <...>
Maddə 30. Sənayenin genişləndirilməsi
haqqında qanunun verilməsini və qüvvəyə
minməsini tezləşdirmək. <...>”
Тunауа T.Z. Тurkiуе'dе Siyasi Раrtilеr.
1859–1952. İstanbul. 1952. s.216–217
Bu maddələrə əsasən Osmanlı döv-
lətinin o dövrkü iqtisadi vəziyyətini
özün də əks etdirən tezislər hazırlayın.
!
"Gənc türklər" sultan II Əbdülhəmidə qarşı
LAYİHƏ
27
İran.
XIX əsrin əvvəllərində İran feodal münasibətlərin hakim olduğu aqrar ölkə idi.
Ölkəni qeyri-məhdud hakimiyyətə malik şah idarə edirdi. Hakimiyyətdə olan sülalə türk
soylu Qacar tayfası idi.
Siyasi vəziyyət:
Ölkə XIX əsrin ilk illərindən İngiltərənin və Fransanın iqtisadi və
siyasi maraq obyektinə çevrildi. Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək istəyi
İranın gah İngiltərəyə, gah da Fransaya meyil etməsini şərtləndirdi. Çünki I Napole-
onun Avropada apardığı müharibə Rusiyanı İngiltərə ilə yaxınlaşdırmışdı. I Napoleon
Hindistanı ələ keçirmək həvəsində idi. Son nəticədə İngiltərədən, Fransadan elə bir
ciddi kömək ala bilməyən Qacarlar (İran) Cənubi
Qafqaz uğrunda mübarizəyə başlayan Rusiyaya
müharibə elan etdi.
1804–1813-cü və 1826–1828-ci illəri əhatə
edən I və II Rusiya-Qacarlar müharibələrində
Qacarlar məğlub oldu. Gürcüstan, Arazdan şi-
maldakı Azərbaycan torpaqları Rusiyanın tabe-
çiliyinə keçdi. Qacarlar Rusiyaya böyük məb-
ləğdə təzminat ödəmək məcburiyyətində qaldı.
1828-ci ilin fevralında Türkmənçay müqaviləsin-
dən savayı Rusiya ilə Qacarlar arasında
xüsusi
ticarət traktatı imzalandı. Traktata görə, rus
təbəələri İranda eksterritoriallıq və digər iqti-
sadi-siyasi güzəştlər əldə etdilər.
Rusiya-Qacarlar müharibələri zamanı Xo-
rasan xanları tez-tez üsyan qaldıraraq mər-
kəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırırdılar. Xorasan xanlarının özbaşınalıqla-
rına, eləcə də əfqanların Sistana iddialarına son qoymaq üçün Məhəmməd şah
(1834–1848)
1837-ci ildə Əfqanıstana yürüş etdi. İngiltərənin aramsız hədə-qorxuları
və təzyiqi nəticəsində Məhəmməd şah qoşunlarını Əfqanıstandan çıxarmağa məcbur
oldu.
İqtisadi vəziyyət.
Tezliklə İngiltərə və Qacarlar arasında ingilis təbəələrinin eks-
territoriallıq hüququ haqqında müqavilə imzalandı. XIX əsrin 60-cı illərinin ortalarında
1. Rusiya-Qacarlar müharibələrinin Azərbaycanla bağlı nəticələrini tarixi zaman baxımın-
dan necə qiymətləndirmək olar?
?
XIX əsrin əvvəllərində Rusiya, İngiltərə və Fransanın tarixinə nəzər yetirib bu ölkələrin
İran da toqquşan maraqlarını analiz edin.
!
XIX əsrdə Şərq ölkələri inkişaf cəhətdən Qərb dövlətlə-
rindən geri qalırdılar. Bu da Qərb dövlətlərinə müstəmləkə-
çilik siyasətini davam etdirməyə imkan verirdi. Lakin bəzən
qədim dövlətçilik ənənəsi olan dövlətləri tam tabe etmək
mümkün olmadığından “qərblilər” iqtisadi ekspansiya,
hərbi təzyiq, güzəştli müqavilələr yolu ilə bu ölkələri yarım-
müstəmləkəyə çevirirdilər.
İRAN, HİNDİSTAN, ÇİN VƏ YAPONİYA
▪ Qacarlar
▪ Babilər
▪ Sipahilər üsyanı
▪ Hind Milli Konqresi
▪ Tiryək müharibəsi
▪ Syoqun
▪ Mutsuhito
▪ Samuray
▪ Taypinlər hərəkatı
▪ Sun Yatsen
AÇAR SÖZLƏR
5
Türkmənçay müqaviləsinin
imzalanma mərasimi
Eksterritoriallıq hüququ – toxunulmazlıq
hüququ. Bir dövlətin ərazisində yaşayan
xaricilərin işinə həmin dövlətin məhkəmələri
baxa bilməzdi.
LAYİHƏ