Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

178
 47. Xərçəng
*
İnsanların zaman-zaman müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri məlumdur. 
Bu xəstəliklər arasında dəhşət doğuranları, müalicəsi olmayanları da vardır. 
► 
Sizcə, bu xəstəliklər hansılardır?
Şəkilləri müqayisə edin. 
Suallara cavab verin:

  
Xərçəng xəstəliyi hansı orqanlarda ola bilər?

  
Xəstəlik nə üçün belə adlanır?

  
Xəstəlik hansı səbəblərdən yaranır?

  
Xərçəngin müalicəsi varmı?

  
Xəstəliklər nəsildən-nəslə ötürülə bilərmi?
Xəstəliklər  içərisində  insanları  qorxuya 
salan və sağalmaz hesab olunanlardan biri də 
xərçəngdir. Xəstəlik nə üçün belə adlanır?
Latınca xərçəng xəstəliyini “kanser” ad-
landırırlar. Çünki bu xəstəlik zamanı xərçəng 
hüceyrələri ilk yarandığı yerdən yayılaraq di-
gər  yerlərə  rişələr
*
  atır,  yeni  toxumaları  zə-
dələyir.  Rişələr  xərçəng  ayaqlarına  bənzədi-
yindən  xəstəlik  belə  adlandırılıb.  Xərçəng 
hüceyrələri üzərində aparılan təcrübə və mü-
şahidələr  nəticəsində  onların  çox  sürətlə 
çoxaldığı müəyyən olunmuşdur. 
Laboratoriya  şəraitində  süd  vəzinin  nor-
mal hüceyrələri 20-50 dəfə bölündüyü halda 
qidalı  mühitdə  xərçəng  hüceyrələri  sonsuz 
sayda bölünə bilir. Onlar toxumaları qalınlaş-
dırır və nizamsız törəyib artırlar.
M
Alman alimi Herald Zur 
Hausen (Herild Zur Hauzin) 
uşaqlıq ağızı xərçənginə səbəb 
olan Human Papilloma Virusu-
nu (HPV) kəşf etdiyi üçün 
2008-ci ildə tibb sahəsində 
Nobel mükafatına layiq görül-
müşdür.
F
  LAYİHƏ


179
Xərçəngin toxumaları qalınlaşdırması nəticəsində bədxassəli şişlər əmələ gə-
lir. Belə şişlərin yarandığı toxumaların uyğun adlarla adlandırıldığını bilirsiniz.
Xərçəng şişlərinin əksəriyyəti sürətlə böyüyür. Bəziləri şüaya davamlıdır, bə-
ziləri isə yox. Ancaq oxşar xüsusiyyətləri budur ki, onlar sürətlə böyüyüb artmaq-
la bərabər, ətraflarındakı toxumalara daxil olaraq qan və limfa vasitəsilə öz hücey-
rələrini yaymağa başlayırlar. Xərçəng hüceyrələrinin daha bir xüsusiyyəti də vaxt-
lı-vaxtında  müalicə  olunmadıqda  ilkin  müalicə  olunan  yerlərdə  yenidən  inkişaf 
edə bilmələridir.Bildiyiniz kimi, xərçəng hüceyrələri normal hüceyrələrdən fərqli 
olaraq  nəzarətsiz  inkişaf  edir,  yəni  normal  hüceyrələrin  inkişafına  nəzarət  edən 
mexanizmə tabe olmur. Xərçəng hüceyrələrinin kimyəvi tərkibinə gəldikdə isə on-
ların  adi  hüceyrələrlə  heç  bir  keyfiyyət  fərqi  yoxdur. Ancaq  maddələrin  miqdar 
fərqi vardır, yəni bəzi komponentlər çoxalıb-azala bilir. Bu, maddələr mübadiləsi-
nin pozulmasına səbəb olur. Xərçəng hüceyrələri normal hüceyrələrdən daha çox 
şəkər  istifadə  edir.  Karbohidrat  və  zülallar  fərqli  parçalanır,  bu  isə  hüceyrələrin 
qeyri- normal inkişafına səbəb olur.
Bədxassəli şişlərə səbəb olan amilləri yadınıza salın.
Maddələr mübadiləsinin pozulması nəticəsində xərçəng hüceyrələrinin forma-
sı və quruluşu dəyişir. Onların nüvələri ya çox böyüyür, ya da çox kiçilir. Biopsi-
ya
*
 zamanı belə hüceyrələri məhz bu xüsusiyyətlərinə görə təyin edirlər.
Normal hüceyrələrin xərçəng hüceyrəsinə çevrilməsinə səbəb olan amillərdən 
bəziləri:
■ 
siqaret və alkoqoldan istifadə
■ 
uzun müddət Günəş altında qalma
■ 
hava kirliliyi 
■ 
kimyəvi maddələr
■ 
fiziki amillər

 
orqanizmdə viruslar
■ 
benzolin boya maddələri 
■ 
oksoaminlər
■ 
rentgen şüaları
■ 
heyvanlar
■ 
hormonlar
■ 
radioaktiv maddələr
■ 
ultrabənövşəyi şüalar
  LAYİHƏ


180
Xərçəng xəstəliyinin irsən ötürülməsi mübahisəli məsələ olmuşdur. Demək 
olar  ki,  xərçəng  irsən  ötürülmür. Ancaq  xərçəngə  meyillilik  müşahidə  olunur. 
Xərçəngin əmələ gəlməsində düzgün qidalanmama xüsusi yer tutur.
Normal hüceyrələrlə xərçəng hüceyrələrinin xüsusiyyətlərini fərqləndirək:
■ 
 
nəzarətli bölünmə
■ 
 
nəzarətli inkişaf
■ 
 
nizamlı təbəqələşmə
■ 
 
ixtisaslaşmış hüceyrələr
■ 
 
normal nüvə
■ 
 
nəzarətsiz bölünmə
■ 
 
nəzarətsiz inkişaf
■ 
 
nizamsız təbəqələşmə
■ 
 
ixtisaslaşmamış hüceyrələr
■ 
 
normal olmayan nüvə
Xərçəng xəstəliyinin törənməsində ehtimal olunan amillərdən biri də maddələr 
mübadiləsi ilə orqanizmdən zərərli məhsullarının vaxtında kənarlaşdırılmamasıdır. 
Nəticədə  həmin  maddələr  hüceyrələrin  xərçəng  hüceyrələrinə  çevrilməsinə  şərait 
yaradır. 
Xərçəng xəstəliyinə səbəb olan amillərə zərərli vərdişləri də aid edirlər. Siqaret, 
alkoqollu  içkilər,  narkotiklərdən  istifadə  bir  çox  orqanlarda  xərçəng  xəstəliyinin 
yaranmasına gətirib çıxarır. Spirtli içkiləri müntəzəm qəbul edən insanlarda mədə, 
qida borusu, bağırsaq və qaraciyər xərçənginə daha çox təsadüf olunur. 
Daim siqaret çəkənlərdə pnevmoniya, plevrit, vərəm, bronxit, traxeit və s. xəs-
təliklərə təsadüf olunur ki, bu da xərçəngə zəmin yaradır. 
Deməli, xərçəng şişləri birdən-birə yaranmır. Müxtəlif xəstəliklərə laqeyd ya-
naşma onların yaranmasına imkan yaradır. Xəstəlikləri vaxtında aşkar etmək xər-
çəng xəstəliyinin qarşısını ala bilər. 
Şəxsi  gigiyena  qaydalarına  əməl  etmək  də  xərçəng  xəstəliklərinin  qarşısının 
alınmasında mühüm rol oynayır. Düzgün qidalanmaq, dərini təmiz saxlamaq, Gü-
nəş şüalarından qorunmaq, düzgün istirahət etmək, zədələnmiş orqan və toxumala-
rın müalicəsi ilə vaxtında məşğul olmaq sizi bu xəstəlikdən qoruyar. 
Xərçəng xəstəliyinin müalicəsində kimyəvi terapiya və radioterapiya metodla-
rından istifadə olunur. Bu zaman xərçəng hüceyrələrinin böyümə və çoxalma pro-
sesləri ləngidilir.
Süni  surətdə  xərçəng  şişi  yaratmağın  mümkünlüyünü  ilk  dəfə  yapon 
alimləri Yamaqiva və İçikava sübut etmişlər. Onlar siçanların və adadovşan-
larının dərisinə müntəzəm daş kömür qatranı sürtüb xərçəng şişləri almışlar.
Əldə olunan məlumatlara görə, hər il dünya əhalisinin 6,5-7 milyon 
nəfəri xərçəng xəstəliyinə tutulur. 4 milyondan çox adam bu xəstəlikdən 
dünyasını dəyişir.
MARAQ
LID
IR!
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə