Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

170
2. Şəkillərdə göstərilmiş hüceyrələrə uyğun gələnləri yazın.
Bitki hüceyrəsi
Heyvan hüceyrəsi
• 
Hüceyrə qlikokaliksə malikdir.
• 
Hüceyrə sitoplazması qılafın buğumlanması nəticəsində bölünür.
•  
Hüceyrə sitoplazması sellülozadan ibarət arakəsmənin əmələ gəlməsi nəticəsin-
də bölünür.
• 
Sentriollar bölünmə vətərləri əmələ gətirir.
• 
Bölünmə vətərləri əmələ gəlmir.
3. Bitki və heyvan  hüceyrələrində ümumi olmayan hansı rəqəmə uyğundur?
A) yalnız I        B) I və II           C) III və IV     D) I, III, IV      E) yalnız IV
T
  LAYİHƏ


171
 45.  Həzm prosesinin gedişində müxtəliflik
İnsan orqanizmində maddələr mübadiləsinin gedişi zamanı baş vermiş dəyişik-
liklərin orqanizmə necə təsir etdiyini xatırlayın. Qida maddələrinin həzmi zamanı 
fermentlərin rolu nədən ibarətdir? 
►  
Karbohidrat, lipid və zülalların parçalanması necə gedir, onların həzmində 
hansı fermentlər iştirak edir?
Verilmiş canlıların həzm sistemlərini müqayisə edin.
• 
Fərqli xüsusiyyətləri müəyyənləşdirin.
• 
Fərqliliyə səbəb nədir?
M
F
  LAYİHƏ


172
Qaraciyərdə  piy  infiltrasiyası.  Normal  qaraciyərin  ümumi  kütləsinin  təqribən 
10 %-ni lipidlər təşkil edir. Qaraciyər lipidləri, o cümlədən xolesterini, öd turşuları-
nı öd yolları vasitəsilə onikibarmaq bağırsağa ifraz edilir. Qaraciyərə daxil olan yağ 
turşularının miqdarının artması onların parçalanmasının ləngiməsinə səbəb olur. Li-
pidlər qaraciyərdən normal ifraz oluna bilmir. Bu da qaraciyərdə piy infiltrasiyası 
adlanan patoloji hala səbəb olur. Qaraciyərdə piyin toplanması digər səbəblərdən də 
yarana bilər. Bu orqanda piy toxuması bəzən 40-60 %-ə çata bilər ki, bu da çox ağır 
fəsadlar  verər,  qaraciyərin  digər  funksiyaları  pozular.  Qaraciyərdə  baş  verən  belə 
halları düzgün qidalanma ilə aradan qaldırmaq olar. Xəstəliyi müalicə etmək üçün 
müxtəlif dərman preparatları da vardır.
Ateroskleroz. Lipidlərin əsas növ lərindən biri də xolesterindir. Xolesterin insan 
orqanizmində  sintez  olunur.  Xoles-
terin, əsasən, heyvan mənşəli məh-
sullarda  olduğundan  orqanizmə  də 
bu  qidalarla  daxil  olur.  Əgər  uzun 
müddət  tərkibində  xolesterin  olma-
yan qidalarla qidalansaq, orqanizm-
də xolesterinin miqdarı azalar. Gün 
ərzində  müxtəlif  qidalar  vasitəsilə  
təqribən  0,3-0,5  q  xolesterin  qəbul 
olunur.  Orqanizmin  to xumalarında 
isə  1 q  xolesterin  sin tez  olunur. 
Orqanizmdə  xolesterinin  miqdarı 
İnsanın həzm sistemində nişasta, qlikogen və bir sıra disaxaridləri hidrolizə 
uğradan  fermentlər  vardır. Ancaq  insan  orqanizmində  daima  bol  qəbul  olunan 
sellüloza həzm kanalında cüzi miqdarda həzmə uğrayır. Onun parçalanması yo-
ğun bağırsaqlarda olan bir sıra fermentlərin təsiri ilə gedir, çox qismi isə həzm 
olunmamış şəkildə orqanizmdən xaric olur. Həzm kanalında sellülozanın olması-
nın böyük əhəmiyyəti vardır. O, bağırsaq reseptorlarını qıcıqlandırır, bu isə şirə 
ifrazını  artırır.  Sellüloza  bağırsaq  perisitaltikasını
 
(bağırsağın  dalğavarı  yığılıb- 
açılması) da gücləndirir. 
İnsandan  fərqli  olaraq,  otyeyən  heyvanların  həyatı  üçün  sellülozanın  həzm 
edilməsinin daha böyük əhəmiyyəti vardır. Lakin otyeyən məməli heyvanların da 
orqanizmində sellülozanı parçalayan ferment sellülaza olmur. Bu fermentə əsasən 
həşəratların və molyuskların həzm şirələrində rast gəlinir. Məməlilərdə sellülozanı 
parçalayan onlarla simbioz yaşayan bakteriyaların və infuzorların fermentləridir. 
İnsan orqanizmində maddələr mübadiləsinin pozulması nəticəsində yaranan 
xəstəliklərin çoxu sizə məlumdur. Bu xəstəliklər hansılardır? Yada salın. 
İnsanların əziyyət çəkdiyi daha çox xəstəlik vardır. Onlardan bəziləri ilə tanış olaq.
qan axını
ateroskleroz
  LAYİHƏ


173
artarsa,  ateroskleroz  xəstəliyinin  inkişafına  şərait  yaranar.  Bu  zaman  arteriya  da-
marlarının divarlarında lipid ləkələri və zolaqları əmələ gəlir. Damarlarda düyünlər 
yaranır. Onların içində sarı sıyığabənzər maddə yığılır. Çox vaxt o düyünlər xorala-
şır, çapıqlar yaranır, onların üzərinə kalsium duzları yığılır. Bu da damar divarları-
nın elastikliyini itirməsinə səbəb olur. Bəzən damar mənfəzi daralır, çox vaxt tama-
milə tutulur. Yaşlı adamlarda çox rast gəlinən xəstəliklərdən biri də beyin qan da-
marlarının aterosklerozudur. Xəstəlik zamanı əsas əlamətlər aşağıdakılardır.
1. başağrısı;
2. qulaqlarda küy;
3. başgicəllənmə;
4. əmək qabiliyyətinin azalması;
5. yersiz əsəbilik;
6. yaddaşın zəifləməsi;
7. yuxunun pozulması;
8. müvazinətin pozulması və s. 
Aterosklerozun müalicəsi üçün:
a) siqaret və alkoqola yox demək;
b) düzgün qidalanmaq, çoxlu meyvə 
tərəvəz yemək;
c) çəkini normada saxlamaq;
d) idmanla məşğul olmaq;
e) vaxtında həkimə müraciət etmək lazımdır.
Öd daşlarının yığılması da, əsasən, xolesterin artıqlığı nəticəsində yaranır. Öd 
daşları çox vaxt öd yollarına tıxanır. Öd kisəsinin divarında spazm yaradır. 
Podaqra – xronik xəstəlikdir. Bu xəstə-
lik  Hippokratın  yaşadığı  dövrdə  belə  mə-
lum  idi.  Yunanca  onun  mənası  “ayaq  üstə 
tələ”  dir.  Bir  çox  məşhur  insanlar  belə  bu 
xəstəlikdən əziyyət çəkiblər. Bunlardan al-
man  dahisi  Hoteni,  rus  yazıçısı Turgenevi, 
məşhur  rəssam  Mikelancelonu  və  s.  misal 
göstərmək  olar.  Podaqranın  ilk  təsvirini 
verən  ingilis  həkimi  T.Sudenhem  də  bu 
xəstəlikdən əziyyət çəkmişdir. Onun 1660-
cı  ildə  dediyi  fikirlər  XX  əsrin  ortalarında 
sübuta yetmişdir. Elm adamları sübut etmişlər ki, bu xəstəliyə səbəb maddələr mü-
badiləsinin pozulması nəticəsində qanda və toxumalarda sidik turşusunun artması-
dır. Son illərdə podaqralı xəstələrin sayının artdığı müşahidə olunur. Bunun səbəb-
lərini araşdırdıqda məlum olmuşdur ki, əhalinin maddi vəziyyətinin yaxşılaşması, 
normadan artıq qidalanma, azhərəkətlilik, alkoqoldan istifadə və s. belə faktorlar-
dandır. Əsasən, 40-50 yaşlı kişilərdə daha çox rast gəlinir.Bu da oynaqlarda kəskin 
ağrılara səbəb olur. Duzların toplanması nəticəsində əl və ayaq oynaqlarında ilti-
sidik 
turşusunun 
kristalları
duz qalıqları
iltihablı oynaq
Öd daşlarının müxtəlifliyi
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə