Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

163
Fikirləşin, ailə həyatında ən çox yaşanan problemlər nələr ola bilər?
Ailələr müxtəlifdir. Deməli, problemlər də müxtəlif olur. Ən çox yaşanan prob-
lemlər:
■ 
yeni ailəyə uyğunlaşmamaq
■ 
kompromisə gələ bilməmək
■ 
ailədə qayda-qanunun olmaması
■ 
yalan vədlər
■ 
inamsızlıq
■ 
maddi çətinlik
■ 
əqidə müxtəlifliyi
■ 
cinsi münasibətlər
■ 
uşaq dünyaya gətirmək qərarı
■ 
valideynlərlə həyat yoldaşı arasında münasibətlər
“Reproduktiv  sağlamlıq  sağlam  ailənin  təməlidir”.  Mövzu  ətrafında  müzakirə 
aparın.
F
  LAYİHƏ


164
Ailənin  xoşbəxtliyi  oradakı  insanların  bir-birinə  münasibətindən  asılıdır.  Ailə 
münasibətlərinin  pozulması  əksər  hallarda  ailə  münaqişələrinə  səbəb  olur.  Mü-
naqişəyə səbəb olan amillər çoxdur. Onlardan biri də ailədə əmək bölgüsünün düz-
gün aparılmamasıdır. Kişilərin əksəriyyəti hesab edir ki, qadınlar işləsə də, işləməsə 
də, evdə həmişə rahatlıq və səliqə olmalı, yeməyi mütləq qadın hazırlamalıdır. Bu 
fikirlə razılaşmaq olarmı? Fikirlərinizi əsaslandırın.
Yaşanan problemlər çox vaxt ailələrin dağılmasına səbəb olur. Dünya miqya-
sında boşanma səbəbləri, əsasən, aşağıdakılardır:
■ 
xəyanət
■ 
zorakılıq
■ 
yoxsulluq
■ 
qüruru sındıran davranışlar
■ 
məhəbbətin olmaması
■ 
zərərli vərdişlər
■ 
cinsi soyuqluq
■ 
bəyənməmək
■ 
qadınların baxımsızlığı
■ 
xasiyyətlərin uyğunlaşmaması
■ 
səyahətlərə tək çıxmaq
■ 
qadın və kişilərin pintiliyi
■ 
kənar şəxslərin ailəyə müdaxiləsi
■ 
sonsuzluq
  LAYİHƏ


165
Respublikamızda  2015-ci  ilin  statistikasına  görə,  boşanma  səbəbləri 
və boşanmaların sayı:
Xəyanət – 413
Sərxoşluq – 369
Narkotiklərin qəbulu – 171
Maddi vəziyyət – 302
Xəstəlik – 224
Boşanmalar ən çox 25–35 yaşlılar arasında baş verir.
Ailə qurarkən ciddi fikirləşin və düzgün seçim edin. 
Məhəbbət və qarşılıqlı hörmət hissi ilə qurulan 
ailələr xoşbəxt olurlar. 
MARAQ
LID
IR!
1.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1999-cu  ildə  təsdiq  etdiyi 
“Gənc Ailə Proqramı” ilə tanış olun və proqramın əhəmiyyəti haqqında mə-
ruzə hazırlayın.
2. Ailənizdə olan ailə münasibətləri haqqında esse yazın.
3. “Zərərli vərdişlər və ailə” mövzusunda təqdimat hazırlayın.
4. Sxemi tamamlayın. 
Sağlam ailə üçün
?
Sağlam 
psixoloji 
şərait 
olmalıdır.
?
?
T
  LAYİHƏ


166
 
 Hüceyrənin nəzarətli
 və nəzarətsiz
bölünməsi
VII
  LAYİHƏ


167
 
► Bitki və heyvan hüceyrələrində sitoplazmanın bölünməsi 
► Həzm prosesinin gedişində müxtəliflik
► Hüceyrənin nəzarətsiz bölünməsi. Şişlər
► Xərçəng
► Mitoz və meyoz bölünmələrin oxşar və fərqli cəhətləri
  LAYİHƏ


168
 44.  Bitki və heyvan hüceyrələrində 
sitoplazmanın bölünməsi
Hüceyrənin  bölünməsi  üçün  onun  interfaza  mərhələsindən  keçməsi  vacibdir. 
Yada salın:
► 
İnterfaza mərhələsində hüceyrədə hansı dəyişikliklər baş verir? 
İnterfaza mərhələsində hüceyrədə aşağıdakı əlamətləri müşahidə etmək olar.
• 
Sentriolların ikiləşməsi;
• 
Bəzi orqanoidlərin sayının artması;
• 
DNT-nin miqdarının iki dəfə artması;
• 
Xromosomların iki xromatidli olması;
• 
Maddələr mübadiləsinin sürətlə getməsi.
Şəkilləri müqayisə edib suallara cavab verin:
• 
Şəkillərdə nə kimi fərq görürsünüz?
• 
Bitki hüceyrəsi nə üçün heyvan hüceyrəsi kimi bölünə bilmir?
• 
Bölünmə zamanı nüvənin rolu nədən ibarətdir?
M
F
Heyvan hüceyrəsi
Hüceyrələrin həyat dövriyyəsi
Bitki hüceyrəsi
interfaza
interfaza
profaza
profaza
metafaza
metafaza
anafaza
anafaza
telofaza və 
sitokinez
telofaza və 
sitokinez
  LAYİHƏ


169
Mitoz bölünmə zamanı hüceyrənin digər hissələri ilə yanaşı, sitoplazması da 
bölünür. Sitoplazmanın bölünməsi bitki və heyvan hüceyrələrindən fərqlidir. Si-
tokinez
*
 anafaza mərhələsində başlayır. 
Sitokinez  zamanı  heyvan  hüceyrələrində  sitoplazma  xaricdən  daxilə  doğru 
ayrılmağa  başlayır,  hüceyrə  ortadan  sıxılaraq  iki  yerə  bölünür.  Hüceyrələrində  
sitoplazma  bölünərkən  plazmatik  membranın  altında  aktin  və  miozin  tərkibli 
saplar əmələ gəlir. Sapların qısalması hüceyrələrin bölünməsini təmin edir.
Bitki  hüceyrələrində  sellülozadan  ibarət  hüceyrə  divarı  olduğu  üçün  onun 
buğumlanıb bölünməsi mümkün olmur. Mitozun telofaza mərhələsində iki nüvə 
arasında mər kəzi sahə yaranır. Orada Holci kompleksindən daxil olan maddələ-
rin hesabına bölünmə baş verir. Bölünmə qılafa qədər davam edir və beləliklə, 
hüceyrə ikiyə bölünür.
Sitoplazmanın bölünməsi zamanı, ola bilər ki, o, qız hüceyrələr arasında bəra-
bər miqdarda bölünməsin. 
Bəzən də hüceyrələrdə mitoz prosesi baş verir, ancaq sitoplazma bölünmür. 
Buna misal olaraq, məməlilərin eninə zolaqlı əzələ hüceyrələrini göstərmək olar. 
Bu  hüceyrələrdə  nüvələrin  sayı  çox  olur.  Deməli  hüceyrədə  nüvələr  bölünür, 
sayları artır, ancaq sitoplazma bölünmür. 
1. Uyğunluğu müəyyən edin.
a) Hüceyrələr buğumlanıb bölünə bilmir. 
b) Bölünmə vətərləri sentriollardan yaranır.
c) Bölünmə vətərləri sentriollardan yaranmır.
d) Bölünmə vətərləri xromosomları qütblərə çəkir.
e) Hüceyrənin bölünməsi sitoplazmanın ortasından başlayır.
T
Heyvan hüceyrələrində
mitoz
Bitki hüceyrələrində 
mitoz
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə