Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə21/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   17   18   19   20   21   22   23   24   ...   216

çoxu neytral və zəif qələvi torpaqlarda (məs. qaratorpaq) yaxşı məhsul verir. 

Duzlu  torpaqlarda  suda  həll  olan  duzların  (xloridlər,  sulfatlar,  kar- 

bonatlar)  miqdarı  izafi  həddə  çatır.  Bu  torpaqlar  çox  vaxt  qrunt  sularının 

torpaq  horizontuna  qədər  qalxması  ilə  əlaqədar  təkrar  şorlaşma  nəticəsində 

əmələ  gəlmişlər.  Duzlu  torpaqların  şoran  və  şorakət  tipləri  mövcuddur. 

Şorakət  torpaqlarda  natrium-karbonat  üstünlük  təşkil  edir,  bu  torpaqların 

reaksiyası (pH) 8-9-a çatır. 

Duzlu  torpaqların  özünəməxsus  flora  və  faunası  var.  Burada  bitkilər 

duzların konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki növləri 

müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər halofitlər adlanır. Duzlaq 

coğanı  adlanan  halofit  növü  20%-dən  artıq  torpağın  duz-  luluğuna  dözür. 

Bununla  belə  torpaq  soğulcanları  torpağın  zəif  duzlu-  luğuna  uzun  müddət 

davam gətirə bilmir. 

Torpağın canlı sakinləri (orqanizmləri) 

Torpağın  müxtəlifliyi  onun  müxtəlif  ölçülü  orqanizmlər  üçün  müxtəlif 

mühit yaratmağa imkan verir. Mikroorqanizmlər üçün torpaq hissəciklərinin 

səthinin  cəmi  xüsusi  əhəmiyyət  kəsb  edir,  belə  ki,  onların  üzərində 

mikrobların  əksər  hissəcikləri  adsorbsiya  olunur.  Torpaq  mühitinin 

mürəkkəbliyi  çox  müxtəlif  fəaliyyətli  qruplaşmaların  -  aerobların  və 

anaeroblarm,  üzvi  və  mineral  birləşmələrdən  istifadə  edənlərin 

məskunlaşması  üçün  müxtəlif  cür  şərait  yaradır.  Mikroorqanizmlərin 

yayılması  üçün  torpaqda  kiçik  mənbələr  (yuvacıqlar)  xarakterikdir,  belə  ki, 

hətta bir neçə millimetr məsafədə müxtəlif ekoloji zonalar bir-birini əvəz edə 

(dəyişə) bilər. 

Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) adlanan 

qruplaşmada birləşən kiçik  torpaq heyvanları üçün torpaq mikro su hövzəsi 

hesab olunur. Əslində onlar su orqanizmləridir. Onlar qravitasiya və kapilyar 

su ilə dolmuş torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə 

mikroorqanizmlər  kimi  pərdə  suyunun  hissəcikləri  səthində  adsorbsiya 

olunmuş  vəziyyətə  keçirə  bilir.  Bu  növlərin  çoxu  su  hövzələrində  yaşayır. 

Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla yanaşı, 

əlverişsiz  dövrlərin  sonunu  gözləyərək  uzun  müddət  sistalaşmış  vəziyyətdə 

qalmaq  qabiliyyətinə  malikdirlər.  Halbuki,  şirin  su  amyoblannm  ölçüləri 

50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-15 mkm olur. 

Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da 

karlik ölçüsündə olur və bədənlərinin formalarını kəskin dəyişə bilirlər. 

Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara 

sistemi  sayılır.  Belə  heyvanlar  mezofauna  adlanan  qrupda  birləşir.  Torpaq 

mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin onda 

45 



bir  hissəsindən  2-3  mm-ə  qədər  olur.  Bu  qrupa  əsasən  buğumayaqlılar, 

gənələrin bir sıra qrupları, ilk qanadsız həşəratlar, qanadlı həşəratların xırda 

növləri və s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma üzvləri 

yoxdur. Onlar torpaq boşluqlarmm divarları ilə sonluqlarının köməyi ilə və ya 

qurdşəkilli qıvrılaraq sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara 

örtükləri ilə tənəffüs etməyə imkan yaradır. Bir çox növlərin traxeya sistemi 

yoxdur.  Belə  heyvanlar  qurumağa  qarşı  çox  həssasdırlar.  Havanın 

rütubətliyinin  dəyişməsindən  qorunmaq  üçün  əsas  üsul  torpağın  dərinliyinə 

doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları ilə hərəkət etmək dərinliyə 

doğru  miqrasiyanı  məsamələ-  rin  diametrlərinin  kiçilməsi  məhdudlaşdırır, 

odur  ki,  torpaq  boşluqları  ilə  yalnız  ən  kiçik  növlər  üçün  mümkün  olur. 

Mezofaunanm  bir  qədər  iri  nümayəndələri  torpaq  havasında  nəmliyin  aşağı 

düşməsinə  dözmək  üçün  bəzi  uyğunlaşmalara  malikdir:  bunlardan  bədəndə 

qoruyucu pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin 

edən  primitiv  sistemli  epikutikula  ilə  başdan-başa  qalmdivarlı  zirehi 

göstərmək olar. 

Torpaq su ilə basıldıqda mezofaunanm nümayəndələri həyatını havanın 

qovuqcuqlarmda  keçirir.  Hava  heyvanların  tüklə  və  pulcuqlarla  örtülü 

sukeçirməyən  bədənlərinin  ətrafında  yığılaraq  saxlanılır.  Havanın 

qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini 

görür. 

Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuş- luğunu 



keçirmək  qabiliyyətinə  malikdirlər,  belə  ki,  növlərin  əksəriyyəti  donmağa 

məruz qalan qatlardan aşağıya keçə bilmir. 

Bədənlərinin  ölçüləri  2...20  mm  olan  torpaq  heyvanları  makrofauna- 

nın  nürnayəndələri  sayılır.  Bura  həşəratların  sürfələri,  çoxayaqlılar,  en- 

xitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit olub 

hərəkət  etmələrinə  böyük  mexaniki  müqavimət  göstərir.  Bu  nisbətən  iri 

formalar  torpağın  hissəciklərini  aralayaraq  onun  təbii  boş-  luqlarını 

genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər 

iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır. 

Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə 

malik olan növlər üçün xasdır, əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə 

malikdir (çoxayaqlılar, geofıllər). Bədənlərinin divarları ilə təzyiq göstərmək 

hesabına  torpaq  hissəciklərini  aralayaraq  hərəkət  edənlərdən  torpaq 

soğulcanları, uzunayaqlılara aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir 

çox  növlər  torpaqda  ekoloji  cəhətdən  sərfəli  hərəkət  tipi  uyğunlaşması 

(qazıma  və  arxasınca  yolu  bağlama)  inkişaf  etmişdir.  Qazıma  torpağı 

yumşaltmaq  və  hissəciklərini  kürümək  yolu  ilə  aparılır.  Bura  müxtəlif 

həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində qazıma və kürümək 

üçün xüsusi uyğunlaşmalar olur. 



46 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə